Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. == Növləri == Azərbaycanda 290-a yaxın kol növü vardır.
Dred Skot
Dred Skot — ( 1799 – Sentyabr 17, 1858) ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Ekol MFK
EKOL Minifutbol Klubu - Azərbaycanda futzal klubudur. == Tarixi == Ekol MFK Klubu 2008-ci ildə təsis edilib. == Uğurları == Azərbaycan çempionu (0): - Azərbaycan milli futzal kuboku (4): - 2010-2011, 2011-2012, 2015-2016 Azərbaycan çempionatının gümüş medalı (1)ː 2015-2016 Azərbaycan çempionatının bürünc medalı (2)ː 2017-2018, 2018-2019 == Heyəti == == Bombardirlər == 2018-2019-cu il mövsümüː Namiq Məmmədkərimov - 76 qol. == Ekol MFK və Azərbaycan milli futzal komandası == Komandanın qapıçısı Emin Kürdov, hücumçular Samir Həmzəyev və Ramiz Çovdarov milli komandamızın üzvləridir.
Geomorfoloji Skil
Geomorfoloji Skil (rus. геоморфологичеcкий цикл, ing. geomorphological cycle) -coğrafi sikl – hər-hansı ərazinin tektonik hərəkətlərlə Dünya okean səviyyəsindən yüksəyə qaldırılmasından başlayaraq müx-təlif ekzogen proseslərin təsiri ilə hamarlanaraq əvvəlki səviyyəsinə yaxın vəziyyətdə peneplen əmələ kəsilməsinə qədər, relyefin ardıcıl dəyişməsi. İqlim şəraitindən və əsas aparıcı denudasion amillərdən asılı olaraq G.s. su-erozion, arid, buz-laq, dəniz, karst və b. sikllərə ayrılır. Hər bir sikl relyefin morfoloji əlamətlərinə görə bir-birindən fərqlənən gənclik, yetkinlik, qocalıq və zəiflik mərhələlərinə ayrılır. Nəzəriyyə 19 əsrin axırlarında amerika geomorfoloqu U.Devis tərəfindən irəli sürülmüşdür.
Geotektonik skil
Geotektonik skil (rus. цикл геотектонический, ing. geotectonic cycle) -Belousova görə uzun müd¬dət ərzində (150 mln. ilə yaxın) bütün Yer üzərində həm geosink-linal və həm də platformalarda eyni vaxtda təzahür edən ehtizazı hərə¬\kətlər rejiminin dövrü dəyişməsi. Qalxma və enmənin dövriliyi dənizlərdə geniş transqressiya və reqressiyaların dövriliyinə səbəb olur. Paleozoydan başlayaraq Yerin inkişafında üç sikl ayrılır: Kaledon-Kembridən başlayır və Devonun əvvəllərində qurtarır; Hertsen-Devondan başlayıb, Permdə qurtarır; Alp-bütün Mezozoy və Kaynozoyda davam edən. Belousova görə geosinklinallarda qırışıq əmələgəlmə epoxaları bu sikllərə uyğun gəlir.
Larri Skot
Larri Skot (ing. Larry Scott; 12 oktyabr 1938, Blekfut[d], Aydaho – 8 mart 2014, Solt-Leyk-Siti) — amerikalı bodibilder, Mister Olimpiya müsabiqəsinin ilk və ikiqat qalibi (1965, 1966). İdman karyerasını bitirdikdən sonra Yuta ştatına köçmüşdür. == Bioqrafiyası == Aydaho ştatının Blekfut şəhərində anadan olmuşdur. Uşaqlıq illərində Larri yetərincə zəif bədən quruluşuna malik idi. 16 yaşında Larri təsadüfən bodibildinqlə bağlı jurnal oxumuş və bu idmanla məşğul olmağa qərar vermişdir. Məşqlərə başladığı illərdə onun bisepsinin ölçüsü 28 sm idi. Qısa zaman ərzində Larri gözə çarpacaq əzələ ölçüsü əldə etməyə nail olmuşdur.Kaliforniyada kollecə qəbul olunduqdan sonra gənc Larri «Mister Los-Anceles» yarışında 3-cü yerə layiq görüldü. Qısa zaman sonra «Mister Kaliforniya» müsabiqəsinin qalibi oldu. Peşəkar bodibilder olan Larri bütün Amerikanı səyahət etmiş və müxtəlif yarışların qalibi olmuşdur.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Skot Edkins
Skot Edvard Adkins (ing. Scott Edward Adkins; 17 iyun 1976, Satton-Koldfield[d], Uest-Midlends[d]) — ingilis aktyoru və döyüş sənəti ustasıdır. == Həyatı == Skot Edvard Edkins 17 iyun 1976-cı ildə Böyük Britaniyada anadan olub. Böyük qardaşı Kreyq ilə birlikdə, Con və Janet Edkins tərəfindən sevilən orta sinif ailəsində böyüyüblər. Skot, Koldfield-dəki Bişop Vessey Liseyinə getdi. Məktəbdəki ən yaxşı tələbədən çox uzaqda idi "gecə, valideynlərim yuxuya gedəndə pilləkənlərdən enib bütün gecə film seyr etdim və sinifdə yatdım". Erkən yaşlarından Skot müxtəlif idman növləri ilə məşğul olurdu, lakin atası onu qardaşı ilə birlikdə yerli cüdo klubuna göndərdikdən sonra on yaşında döyüş sənətinə maraq göstərdi. "Döyüş sənətləri mənim vəsvəsəm oldu! Bu, bütün ömrüm boyu axtardığım kimi idi. ” Brüs Li və Jan-Klod Van Damme kimi döyüş sənətçilərini bütləyən Skot hər gün ağır məşq etməyə başladı.
Skot Moir
Skot Moir (ing. Scott Moir; d. 2 sentyabr 1987, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu. Skot Moir, Tessa Vertyu ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Moir və Vertyu cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Moir və Vertyu cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub.Moir və Vertyu cütlüyü həm də Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Moir və Vertyu cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub.Moir və Vertyu cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006–2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009–2010, 2011–2012, 2012–2013, 2013–2014 və 2017–2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub. Gənclər arasında isə Moir və Vertyu cütlüyü, 2005-ci ildə gənclərin ISU Qran-Pri Finalında, 2006-cı ildə isə gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb.Moir və Vertyu cütlüyü habelə 8 dəfə (2008, 2009, 2010, 2012, 2013, 2014, 2017 və 2018-ci illərdə) Kanada Çempionatının qızıl medalına sahib olub.Moir və Vertyu cütlüyü, ISU ABŞ və Çin Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Moir və Vertyu cütlüyü yeddi dəfə Kanada Qran-Prisinin (2007, 2009, 2011, 2012, 2013, 2016 və 2017-ci illərdə), üç dəfə Fransa Qran-Prisinin (2009, 2011 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub.Karyerası ərzində 74 yarışa qatılan Moir və Vertyu cütlüyü, onların 41-də qızıl medal, 19-da gümüş medal, 5-də isə bürünc medal qazanıb.Moir və Vertyu, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarının fevralın 9-da olan açılış mərasimində Kanada bayrağını aparıblar.20 ildən çox birgə mübarizə aparan Moir və Vertyu cütlüyü, bu idman növü üzrə Olimpiya Oyunlarında ən çox qızıl medal və ən çox medal qazanan idmançıdırlar.
Skot Morison
Skott Con Morrison (ing. Scott John Morrison; 13 may 1968, Sidney) — avstraliyalı siyasətçi, Avstraliyanın Baş naziri. Morrison Sidneydə anadan olub və Yeni Cənubi Uels Universitetində iqtisadi coğrafiya təhsili alıb. 1998–2000-ci illərdə Yeni Zelandiya Turizm və İdman İdarəsinin direktoru vəzifəsində çalışmış və 2004–2006-cı illərdə Avstraliya Turizm Şirkətinin İdarəedici direktoru olmuşdur. İlk dəfə 2007-ci il seçkilərində Yeni Cənubi Uels Kuk Departamentindən Nümayəndələr Palatasına seçildi. Koalisiyanın 2013-cü il seçkilərindəki qələbəsindən sonra Morrison Suveren Sərhədlər Əməliyyatına rəhbərlik etdiyi Abbot hökumətində İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri seçildi. Növbəti il dəyişiklikdən sonra Sosial Xidmətlər Naziri oldu. Malkolm Törnbul Abbotun Baş nazir vəzifəsini yerinə yetirməsindən sonra 2015-ci ilin sentyabrında xəzinədar təyin edildi.2018-ci ilin avqust ayında Daxili İşlər Naziri Piter Datton Törnbulu Liberal Partiyaya rəhbərlik etməyi bacarmamaqda günahlandırdı. 24 avqust tarixində isə partiyaya yeni rəhbər seçmək üçün səsvermə təşkil olundu. Bu səsvermədə Morrison qətiyyətli namizəd kimi göründü və Liberal Partiyanın lideri olaraq həm Dattonu, həm də Xarici İşlər Naziri Culi Bişopu məğlub etdi.
Starı Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Starıy Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Stol rəqsi
Stol rəqsi — səhnədə deyil, stolda və ya stolun üstündə ifa olunan rəqsdir. Stol rəqsi seks işçisi tərəfindən ifa edilən erotik rəqs də ola bilər və ya sadəcə olaraq asudə vaxtı keçirmək üçün nəzərdə tutulan tədbir olaraq da həyata keçirilə bilər.
Tim Skot
Timoti Eygene Skot (ing. Timothy Eugene Scott;19 sentyabr 1965, Çarlston, Cənubi Karolina) — 2013-cü ildən bəri Cənubi Karolina ştatında kiçik Amerika senatoru olaraq çalışan amerikalı siyasətçi və biznesmendir. Respublika Partiyasının üzvü Skott, 2013-cü ildə qubernator Nikki Haley tərəfindən ABŞ Senatına təyin edildi. Xüsusi seçkidə qalib gəldikdən sonra yerini qorudu. 2014 və 2016-cı ildə tam müddətə seçildi.
V/STOL
V/STOL (ing. Vertical or Short Take-Off and Landing) şaquli və ya qısa məsafəli ərazilərə enmə və ya qalxma deməkdir. Bu spesifikasiyaya malik olan təyyarələr qısa uçuş-enmə zolağından istifadə edirlər və ya kiçik bir əraziyə, məsələn, meşəlik ərazidəki kiçik bir açıq əraziyə şaquli şəkildə enirlər və qalxırlar. Bu xüsusiyyət yanacağa qənaət etməyə imkan verir.
Yens Skou
Yens Skoy (8 oktyabr 1918[…], Lemviq[d], Mərkəzi Yutlandiya[d] – 28 may 2018[…], Orhus, Mərkəzi Yutlandiya[d]) — Kimya sahəsində Nobel mükafatı laureatı. == Həyatı == Yens Skoy 1918-ci ildə oktyabrın 8-də Danimarkanın Lemvinq şəhərində anadan olmuşdur. O, varlı meşə və kömür sənayeçisi ailəsində doğulmuşdur. 1944-cü ildə Kopenhagen universitetini bitirmiş, 1954-cü ildə orada dissertasiya müdafiə etmişdir. 1947-ci ildən Aorxusa universitetində işləmişdir. 1950-ci illərin əvvəllərində Skoy anestetiklərin təsir mexanizmini öyrənmişdir. O, müəyyən etmişdir ki, anestetiklərin hüceyrə membranının lipid təbəqəsində həll olması və natrium kanalını bağlaması qabiliyyəti ilə bağlıdır. Skoy ehtimal etmişdir ki, kanal zülal molekuludur və onun neyronlarda bloklaşdırılması ona gətirib çıxarır ki, sinir hüceyrələri həyəcanlanmaq qabiliyyətlərini itirirlər ki, bu da anesteziyaya gətirib çıxarır. Skoy həmçinin onayaqlı dəniz xərçənginin sinirindən ATFaranı ayırmağa cəhd etmişdi, amma heç nə alınmamışdı və o, uzun zaman anesteziyanın başqa tədqiqatlarını aparmışdı (bu kəşfin nəhəng potensial imkanını dərk etmədən). 1958-ci ildə Vyanada konfransda digər tədqiqatçı Post ilə söhbət zamanı Skoy akabainin kardiotoksikqlikozidinin (natrium-kalium kanalının inhibitoru) tapılmasını bildi.
İşkol (Əbyəlil)
İşkol kəndi (başq. Ишҡол) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravil kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İşkol kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 22 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 70 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Helmut Kol
Helmut Kol (alm. Helmut Josef Michael Kohl‎; 3 aprel 1930[…] – 16 iyun 2017[…]) 1982-1998-ci illərdə Almaniyanın kansleri olmuşdur. 1990-cı il 3 oktyabrda birləşmiş Almaniyanın ilk kansleri olub. == Həyatı == Helmut Kol 3 aprel 1930-cu ildə Bavariyada anadan olur və O Ludwigshafendə böyüyür. 1950-ci ildə Frankfurt Universiteti Hüquq Fakültəsinə daxil olur, 1951-ci ildə Heydelberq Universitetinə keçir və tarixi və sosial-siyasi elmləri öyrənir. 1956-cı ildə Universiteti bitirdikdən sonra Kol Heydelberq Universitetinin Alfred Veber adına İnstitutunda tədqiqat işçisi kimi çalışmışdır. 1958-ci ildə "1945-ci ildən sonra Pfalçanın siyasi inkişafı və partiyaların dirilişi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə Helmut Kol 1948-ci ildən bəri tanış olduğu tərcüməçi Hannelore Renner ilə evlənir və iki oğlanları dünyaya gəlir. 5 iyul 2001-ci ildə, 68 yaşında, alergiyadan ciddi şəkildə xəstələnən Hannelore Kol, özünü öldürür.. 8 May 2008-ci ildə 78 yaşındakı Helmut Kol ikinci dəfə evlənir.
Kol albalısı
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. == Botaniki təsviri == Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Kol qurbağası
Kol qurbağası (lat. Polypedates leucomystax) — Rhacophoridae kol qurbağası ailəsindən olan növlərdir. O bir çox adla tanınır ki, əsası kol qurbağasıdır. Bundan başqa qızıl sürüşən qurbağa, qızıl ağac qurbağası, Asiya ağ dodaqları, bəbir qurbağası, uçan və ya soyunan ağac qurbağası və s. adları vardır. Bu qurbağalara Banqladeşdə, Bruneydə, Kambocada, Çində, Hindistanda, İndoneziyada, Laosda, Malayziyada, Myanmada, Nepalda, Filippində, Sinqapurda, Tailandda, Vyetnamda və Butanda rast gəlinsə də, əsasən Yaponiyada yaşayırlar. Təbii yaşayış mühiti subtropik iqlim və ya tropik quru meşələr, çaylar gölər və nohurlardır.
Kol qızılağacı
Kol qızılağacı (lat. Alnus alnobetula subsp. fruticosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin yaşıl qızılağac növünə aid bitki yarımnövü. == Areal == Çində, Yaponiyada, Rusiyada, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə geniş yayılmışdır. Azərbaycanda isə Lənkəran, Masallı, Zaqatala rayonlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1–3 m olan koldur. Qabığı tünd-boz,zoğları qırmızı-qonur,sarımtıl pulcuqlarla örtülmüşdür; yarpaqların uzunluğu 10 sm-dək, yumurtavari; dişli, üstü parlaq, tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıq, ətirli və yapışqanlıdır. Digər növlərdən fərqli olaraq yarpaqları açıldıqda, eyni vaxtda çiçəkləyir. Erkək çiçəkləri üç, bəzən bir ədəd qalxanvari genəlmiş,sırğanın oxunda spiralvari çiçək saplaqlarında oturur; çiçəkyanlığı sadə, əsasən dördyarpaqlı və ya dörd yerə bölünmüşdür; 4 erkəkciyi qısa saplı, iri, ikiyuvalı tozcuqludur. Dişi çiçəkləri ətli pulcuqların qoltuqlarında oturur, onların meyvələri yetişdiyi vaxt oduncaqlaşır.
Kol çərəni
Kol çərəni == Təbii yayılması == Dərbən və Kür çayı arasındakı ərazidən təsvir edilmişdir.Qafqazda,Avropada,Orta Asiyada təbii halda bitir. == Botaniki təsviri == 20-60 sm hündürlüyündə,geniş şaxələnmiş,boz rəngli kolcuqdur.Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstdir,çiçəkləyəndən sonra sıxlaşır.May ayında çiçəkləyir.Noyabr ayında isə meyvə verir.Toxumları ovalşəkilli,qara rəngli,xırda nöqtəli,parıldayandır. == Ekologiyası == Duzadavamlı bitkidir.Şoranlıqlarda və şoranlaşmış gilli yamaclarda dağınıq və qrup halda bitir. == Azərbaycanda yayılması == Xəzər və Kür-Araz ovalıqlarında,Qobustanda,Naxçıvan düzənliyində,aranda,dağ ataəyində,səhra və yarımsəhralarda geniş yayılmışdır. == İstifadəsi == Potaş hazırlamaq üçün xammal kimi istifadə edilir.Qış otlaqlarında payızın axırlarında və şaxtalar düşdükdən sonra dəvələr və xırdabuynuzlu mal-qara tərəfindən yeyilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Kol İsrail
«Kol İsrail» («İsrailin səsi») — dövlət (1965-ci ilə qədər) radio stansiyası, dövlət idarəçiliyində müstəqil quruluş haqqında qanunun qəbulundan sonra, Rabitə İdarəsinın (Reşut ha-şidur) filialı kimi fəaliyyətini davam etmişdir. == Tarixi == Erets İsrail telekanalının yayımı 30 mart 1936-cı ildə «Fələstində İngilis Mandat İdarəsinin» («Palestine Broadcasting Service» — PBS, ivritcə — «Reşut ha-şidur ha-palestini»), Fələstin Yayım Xidməti tərəfindən bir hissəsi kimi fəaliyyət göstərirdi. İlk yayım Qüds otelində "Palaz" da yerləşən studiyadan hazırlanıb. Özünü PBS-in varisi hesab edərkən, Kol İsrail 2006-cı ildə 70 illik yubileyini qeyd etdi. == Əsas kanalları == Kol Yisrael en:Israel Radio International — xarici dillərdə yayımı'. Reshet Aleph («Reşet alef») — mədəniyyət kanalı. Reshet Bet («Reşet bet») — xəbərlər, aktuallıq, idman. Reshet Gimel («Reşet qimel») — israil musiqisi; Reshet Dalet («Reşet dalet») — ərəb dilində yayımı. REQA (REKA) — 14 dildə yayımı. 88FM — yüksək keyfiyyətli musiqilər.
Kol şoranı
Qarağan şoranı və ya kol şoranı == Təbii yayılması == Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Natali Kol
Natali Kol (ing. Natalie Maria Cole; d, 6 fevral 1950, Los-Anceles — ö, 31 dekabr 2015, Amerikalı jazz ifaçısı, müğənnisi, bəstəkarı və aktrisa. Məşhur caz ifaçısı Net Kinq Kol-un qızı. == Haqqında == Sehrbazlığın musiqi kamilliyi ilə gələn bir növü də mövcuddur. Bu, anadangəlmə sərbəstlik, tanrı tərəfindən verilmiş bilikdir. Yaradıcılığının çiçəklənən dövrünü yaşayan Natali Koulun kamil sənətkarlığı özünü onun "Ask a Woman who Knows" adlı albomunda bütünlüklə ğöstərmişdir. Bu albom ən əvvəl üç il ərzində onun üçün (Verve Records) - son dərəcə vacib debyut olmuşdur. Koulun heç bir qüvvə sərf etmədən həmişəki emosionallıqla cazla pop musiqisini birləşdirmiş olduğu toplu 2002-ci ildə onun mahnılarına yeni səs vermişdir. "Unforgettable With Love" orijinal albomun prodüsseri Tommi Li Puma tərəfindən diggəttlə seçilən bu toplu 1991-ci ildə milyon tirajlarla satılmış və çox sayda "Gremmi" mükafatına layiq görülmüşdür. (Onun atası, əfsanəvi musiqiçi Nat "King" Cola həsr edilmişdir).