Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şibuya
Şibuya — Tokionun xüsusi rayonlarından biri. Biznes rayonudur. Şibuya çox izdihamlı bir rayondur və ərazidə çoxlu göydələnlər var. Rayonda yerləşən Şibuya stansiyası Tokionun ən işlək qatar stansiyalarından biridir. Gənclər üçün şəhərin ən əhəmiyyətli yerlərindən biri olan Şibuya rayonu; İnkişaf etmiş quruluşu, kafeləri və dünyaca məşhur mağazaları ilə seçilir. Burada məşhur it Haçiko hadisəsi baş verib.
Aegilops sicula
Aegilops geniculata (lat. Aegilops geniculata) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == == Arealı == Aegilops geniculata növü Kanar adaları, eləcə də Aralıq dənizi sahilləri-dan Əfqanıstana qədər yayılmışdır.
Agrostis sicula
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Dactylorhiza sicula
Orchis sicula
Sikuta durnaotu
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Sivuçi Kamen
Sivuçi Kamen adası — Komandor adalarının tərkibinə daxil olan ada. Mednı adasının şimal-qərbində, sahildən 0,1 km aralıda yerləşir. Öz növbəsində uzunluğu 160 metr olan qayalı uzantıdan ibarətdir. Sahilə perepentukulyar formada uzanır. Adada yaşayış yoxdur.
Suquha Kiriqaya
Suquha Kiriqaya (桐ヶ谷 直葉, Kirigaya Suguha) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının personajlarından biri. Əsasən ranobe dünyasındakı ALfheim Online oyununda istifadə etdiyi Lifa (リーファ, Rīfa) oyunçu adı ilə tanınır. Lifa seriyanın protaqonisti Kiritonun xalaqızısı və ögey bacısıdır. Hekayənin birinci arkında Kirito Sword Art Online oyununda tələyə düşdükdən sonra Lifa qardaşının düşdüyü dünyanı daha yaxşı dərk etmək üçün ALfheim Online oyununu oynamağa başlayır. Anası Lifaya Kiritonun əslində onun bioloji qardaşı olmadığını açıqladıqdan sonra Lifa ona qarşı romantik hislər bəsləməyə başlayır, lakin Kiritonun Asunaya vurulduğunu öyrənib kədərlənir. Personaj tənqidçilərin müsbət rəylərini almış, təsviri və cazibədarlığı təriflənmişdir. Suquha və ya qısaca Suqu real həyatda Kazutonun "bacı"sıdır; əslində onun xalaqızısıdır. Belə ki, Kazutonun anası bacısının qızını kiçik yaşda ikən övladlığa götürmüş, onu Kazutonun bacısı kimi böyütmüşdür. Nə Kazuto, nə də Suquha yaxın vaxta qədər bundan xəbər tutmamışdırlar. Suquha çalışqan qızdır, həyatındakı tənhalıqdan qurtulmaq üçün 8 ildir ki, kendo ilə məşğul olur.
Çen Sinhua
Çen Xinhua (30 yanvar 1960) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. Çen Xinhua Birləşmiş Krallıqı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Şizuka İşiqami
Şizuka İşiqami (石上 静香, Ishigami Shizuka, 14 sentyabr 1988[…], Tokio) — Yaponiya səs aktrisası. Əvvəllər 81 Produce ilə əməkdaşlıq etsə də, hazırda Pro-Fit ilə əməkdaşlıq edir.
Astracantha sicula
Astragalus siculus (lat. Astragalus siculus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astracantha granatensis subsp. sicula (Biv.) Podlech Astracantha sicula (Biv.) Greuter ex Reer & Podlech Astragalus granatensis subsp. siculus (Biv.) Franco & P.Silva Tragacantha sicula (Biv.) Steven === Heterotipik sinonimləri === Astragalus siculus subsp. plumosus Arcang.
Tragacantha sicula
Astragalus siculus (lat. Astragalus siculus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astracantha granatensis subsp. sicula (Biv.) Podlech Astracantha sicula (Biv.) Greuter ex Reer & Podlech Astragalus granatensis subsp. siculus (Biv.) Franco & P.Silva Tragacantha sicula (Biv.) Steven Astragalus siculus subsp. plumosus Arcang.
Toşiko Şimura
Toşiko Marks (マークス寿子, Makusu Toşiko, 23 mart 1936, Tokio prefekturası[d] – 15 iyun 2024, London) – yaponəsilli Britaniya müəllifi. == Həyatı == 1936-cı ildə Yaponiyanın paytaxtı Tokioda doğulmuşdur. Doğum adı Toşiko Şimuradır. 1971-ci ildə Britaniyaya köçərək London İqtisadiyyat və Politologiya Məktəbində təhsil almışdır. 1976-cı ildə "Marks & Spencer" şirkətinin qurucularından birinin nəvəsi olan baron Maykl Marks ilə evlənmişdir. O, Britaniya vətəndaşlığı və baronessa titulu əldə etmişdir. Cütlük daha sonra boşanmışdır. 15 iyun 2024-cü ildə Londondakı evində ölmüşdür. == Fəaliyyəti == Mədəniyyət və gender məsələləri haqqında yazmışdır. Yaponiya ilə Britaniya mədəniyyətlərinin müqayisəsi üzrə tədqiqatçı olmuş, tez-tez iki ölkə arasında səyahət etmişdir.
Andriy Sibiha
Andriy İvanoviç Sibiha (ukr. Андрiй Iванович Сибiга; 1 yanvar 1975, Zborov[d], Ternopil vilayəti) — ukraynalı dövlət xadimi, diplomat və hüquqşünas, Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini (2021–2024) və 5 sentyabr 2024-cü il tarixindən Ukrayna Xarici İşlər Naziri. == Həyatı == Andriy Sibiha Ternopol vilayətinin Zborov şəhərində anadan olub. 1997-ci ildə Lvov universitetini "beynəlxalq münasibətlər" ixtisası üzrə bitirib. İngilis və polyak dillərini sərbəst bilir. == Karyerası == 1998–2002-ci illərdə Ukraynanın Polşadakı səfirliyinin ikinci və birinci katibi olub. 2002–2003-cü illərdə Ukrayna XİN Avropa inteqrasiya idarəsinin hüquqi və humanitar əməkdaşlıq şöbəsinin birinci katibi işləyib. 2003–2005-ci illərdə Ukrayna XİN Muqavilə-hüquq departamentinin beynəlxalq-hüquq əməkdaşlığı şöbəsinin rəisi olub. 2005–2006-cı illərdə Ukrayna XİN Müqavilə-hüquq departamentinin xarici siyasət sferasında beynəlxalq hüquq və qanunvericilik şöbəsinin rəisi işləmişdir. 2006–2008-ci illərdə Müqavilə-hüquq departamentinin direktorunun müavini olmuşdur.
Şiva
Şiva (sanskr. शिव) — hinduizmdə ən qədim tanrılardan biri. Hinduizm üç tanrı prinsipini gözləyir və bu tanrılar Brahma (yaradıcı), Vişnu (Qoruyucu) və Şivadır (dağıdıcı). Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir. Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir.
Aşıq Şivğa
Aşıq Şivğa (əsl adı: gürc. ლუკა ბერიძე – Luka Beridze; 1838 və ya 1860, Gürcüstan – 1906 və ya 1907, Gürcüstan) — XIX əsr Gürcüstan aşıq–şairi. == Həyatı == Aşıq Şivğa 1838-ci ildə Prtena kəndində anadan olmuşdur. 1906-cı ildə (və ya 1907) vəfat etmişdir. Bəzi mənbələrdə isə 1860-cı ildə anadan olduğu bildirilir. Məzarı Prtena kənd qəbristanlığında, qədim kilsənin qənşərindədir. Ailəsinə kömək məqsədiylə səkkiz yaşından naxırçılıq etmişdir. Aşıq Şivğa on bir aşıq üzərində qələbə çalmış, sazını almışdır. Əsl adı Luka Beridze olan Prtenalı Aşıq Şivğa bu mahalın gürcü aşıq-şairlərindən ən qüdrətlisi olmuşdur. Şivğa qohumu Zaxariya Qvaramadzedən (Aşıq Müşgüldən) saz çalmağı öyrənmiş və get-gedə bölgədə kamil bir aşıq səviyyəsinə yüksəlmişdir.
Sonakşi Sinha
Sonakşi Sinha (2 iyun 1987, Bombey) — Hindistanlı kino aktrisası və keçmiş model. R...
Tengiz Siqua
Tengiz İppolitoviç Siqua (gürc. თენგიზ სიგუა; 9 noyabr 1934, Lentexi[d], Raça-Leçxumi və Aşağı Svaneti diyarı – 21 yanvar 2020, Tbilisi) — gürcü siyasi və dövlət xadimi, 1990—1991 və 1992—1993-cü illərdə Gürcüstan hökumətinə başçılıq edirdi. 1934-cü il noyabrın 9-da Gürcüstanın qərbində yerləşən Lentexi kəndində hərbçi ailəsində anadan olmuşdur. O, 1957-ci ildə metallurq mühəndisi ixtisası üzrə Gürcüstan Politexnik İnstitutunu bitirdi. Həmin ilin avqust ayında Siqua Rustavi metallurgiya zavodunda mühəndis işləyirdi, 1962-ci ildən isə baş elmi işçi, laboratoriya müdiri və Gürcüstan SSR Elmlər Akademiyasının Metallurgiya İnstitutunda direktor müavini vəzifələrində çalışmışdır, 1989-cu ildə isə institutun direktoru təyin edildi. 1982-ci ildən Yenidənqurmaya qədər Sov.İKP üzvü idi. Siqua Zviad Qamsaxurdiyanın hökumətində 1990-cı il noyabrın 15-dən 1991-ci il avqustun 18-dək Nazirlər Şurasının Sədri idi. Qamsaxurdiya devrildikdən sonra müvəqqəti olaraq baş nazirin vəzifələrini icra edicisi təyin edildi. Bu vəzifəsi 1992-ci il noyabrın 8-də yeni Parlament tərəfindən təsdiqləndi. 6 avqust 1993-cü ildə Parlament hökumətin təqdim etdiyi büdcəni rədd etdikdən sonra istefa vermişdi.
Sivuçi Kamen Vostoçnı
Sivuçi Kamen Vostoçnı adası — Komandor adalarının tərkibinə daxil olan ada. Mednı adasının şərqində, sahildən 0,5 km aralıda yerləşir. Öz növbəsində ada Rusiya Kamçatka diyarı Aleut rayonu ərazisinə daxildir. Komandor qoruğu ərazisinin tərkib hissəsini təşkil edir. Adada yaşayış yoxdur.
Antoni Tu Şihua
Antoni Tu Şihua (Noyabr 22, 1919 – Yanvar 4, 2017) — Çin Vətənpərvər Katolik Assosiasiyasının yepiskopu olmuşdur. 1944-cü ildə Roman-Katolik kilsəsinə keşiş təyin olunmuşdur. Tu Şihua Çin Vətənpərvər Katolik Birliyi tərəfindən 1959-cu ildə papanın mandatı kimi Roma-Katolik kilsəsinə yepiskop təyin olundu. Lakin o, Hanyan Roma Katolik Yeparxiyasının yepiskopluğuna qeyri-legitim şəkildə qəbul edilmişdir. Şihua 4 yanvar 2017-ci ildə Pekində 98 yaşında vəfat etmişdir.
Təqvim əs-sıhha
Təqvim əs-sıhha lat. Tacuinum Sanitatis — Ərəb alimi İbn Butlan tərəfindən tibb sahəsində yazılmış kitab. Kitabda olan bir çox söz latın dilindən tərcümə edilmişdir. Əsasən Bitki və ərzaqların insan orqanizminə olan xeyir və zərərlərindən danışılsada, nəfəs almaq, eşitmə, ruhi sağlamlıq mövzularında ətraflı məlumat verilmişdir. Orta əsrlərin sonlarına yaxın Qərbi Avropada məşhurlaşmağa başlayan kitab, XVI–XIX əsrlərdə tibbi təhsil alan şəxslər üçün əvəzolunmaz mənbə olmuşdur. Təqvim əs-sıhha kitabında tibbi məlumatlarla yanaşı, kənd təsərrüfatı ilə bağlıda ətraflı məlumat verilmişdir. Dünya kitabları arasında yerkökünün təsviri, ilk dəfə Təqvim əs-sıhha kitabında verilmişdir. Kitabın adı latın dilində Tacuinum kəlməsindən yaranmışdır. Bu sözün tərcüməsi əl kitabı deməkdir.
Siva (oazis)
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir. Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər.
Suha (Nəmin)
Suha (fars. سوها‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,783 nəfər yaşayır (345 ailə).
Orchis pseudosambucina subsp. sicula
Astracantha granatensis subsp. sicula
Astragalus siculus (lat. Astragalus siculus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astracantha granatensis subsp. sicula (Biv.) Podlech Astracantha sicula (Biv.) Greuter ex Reer & Podlech Astragalus granatensis subsp. siculus (Biv.) Franco & P.Silva Tragacantha sicula (Biv.) Steven === Heterotipik sinonimləri === Astragalus siculus subsp. plumosus Arcang.