Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klitor
Klitor – qadınlarda vaginanın üstündə yerləşən cinsi orqandır. Kişi penisinin bənzəridir. Lakin penis kimi sidik kanalı dəliyi yoxdur. Klitor əsas cinsi həzz almaq üçündür. Klitorun üzərində ortalama 4000 sinir mövcuddur. Bu penisdəki sinir sayısının iki qatıdır və bütün orqanlardakı sinirlərdən çoxdur. Klitor da penis kimi sərtləşir. Qadınlar ən çox həzz aldıqları bölgə kimi qəbul edilməkdədir. Ehtiras artdıqca, klitor da sərtləşərək böyüməyə başlayır.
Soliton
“Soliton LTD” (Soliton chain of stores) - mağazalar şəbəkəsi məişət texnikaları, elektronika məhsulları satışını həyata keçirməklə yanaşı müştərilərə satış sonrası quraşdırma və texniki xidmət də göstərir. Solitonun əsas ofisi Bakida yerləşir. 2020-ci ilədək 2000 işçi sayı ilə 80-ə yaxın mağazasını açaraq fəaliyyətini davam etdirir. == Tarix == 1992-ci ildə fəaliyyətə başlamış Soliton Mağazalar Şəbəkəsi məişət texnikası və elektronika məhsullarının satışı, quraşdırılması və texniki xidməti ilə fəaliyyətini davam etdirməkdədir. İlk mağazasını 28 May metrosu yaxınlığında açmışdır. Bu Mağazalar Şəbəkəsi şəhərin 20 Yanvar, Memar Əcəmi, Elmlər Akademiyası, Xalqlar Dostluğu, Qara Qarayev və digər metro stansiyaları yaxınlığında fəaliyyət göstərməyə başlamışdır. Şəbəkə olaraq yalnız Bakı şəhərində deyil, həmçinin Quba, Xaçmaz, İsmayıllı, Mingəçevir,Zaqatala, Gəncə, Cəlilabad və Azərbaycanın digər bölgərində də fəaliyyətini göstərir. == Fəaliyyət == Soliton Mağazalar Şəbəkəsi dünyanın məşhur markalarının satışını və satış sonrası servisini həyata keçirir. Avropanın ən böyük ikinci bəyaz əşya istehsalçısı olan Beko, komputer, səs və görüntü sistemləri sektorunun qabaqcıl markalarından olan Grundig, 1 əsrdən artıq tarixə malik Alman markası Blomberg, Türkiyənin məşhur kompüter makrası Casper və digər dünya markalarının məhsulları kimi məişət və elektronika məhsullarını təklif edir. == Logistika == 2004-cü ildə məhsulların saxlanılması üçün 10.000 kv.m-dən qapalı anbar sahəsi, ehtiyat hissə anbarı, malların təmiri üçün böyük servis mərkəzi və ofis binası tikilərək istifadəyə verilmişdir.
Spitak
Spitak, Hamamlı[mənbə göstərin] — Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. Hamamlı rayonunun mərkəzidir. == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Klitor başlığı
İnsan bədənindəki klitor başlığı (həmçinin preputium clitoridis və klitoral preparat adlandırılır) klitorisin başını əhatə edən və mühafizə edən dəri qatıdır; O, həmçinin klitorisin xarici şaftını əhatə edir, klitorisin daxili dodaqlarının bir hissəsi kimi inkişaf edir və kişi cinsiyyət orqanlarındakı sünnət dərisi ilə (paralel formada prepuce adlandırılır) homologiyadır. Klitoral başlıq selikli dəri toxumalarından ibarətdir; bu toxumalar selikli qişa ilə dəri arasındadır və immunoloji əhəmiyyətə malik ola bilərlər, çünki onlar selikli qişa peyvəndləri üçün giriş nöqtəsi ola bilər. Klitoral başlıq təkcə klitoral qlansın (klitorun başı) mühafizəsi üçün deyil, həm də erogen toxuma olduğu üçün həzz üçün də vacibdir. Klitoral başlığın kiçildilməsi klitoral başlığın ölçüsünü və sahəsini azaltmaq üçün həyata keçirilən plastik cərrahi əməliyyatdır.
Osisanq Şilton
Osisanq Şilton (23 fevral 1996) — Palaulu üzgüçü. Osisanq Şilton Palaunu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Osisanq Şilton birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:46.60 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 32-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Peterburqski listok
Peterburqski listok (rus. Петербургский листок; 1864—1918) — Peterburq siyasi, ictimai və ədəbi qəzeti. Zarudnı qardaşıları tərəfindən təsis olunmuşdur, hansılar ki redaktor qismində yazıçı Aleksandr Afanasyev-Çujbinskini dəvət etmişdilər ki, o da 23 fevral 1864-cü ildə həftədə 4 dəfə (bazar, çərşənbə axşamı, cümə axşamı və şənbə) qəzet nəşr etmək üçün Peterburq Senzura Komitəsinə müraciət etmişdir. Elə həmin ilin sonunda (30.11.1864 tarixindən) o, vəzifəsindən imtina etdi və onun yerinə redaktor köməkçisi V. M. Sikeviç təyin olundu. Cəmi üç aydan sonra İlya Arsenyev redaktor oldu. Qəzetin ilk sayı 15 mart 1864-cü ildə çap olundu. O, Sankt-Peterburqdakı beşinci özəl qəzet idi. Qəzetin nəşrinə ilkin kapital P. V. Vasilyev və İ. A .Tatarinov tərəfindən qoyulmuşdur. Nəşrin ilk ilində qəzetdə Vsevolod Krestovskinin "Peterburq xarabalıqları" romanı nəşr olunmağa başlandı. 6 aprel 1865-ci ildə qəzet ilkin senzurasız yayımlanmağa başlandı; 1865-ci ilin sentyabr ayında qəzetə aylıq əlavələr dərc etməyə icazə verildi.
Piter Şilton
Piter Lesli Şilton (18 sentyabr 1949, Lester; ing. Peter Leslie Shilton) - məşhur ingilis futbol qapıçı.
Slitıy adası
Slitıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasının cənub-qərbindən qərbdə yerləşir. Klin buxtasında qərarlaşır. Adadan 300 şərqdə Lineynıy adası yerləşir. == Təsviri == Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 2,4 km, eni 750 m təşkil edir. Maksimal hündürlük 2 metrdir. Qərbində geodeziya məntəqəsi vardır.
Spitak rayonu
Spitak rayonu, və ya Hamamlı rayonu — Ermənistan Respublikası ərazisində rayon. == Tarixi == Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür. 1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il oktyabrın 26-na qədər Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Ərazisi 596 kv km-dir. Rayon mərkəzi rayon tabeli Hamamlı (dəyişdirilmiş adı Spitak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 101 km-dir.Hamamlı rayonu Bazum, Şirək və Pəmbək dağ silsilələri arasındakı Pəmbək dərəsində yerləşir. Pəmbək çayı bu dərədən keçərək rayon boyu axır. Keçmişdə bu ərazidə hamısında azərbaycanlıların yaşadığı 24 kənd olub. Onlardan bəziləri 1918–1920-i illərdə ermənilər tərəfindən məhv edilmiş, digərlərinin isə əhalisi SSRİ dövründə Azərbaycan Respublikasına köçürülmüşdür.
Spitak zəlzələsi
Spitak zəlzələsi (həmçinin Leninakan zəlzələsi, Gümrü zəlzələsi də adlanır) — 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan (hazırkı Gümrü), Kirovakan (hazırkı Vanadzor) və Stepanavan şəhərlərini dağıdıb. Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss edilib. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrupu təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu.
Şuşinski listok
Şuşinski listok (rus. Шушинский листок, mənası "Şuşa vərəqi") — Rusiya imperiyasında liberal ictimai-siyasi və ədəbi qəzet. == Tarixi == 1911-ci ilin iyunundan 1914-cü ilin avqustuna qədər Şuşada həftədə 2–4 dəfə çıxmışdır. Tam olmayan məlumata görə, 63 nömrə çıxmışdır. Redaktoru və naşiri Ş. A. Melik-Qaraközov idi.
Şitov (Çaypara)
Şitov (fars. شطو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (16 ailə).
Bakinski listok (qəzet)
"Bakinskiy listok" (qəzet) — Bakıda rus dilində çap olunmuş ilk qəzet. == Qəzet haqqında məlumat == Azərbaycanda çıxan ilk rusdilli nəşr "Bakinskiy listok" hesab edilir. Qəzetin baş redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. 1870-ci il dekabr ayının 3-də qəzetin nəşrinə rəsmi icazə verildi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 19-da (6-da) çıxmış, iyun ayında bağlanmışdır. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunmuşdur. Həmin il iyunun 3-dək davam etmişdir. Qəzet İçərişəhərdə, Mixail Voliçkin adlı şəxsin xüsusi mətbəəsində çap olunurdu. Bu qəzetdə rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu. == Xristian Sink == Xristian Sink Bakı qubernatoru, general-leytenant Kalyubaykinə 1870-ci il 25 fevral tarixli ərizəsində öz məqsəd və məramını belə izah edir: Xristian Sink azərbaycanlıların maariflənməsinə kömək etməyi də özünün vicdani borcu sayırdı.
Mak-Klintok adası
Mak-Klintok adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 521 m. Zirvə adanın mərkəzində yerləşir. Sahəsi 612 km²-dir. Adanın az bir hissəsi buzdan azddır. Buna misal kimi Dillon burnunu göstərmək olar. Burada qədim tikilinin qalıqları və astronomik məntəqə vardır. Ada gölə sahib olmasada kiçik axarları vardır. Ada irlandiyalı qütb araşdırmaşısı Frensis Leopold Mak-Klintokun (ing.
Mak-Klintok boğazı
Mak-Klintok boğazı ing. Mc Clintock Channel -Şimal Buzlu okeanında yerləşən, Kanada ərazisində Viktoriya (ada)sını Uels Şahzadəsi adasından ayıran boğaz. Kanadanın şimal-qərbində yerləşir. Boğazın şimalında Vaynavunt-Melvill, cənubunda Viktoriya boğazı, cənub-şərqdə Larsen körfəzi və Franklin boğazı ilə birləşir. Eni 105 – 209 km, uzunluğu 274 km təşkil edir. Adı qütb araşdırmaçısı Frensis Leanold Mak-Klintokun şərəfinə adlandırılmışdır. Şimalda dərinliyi 300 m, cənubda 120 m təşkil edir.
Mak Klintok Barbara
Mak Klintok Barbara- (ing. Barbara McClintock)16 iyun 1902- ci ildə Hartford, Konnektikutda anadan olmuş - 2 sentyabr 1992,-ci ildə Hantinqton, Nyu-Yorkda vəfat etmişdir. — amerikalı sitogenetik alim, fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı . Karyerası boyunca Mak Klintok əsasən qarğıdalı sitogenetikasının öyrənilməsi ilə məşğul olmuşdur. == Elmi fəaliyyəti == Mak Klintok qarğıdalı hüceyrələrinin xromosomlarının vizuallaşdırılması üçün bir üsul hazırladı və mikroskopik analizdən istifadə edərək, sitogenetikada bir çox fundamental kəşflər etdi. . O, xromosom bölgələrinin fiziki xassələrini təsvir edən qarğıdalının ilk genetik xəritəsini hazırladı, telomerlərin və sentromerlərin (genetik məlumatın qorunmasında iştirak edən xromosom bölgələri) rolunu göstərdi, sitogenetik və etnobotanika üzrə geniş tədqiqatlar apardı. Cənubi Amerika qarğıdalı növləri, qarğıdalı nümunəsindən istifadə edərək, bir nəsildən digərinə ötürülmə zamanı genetik məlumatın repressiyasını və ifadəsini izah edən bir nəzəriyyə hazırladı . 1951-ci ildə Mak Klintok transpozonları kəşf etdi. Onun işi 1960-1970-ci illərdə (1940-cı illərdə Mak Klintok tərəfindən kəşf edilən gen tənzimləmə mexanizmi) tanındı . 1983-cü ildə Mak Klintok mobil genetik elementlərin kəşfinə görə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülüb.
Stok-Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok-im-Ayzen
Stok-im-Ayzen (alm. Stock-im-Eisen‎ – dəmir içində ağac) — orta əsrlərdən bəri, uğur üçün yüzlərlə mismar vurulmuş və mismar ağacı (Nagelbaum) adlanan ağacın kəsilmiş gövdəsi. Hal-hazırda Avstriyanın paytaxtı Vyananın mərkəzində şüşə arxasında yerləşdirilib. == Tarixi == Ağacın gövdəsi 2.19 metr (7 ft 2 düym) hündürlüyündədir və beş dəmir bantla divara bərkidilib. Dəmir 1575-ci ilə aiddir və üzərindəki HB hərfləri ehtimal ki, binanın sahibi Hans Buettingerə aiddir. Kötük 1400-ci illərdə əkilmiş küknara aiddir və təxminən 1440-cı illərdə kəsilmişdir. 1975-ci ildə ağac aşkar edilir. İlk mismarlar ağac hələ sağ ikən yəni 1440-a qədər vurulmuşdu. Bu barədə ilk yazılı qeyd 1533-cü ilə aiddir və 1548-ci ildə, o artıq hal-hazırda Stok-im-Ayzen-Platz adlanan bir evin divarında yerləşirdi. Ağac hal-hazırda Çexiya hornblendindən hazırlanmış bir baza üzərində dayanır.
Stok-on-Trent
Stok-on-Trent — Böyük Britaniyada, İngiltərədə şəhər.
Stok Siti FK
Stok Siti (Stoke City FC) — İngiltərənin futbol klubu. == Tarixi == 1863-cü ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.