Bişmiş südün, eləcə də qatığın üzündəki yağ pərdəsinə qaymaq deyirik. Bişməmiş südün üzünə çiyə (tatar dilində: çiyəmal), xama (tatarlarda: xammal) deyirik. Çiyə -çiy, xama –xam sözü ilə bağlıdır. Sözün mənbələrdə qanaq, qıyaq, qayaq formaları da mövcuddur. Bu söz rus dilində də işlədilir və belə izah olunur: “сливки, снятые с топленого молока”. Deməli, qaynamaq (bişmək, isti), qayğanaq tipli sözlərlə qohumdur. Radlov qaymaq sözünü rusca belə şərh edib: “густая вареная сметана”. Buradakı вареная sözü diqqəti cəlb edir: qaymaq hökmən südün bişməsi ilə bağlı yaranmış kəlmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)