Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Muskovit
Muskovit – K Al2 [(OH, F)2 | Al Si3 O10] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn Muskovit adı Muscovy Glass (Moskva şüşəsi) sözündən götürülmüşdür. Orta əsrlərdə və Çar Rusiyasında pəncərə şüşələrinə ucuz alternativ kimi istifadə edilmişdir. Muskovit adı ilk dəfə 1568-ci ildə İngiltərənin Rusiyadakı səfiri Gerorge Turberville tərəfindən Kraliça I Yelizavetaya yazılmış olan məktublarda xatırlanmışdır. XVI əsrdə İngiltərədə geniş şəkildə tanınmış və istifadə edilmişdir. Onun rusca yazılışı “мусковит”, tələffüzü isə “muskovit” formasındadır. fuksit (6 %-dək Cr2O3), ellaherit (10 %-dək BaO), ferrimuskovit (13 %-dək Fe2O3), litiumlu (3-4 % Li2O) və manqanlı (2-3 % MnO) muskovitlər; serisit – incəpulcuqlu əmələgəlmələr və b. Xromofor-elementlərin konsentrasiyasından asılı olaraq müxtəlif rənglərdə olur: rəngsiz (nazik lövhəciklər), müxtəlif çalarlı boz, sarımtıl, yaşılımtıl, zümrüdü - yaşıl (fuksit), bənövşəyi (manqanlı muskovit), qırmızımtıl - qəhvəyi (ferrimuskovit), bəzən ağ (serisit) və b.; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində–sədəfi, pulcuqlu kütlələrdə – ipək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 2-3; vərəqləri əyilgən və elastikdir; Ayrılma – {001} üzrə tam mükəmməl, {110} və {010} üzrə mükəmməl; Sınıqlar – asanlıqla nazik vərəqlərə ayrılır; Morfologiya – kristallar: lövhəli, niziklövhəli, qısasütunvarı, nadir hallarda – iynəvari; İkiləşmə: tez-tez mika qanunu, nadir hallarda xlorit qanunu üzrə; Mineral aqreqatları: vərəqli-dənəvər, pulcuqlu, sıx gizlikristallik; Başqa xassələr – yaxşı elektroizolyasion materialdır. Bəzi intruziv süxurlarda süxur əmələgətirən mineral kimi iştirak edir və kaliumlu çöl şpatlarının metasomatik əvəzlənməsi hesabına əmələ gəlir. Qranit peqmatitlərinin muskoviti üçün çox iri, sahəsi bəzən 5-7 m2-ə çatan kristallar səciyyəvidir.
Yakov Smuşkeviç
Yakov Smuşkeviç (lit. Jakovas Smuškevičius; rus. Яков Владимирович Смушкевич) - Sovet ordusunun Aviasiya general-leytenantı, 1939-1940-cı illərdə Sovet Hərbi Hava Qüvvələrinin (VVS) komandanı vəzifəsini icra edib. Smuşkeviç Sovet İttifaqı Qəhrəmanı adını almış ilk yəhudi kimi tarixə düşüb. Barbarossa əməliyyatının başlamasından qısa müddət öncə həbs edilmiş və Qızıl Ordu daxilində 1941-ci ildə baş vermiş repressiya kampaniyası çərçivəsində güllələnərək edam edilmişdir. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və sonradan vətənə xəyanət ittihamı ilə edam edilmiş yeganə şəxsdir. 1954-cü ildə İosif Stalinin ölümündən 1 il sonra sabiq Aviasiya General-leytenantının üzərindəki bütün ittihamlar götürülmüş və bəraət almışdır. İspaniyada vətəndaş müharibəsində olduğu zaman xidmətləri ilə önə çıxan Smuşkeviç orada General Duqlas təxəllüsü ilə məşhurlaşıb. Sovet İttifaqı Qəhrəmanı fəxri adına ilk dəfə İspaniyada göstərdiyi xidmətlərinə görə layiq görülüb. SSRİ və Yaponiya arasında 1939-cu ildə baş vermiş Xalxin-Qol döyüşü zamanı I Ordu Korpusunun aviasiyasına rəhbərlik edib və bu dəfə Yaponiyada göstərdiyi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adını alıb.