Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skikda
Skikda (ərəb. سكيكدة‎, əvvəllər Filippvil) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayət və dairənin inzibati mərkəzi. 2008-ci ilin məlumatlarına görə, əhalinin sayı 163,618 nəfərdir. Skikda Aralıq dənizində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 345 km şərqdə yerləşir. Şəhərin ətrafı dağlıqdır.
Leo Skiri Ostiqard
Leo Skiri Ostiqard (28 noyabr 1999, Molde[d]) — Norveç Eliteserien təmsilçilərindən olan Molde klubunda hücumçu kimi çıxış edən peşəkar Norveçli futbolçudur. Ostiqard Molde akademiyası vasitəsilə inkişaf etmişdir. Ostiqard öz peşəkar karyerasında debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Sander Svendseni əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. 18 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Norveç Superkuboku görüşləri daxildir.
Şakira
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Skordi məryəmnoxudu
Skordi məryəmnoxudu (lat. Teucrium scordium) - məryəmnoxudu cinsinə aid bitki növü.
Şakira Ripoll
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Akira
Akira — ad. Akira Kaci — keçmiş Yaponiya futbolçusu. Akira Kitaquçi — Akira Matsunaqa Akira Matsunaqa (futbolçu, 1914) Akira Matsunaqa (futbolçu, 1948) — Yaponiya futbolçusu.
Akira (manqa)
Akira – Katsuhiro Otomo tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Əvvəlcə 1982-ci ildən 1990-cı ilədək "Young Magazine" jurnalında çap olunan Akira manqası həmin jurnalın nəşriyyatı olan Kodansha tərəfindən altı tankobon cildində buraxılmışdır. 1988-ci ildə Taito videooyun nəşriyyatı tərəfindən Yaponiyada Famicom üçün Akira macəra oyunu buraxıldı. 1994-cü ildə isə International Computer Entertainment Akira əsasında Amiga və Amiga CD32 üçün oyunu buraxdı. 2002-ci ildə olan DVD çıxışı ilə əlaqədər olaraq, Bandai şirkəti PlayStation 2 üçün "Akira Psycho Ball" adlı pinbol simulyasiyası buraxdı. "Akira"-ya görə 1990-cı illərin əvvəlində ingilisdilli ölkələrdə animeyə maraq yüksəldi. Xaricdə onun məşhurluğu hətta Yaponiyadakından da böyük idi. Robin Berner onu ABŞ-də anime və manqanın davamlı auditoriyanı yaradan bir mədəni bomba ilə müqayisə etdi. Akira — Internet Movie Database saytında.
Akira Amano
Akira Amano (天野 明, Amano Akira, d. 1973) – "Reborn!" şonen manqa seriyasına görə tanınan qadın manqaka. "Reborn!" manqasının ilk versiyaları seynen manqası jurnallarında nəşr olunurdu. 2003-cü ilin sonunda manqanın qısa hekayəsi "Weekly Shōnen Jump" jurnalında nəşr olunmuşdur. Qısa hekayənin uğurundan sonra seriya 2004-cü ilin ortalarında jurnalda nəşr olunmağa başlamışdır. Manqa əsasında anime, 5 ranobe, video oyunlar istehsal olunmuşdur. Nikkei Entertainment ən uğurlu manqakalar siyahısında Akiranı 12-ci yerdə göstərmişdir. Shōnen Spin Neppuu Yakyuu Densetsu Picchan Petit Petit Rabbit (ぷちぷちラビィ, Puchi Puchi Rabii) (2000, Bessatsu Young Magazine və Young Magazine jurnallarında nəşr olunub) Monkey Business Bakuhatsu HAWK!! Reborn!
Akira Kaci
Akira Kaci (d. 13 yanvar 1980) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 64 oyun keçirib, 2 qol vurub.
Akira Kitaquçi
Akira Kitaquçi (d. 8 mart 1935) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 10 oyun keçirib, 1 qol vurub.
Akira Kito
Akira Kito (鬼頭明, Kito Akira, 10 sentyabr 1974) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Akira Kito Yaponiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Akira Kurosava
Akira Kurosava (yap. 黒澤明; 23 mart 1910[…], Şinaqava, Yaponiya imperiyası – 6 sentyabr 1998[…], Setaqaya) – Yaponiya film rejissoru və ssenaristi. 57 illik karyerası ərzində 30 filmə rejissorluq etmişdir. Kinematoqrafiya tarixində ən əhəmiyyətli və nüfuzlu rejissorlardan biri kimi qəbul edilir. Kurosava Yaponiya film sənayesinə 1936-cı ildə qısa davam edən rəssamlıq fəaliyyətindən sonra daxil olmuşdur. Bir çox filmdə köməkçi rejissor və ssenarist kimi rol oynadıqdan sonra rejissorluq debütünü İkinci dünya müharibəsi zamanı populyar döyüş filmi olan "Sanşiro Suqata" ilə etmişdir. Müharibədən sonra o dövrün elə də tanınmayan aktyoru Toşiro Mifunenin baş rol oynadığı və böyük uğur qazanan "Sərxoş mələk" filmi rejissora Yaponiyada böyük reputasiya gətirmişdir. Kurosava Mifune ilə daha 15 filmdə birlikdə işləmişdir. Premyerası Tokioda baş tutan "Raşomon" filmi 1951-ci il Venesiya Film Festivalında Qızıl şir mükafatının sürpriz qalibi olmuşdur. Filmin kommersial və tənqidi uğuru ilk dəfə Qərb film marketlərinə Yaponiya film sənayesinin məhsullarına yönəltmiş və digər Yaponiya rejissorlarının da tanınmasına səbəb olmuşdur.
Akira Matsunaqa
Akira Matsunaqa (futbolçu, 1914) — keçmiş Yaponiya futbolçusu. Akira Matsunaqa (futbolçu, 1948) — Yaponiya futbolçusu. Akira Matsunaqa (professor) — Sasakava Sülh Fondunun üzvü, Tokio Universitetinin professoru, Yaponiya Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru.
Akira Narahaşi
Akira Narahaşi (d. 26 noyabr 1971) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 38 oyun keçirib.
Akira Nişino
Akira Nişino (d. 7 aprel 1955) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.
Akira Nozava
Akira Nozava (yap. 野澤 晁) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 3 qol vurub.
Akira Yamaoka
Akira Yamaoka (yap. 山岡 晃 6 fevral 1968, Niiqata) - yapon kompüter oyunları bəstəkarı, səs mühəndisi, gitarist və prodüser əsasən Silent Hill oyun seriyasındakı bəstələrinə görə tanınır.
Asa Akira
Asa Akira (3 yanvar 1985, Manhetten, Nyu-York ştatı) — ABŞ pornoaktrisası və pornoqrafiya rejissoru. Akira 2016-cı ilin may ayına qədər 505-dən çox pornofilmdə yer almışdır.
Saira Bleyr
Saira Bleyr (ing. Saira Blair; d. 11 iyul 1996) — ABŞ siyasətçisi. Qərbi Virciniya ştatının Nümayəndələr Palatasının üzvü. 11 iyul 1996-cı ildə siyasətçi ailəsində anadan olmuşdur. Atası Kreyq Bleyr Qərbi Virciniya ştatının parlamentində senatordur. Saira siyasətlə hələ məktəb illərindən maraqlanmağa başlayıb. Uşaq yaşlarından atasının siyasi kampaniyası ilə maraqlanmış və daha sonra özü də siyasətlə məşğul olmağa başlayanda atasından məsləhətlər almışdır. Qərbi Virciniya Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır. 2014-cü ildə respublikaçıların namizədi olan Saira Bleyr rəqibi - demokrat namizəd Leyn Diel üzərində qələbə çalaraq, seçicilərin səslərinin 62.69 faizini toplamış və Qərbi Virciniya ştatının Nümayəndələr Palatasına ən gənc üzv seçilmişdir.
Akira Matsumoto
Leyci Matsumoto (松本零士, Matsumoto Reyci, 25 yanvar 1938[…], Kurume[d], Fukuoka prefekturası – 13 fevral 2023, Tokio) və ya doğum adı ilə Akira Matsumoto (松本晟) – Yaponiya manqakası və animatoru. "Space Battleship Yamato", "Space Pirate Captain Harlock" və "Galaxy Express 999" kimi kosmik opera işlərinə görə tanınır. Leyci Matsumoto 1938-ci ildə Yaponiyanın Fukuoka prefekturasının Kurume şəhərində samuray nəslindən olan ailədə doğulmuşdur. Yeddi uşaqlı ailənin ortancıl uşağı idi. Anası keçmiş müəllim idi, atası isə Yaponiya İmperatorluq Ordusu Akademiyasını bitirmiş mayor idi və İkinci Dünya müharibəsində pilot kimi döyüşmüşdü. İlk işi olan "Mitsubachi no Boken" manqasını hələ 15 yaşında ikən bir manqa jurnalında nəşr etdirmişdir. Liseyi bitirdikdən sonra peşəkar manqaka olmaq üçün Tokioya köçmüşdür. 1961-ci ildə Yaponiyanın ilk qadın manqakalarından biri hesab olunan Miyako Maki ilə evlənmişdir. O, Maki ilə bir neçə layihədə əməkdaşlıq etmiş və adını Leyci olaraq dəyişdirmişdir. Tokioda ucuz bir pansionatda yaşayarkən yaşadığı təcrübələr əsasında yaratdığı "Otoko Oidon" manqası (1971) onun ilk böyük uğuru olmuşdur.
Akira Toriyama
Akira Toriyama (鳥山 明, Toriyama Akira, 5 aprel 1955[…] – 1 mart 2024[…], Yaponiya) – Yaponiya manqakası və personaj dizayneri. "Dr. Slump" və "Dragon Ball" manqa seriyalarının müəllifi kimi tanınır. "Dragon Quest", "Chrono Tigger" və "Blue Dragon" kimi videooyunların personaj dizayneri olmuşdur. Akira Toriyama 1955-ci ildə Ayçi prefekturasının Kyosu qəsəbəsində doğulmuşdur. İbtidai məktəbdə oxuyanda sinif yoldaşının qardaşının manqa kolleksiyası onda böyük təsir buraxmışdır. Manqaya marağının yaranmasında əsas iş kimi Osamu Tezukanın "Astro Boy" manqasını göstərmişdir. İbtidai məktəbdə manqaya böyük marağı olsa da, orta məktəbdə teleserial və filmlərə yönəldiyi üçün həmin dövrdə manqadan bir az uzaqlaşmışdır. Təhsilini bitirdikdən sonra Naqoyada bir reklam agentliyində üç il işləmişdir. Toriyama işə dərhal qəbul olunsa da, tez-tez işə gecikdiyini və dress-koda əməl etmədiyi üçün danlandığını etiraf etmişdir.
Akira Matsunaqa (professor)
Akira Matsunaqa — Sasakava Sülh Fondunun üzvü, Tokio Universitetinin professoru, Yaponiya Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru. Akira Matsunaqa 1960-cı ildə Yaponiyanın Kavasaki şəhərində anadan olmuşdur. O, Keyo Universitetinin Ədəbiyyat və Şərqşünaslıq fakültəsini bitirmişdir. Tarix elmləri üzrə fəlsəfə doktoru (Ph.D) və Beynəlxalq Layihə Planlaşdırma və İnkişaf üzrə SASAKAWA Sülh Fondunun üzvüdür. Matsunaqa Təfəkkür Universitetinin fəxri professoru və Əl-Farabi Universitetinin qonaq professorudur. Onun tədqiqatlarının əsas mövzusu türk xalqlarının tarixi və Azərbaycan dili ilə bağlıdır.. Akira Matsunaqa Bəkir Çobanzadənin irsi ilə bağlı elmi araşdırmalar aparır..
Akira Endo (kimyaçı)
Akira Endo (遠藤 章, Endo Akira, 14 noyabr 1933, Hiqaşiyuri[d], Akita prefekturası – 5 iyun 2024, Tokio) – Yaponiya biokimyaçısı. Statin dərmanlarının hazırlanması üçün verdiyi töhfələrə görə tanınır. Endo 1957-ci ildə Tohoku Universitetindən məzun olduqdan sonra dərman istehalı ilə məşğul olan "Sankyo" şirkətində işləməyə başlamışdır. 1966–1968-ci illərdə ABŞ-də təhsil almışdır. ABŞ-də olarkən yüksək xolesterolun səbəb olduğu ürək tutması halları onun diqqətini cəlb etmişdir. Endo Yaponiyaya qayıtdıqdan sonra qida vasitəsilə qəbul edilən xolesterol miqdarını azaltmaq yerinə qaraciyərdə xolesterolun sintezinə mane olmağın daha effektiv olacağı qənaətinə gəlmişdir. O, iki il 6000-dən çox göbələk və kif növündəki kimyəvi birləşmələrini araşdırmaqla məşğul olmuşdur. Nəhayət 1973-cü ildə Kiotodakı bir düyü mağazasından götürdüyü göy kif nümunəsində sintetik inhibitor olan kompaktini kəşf etmişdir. O, bu maddənin xolestrolun sintezinə mane olan maddə olduğunu anlamışdır. "Sankyo" şirkəti ilə əməkdaşlıq edən ABŞ-nin "Merck" şirkəti 1987-ci ildə statindən istifadə edərək dərman buraxan ilk şirkət olmuşdur.
Kira Andronikaşvili
Kira Georgiyevna Andronikaşvili (rus. Ки́ра Гео́ргиевна Андроникашви́ли, gürc. კირა გიორგის ასული ანდრონიკაშვილი, Andronikaşvili-Pilnyak; 16 iyun 1908, Tiflis – 24 fevral 1960, Tbilisi, SSRİ) — Sovet aktrisası və kinorejissor. Gürcüstan SSR əməkdar artisti (1959). Knyaz qızı. O, Andronikovlar knyaz nəslindən idi. Kino sənayesinə təsadüfən düşən bacısı Natonun yolu ilə gedərək kinematoqrafla məşğul olmağa başladı. 1923—1928-ci illərdə Gürcüstan Kino Sənayesinin aktrisası olmuşdur, 1929—1931-ci illərdə "Vostokfilm" kinostudiyasının aktrisası və rejissor köməkçisi idi. 1936-cı ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsini (Sergey Eyzenşteynin emalatxanası) bitirdi. Rejissor köməkçisi ("Soyuzdetfilm") və dublyaj rejissoru ("Gürcüstan-Film") kimi fəaliyyət göstərmişdir.
Kira Kosarin
Kira Nikol Kosarin (7 oktyabr 1997, Morristaun[d], Nyu Cersi, ABŞ) amerikalı aktrisa və musiqiçi. Ən məşhur rolu Nickelodeon kanalında gedən İldırımadamlar teleserialında Fibi olmuşdur. 10 Aprel, 2019 tarixində , "Markasız" (ing Off Brand) adlı ilk albomunu çıxardı. Kosarin gənc yaşlarında rəqs və gimnastika ilə məşğul olurdu. O, Boka Ballet Teatrında ballet dərsəri ilə məşğul olur, orta məktəb təhsilini isə Floridada yerləşən Payn Krest Məktəbində alırdı. Anası aktrisa, atası isə bəstəkar, dirijor olaraq çalışırdı ki, bu da Kosarini aktrisa olmağa ruhlandırdı. Aktrisalıq dərslərinə yazıldıqdan sonra, 2011-ci ildə öz karyerasını davam etdirmək üçün Kaliforniya ştatına köçür və orada Disneydən "Silkələ" teleserialı üçün dəvət alır. Kosarin ilk aktrisalıq addımına Disney kanalında gedən "Silkələ" teleserialında oynamaqla başlayır. Məşhurluğu artdıqdan sonra, 2013-cü ildə Nickelodeon kanalından "İldırımadamlar" teleserialı üçün dəvət alır və bu teleserialda daha da məşhurlaşır. 2015-ci ildə, Nickelodeon kanalında keçirilən Kids' Choice Award Mükafatlandırımasında "Ən sevimli aktyor" mükafatına namizəd göstərilir lakin sonradan mükafat Laura Maranoya gedir.