Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selom
Selom — Selom , əksər heyvanlarda əsas bədən boşluğudur və həzm sistemini və digər orqanları əhatə etmək və saxlamaq üçün bədənin içərisindədir. Bəzi heyvanlarda mezoteli ilə örtülmüşdür. Molyusklar kimi digər heyvanlarda da fərqlənməmiş olaraq qalır. Selom termini, qədim yunan κοιλία (koilía) sözündən əmələ gəlib, 'boşluq' deməkdir . Hamısı bağırsaqla bədənin xarici divarı arasındakı mezodermal boşluqdur. Embrionun inkişafı zamanı selomun formalaşması qastrulyasiya mərhələsində başlayır. Embrionun inkişaf edən həzm borusu əmələ gətirir. Başlanğıcda arxenteron əmələ gəlir və mezoderma iki qata bölünür: birincisi bədən divarına və ya ektoderma yapışaraq parietal təbəqə əmələ gətirir, ikincisi endoderma əmələ gətirir. Parietal təbəqə ilə visseral təbəqə arasındakı boşluq bütün və ya bədən boşluğu olaraq bilinir. Selomun təkamül mənşəyi aydın deyil.
Slem
Slem yaxud Poetri slem (ing. Partlayış) — əyləncəli, müxtəlif şairlər tərəfindən ədəbiyyatın hər cür kateqoriyasına aid, dinləyici və eyni zamanda tamaşaçıları da onlara qərar haqqı tanıyaraq olan prosesin içinə qatan, stendap, tamaşa, monoloq, komediya və s. qarışığı bir aktdır. İştirakçılar Slemer adlanır. Hər iştirakçının 5 yaxud 7 dəqiqə vaxtı olur, bu vaxt ərzində öz yazmış olduğu və ədəbiyyatın istənilən kateqoriyasına aid olan yazısını oxuyur. Yazının özü tərəfindən yazılmış olması, yəni oğurlanmış olmaması, yazısını tamaşaçı ilə paylaşarkən iştirakçının hər hansı bir kostyum geyməmiş olması və başqa kömək vasitələrindən istifadə etməməsi və özünə verilən müddəti keçməməsi şərtdir. Hər bir çıxışdan sonra münsiflər heyəti səs verir və ilk dörd yerə çıxan slemer növbəti tədbirə qoşulmağa haqq qazanır. Hazırda slem İrlandiya, Nepal, Kanada, Almaniya, İsveç, Avstriya, İsrail, Ukrayna, Rusiya, İsveçrə, İspaniya, Meksika, Fransa, Azərbaycan və s. ölkələrdə keçirilir.
Slot
Slot (СЛОТ) — Moskvada yaradılan, rusiya rok qrupu.
Şalom
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Şlam
Şlam — dərinlik buruq qazmaları zamanı quyuların dibində və divarlarında süxurların pozulması nəticəsində yaranan dispers hissəciklərin su ilə qarışdırılmış kütləsidir. Şlamlar adətən yerin səthində buruqlardakı qazma baltalarının və başqa hissələrinin yerin üstündə su ilə yuyulduğu zaman toplanır ki, bunlara da buruq şlamları deyilir. Bundan başqa filiz saflaşdırma, əlvan və qara metallurgiya müəssisə və zavodlarında əsas məhsul istehsalı zamanı küllü miqdarda şlamlı tullantılar da əmələ gəlir. Həmin şlam kütləsinin həcmi bir neçə on mln kub.m-ə qədər olur. Gəncə alüminium zavodunun və Sumqayıt boru-prakat zavodunun ətrafında toplanan şlamlı tullantılar buna misal ola bilər. Filizin çıxarılması, saflaşdırılması və emalı zamanı maye halında olan tullantılardır.
Elizabet Salom
Elizabet Salom (d. 23 yanvar 1989) — İspaniyanı təmsil edən bədii gimnast. Elizabet Salom, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Elizabet Salom, 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, Ana Pelaz, Veronika Ruiz və İsabel Paqan ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Ledi Slim
Neve Şalom
Neve Şalom (ivr. ‏נְוֵה שָׁלוֹם‏‎, Sülh vadisi) və ya Vahat as-Salam (ərəb. واحة السلام‎) — İsrailin mərkəzində yerləşə qəsəbə. Qəsəbənin əsasını yəhudilər və ərəblər birgə qoymuş. Bununla da dünyaya göstərmək istəmişlər ki, bu iki xalq bir yerdə yaşaya bilir. Qəsəbədə iki xalq arasında dostluğun, anlaşmanın möhkəmlənməsi üçün daima təbliğat aparılır. Neve Şalom Latrun rayonunda, iki təpənin zirvəsində salınmış. Qəsəbə Tel-Əviv və Qüdsü birləşdirən mağistral yolunun ortasında yerləşir. Qəsəbə öz adını Tanaxın (Nəviimin ikinci fəsli olan Son Peyğəmbərlər fəsli) Yeşaya (ibranicə Yeşayahu) adlı hissəsindən götürmüş — «O zaman mənim xalqım təhlükəsiz və sülh məkanında xoşbəxt yaşayacaq» (Yeşaya. 32:19).
Qırmızı şlam
Qırmızı şlam Qırmızı şlam boksitlərdən Bayer üsulu ilə alüminium –oksid alınması prosesinin qalığıdır. Müxtəlif məlumatlara əsasən təkcə MDB ölkələrində 100-150 milyon ton qırmızı şlam toplanıb qalmışdır. Bu tullantılar alüminum istehsalı zavodlarının yaxınlığında cox böyük ərazini tutur və potensial təhlükə mənbəyidir. Buna misal kimi 2010-cu ildə Macarıstanda qırmızı şlamla bağlı baş verən ekoloji fəlakəti göstərmək olar. Bu zaman 1,1 milyon kubmetr həcmində zəhərli maddələr ətraf mühitə dağılmış, insan itgisi olmuşdur. Bu səbəbdən zavod 472 milyon avro cərimə edilmişdir. Azərbaycanda da (Gəncə şəhəri) bu cür şlam 60 hektara qədər ərazinin tutur və burada 12 milyon ton alunit, 20 milyon ton boksit tullantısı toplanmışdır.Bu ərazinin torpaq qatı ilə örtülməsinə baxmayaraq , yenə təhlükə mənbəyi olaraq qalır. Ədəbiyyat materiallarının analizi göstərir ki, qırmızı şlamın emalının həm piro-, həm də hidrometallurgiya üsulları ilə işlənməsi təklif olunur. Pirometallurgiya texnologiyaları qırmızı şlamdakı dəmir tərkibli komponentlərin maqnitlənən hissəsinin, qeyri-maqnit hissədən ayrılmasına əsaslanır və cox yüksək temperaturda aparılır. Bu üsul enerji daşıyıcılarının qiymətlərinin cox yüksək olması baxımından perspektivli sayılmır.
Silvan Şalom
Silvan Şalom (ivr. ‏ציון סילבן שלום‏‎; 4 avqust 1958, Qabes (Tunis)) — Likud partiyasından olub 1992-2015-ci illərdə Knessetin üzvü olan bir İsrail siyasətçisidir. Baş nazir müavini və Daxili İşlər Naziri olmaq üzrə bir sıra nazir vəzifələrini tutmuşdur. 24 dekabr 2015-ci ildə təcavüz iddialarından sonra istefa verdi. Daha sonra Baş prokuror bu istintaqı bağladı və bu iddiaların əsassız olduğunu bildirdi.
Şalom (qəzet)
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Şlomo Avineri
Şlomo Avineri (30 avqust 1933 – 1 dekabr 2023, İsrail) yəhudi əsilli politoloqdur. Hazırda Siyasi elmlər üzrə Yerusəlimdə Yəhudi Universitetinin professoru. O həmçinin Budapeştdə Mərkəzi Avropa Universitetində də dərs deyirdi.
Herbert Lom
Herbert Lom (çex. Herbert Lom) - beyənxalq səviyyədə tanınmış çex əsilli kino və teatr aktyoru. == Həyatı == 1917-ci ilin 11 sentyabr tarixində o zaman ki, Avstriya-Macarıstan imperiyasının sərhədləri daxilində yerləşən və hal-hazırda Çexiyanın paytaxtı olan Praqa şəhərində anadan olmuşdur. Teatr səhnəsinə ilk dəfə yaşadığı Praqa şəhərində çıxımışdır. 1937-ci ildə Zena Pod Krizmen adlı film ilə kinematoqrafiya sahəsinə qədəm qoymuşdur. 1938-ci ildə İngiltərəyə köçmüşdür. 2004-cü ilə qədər aktiv formada davam etdirdiyi kino və teatr fəaliyyəti ərzində 112 müxtəlif filmdə rol almışdır. Herbert Lom rol aldığı filmlərdə əsasən epizotik rollarda çıxış etmiş və adətən mənfi obrazları canlandırmışdır.
SOM (raket)
SOM qanadlı raketi (türk. Satha Atılan Orta Menzilli Mühimmat) — Türkiyənin Müdafiə sahəsində Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən dizayn olunmuş, quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raket. İlk dəfə 4 iyun 2011-ci il tarixində İzmir şəhərində yerləşən Çiğli aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü quruluş ildönümü münasibətilə təşkil olunan tədbirdə nümayiş etdirilib. 2006-cı ildən etibarən konstruksiya işləri davam etdirilən SOM qanadlı raketi 180 km-dən artıq məsafədə həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Raketin dizaynı hələ də TÜBİTAK-SAGE-yə məxsus olsa da, onun istehsalı və xarici dövlətlərə satışı məsələləri Roketsan şirkətinə həvalə olunmuşdur. Səsaltı sürətə sahib, uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. İlk sınaq uçuşu 9 avqust 2011-ci il tarixində Qara dəniz üzərində həyata keçirilmişdir. Sınaq zamanı 180 km-dən artıq məsafəni GPS/İNS idarəetməsi ilə qət edən raket öz hədəfini yüksək dəqiqliklə məhv etməyi bacarmışdır. Raketin dizayn aspektlərini müəyyənləşdirmək məqsədilə təqribən 30 test uçuşunun həyata keçirilməsi planlaşdırılmışdı. Sınaqlar tamamlandıqdan sonra raketlərin ilk partiyası 2011-ci ilin sonlarına qədər Türkiyə Hərbi Hava Qüvvələrinə çatdırıldı.
Cozef H. Flom
=== Cozef Flom === (1923 - 2011) məşhur amerikalı hüquqşünas. Cozef Flom Baltimorda anadan olmuşdur. Harvard Hüquq Məktəbini 1948-ci ildə fərqlənmə ilə bitirmişdir. Flom öz hüquq karyerasını 1948-ci ildə "Skadden"də başlamışdır (təsisçi kimi) və Skadden tam həcmli hüquq servisi göstərən dünyada ən iri hüquq şirkətinə çevrildi. Şirkətin 2000 yaxın hüquqşünası var, filialları və nümayəndəlikləri isə ABŞ-nın 9 şəhərində, Pekində, Brusseldə, Parijdə, Honqkonqda, Londonda, Moskvada, Tokioda və bir çox digər şəhərlərdə mövcuddur. Flom şirkətlərin birləşməsində və ya böyük bir şirkət tərəfindən kiçik şirkətin udmasında (özünə daxil etmə) sahəsində özünə şöhrət qazanmış vəkildir. Həmçinin bütün növ korporativ sazişlər sahəsində göstərilən xidmətlər onun təcrübəsinə daxildir (qiymətli kağızlar, bank işi, korporativ təşkilatçılıq və s.).
Karlos Slim Elu
Karlos Slim Elu (28 yanvar 1940, Mexiko) — livan əsilli meksikalı biznesmen. == Həyatı == Karlos Slim Elu 28 yanvar 1940-cı ildə livan əsilli meksikalı biznesmen Karlos Slim Elu (Carlos Slim Helu) anadan olmuşdur. "Forbes" jurnalının 2010-cu il üçün olan statistik verilənlərinə görə o, dünyanın ən varlı 100 şəxsi arasında birinci yeri tutmuşdur. Latın Amerikasının ən varlı şəxsi olan Elu öz sərvətini "Teléfonos de México", "Altria Group", "Telcel" və "América Móvil" kimi rabitə şirkətlərində işləyərək əldə etmişdir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Karlos Slim Xel
Karlos Slim Elu (28 yanvar 1940, Mexiko) — livan əsilli meksikalı biznesmen. == Həyatı == Karlos Slim Elu 28 yanvar 1940-cı ildə livan əsilli meksikalı biznesmen Karlos Slim Elu (Carlos Slim Helu) anadan olmuşdur. "Forbes" jurnalının 2010-cu il üçün olan statistik verilənlərinə görə o, dünyanın ən varlı 100 şəxsi arasında birinci yeri tutmuşdur. Latın Amerikasının ən varlı şəxsi olan Elu öz sərvətini "Teléfonos de México", "Altria Group", "Telcel" və "América Móvil" kimi rabitə şirkətlərində işləyərək əldə etmişdir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Mazutlu-bitumlu şlam
Mazutlu-bitumlu şlam - neftin neftayrıma zavodlarında ilkin emal zamanı, yəni xam neftin termiki fraksiyalaşdırılmamışdan əvvəl asılı mexaniki hissəciklərdən təmizlənməsi üçün gilli qranulometrik tərkibə malik absorbentlərdən istifadə edilir. Həmin absorbentlər neftin tərkibində olan xırda hissəciklərlə birləşərək böyük həcmdə tullantıya çevrilirlər ki, onlarda öz növbəsində neftlə hopmuş olurlar. Onlar tullantı halında şlamxanada toplanmaqlla netfli birləşmələrlə zənginləşmişlər. Tullantılar fiziki-kimyəvi və fotokimyəvi proseslər nəticəsində müəyyən dövr ərzində mazut, sonra isə bitum halına keçirlər. Bina misal olaraq Zığ yaşayış sahəsininn yaxınlığındalı mazutlu-bitumlu şlamxananı göstərmək olar.
Neve Şalom sinaqoqu
Neve Şalom sinaqoqu (türk. Neve Şalom Sinagogu, ivr. ‏בית הכנסת נווה שלום‏‎ ) — Türkiyənin İstanbul şəhərində, Beyoğlu rayonunun Karaköy məhəlləsində sinaqoq. Sinaqoq 1930-cu illərin sonlarında köhnə Qalata məhəlləsində iudaist əhalisinin artması səbəbilə tikilmişdir. Bu məqsədlə 1949-cu ildə bir yəhudi ibtidai məktəbi sökülmüş və onun xarabalıqları üzərində sinaqoq tikilmişdir. Tikinti 1951-ci ildə tamamlanmışdır.
The Slow Rush
The Slow Rush — Avstraliya musiqiçisi Tame Impala-nın dördüncü studiya albomu. 14 fevral 2020-ci ildə işıq üzü görüb. Bütün mahnılar Kevin Parker tərəfindən yazılmış və bəstələnmişdir.
The Slim Shady LP
ABŞ reperi Eminemin 2-ci studiya albomudur. Amma satışlara görə 1-ci albomu sayılır. Albom çox uğurlu alınmışdır. İlk həftəsində 283,000 nüsxə satılıb. Dünyada indiyə qədər 9 milyon nüsxə satılıb. "Just Don't Give a Fuck" mahnısı albomun ilk yeraltı sinqlıdır. İlk rəsmi sinql isə "My Name Is" oldu. 2003-cü ildə Rolling Stone jurnalı Tarixin ən yaxşı 500 albomu siyahısında 273-cü sırada yer aldı. Qeyd:Senzuralanmış versiyada "Bitch", "Cum on Everybody", "Just Don't Give a Fuck" və "Still Don't Give a Fuck" mahnılarının adları "Zoe", "Come on Everybody", "Just Don't Give" və "Still Don't Give" olaraq dəyişdirilmişdir.
Yeşua D. Salom malikanəsi
Yeşua D. Salom malikanəsi ― Bosniya və Herseqovinanın Sarayevo şəhərinin mərkəzində yerləşən malikanə. Bina 2008-ci ilin noyabrından Bosniya və Herseqovinanın milli abidəsi olaraq siyahıya alınmışdır. Milyaşka çayının şimal sahilində, Avstriya-Macarıstan imperiyası dövründə tikilmiş binalar arasında Yeşua D. Salom malikanəsi, çayın qarşı sahilində isə Aşkenazi yəhudilərinə aid sinaqoq yerləşir. Yeşua D. Salom malikanəsi 1901-ci ildə, məşhur memar İosip Vankaşın dizaynı ilə, məşhur yəhudi taciri Yeşua D. Salom üçün tikilmişdir. Bu dövrdə 1893-cü ildə qəbul edilmiş "Paytaxt - Sarayevo İnşaat Nizamnaməsi"nə əsasən Milyaşkanın sağ sahili boyunca yalnız iki mərtəbəli binalar inşa edilə bilərdi. Malikanə yaşayış binaları arasında çiçək motivlərindən istifadə edilmiş ilk tikililərdən biridir. Bina tikildiyi ilk dövrlərdə su, daxili santexnika, elektrik enerjisi və istilik sisteminə sahib avanqard obyekt idi. Binanın arxasında daş fəvvarəli daxili həyət yerləşirdi. 1922-ci ildə bina Simo Krstiçə satıldı. 1931-ci ildə isə malikanəyə Bosniya və Herseqovina Mərkəzi Bankı tərəfindən əl qoyuldu və elə həmin ildə bank binanı ilk Bosniya kibrit fabriki olan Dolakın direktoru Jak Saloma satdı.
Slow Down (Daue Bob mahnısı)
Slow Down (azərb. Yavaşla‎) — Niderlandın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Daue Bob "Slow Down" mahnısı ilə Niderlandı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda musiqiçi yoldaşları olan Yan Peter Hoekstra, Yeroen Overman və Mattyis van Duiyvenbode tərəfindən bəstələnmişdir.
Slow Down (Douv Bob mahnısı)
Slow Down (azərb. Yavaşla‎) — Niderlandın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Daue Bob "Slow Down" mahnısı ilə Niderlandı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda musiqiçi yoldaşları olan Yan Peter Hoekstra, Yeroen Overman və Mattyis van Duiyvenbode tərəfindən bəstələnmişdir.
Aləm gözəl (ablom)
Aləm gözəl (albom)
Eloy
Eloy – Almaniya proqressiv/psixodelik/kraut rok qrupu. Qrup 1969-cu ildə Frank Bornemann tərəfindən yaradılmışdır. Qrup illər boyu çox üzv dəyişsə də Frank dəyişməz üzv olaraq qalmışdır. Eloy illərlə fəaliyyət göstərsə də 1998-ci ildəki Ocean 2 albomundan sonra məşhurlaşmışdır. Musiqi tərzi Pink Floyd, King Crimson, Yes qruplarının tərzinə yaxındır. == Adı == Qrupun adı Herbert Uellsin "Zaman maşını" kitabından götürülüb. Kitabda 800.000 il sonrakı dünyada yaşayan insan irqi Eloy adlanır.
Elöd
Elöd (IX əsr, bilinmir – X əsr) — 7 macar qəbiləsindən biri olan Nyek qəbiləsinin başçısı. O qəbiləsini indiki Macarıstana doğru yönləndirmişdi və Balaton gölü ətrafında yurd salmışdı.
Albom
Albom bu mənaları ifadə edə bilər: