Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salonika
Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki qulas as, translit. Saloniki) ya da Səlanik (osm. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir. == Tarixi == Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Ploniya çayı
Ploniya (pol. Płonia, alm. Plöne‎) — Polşanın şimal-qərbində çay. == Coğrafiya == Polşanın şimal-qərbində çay. Cənubi Pomorsk əyalətinindən axaraq Dombe gölünə tökülür. Çayın uzunluğu 72,6 km, hövzəsinin sahəsi isə 1171,2 km²-dir. Çay başlanğıcını Barlinek şəhərindən 1.5 km məsafədə yerləşən Barlinek-Qorjuv landşaft parkında yerləşən Mıslibor gölündən götürür. Demək olar ki, mənbəni keçən kimi Barlin gölü və Barlinek şəhəri başlayır. Şimal-qərb istiqamətində axaraq o, Plon və Medve göllərini yuyur. Yuxarı axarlarında çay sürətli axır, Plon gölü sahillərində artıq sürəti azalır.
Loniya bərqvuranı
Slonim teleqülləsi
Slonim televiziya qülləsi (Slonim təkrarlayıcısı) - Belarus Respublikasının Qrodno vilayətinin Slonim rayonunun Novaya Straza kəndində televiziya və radio yayım qülləsi. == Maraqlı faktlar == 1965-ci ildə qurulan zaman Avropanın ən yüksək televiziya qülləsi idi 1965-ci ildə quraşdırılması zamanı elektromaqnit sahələrinin təsiriylə polad çərçivə deformasiya etməyə başladı. Dizayn qəribə formalı bir ilan kimi forma almağa başladı. Bina gözlənildiyi kimi elektromaqnit dalğalarının xüsusi qəbuledicilərini tutmaq üçün idi .
Soniya Abexon
Soniya Abexon (d. 1 avqust 1985) — İspaniyanı təmsil edən bədii gimnast. Soniya Abexon, 2004-cü ildə İspaniyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Soniya Abexon, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Barbara Qonzalez, Karolina Rodrigez, Marta Linares, İsabel Paqan və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu.
Səniha Sultan
Sənihə Sultan (12 noyabr 1851, Konstantinopol – 15 sentyabr 1931, Nitsa) — 31-ci Osmanlı sultanı Əbdülməcidin qızı, ilk türk sosioloqlarından Mehmed Səbahəddinin anasıdır. == Həyatı == 1852-ci ildə dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası Nalandil xanımdır. 1861-ci ildə atasının vəfatı ilə Osmanlı taxtına əmisi Sultan Əbdüləziz çıxdı. Əmisinin 1876-cı ildə taxtdan endirilərək öldürülməsinin ardından taxta böyük qardaşlarından V Murad, onun 93 günlük səltənətinin ardından digər qardaşı II Əbdülhəmid taxta çıxdı. Qardaşının səltənəti dönəmində 4 dekabr 1876-cı ildə Xəlil Rüfət Paşanın oğlu Mahmud Cəlaləddin Paşayla evləndirildi. Bu evlilikdən Mehmed Səbahəddin və Əhməd Lütfullah adında iki oğlu dünyaya gəldi. II Əbdülhəmid bacısı Rəfiyə Sultanın gənc yaşda vəfat etməsilə ona aid olan Çamlıca sarayını Sənihə Sultana təsis etdi. Sənihə Sultan uzun müddət ailəsilə birlikdə bu sarayda yaşadı. 1895-ci ildə sarayın aşağı hissəsində övladları üçün məktəb tikdirdi.
Valter Şoniya
Valter Şoniya (rus. Ва́льтер Шо́ния; 22 mart 1936) — Rusiya dövlət xadimi, diplomat. 1992–1995-ci illərdə Rusiya Federasiyasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. == Həyatı == Valter Şoniya 22 mart 1936-cı ildə anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. 1964-cü ildən diplomatik fəaliyyətə başlayıb.1964-1975-ci illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində, SSRİ-nin Türkiyə səfirliyində və İstanbul Baş konsulluğunda çalışıb. 1980-1986-cı illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində birinci katib, SSRİ-nin Laos səfirliyində və SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində məsləhətçi vəzifələrini tutub. 1986-1992-ci illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində ekspert və SSRİ-nin Türkiyə səfirliyində müşavir kimi çalışıb.1992-ci il martın 2-də Boris Yeltsinin sərəncamı ilə səfir statusu alıb və Bakıya göndərilib. Valter Şoniya 1995-ci il iyun ayının 26-na qədər Azərbaycanda səfir kimi çalışıb. O, ölkə tarixində həmin illərdə baş verən ən önəmli ictimai-siyasi hadisələrin şahidi olub, danışıqlarda iştirak edib.
Sonia Aktar
Sonia Aktar (15 iyul 1997) — Banqladeşli üzgüçü. Sonia Aktar Banqladeşi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sonia Aktar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 29.99 saniyəlik nəticəsi ilə 69-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Sonia Tumiotto
Sonia Tumiotto (d. 14 iyul 2001) — Tanzaniyalı üzgüçü. Sonia Tumiotto Tanzaniyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Sonia Tumiotto birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:11.01 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 43-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.