Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Şatoy pusqusu
Şatoy pusqusu və ya Yarışımardi döyüşü (rus. Бой у Ярышмарды) - 1996-cı ilin 16 aprel tarixində Çeçenistanın cənub ərazisində yerləşən Şatoy kəndi yaxınlığında Rusiya ordusu ilə Çeçen İçkeriya Respublikasına bağlı döyüşçülər və mücahid qrup arasında baş vermiş döyüş. Şatoy pusqusu Rus ordusuna məxsus hərbi kanvoyun pusquya salınmaq yolu ilə sıradan çıxarılmasına hesablanmışdır. Pusqu nəticəsində rus komandir Pyotr Terzovets və daha 75 əsgər öldürülmüşdür. Hadisə Birinci Çeçen-Rus Müharibəsinin ən qanlı döyüşlərindən biri hesab olunur.
Şatoy rayonu
Şatoy rayonu (çeç. Шуьйтан кӀошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Şatoy kəndidir. Rayon respublikanın cənub hissəsində, dağlıq bir ərazidə yerləşir. Şimalda Qroznı rayonu, qərbdə Çeçenistanın İtum-Kali rayonu, şərqdə Şaroy rayonu və cənubda Urus-Martan rayonu ilə həmsərhəddir. Hər tərəfdən ölkənin rayonları ilə sərhəddir. Rusiyanın digər subyektləri və xarici ölkələrlə sərhədə malik deyil. Rayonun ərazisi 876.26 km²-dir. Onun ərazisinin əhəmiyyətli bir hissəsini Arqun dərəsi tutur. İstər Birinci, İstərsə İkinci Çeçensistan Müharibəsi dönəmində rayon ərazisində əhəmiyyətli döyüşlər olmuşdur.
Santöy (Val-d'Uaz)
Santöy (fr. Santeuil) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 578 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 45 km şimal-qərb, Serji bələdiyyənin 13 km şimal-qərbdə yerləşir.
Santöy (Val-d’Uaz)
Santöy (fr. Santeuil) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 578 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 45 km şimal-qərb, Serji bələdiyyənin 13 km şimal-qərbdə yerləşir.
Santos
Santos (port. Santos) — Braziliyanın San-Paulu ştatında yerləşən liman-şəhər. Osvaldo Moles – jurnalist.
Stator
Stator (ing. stator, lat. sto-dayanıram) — elektrik maşınının tərpənməz hissəsi; maqnit keçiricisi və daşıyıcısı konstruksiya funksiyasını yerinə yetirir. Stator nüvədən və gövdədən ibarətdir. Dəyişən cərəyan maşınlarında nüvə üzərinə izolyasiya lakı çəkilmiş elektrotexniki polad vərəqlərdən (0.35–0.5 mm qalınlığında) yığılır. Nüvənin yuvalarında Stator dolağı yerləşdirilir. Dövri cərəyanlardan mühafizə üçün Stator dolağının naqilləri bir neçə paralel birləşdirilmiş məftildən ibarət olur.
Statoyl
Equinor (ex Statoil) — Norveç neft şirkəti. Əsası 1972-ci ildə qoyulmuş Norveçin ən böyük şirkəti, Skandinaviyanın isə ən böyük neft şirkətidir. Səhmlərinin 64%-i dövlətin nəzarətindədir. Mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir. Statoil dünya xam neftin və Avropaya isə qazın əsas ixracatçılarından biridir. 9-dan çox ölkədə 2000-dən artıq yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkətə 2004-cü ilin ortalarından etibarən Helge Lund başçılıq edir. 2006-cı ilin ortalarından etibarən mətbuatda Statoilin Norveçin digər sənaye nəhəngi Norsk Hydro ilə birləşəcəyi barədə məlumatlar yayıldı. Bu təklif Avropa birliyi tərəfindən (Avropa İqtisadi Zonası tələblərini ödədiyi səbəbindən) müsbət qarşılandı. Norveç Parlamanti isə təklifi 2007-ci ilin 8 İyun tarixində qanuniləşdirdi.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.
Alessandro Santos
Alessandro Santos (d. 20 iyul 1977) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 82 oyun keçirib, 7 qol vurub.
Anatol Abraqam
Anatol Abraqam (fr. Anatole Abragam; doğum adı: Anatoli İzraileviç Abraqam, rus. Анатолий Израилевич Абрагам; 15 dekabr 1914[…] – 8 iyun 2011[…], Vitri-sür-Sen) — Fransa fiziki, Paris Elmlər Akademiyasının üzvü (1973). == Həyatı == Abraqam 1937-ci ildə Paris Universitetini bitirmişdir. O, maqnitizm və bərk cisim fizikası, xüsusilə nüvə maqnetizmi, bərk cismin hiper incə quruluşu, spin temperatur nəzəriyyəsi, nüvə polarizasiyası, bərk cismin qamma-rezonans spektroskopiyası sahəsində tədqiqatlar aparmışdır. Abraqam hiperincə quruluşun parçalanması nəzəriyyəsini inkişaf etdirmişdir. O, 1953-cü ildə müstəqil olaraq Overhauzer effektini müşahidə etmişdir. Abraqam proktorla birlikdə qütbləşmiş proton hədəfini əldə etmək üçün istifadə edilən dinamik nüvə qütbləşməsini kəşf etmişdir. O, 1970-ci ildə nüvə antiferromaqnetizmini və 1973-cü ildə neytronların nüvə presessiyasını kəşf etmişdir. Abraqam 1967-ci ildə Fransa Fizika Cəmiyyətinin prezidenti olmuşdur.
Anatol Frans
Anatol Frans (fr. Anatole France; tam adı: Jak Anatol Fransua Tibo (fr. Jacques Anatole François Thibault); 16 aprel 1844[…], Paris – 12 oktyabr 1924[…]) — fransız yazıçı və ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1921). == Həyatı == Fransız yazıçısı Jak Anatol Fransua Tibo — Anatol Frans Parisdə doğulmuşdu. Atası tanınmış bukinist idi, əsasən Böyük Fransa inqilabına dair əsərlər üzrə ixtisaslaşmışdı. Onun "Libraire France" adlı kitab mağazası dövrün yaradıcı ziyalılarının tez-tez toplaşdığı yerlərdən biri sayılırdı. Ailənin yeganə övladı Anatol Fransın uşaqlıq illəri Sena sahilindəki bu mağazada, kitablar içərisində keçmişdi. Anatol Frans universitet təhsili almamışdı. Stanislas kollecini isə bir neçə dəfə imtahanlarda uğursuzluğa düçar olandan sonra çox çətinliklə 20 yaşında bitirmişdi. Ortabab şagird kimi tanınsa da, latın və yunan müəlliflərini həvəslə oxuyur, gözəl inşalar yazırdı.
Anatol Kuragin
Anatol Vasiliç Kuragin – Lev Tolstoyun “Hərb və Sülh” romanının, eyni zamanda roman əsasında çəkilmiş filmlərin və operanın qəhrəmanıdır. its various cinematic adaptations, and an operatic adaptation as well. Hərbçi olan Anatol, Elen Kuraginin qardaşıdır. Bacısının da köməyi ilə Anatol evli olmasına baxmayaraq, Nataşa Rostovanı yoldan çıxarır. Hətta Nataşa ona qoşulub qaçmaq da istəyir. Sonradan Anatol Napoleon müharibələri zamanı ayağını itirir. == İnkişaf == Romanın inkişaf etdirilməsi zamanı Tolstoy obrazın adının “Pyotr” olmasını və roman ərzində “tam bir təkamül yolu keçməsini” nəzərdə tutmuşdu. Anatole Shosttak served as the real life inspiration for the fictional Anatole Kuragin. == Təqdimat == Ester Polianovski Salaman yazır ki, “Tolstoy bütün digər obrazlarından fərqli olaraq, Anatolun xasiyyəti haqqında bizə yalnız bir məlumat verir: o, nadir halda nəsə edirdi.” == Filmlərdə == 1956-cı ildə çəkilmiş ABŞ filmində Anatol obrazı Vittorio Gassman, 1966-1967-ci illərdə çəkilmiş SSRİ filmində Vasili Lanovoy, 2007-ci ildə çəkilmiş mini serialda isə Almaniya aktyoru Ken Duken tərəfindən canlandırılmışdır.
Anatol südotu
Sandoy adası
Sandoy adası (far. Sandoy), Sannyo (dan. Sandø) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 1264 nəfər yaşayır. Sahəsi 111 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 479 m-dir. Cənub qutaracağında mayak vardır. Adada yerləşən yaşayış məntəqələri:Sandur, Skopun, Skolevik, Skarvanes, Husavuyk və Dalur. Ada 2001—2005-ci illərdə 100 Farer kronunun üzərində təsvir edilmişdir. Jørgensen, Gunni, and Jóannes Rasmussen.
Santos FK
Santos Futbol Klubu — Braziliyada futbol klubu.1912-ci ildə yaranmışdır. 2023-cü ildə 2-ci liqaya düşmüşdür.
Slavoy Jijek
Slavoy Jijek (sloven. Slavoj Žižek; 21 mart 1949[…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — Sloveniya filosofu, marksisti, mədəniyyət tənqidçisi. İlk dəfə bir ictimai nəzəriyyəçi kimi 1989-cu ildə, ilk ingiliscə kitabı olan "İdeologiyanın əzəmətli obyekti" kitabı sayəsində məşhur olmuşdur. O, bu kitabında ideologiyanın marksizm tərəfindən verilən izahını saxta şüur olduğunu irəli sürmüş və ideologiyanı reallığı formalaşdıran şüursuz fantaziya kimi təqdim etmişdir. Jijek özünü neoliberalizm tənqidçisi hesab edir. Qeyri-ənənəvi tərzi sayəsində məşhur olmuş, bəzən də "Fəlsəfənin Elvisi" adlandırılmışdır. 1949-cu ildə Lyublyanada iqtisadçı ailəsində anadan olmuşdur. Valideynlərinin hər ikisi ateist idi.1967-ci ildə Lyublyana Universitetinə daxil olmuş, fəlsəfə və sosiologiya oxumuş, Paris 8 Universitetində psixoanalitika təhsili almışdır. Üç dəfə evlənmiş, ilk dəfə başqa bir sloven filosof olan Renata Salekl ilə, ikinci dəfə model olan Analia Huni, 2013-cü ildə isə Yela Kreçiç ilə evlənmişdir. Slovencə, ingiliscə, serbcə, xorvatca, fransız və almanca səlis danışır.
Felipe Santos
Felipe Santos (1997, San Paulo) — Azərbaycan Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan"-ın futbolçusu.
Anatol südotusu
Anatol südotusu (lat. Polygala anatolica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin südotukimilər fəsiləsinin südotu cinsinə aid bitki növü.
Fernando Santos
Fernandu Santuş (10 oktyabr 1954, Lissabon) — portuqaliyalı futbol mütəxəssisi və keçmiş futbolçu, Azərbaycan milli futbol komandasının baş məşqçisi. == Karyerası == Futbolçu karyerası ərzində yalnız Portuqaliya Premyer Liqasında çıxış edib və 161 oyuna 2 qol vurub. Karyerasına başa vurduqdan sonra 1987-ci ildə Eştoril Praya FK-da köməkçi məşqçi, 1988-ci ildən etibarən isə həmin klubda baş məşqçi kimi fəaliyyətə başlamışdır. Santuş Portuqaliyanın "Böyük üçlük" adlandırılan 3 komandasını (Benfika FK, Porto FK, Sportinq FK) idarə edib və bunlardan Porto ilə yerli liqada 5 əsas titul qazanıb. 2000-ci illərin əvvəllərində əsasən Yunanıstan komandaları ilə çalışıb (AEK Afina FK və PAOK FK). 2010-cu ildə Yunanıstan millisinin baş məşqçisi təyin olunub və Dünya Kuboku və Avropa çempionatında komandanı çalışdırıb. 2014 və 2022-ci illərdə isə Portuqaliya millisinə rəhbərlik edib. Fernandu Santuş Portuqaliya millisi ilə 2016 Avropa çempionatında və 2019 Millətlər Liqasında çempion olub. 2023-cü ildə Polşa millisinin baş məşqçisi təyin edilsə də, həmin ilin sentyabrında istefaya göndərilib. Fernandu Santuş həmçinin 2024-cü ilin yanvarında Beşiktaş FK ilə müqavilə imzalayıb, lakin 6 oyunluq məğlubiyyət seriyasından sonra apreldə istefaya göndərilib.
NATO
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
Sato
Sato (V əsr) — qədim türkcə satay, saday "sevimli", "yaxın " sözündən; VII əsrdə uyğurların da bir xaqanının Sato adlanması məlumdur (Azərbaycanda bir sıra türkdilli xalqlarda geniş yayılmış Saday şəxs adını xatırlayın).
Santo-Dominqo
Santo-Dominqo (isp. Santo Domingo de Guzmán) — Dominikan Respublikasının paytaxtı, onun mədəni və iqtisadi mərkəzi. 1502-ci ildə Yeni İzabella adı ilə əsası qoyulub, (isp. La Nueva Isabela), 1936-1961-ci illərdə adı Syudad-Truxilyo (isp. Ciudad Trujillo) idi. Şəhərin əhalisi 2 200 000 nəfərdir. Əhalinin 70%-i mulatlar, 10%-i zəncilər, qalanları avropalılardır. Avropalılar cəmiyyətin yuxarı təbəqə insanlarıdır. Dövlət dili ispan dilidir. Dindarların 95%-i katoliklərdir.
Santo Dominqo
Santo-Dominqo (isp. Santo Domingo de Guzmán) — Dominikan Respublikasının paytaxtı, onun mədəni və iqtisadi mərkəzi. 1502-ci ildə Yeni İzabella adı ilə əsası qoyulub, (isp. La Nueva Isabela), 1936-1961-ci illərdə adı Syudad-Truxilyo (isp. Ciudad Trujillo) idi. Şəhərin əhalisi 2 200 000 nəfərdir. Əhalinin 70%-i mulatlar, 10%-i zəncilər, qalanları avropalılardır. Avropalılar cəmiyyətin yuxarı təbəqə insanlarıdır. Dövlət dili ispan dilidir. Dindarların 95%-i katoliklərdir.