Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eklogit
Eklogit — qranat və piroksendən (omfasit) və bir qədər kianit, çöl şpatları, amfibol, sfen və b. ibarət, kimyəvi tərkibinə görə qabbro-noritə uyğun olan kristallik dənəli, bəzən zəif şistləşmiş massiv süxur. Eklogit qabbro-bazalt tərkibli olub, iki mineraldan – monoklinik piroksendən və qırmızı, qırmızı-qonur qranatdan ibarətdir. Onlarda plagioklaz olmur. Bəzi alimlər onu yüksək təzyiq və temperaturda yaranan metamorfik süxur, başqaları isə qabbronun abbisal fatsiyası olan maqmatik süxur hesab edirlər. Kimyəvi tərkibinə görə eklogit qabbro noritə uyğundur və xüsusi çəkisinin daha yüksək (3,35–4,2 q/sm3) olması ilə fərqlənir. Amfibolit və qranulit fatsiyalarına məxsus, nisbətən az metamorfikləşmiş süxurlar içində kiçik qatlar və ya ayrı-ayrı cisimlər əmələ gətirir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Şoşonit
Şoşonit - traxibazalta (traxidoleritə) yaxın, olivin saxlayan subqələvi sıralı effuziv (bəzən damar) süxur subqələvi bazalt-traxibazalt ailəsindən olub 25–55% plagioklazdan, 35%-dək sanidindən (bəzən analsimlə), 30%-dək avgitdən, 20%-ə qədər olivindən və 5% filiz minerallarından, apatit və biotitdən ibarətdir. Əsas kütləsi şüşəli və ya aydınkristallik olub, qələvi çöl şpatları ilə (bəzən leysitlə) zəngin olur. Absarokit və banakitlərlə assosiasiyadır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Akonit
Kəpənəkçiçək (lat. Aconitum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır. == Təbii yayılması == == Botaniki təsviri == Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.
Aleksandr Solonik
Aleksandr Viktoroviç Solonik (ing. Александр Викторович Солоник ; 16 oktyabr 1960, Kurqan – 31 yanvar 1997, Laqonisi[d], Attika prefekturası[d]) — rus killeri, hər iki əli ilə sərrast şəkildə atəş açmağı bacaran tətikçi. 1990-cı illərin əvvəllərində Orexovskaya bandası tərkibində onlarla cinayət törətmiş və digər kriminal hadisələrlə əlaqəsi olmuşdur. O, 1994-cu ildə həbs edilmiş, yalnız 1995-cı ilin iyulunda Moskva şəhərinin maksimum ciddi rejimdə mühafizə olunan Matrosskaya Tişina təcridxanasından qaçmağı bacarmışdır. 1997-ci ilin yanvarında Solonikə qarşı təşkil edilmiş sui-qəsddən sonra cansız bədəni Afina yaxınlığında tapılmışdır. == Həyatı == Aleksandr Solonik 1960-cı ilin 16 oktyabrında Rusiyanın Kurqan şəhərində anadan olmuşdur. Uşaq yaşlarından döyüş sənətləri və oldu silahlara marağı olmuşdur. Sovet qüvvələrinin Almaniya hissəsində yerləşən tank alayında hərbi xidmət keçmişdir. === Bazarda atışma === Soloniki geniş kütlə əsasən 1994-cü il oktyabrın 6-da günün günorta çağı, yəni saat 15.10-da Moskvanın “Petrovski – Razumovski” metrostansiyası yaxınlığında yerləşən bazarda dörd milis əməkdaşını güllələdikdən sonra ələ keçəndə tanıyıb. Bu vaxtadək Kurqanlı Rembo artıq Tümendə yerli avtoritetlər – Priçinin və Maşkini, Moskvada qanuni oğru Qlobusu, onun yaxın məsləkdaşı Bobonla cangüdəni Qoldini və “Qara Kardinal” ləqəbli avtoritet Otari Kvantrişvilini qətlə yetirmişdi.
Slonim teleqülləsi
Slonim televiziya qülləsi (Slonim təkrarlayıcısı) - Belarus Respublikasının Qrodno vilayətinin Slonim rayonunun Novaya Straza kəndində televiziya və radio yayım qülləsi. 1965-ci ildə qurulan zaman Avropanın ən yüksək televiziya qülləsi idi 1965-ci ildə quraşdırılması zamanı elektromaqnit sahələrinin təsiriylə polad çərçivə deformasiya etməyə başladı. Dizayn qəribə formalı bir ilan kimi forma almağa başladı. Bina gözlənildiyi kimi elektromaqnit dalğalarının xüsusi qəbuledicilərini tutmaq üçün idi .