Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saçlı
Saçlı (Abaran)
Seçki
Seçki — dövlət hakimiyyəti nümayəndələrinin, həmçinin ictimai təşkilatların rəhbər orqanlarının seçilməsi üsulu. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir.Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi – majoritar seçki sistemi və proporsional seçki sistemi mövcuddur. Bunlardan əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə əks etdirən qarışıq seçki sistemi adlanan formada tətbiq edilir. Estoniyada seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün "kölgə səsverməsi" həyata keçirilir. == Azərbaycan Respublikasında seçki hüququ == Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəslində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarma seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
Drosera slackii
Drosera slackii (lat. Drosera slackii) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Kiril Skaçkov
Kiril Skaçkov (6 avqust 1987) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kiril Skaçkov Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Mouna Skandi
Mouna Skandi (10 yanvar 1992) — İspaniyalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İspaniyanı təmsil edir. Mouna Skandi dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
İçiro Sakaki
İçiro Sakaki (榊 一郎, Sakaki Ichirō) — Yaponiya yazıçısı. Əsasən ranobe və manqa yazır.
Kaki
Kaki— İranın Buşehr ostanının Dəşti şəhristanının Kaki bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,893 nəfər və 1,983 ailədən ibarət idi.
Akaki Sereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".
Akaki Vasadze
Vasadze Akaki Alekseyeviç (gürc. ვასაძე, აკაკი; 1899 — 1978) — sovet gürcü aktyorudur, teatr rejissoru, pedaqoq. SSRİ-in Xalq artisti (1936) üç dəfə Stalin mükafatı (1942, 1946, 1951)laureatı. == Tərcümeyi-hal == 1899-cu il 25 iyulda Kutaisidə (hal-hazırkı Gürcüstanda) doğuldu. 1909 — 1918 ci illərdə Kutaisi zadəgan gimnaziyasında oxudu. 1917 — 1918 ci illərdə Kutaisi teatrında rəssam-dekorator işləyirdi və eyni yerdə ilk dəfə səhnədə çıxış etməyə başladı. 1918 — 1920 ci illərdə Q. Djabadari adına Tbilisi dramatik studiyasında və eyni zamanda Tiflis universiteti nin tarix fakultəsində oxuyurdu. 1920 — 1921 ci illərdə — Tbilisi dövlət dramının aktyorudur. 1921 ci ilin Yanvar — mart aylarında Batumi də Aspindzada batalyonun əsgəri1921 ci ilin mart-avqustu Batumi şəhər teatrının aktyorudur. 1921 ci ildən 1958 ci ilə qədər — Şota Rustavelinin adına Gürcü dövlət akademik teatrının aktyordur (Tiflis) (1935 — 1942 ci illər teatrın bədii hissə müdiri , 1938— 1942 ci illər teatr direktoru, 1948 — 1955 ci illər teatrın əsas rejissoru).
Akaki Xorava
Akaki Akaseyiviç Xorava (gürc. აკაკი ალექსის ძე ხორავა; 1895–1972) — Gürcü, sovet aktyoru, teatr rejissoru, müəllim. SSRİ xalq artisti (1936).. Beş dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946, 1946, 1951). İki dəfə Lenin ordeni (1945, 1950) mükafatçısı. == Həyatı == Akaki Xorava 1895-ci il aprelin 17-də (29) Oçxomuri kəndində (Sameqrelo-Zemo Svaneti bölgəsinin Çxorotsku bələdiyyəsi) anadan olmuşdur. 1915-ci ildə Kutaisi klassik kişi gimnaziyasını bitirib. 1915–1917-ci illərdə Kiyev Universitetinin tibb fakültəsində təhsil alıb. Fevral inqilabından sonra Gürcüstana qayıdıb. Xorava 1917–1919-cu illərdə Novo-Senakski rayon ərzaq komitəsində işləyib, Batumini hücum edən osmanlılardan qorumaq üçün Novo-Senakski dəstəsinin könüllüsü olub.
Akaki Çxenkeli
Akaki Çxenkeli (19 may 1874, Xoni, İmereti – 5 yanvar 1959, Paris) — Gürcü marksist dövlət xadimi, Zaqafqaziya Demokratik Federativ Respublikasını yeganə baş naziri. == Həyatı və fəaliyyəti == 1874-cü ildə Tiflis quberniyasının Xoni şəhərində, əsilzadə ailəsində doğulmuşdur. Kiyev Universiteti, Berlin Universitetində və Londonda təhsil almışdır. Hüquqçu və ədəbiyyatçı idi. 1898-ci ildə sosial demokratiya hərəkatına qoşuldu və 1903-cü ildə menşevik oldu. Rusiyada 1905-1907-ci illər inqilabında iştirak etmiş və həbs olunmuşdur. Rusiya imperiyası IV Dövlət Dumasına Batum oblastından, Qars oblastından və Suxumi diyarından seçilmişdir. === Fevral inqilabından sonra === Fevral burjua-demokratik inqilabından sonra Xüsusi Cənubi Qafqaz Komitəsi elan edilmiş, Akaki Çxenkeli də qurumun daxili işlər komissarı olmuşdur. Trabzon sülh konfransında Gürcü deleqasiyasına liderlik edən Çxenkeli 9 apreldə seymin, daha sonra isə Zaqafqaziya Demokratik Federativ Respublikasının hökumət başçısı və xarici işlər naziri olmuşdur. Gürcüstan Demokratik Respublikası elan ediləndən sonra isə daxili işlər nazirliyinə gətirilmiş, 1919-cu ildə deputat olmuşdur.
Akaki Şanidze
Akaki Şanidze (gürc. აკაკი გაბრიელის ძე შანიძე; 14 (26) fevral 1887, Kvemo-Noqa[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 29 mart 1987, Tbilisi) — sovet gürcü filoloqu (dilşunas, ədəbiyyat tarixçisi, folklorşünas), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1939), Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1941). == Həyatı == 1903-cü ildə Kutaisi Ruhani Seminariyasının məzunu oldu.1913-cü ildə Peterburq Universitetini bitirmişdir, Nikolay Marrın tələbəsi olan Akaki sonradan yeni dil təhsili növünü tənqid edirdi (təxminən 1917-ci ildə "yafət" tədqiqatlarından uzaqlaşdı).1918-ci ildə Tbilisi Universitetinin qurucularından biri oldu və təxminən 70 il orada çalışdı. 9 may 1920-ci ildə ilk dəfə universitetdə doktorluq dissertasiyasını müdafiə etdi. 1941-ci ildə Gürcüstan SSR Elmlər Akademiyası yaradıldıqda onun həqiqi üzvü seçildi. Şanidze XX əsrin elmi kartvelologiyasının banilərindən biri idi, əsərləri təkcə SSRİ-də deyil, xaricdə də kartvel dillərinin öyrənilməsinə təsir göstərmişdir (o, norveçli kartveloloq Hans Voqtun müəllimi idi); çox sayda şagird hazırlamışdır. Şanidzenin əsərləri Kartveli dillərinin sinxron və diaxronik öyrənilməsi, qədim gürcü abidələrinin tədqiqi və nəşri, gürcü dilinin dialektologiyası, Qafqaz Albaniyası problemi və onun yazısına həsr edilmişdir. Gürcüstan folklorunda böyük rol oynayan Xevsureti və Svan şeirlərini nəşr etdirdi. Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" orijinal mətnini yenidən hazırlamışdır. == Mükafatları == 3 Lenin ordeni (09/19/1953; 03/02/1967; 07/20/1971) "Oktyabr inqilabı" ordeni (07.20.1971) "Oktyabr inqilabı" ordeni (06/10/1945) "Xalqlar Dostluğu" ordeni (09.17.1975) 2 "Şərəf nişanı" ordeni (02.24.1941; 02.25.1987) "Əmək igidliyinə görə" medalı (08.29.1960) digər medallar == İstinadlar == == Xarici keçidlər == Həyatı.
E-seçki
Elektron seçki — seçicilərin səslərinin elektron qaydada bildirmələri nəticəsində sürətli səs sayma imkanına malik olan bir sistemdir. Bu, həm elektron səsvermə vasitələrini (e-demokratiya), həm də səslərin sayılmasının texniki elektron vasitələrini əhatə edir. Elektron səsvermənin növləri internet seçkiləri və telesəsvermə telefon xidmətidir. İnkişaf edən texnologiyalarla birlikdə 1990-cı ildən başlayaraq artıq müxtəlif ölkələrdə elektron səsvermə sisteminin tətbiqinə başlanılmışdır. Elektron səsvermə- səsvermə prosesinin elektron mühitdə aparılması prosesidir. Elektron seçki sistemi iki əsas hissəyə ayrılır. Birincisi, yerində səsvermə, yəni seçkinin seçki prosesi keçirilən məkanda aparılması ilə həyata keçirilən elektron seçki sistemidir. İkincisi, səsvermənin seçki prosesi keçirilən məkandan kənarda və İnternet vasitəsilə həyata keçirilən elektron seçki sistemidir.Elektron seçkinin faydalılığı Elektron seçkinin faydalılığını (üstünlüklərini) qısaca olaraq aşağıdakı kimi xarakterizə etmək olar: Seçicilərin iştirak sayının yüksək olması. Səsvermə prosesində və səslərin sayılması zamanı xətaların aradan qalxması. Seçkiyə inamın artması.
Elektron seçki
Elektron seçki — seçicilərin səslərinin elektron qaydada bildirmələri nəticəsində sürətli səs sayma imkanına malik olan bir sistemdir. Bu, həm elektron səsvermə vasitələrini (e-demokratiya), həm də səslərin sayılmasının texniki elektron vasitələrini əhatə edir. Elektron səsvermənin növləri internet seçkiləri və telesəsvermə telefon xidmətidir. İnkişaf edən texnologiyalarla birlikdə 1990-cı ildən başlayaraq artıq müxtəlif ölkələrdə elektron səsvermə sisteminin tətbiqinə başlanılmışdır. Elektron səsvermə- səsvermə prosesinin elektron mühitdə aparılması prosesidir. Elektron seçki sistemi iki əsas hissəyə ayrılır. Birincisi, yerində səsvermə, yəni seçkinin seçki prosesi keçirilən məkanda aparılması ilə həyata keçirilən elektron seçki sistemidir. İkincisi, səsvermənin seçki prosesi keçirilən məkandan kənarda və İnternet vasitəsilə həyata keçirilən elektron seçki sistemidir.Elektron seçkinin faydalılığı Elektron seçkinin faydalılığını (üstünlüklərini) qısaca olaraq aşağıdakı kimi xarakterizə etmək olar: Seçicilərin iştirak sayının yüksək olması. Səsvermə prosesində və səslərin sayılması zamanı xətaların aradan qalxması. Seçkiyə inamın artması.
Emre Sakçı
Hüseyin Emre Sakçı (d. 15 noyabr 1997) — Türkiyəli üzgüçü. Hüseyin Emre Sakçı Türkiyəni 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Hüseyin Emre Sakçı birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.01 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Hiroşi Saeki
Hiroşi Saeki (d. 26 may 1936) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kyara Sakki
Kyara Sakki (isp. Chiara Sachchi) — Argentinalı iqlim fəalı. O, "Geləcəyimizi bizə qaytarın" şüarı ilə tanınır. == Bioqrafiya == Kyara Sakki 2002-ci ildə Buenos-Ayresin Haedo şəhərində anadan olub. El Palomardakı Elmina Pas de Gallo Kollecində təhsil almışdır. Kyara Sakki Qreta Tunberq və digər fəallarla birlikdə "Uşaqlar İqlim Böhranına Qarşı" tarixi hərəkatının üzvü olur. Bu BMT-nin Uşaq Hüquqları Komitəsinin Argentina, Braziliya, Fransa, Almaniya və Türkiyəni iqlim böhranı qarşısında hərəkətsizliyinə görə cavablandırmaq qərarına gəldiyi bir təşəbbüsdür. Bu Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına əsasən, 18 yaşından kiçik bir qrup uşağın iqlim dəyişikliyi ilə bağlı verdiyi ilk rəsmi şikayət idi. Slow Fooda verdiyi müsahibəyə görə, Kyara Sakki həmişə sağlam qidalanmaqdan çox narahat olduğu bir ailə mühitində böyüdüyü və buna görə də bir iqlim fəalı kimi bir çox hərəkətləri bu məsələ ətrafında cərəyan etdiyini bildirir. Kyara Sakki biomüxtəlifliyi və sağlam qidanı qorumaq üçün işləyən qlobal qrupda fəal iştirak etmişdir.
Majoritar seçki
Majoritar sözü fransız dilindən tərcümədə "çoxluq" deməkdir. Majoritar seçki sistemində kim çoxluğun səsini qazanarsa o da seçilir. Azərbaycan Respublikasında seçki sistemi majoritar sistemə əsaslanır.Çox geniş yayılmış seçki sistemlərindən biri majoritar seçki sistemidir. Bu seçki sisteminə uyğun olaraq, deputatlığa (lat. "deputatus" — "göndərilmiş") namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs toplamalıdır. Səs çoxluğunun sayından asılı olaraq majoritar seçki sisteminin iki növü müəyyən edilir: mütləq səs çoxluqlu majorilar seçki sistemi və nisbi səs çoxluqlu majoritar seçki sistemi. == Giriş == Majoritar Seçki Sistemi, həmçinin First-Past-the-Post (FPTP) və ya Qalib Hamısını Alır sistemi kimi də tanınır, bütün dünyada demokratik ölkələrdə nümayəndələrin seçilməsi üçün geniş istifadə olunan üsuldur. Bu seçki sistemi sadəliyi və siyasi partiyalara deyil, ayrı-ayrı namizədlərə önəm verilməsi ilə xarakterizə olunur. Majoritar sistemdə ümumi səslərin faizindən asılı olmayaraq konkret coğrafi dairədə ən çox səs toplayan namizəd qalib gəlir. == Əsas Xüsusiyyətlər == === Bir üzvlü rayonlar === - Majoritar seçki sisteminin müəyyənedici xüsusiyyətlərindən biri də ölkənin birmandatlı dairələrə və ya dairələrə bölünməsidir.
Nümayişi seçki
Nümayişi seçki (ing. Show election)əldəqayırma seçki və ya rezin möhür seçki kimi də tanınan, hər hansı əhəmiyyətli siyasi məqsədi olmayan seçkidirlər ki, sırf nümayiş üçün keçirilir. Nümayişi seçkilər diktator rejimlərədə yayılmış bir hadisədir ki ictimai qanuniliklərin təbliğ edirlər. == Mənbə == What Are Sham Elections?
Proporsional seçki
Proporsional seçki sistemi — səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi. İlk dəfə olaraq 1889-cu ildə Belçikada tətbiq olunub.
Saçlı (Abaran)
Saçlı, Noraşen — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 26 km məsafədə, Abaran çayının sol qolu üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Sacılı olmuşdur. Z. Qorqodyanın əsərində kəndin qədim adının Sacılı olduğuna əsaslanıb qeyd edə bilərik ki, toponim Sacilər türk adı əsasında formalaşmışdır. Tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.
Saçlı (Meşkinşəhr)
Saçlı (fars. ساچلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (18 ailə).
Saçlı (roman)
"Şaçlı" — xalq yazıçı Süleyman Rəhimovun ikinci romanı. == Tarixi == Azərbaycan yazıçısı S. Rəhimovun ikinci romanı olan "Saçlı" əsərinin birinci kitabı 1944-cü ildə çap olunmuşdur. Romanın ikinci kitabı isə 1949-cu ildə çapdan çıxmışdı. Romanlarının birinci nəşrini işləmək ənənəsi bu romanda da özünü büruzə verir. "Saçlı"nın birinci kitabı daha iri işlənmiş həcmdə 1948-ci ildə, ikinci cildi isə 1949-cu ildə çap olunmuşdur. Bu romanda yazıçı böyük bir dövrü — 30-cu illərdən başlamış müharibənin qurtardığı ilk illərə qədərki bir dövrü əhatə etməyə çalışmışdır. Yazıçı bəhs olunan dövrdə məktəblərdə müəllim, məktəb direktoru, rayon maarif şöbəsinin müdiri, hətta Şuşa müəllimlər kursunun direktoru da olmuşdu. Bu fəaliyyətləri dövründə yığdığı materialları "Saçlı" əsərində qələmə almışdı. == Qısa məzmunu == Əsərdəki hadisələr çoxşaxəli olsa da, bu hadisələrin axınında çoxlu insanlar göstərilsə də, onun əsas, mərkəzi surəti — işlədiyi kənddə hamının Saçlı adlandırdığı Ruxsarə adlı həkim qızdır. Bakıda tibbi təhsil alan Ruxsarə 1931-ci ildə uzaq bir kəndə göndərilir.
Seçki bloku
Seçki bloku — dövlət seçkili orqanlarına seçki dövründə bir neçə siyasi partiyaların ümumi proqramla vahid namizədlərin irəli sürülməsi üçün yaratdığı birlik.
Seçki bülleteni
Seçki vərəqəsi və ya seçki bülleteni — gizli səsvermə ucun seçki sənədi. Onun formasını müvafiq dövlət orqanları müəyyən edir. SSRİ-də seçki bülletenində həmin secki dairəsində qeydə alınmış deputatlığa namizədin (xalq məhkəməsinə seckilər zamanı xalq hakimliyinə namizədin) soyadı, adı, atasının adı və onu irəli sürmüş təşkilatın adı göstərilir. Seçki kecirilən binalarda bülletenləri doldurmaq ücün xüsusi otaqlar, yaxud kabinələr ayrılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Smith, Sydney. Ballot . London: Longman, Orme, Brown, Green and Longmans. 1839.