Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Silivri
Silivri — İstanbul ilinin ilçəsi. Həmçinin, şəhərin sərhəd ilçəsidir. İstanbul Avropa tərəfinin qərb hissəsindədir, 41 dərəcə, şimaldan 3 dəqiqə şimal və 28 dərəcə, 20 dəqiqə şərq meridianlarıdır. Tekirdağ vilayətinin qərbindəki Çorlu və Marmaraereğlisi, İstanbulun şərqindəki Büyükçekmece mahalı, İstanbulun şimalındakı Çatalca mahalı, Tekirdağ əyalətinin şimal-qərbindəki Çerkezköy mahalı və cənubda Marmara Dənizi. Mərmərə dənizinə qədər sahillərin uzunluğu 45 km-dir. Rayonun sahəsi təqribən 760 km² (kənd təsərrüfatı əraziləri ilə 860 km²) təşkil edir. 18 rayon və 8 şəhər olan rayon 7 rayona bölünür. Onun rayonları: Selimpaşa, Değirmenköy, Gümüşyaka, Çanta, Celaliye-Kamiloba, Ortaköy, Kavaklı və Büyük Çavuşlu. Kəndlərin adları belədir; Akören, Alipaşa (Böyükşəhər Bələdiyyəsi Qanununun 5216 nömrəli Silivri məhəlləsinə endirildi), Bəkirli, Beyciler, Çayırdere, Çeltik, Danamandıra, Fənər, Gazitepe (Silivri mövqeyinə Böyükşəhər Bələdiyyəsi ilə 5216 saylı Qanunla endirildi), Kadıköy, Küçük Kılıçlı (Böyükşəhər Bələdiyyəsinin 5216 saylı Qanunu ilə Silivri mövqeyinə endirildi), Büyük Kılıçlı, Kurfallı, Sayalar, Seymen, Küçük Sinekli, Büyük Sinekli və Yolçatı. Rayon əraziləri ümumiyyətlə daha az meylli ərazilərdir.
Sliver
Yonqar — 1993-cü ildə istehsal olunmuş ABŞ filmi.
Lipki
Lipki — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Liski
Liski (rus. Лиски) — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Fris Svikki
Fris Svikki (14 Fevral, 1898 – 8 Fevral, 1974)—İsveçrə astronomu.O həyatının çox hissəsini Amerika Birləşmiş Ştatlarının Kaliforniya Texnologiya İnstitutunda işləmiş,nəzəri astronomiyaya və müşahidə astronomiyasına bir çox mühüm töhfələr vermişdir. == Həyatı == Fris Svikki Bolqarıstanın Varna şəhərində anadan olmuşdur.Onun atası, Fridolin (d 1868) Bolqar şəhərində görkəmli sənayeçi idi və həmçinin Bolqarıstanın Varna şəhərində (1908-1933) Norveç səfiri vəzifəsində çalışmışdır.Varnada Svikkinin evi Fridolin Svikki tərəfindən layihələndirilmiş və tikilmişdir.Onun anası Fransisk Vrek (d 1871) əslən Avstriya-Macarıstan İmperiyasının Çexiyasından idi.Fris, Svikki ailəsindəki üç övladdan ən böyüyü idi:onun Leoni adlı bacısı və Rudolf adlı kiçik qardaşı var idi.Frisin anası 1927-ci ildə Bolqarıstanın Varna şəhərində vəfat edib və o İsveçrəyə qayıdanda onun atası Fridolin 1945-ci ilə qədər Bolqarıstanda qalıb.Bacısı Leoni Varna şəhərindən olan bir Bolqarnan evləndi və bütün həyatını bu şəhərdə keçirdi. 1904-ci ildə, altı yaşında,Fris İsveçrənin Qlarus şəhərinə nənə və babasının yanına ticarət öyrənməyə göndərilib.Lakin onun riyaziyyat və fizikaya olan marağı onun İsveçrənin Sürix şəhərində yerləşən İsveçrə Federal Texnologiya İnstitutunda ali təhsil alması ilə nəticələndi.O, 1925-ci ildə Kaliforniya Texnologiya İnstitutunda Robert Milliken ilə işləmək üçün ABŞ-yə köçdü. O, bizim kainatın bu gün başa düşülməsinə dərin təsir edən çoxsaylı kosmoloji nəzəriyyələrin banisidir.O ilk olaraq Neytron ulduzlarının kosepsiyasını başa düşməyə imkan verən Supernova terminini elmə daxil etdi.Svikki ”Tənha canavar” idi və o bütün riyazi işlərini özü edirdi.O "Tənha canavarın fəaliyyətləri" başlığı altında avtobioqrafik əsər yazmağı planlaşdırırdı. Fris Svikki o dövrdə olan bəzi reaktiv mühərrikləri təkmilləşdirib və 50-dən artıq patantə sahib idi. Fris Svikki ateist idi. == Elmi işləri == Frits Zwicky məhsuldar alim idi və astronomiya elminin bir çox sahələrində mühüm töhfələr vermişdir.
Marian Slavik
Marian Slavik (6 fevral 1946) — Rumıniyalı keçmiş üzgüçü. Marian Slavik Rumıniyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında 3 yarış növündə təmsil etdi. == Karyerası == Marian Slavik birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 55.35 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Slavko Kaleziç
Slavko Kaleziç (mont. Slavko Kalezić; d. 24 mart 1989, Podqoritsa, Monteneqro) — Monteneqro müğənnisi və aktyoru. O, "Space" mahnısı ilə Monteneqronu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Slavko Kaleziç 4 oktyabr 1985-ci ildə Monteneqronun paytaxtı Podqoritsa şəhərində anadan olmuşdur. O Monteneqronun Çetinye şəhərində yerləşən İncəsənət Akademiyasında təhsil almışdır. Daha sonra Slavko Monteneqro milli teatrında ansambla üzv seçilmişdir. Slavko müxtəlif teatr və filmlərdə bir çox obrazlar canlandırmışdır. O eyni zamanda Madrid, Tel-Əviv, Stokholm, London və s. şəhərlərdə keçirilən paradlarda çıxış etmişdir.
Slavko Kolar
Slavko Kolar (xorv. Slavko Kolar; d. 1 dekabr 1891 – ö.15 sentyabr 1963) — Xorvat yazıçı. Gələcək yazıçının atası müəllim idi. Uşaqlığı Çazma şəhərində valideynləri ilə keçirib. Pojeqa və Zaqreb gimnaziyalarında təhsil alıb. Krijevtsidə kənd təsərrüfatı üzrə təhsil alıb. Birinci Dünya Müharibəsindən sonra öz təhsilini Fransada davam etdirib. Vətənə qayıtdıqdan sonra Krijevtsi, Çazma, Qorni Xruşevets, Petrinya, Slavonski Brod, Pojeqa və Bojyakovinada aqronom işləyib. Slavko Kolar Xorvatiya ədəbiyyatında realizm cərəyanının təmsilçilərindən idi.
Slavik Kriklivı
Vyaçeslav (Slavik) Leonidoviç Kriklivı (ukr. В'ячеслав Леонідович (Славік) Крикливий; 1 iyul 1976, Zaporojya) — Ukrayna bal rəqqası, peşəkarlar arasında dünya çempionatının qalibi. Vyaçeslav Leonidoviç Kriklivı 1 iyul 1976-cı il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-nin Zaporojya şəhərində həkim ailəsində anadan olmuşdur. O, beş il üzgüçülük ilə məşğul olmuşdur. Kriklivı 1987-ci ilin payızında ailəsi ilə birlikdə Melitopol şəhərinə köçmüşdür. O, burada Latın Amerikası rəqs proqramını öyrənməyə başlamışdır. Kriklivı 1990-cı illərdə Kiyevə köçmüş və burada çıxış etmişdir. Vyaçeslav Kriklivı 1998-ci ilin martında Ukrayna çempionu olmuşdur. O, bir həftə sonra Belçika çempionu Coanna Lünis ilə cütləşmişdir. Dünya Rəqs İdmanı Federasiyasının məlumatına görə, Kriklivı 1999-cu ildə Lünis ilə birlikdə Dünya Çempionatının gümüş medalını, bir il sonra həvəskarlar arasında Dünya və Avropa Çempionatının qızıl medalını qazanmışdır.
Slavko Brezovski
Slavko Brezovski — Müasir memarlıq istiqamətində işləri ilə tanınan Yuqoslaviya və Makedoniya memarı. Yuqoslaviya krallığının Vardar banovinasının qərbində anadan olub. O, müəllimi Milan Zlokoviç olduğu Belqrad Ali Texniki Məktəbinin memarlıq fakültəsinə daxil olub. 1950-ci ildə diplomunu alıb Skopyeyə qayıtdıqdan sonra 10 ilə yaxın işlədiyi "Projectant" layihə təşkilatında işə düzəlir. Daha sonra “Pelagonia Project” və “Macedonia Project” təşkilatlarında çalışır. Elmi və Texniki Əməkdaşlıq İnstitutunun eksperti kimi onlar Tripoliyə gedirlər və orada Liviya Mənzil Təsərrüfatı Nazirliyinin tapşırıqlarını yerinə yetirirlər. Liviyadan qayıtdıqdan sonra 1960-1962-ci illərdə Skopye Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışıb. O, Braziliyaya ezamiyyətdə olarkən müəllimlik fəaliyyətini yarımçıq qoyub. 1969-cu ildən yenidən memarlıq fakültəsinin ictimai binaların layihələndirilməsi kafedrasında dərs demişdir. Buradaca professor elmi adını almışdır.
Slavik Alxasov
Slavik Alxasov (tam adı: Slavik Həsrət oğlu Alxasov, ) — azərbaycanlı futbolçu, Zirə klubunun müdafiəçisi. Slavik Alxasov 1993-cü il fevralın 6-da Azərbaycanın Qusar şəhərində anadan olub. Slavik, 8 yaşından etibarən futbol oynamağa başlayıb. 2008-2010-cu illərdə Bakıda Respublika Olimpiya İdman Liseyində futbolun əsasları üzrə təhsil alıb. Slavik Alxasov Neftçi futbol klubunun yetirməsidir. 2009-2011-ci illərdə Bakı FK-nın heyətində çıxış edib. Buradan 2011-ci ilin yanvarında icarə əsasında Azərbaycan çempionatının birinci divizionunun Abşeron FK komandasına keçib. Lakin yeni klubda debütü uğursuz oldu. Zədələnən futbolçu 3 ay yaşıl meydanlardan kənarda qaldı. İki ay sonra isə komanda maddi sıxıntıya görə dağıldı.
Euseius olivi
Euseius olivi (lat. Euseius olivi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Sivri kola
Sivri kola (lat. Cola acuminata) — kola cinsinə aid bitki növü.
Sivri xanımotu
Sivri xanımotu (lat. Atropa acuminata) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Stivi Uander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Stivi Vander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Sıtkı Üke
Sıtkı Üke (türk. Mehmet Sıtkı Üke; 1877, Saloniki – 22 oktyabr 1941, İstanbul) — Türk əsgəri. 1899-cu ildə hərbi məktəbi bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 11 yanvarında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşulmuşdur. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə mükafatlandırılmışdır. 4 may 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxmışdır. 1941-ci il oktyabrın 22-də İstanbulda vəfat etmişdir. Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) Osmanlı-Yunan müharibəsi (1897) Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 100.
Tsipi Livni
Tsipora Malka "Tsipi" Livni (8 iyul 1958[…], Tel-Əviv) – İsrailin xarici işlər naziri və baş nazir vəzifəsini müvəqqəti icra edən. Kadima partiyasının lideri, keçmiş ədliyyə naziri. Ali təhsilini bitirdikdən sonra Avropada qalmağa qərar verən Livni orada müxtəlif istiqamətlərdə fəaliyyət göstərmişdir. Onun Avropada qaldığı illərdə İsrail kəşfiyyat xidməti Mossadın üzvü olduğu və Avropada yaşayan bir çox fələstinli siyasətçiyə qarşı törədilən sui-qəsdlərdə iştirak etdiyi məlumdur. İsrail ordusunda xidmət edən Livni daha sonra İsrail kəşfiyyat xidməti Mossadda dörd il işləyib. Əslən polyak olan Eytan Livni İsrailin Fələstin yaşayış məskənlərinin zorla boşaldılması zamanı törətdiyi terror hadisələri ilə ad çıxaran İrgun təşkilatının şefi olub. 1931-ci ildə Qüdsdə fəaliyyət göstərən yəhudi terror təşkilatı Haganahdan ayrılan Avraam Tehomi və dostları tərəfindən yaradılan İrgun müdafiə doktrinası əvəzinə hücum doktrinasını mənimsəyən və başda Der Yasir qətliamı olmaqla onlarla ərəb qətliamına imzasını atan təşkilatdır. Tzipinin hər iki valideyni Fələstində ingilis diplomatlara hücumda iştirakdan dolayı həbs edilmişdi. Daha sonra atası həbsdən qaçmış, aradan bir müddət keçdikdən sonra isə Likud partiyasından Knessetə seçilmişdi. Anası isə özünü hamilə qadın kimi qələmə verərək ingilis işçilərinə maaş daşıyan qatarın soyulmasında iştirak etmişdi.
Tur livri
Tur livri (fr. livre tournois) — Fransada 1230-1803-cü illərdə dövriyyədə olan qızıl pul vahidi. Tur şəhərində hazırlandığı üçün belə adlanırdı. Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 27.
Tzipi Livni
Tsipora Malka "Tsipi" Livni (8 iyul 1958[…], Tel-Əviv) – İsrailin xarici işlər naziri və baş nazir vəzifəsini müvəqqəti icra edən. Kadima partiyasının lideri, keçmiş ədliyyə naziri. Ali təhsilini bitirdikdən sonra Avropada qalmağa qərar verən Livni orada müxtəlif istiqamətlərdə fəaliyyət göstərmişdir. Onun Avropada qaldığı illərdə İsrail kəşfiyyat xidməti Mossadın üzvü olduğu və Avropada yaşayan bir çox fələstinli siyasətçiyə qarşı törədilən sui-qəsdlərdə iştirak etdiyi məlumdur. İsrail ordusunda xidmət edən Livni daha sonra İsrail kəşfiyyat xidməti Mossadda dörd il işləyib. Əslən polyak olan Eytan Livni İsrailin Fələstin yaşayış məskənlərinin zorla boşaldılması zamanı törətdiyi terror hadisələri ilə ad çıxaran İrgun təşkilatının şefi olub. 1931-ci ildə Qüdsdə fəaliyyət göstərən yəhudi terror təşkilatı Haganahdan ayrılan Avraam Tehomi və dostları tərəfindən yaradılan İrgun müdafiə doktrinası əvəzinə hücum doktrinasını mənimsəyən və başda Der Yasir qətliamı olmaqla onlarla ərəb qətliamına imzasını atan təşkilatdır. Tzipinin hər iki valideyni Fələstində ingilis diplomatlara hücumda iştirakdan dolayı həbs edilmişdi. Daha sonra atası həbsdən qaçmış, aradan bir müddət keçdikdən sonra isə Likud partiyasından Knessetə seçilmişdi. Anası isə özünü hamilə qadın kimi qələmə verərək ingilis işçilərinə maaş daşıyan qatarın soyulmasında iştirak etmişdi.
Sıtkı Güvenç
Sıtkı Güvenç (1 noyabr 1961, Pazarcık[d], Qəhrəmanmərəş ili – 9 fevral 2023, Qəhrəmanmaraş) – Türkiyə siyasətçisi. Ədalət və İnkişaf Partiyasının Qəhrəmanmaraş təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. 1961-ci ildə Qəhrəmanmaraşın Pazarcık ilçəsində doğulmuşdur. İstanbul Universitetinin stomatologiya fakültəsindən məzun olmuş və bir müddət stomatoloq kimi işləmişdir. Qəhrəmanmaraş İl Sağlamlıq Müdirliyində xidmət göstərmiş, Ağız və Diş Sağlamlığı Mərkəzinin baş həkimi olmuşdur. 2011-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Qəhrəmanmaraşdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür. Evli və 5 uşaq atası idi. Orta səviyyədə ingiliscə bilirdi. Qardaşı Celalettin Güvenç 2015-ci ildə Ədalət və İnkişaf Partiyasının Qəhrəmanmaraş təmsilçisi kimi deputat seçilmişdir.
Stivi Niks
Stefani Linn Niks (ing. Stephanie Lynn Nicks 26 may 1948, Finiks) — ABŞ müğənnisi, bəstəkar və prodüser. O, daha çox Fleetwood Mac qrupundakı fəaliyyəti və solo ifaları ilə tanınır. O karyerasına keçmiş sevgilisi və duet yoldaşı Lindsi Bukinqam ilə başlamışdır. Onların birgə yazdığı "Buckingham Nicks" albomu işıq üzü görür, lakin bu, o qədər də uğurlu olmur. Daha sonra, Niks 1975-ci ildə Fleetwood Mac qrupuna qoşulur. Bu müddətdə o, qrupun formalaşması üçün bir sıra işlər görür. Hətta, qrupun Niks ilə birgə yazdığı "Rumours" adlı albomu ABŞ-da 20× platin sertifikatı alaraq dünya üzrə ən çox satılan albomlardan biri olmuşdur. 1981-ci ildə, Fleetwood Mac qrupunun üzvü olaraq qalan Niks solo karyerasına başlamış və Billboard 200-də birinci yerdə olan "Bella Donna" studiya albomunu yayımlayır. O, Fleetwood Mac qrupu ilə səkkiz studiya solo albomu və yeddi studiya albomu buraxmış və təkcə ABŞ-da təsdiqlənmiş cəmi 65 milyon nüsxə satmışdır.
Simonun sirki
Simonun sirki (ing. Simon's Sircus) — Britaniya Kral Donanmasının Donanmasının Hava Qoluna məxsus olmuş aerobatika eskadronudur. Uçuşlar üçün 6 de Havilland Sea Vixen(en) təyyarəsi istifadə olunurdu. 1968-ci ilin aprel ayında qurulmuşdur. Komandanın Kral Hərbi Hava Qüvvələrinin başqa aerobatika eskadronu olan Qırmızı Oxların istifadə etdiyi Folland Gnat(en) təyyarələrindən 5 dəfə daha ağır olan təyyarələrlə uçuşlar həyata keçirməsi bir çox insan tərəfindən yüksək qiymətləndirildi.
Yliki gölü
Yliki (yun. Υλίκη) — Yunanıstanın mərkəzi hissəsində şirin sulu göl. Yliki gölü Mərkəzi Yunanıstan periferiyasında, Beotiya inzibati-ərazi vahidində yerləşir. Gölə ən yaxın böyük şəhər Fivıdır (Beotiya). Şəhər göldən 10 km cənuda yerləşir. Göl səthinin ümumi sahəsi 19 km²-dir. Uzunluğu 10,8 km, eni isə — 5,6 km-dir. Yliki gölü dəniz səviyyəsindən 78 metr hündürlükdə yerləşir. Göl ərazisi qərbdən yüksək olmayan Ptoon, şərqdən isə Mesapion dağları ilə əhatələnib. Gölün qərb sahili nisbətən daha dikdir.
Sımsıkı Sıkı Sıkı
Sımsıkı Sıkı Sıkı — Kənan Doğulunun albomu.