Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bacey Darxan
Bacey — (saxa Бадьы, Bacı) XVI əsrdə Yakutiyanın Xanqalas ulusunda yaşamışdır. Müstəqil Yakutiya toyonlarının sülaləsini başlatmışdır. Bacey özünə Tüsülge Darxan titulunu seçmişdi. == Həyatı == Həyatı haqqında çox şey bilinmir. Bacey toyon yakut xalqının əfsanəvi qəhrəmanlarından biri hesab olunur. Yerli inanca görə o çox varlı biri olmuşdur. == Ailəsi və ölümü == 4 həyat yoldaşı və 2 oğlu olduğu məlumdur. Oğulları: Munnan Darxan Moldoqor XVI əsrdə Bacey Darxan tunquslarla müharibə zamanı öldürülmüşdür.
Mizu şobay
Mizu şobay (水商売) və ya hərfi tərcümədə su ticarəti – Yaponiyada seks, bar, gecə klubu, karaoke kimi əyləncələrdən ibarət gecə həyatını bildirən termin. Əsasən kişiləri məmnun etməyə diqqət ayıran bu cür əyləncə şirkətləri Tokionun Akasaka və Qinza rayonlarında cəmlənib. Edo dövründə Tokuqava şoqunluğu tərəfindən lisenziyalaşdırılan həzz kvartalları "ukiyo" (üzən dünya) adlandırılırdı. Bu kvartallardan ən məşhuru Tokioda yerləşən Yoşivara kvartalı idi. Bir çox kişi samuray və tacir buradakı çay evlərinə, fahişəxanalara, kabuki və bunraku teatrlarına və ictimai hamamlara gəlirdi. "Mizu şobay" (su ticarəti) termini də ilk dəfə Edo dövründə işlədilmişdir. Belə ki, ucuz, lisenziyası olmayan fahişələr müştəri tapmaq üçün çayın sahilində gözləyirdilər və qayıqda müştərilərlə cinsi əlaqəyə girirdilər. "Su ticarəti" termini ingilis dilində ilk dəfə Con Morli tərəfindən "Su ticarətinin şəkilləri: Bir qərblinin Yaponiya macəraları" (1985) əsərində işlədilmişdir. Yaponiyada bir çox kişi evdə əylənmək və arvadları ilə çöldə vaxt keçirmək əvəzinə işdən sonra qrup şəklində mizu şobayla məşğul olmağa gedirlər. Karaoke barları, xüsusilə, populyardır.