Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lqotnıy burnu
Lqotnıy burnu (rus. Льготный ) — Rusiyanın Xabarovsk diyarı ərazisində yerləşən burun. Sahillərini Oxot dənizinin suları yuyur. Yaxınlığında yerləşən şəhərlər: Maqadan, Asaxikava, Sayari.
Skotiya plitəsi
Skotiya plitəsi — okeanik plitə olaraq şimaldan Cənubi Amerika plitəsi, şərqdən Sandviç mikroplitəsi, cənubdan və qərbdən Antarktika plitəsi ilə əhatələnir. Sahəsi — 0,0419 steradian. Bəzən Sandviç mikroplitəsi ilə birlikdə götürülür. Antarktika plitəsi ilə qərb sərhəd zəif öyrənilmişdir. Karib plitəsinin təsiri ilə şimal və cənub istiqamətdən təzyiqə məruz qalır. Bəzi mənbələrdə Dreyk plitəsi olaraq adlandırılır.
Ukatnıy adası
Ukatnıy adası - Xəzər dənizinin şimalında, Volqa çayının deltasında yerləşən ada. Adanın sahilləri bataqlıqlaşmışdır. Uzunluğu 6.2 km, eni isə 4.3 km təşkil edir. Sahəsi 14,9 km²-dir. Ada ərazisində neft ehtiyatı vardır. Ukatnıy adası mübahisəli ərazidir. De-fakto ərazi Rusiyanın ərazisinə daxil olsa da, Qazaxıstan adanı tarixi torpağı hesab edir. Rusiya adanı Həştərxan vilayəti, Qazaxıstan isə Atırau vilayəti ərazisinə aid edir.
Skotia dənizi
Skotia dənizi - Cənubi Georgiya, Cənubi Sandviç adaları və Cənubi Orkney adaları arasında yerləşir. Onun böyük hissəsi Atlantik okeanının ərazisinə, az bir qismi isə Cənub okeanı akvatoriyasına qaxildır. == Ümumi məlumat == Sahəsi 1,300,000 km², orta dərinliyi 5,000 m, ən dərin yeri 6022 m təşkil edir. Dəniz dibinin dərinliyi 5000 metrdən aşağıdır. Dünya dənizləri arasında orta dərinliyinə görə ən dərin dənizdir. Dəniz soyuq Antarktik cərəyanların təsirinə məruz qalır. Səthində temperatur 6 -1 C arasında dəyişir. Duzluğu 34 ‰ təşkil edir. Cənubunda Ueddell dənizi yerləşir. Dəniz qərbdə Dreyk boğazı vastəsi ilə Sakit okeana birləşir.
Yelena Sotnik
Yelena Sotnik (ukr. Олена Сергіївна Сотник, 21 dekabr 1982, Kiyev) — ukraynalı vəkil, siyasətçi, «Samopomoş» partiyasından Ukrayna Radasının VIII çağırış deputatı. == Təhsili == 2005-ci ildə Ukraynanın Milli Daxili İşlər Akademiyasını bitirib, "Hüquqşunaslıq" ixtisası üzrə diplom alıb. Eyni ildə "Bələdiyyə İdarəşiliyi Akademiyasını" fərqlənmə diplomu ilə bitirir "Menecer-iqtisadçı" ixtisasına yiyələnir. 2011—2012-ci illərdə Ukrayna siyasi araşdırmalar məktəbində təhsil alır (Avropa İttifaqının Ukraynadakı layihəsi). 2012-ci ildə M. P. Draqomanov adına Milli Pedaqoji Universitetin «Psixologiya» fakultəsini bitirir. == Karyera == 1999—2001: "Faktlar və Şərhlər" qəzetinin sosial siyasət və təhsil bölməsinin müxbiri. 2004: «Svema» müəssəsinin Şostka şəhərindəki baş hüquq konsulu. 2005: "SD LTD" ASC-nin hüquq şöbəsinin müdiri. 2006: «Solodko və Həmkarları» hüquq bürosunun icraçı direktoru.