Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Solomiya Kruşelnitska
Salome (və ya Solomiya) Amvrosiyevna Kruşelnitska (ukr. Соломія Амвросіївна Крушельницька; 23 sentyabr 1872 – 16 noyabr 1952, Lvov) — Ukrayna opera müğənnisi, müəllim. Ukrayna SSR əməkdar incəsənət xadimi (1951). Həyatı boyu Solomiya Kruşelnitska dünyanın ən görkəmli müğənnisi kimi tanınıb. Onun çoxsaylı mükafatları və fərqlənmələri arasında, xüsusən də XX əsrin "Vaqnerin divası" adı da var. Onunla eyni səhnədə oxumaq Enriko Karuzo, Titta Ruffo, Fyodor Şalyapin üçün şərəf sayılırdı. İtalyan bəstəkarı Cakomo Puççini müğənniyə "Ən gözəl və füsunkar Kəpənək (Madam Batterflay)" yazısı olan portretini hədiyyə edib. Solomiya Kruşelnitska qədim və müasir Ukraynanın ən məşhur qadınları siyahısına daxil edilib. Salomeya Kruşelnitska 11 (23) sentyabr 1872-ci ildə Qalisiyada (Avstriya-Macarıstan), Belyavintsy kəndində (indiki Ukraynanın Ternopol vilayətinin Buçaç rayonu) yunan katolik keşişi Ambrose Kruşelnitskinin (1841-1902) və həyat yoldaşı Teodora Mariyanın (1844 -1907) ailəsində anadan olub. Nəsil şəcərələri nəcib və qədim bir ailədən gəlir.
Kolomna
Kolomna — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Solomon
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Darya Sorokina
Darya Romanovna Sorokina (29 noyabr 2002, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Darya Sorokina Azərbaycanı 2017, 2020, 2021, 2022, 2023 və 2024-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci və 2024-cü illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Darya Sorokina həm də 2019, 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva , Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. Bu qrup həm də 2024-cü ilin avqustunda Paris Olimpiadasını beşinci pillədə başa vurmaqla bu idman növü üzrə Azərbaycanın Olimpiya Oyunlarında ən uğurlu çıxışına imza atıb.
Din Solomons
Din Ryan Solomons (22 fevral 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar CAR futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Solomons Ayaks Keyptaun akademiyası vasitəsilə inkişaf etmişdir. 31 avqust 2017-ci ildə Solomons Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi müqavilə imzalamışdır. Solomons öz peşəkar karyerasında debütünü 10 sentyabr 2018-ci ildə AZ Alkmaar II klubuna qarşı oyunda etmişdir. O, 65-ci dəqiqədə Abdallah Aberkane ilə əvəz olunmuşdur. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 11 sentyabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Françesko Solimena
Françesko Solimena (it. Francesco Solimena; doğum Kanal di Serino, Avellino, 4 oktyabr 1657 – ölüm Neapol, 3 aprel 1747) Barokko dövrü italyan rəssamlardan biri, neopolitan rəssamlıq məktəbinin qabaqcıl nümayəndələrindən biri. == Bioqrafiyası == Françesko Solimena Avellino yaxınlığında, Kanal di Serinoda rəssam ailəsində anadan olmuşdu. Onun ilk müəllimi atası idi. 1674-cü ildə Françesko ömrünün böyük hissəsini keçirdiyi Neapola gəldi. 1702-ci ildə Monte Kazzinoda bir il keçirdi, və 1700 və 1707-ci illərdə Romada yaşadı. Neapolda o, Franseska di Mariya ilə birgə çalışırdı. 1723 və 1728-ci illərdə Solimena Vyanada yaşadı. Burada o, Şahzadə və Komandan Yevgeni Savayskoqonun sifarişlərini hazırlayırdı. O, görkəmli, hörmətli adam və uğurlu rəssam idi, rəssamlıq onu zəngin etmişdi.
Anastasiya Qolovina
Anastasiya Qolovina (bolq. Анастасия Головина) — rus əsilli bolqar qadın həkim, psixiatr; Bolqarıstanda ali təhsilli ilk qadın həkim və Varnada ilk uşaq mərkəzinin qurucusu. Aleksandr Qolovinin həyat yoldaşı. == Bioqrafiyası == 1850-ci il oktyabrın 17-də Kişinyovda bolqar ailəsində anadan olmuşdur. Ata - Angel Petroviç Nikolaou, Kişinyov meri. Ana babası - Kirill Minkov, Kaloferdən olan Kişinyov taciri olmuşdur. O, doğma şəhərində fransız məktəbini bitirib, sonra stenoqraf işləyib. Atasının ölümündən sonra Sürixə köçüb, orada universitetə daxil olaraq tibb təhsili alıb. O, Rusiya tələbə inqilabi hərəkatının üzvü olub, bundam ötrü universitetdən qovulmuş və Parisdə təhsilini davam etdirmişdir. O, 1878-ci ildə Paris Universitetini bitirib, Sorbonnada "Damar divarlarının histoloji tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək psixiatr Jan Martin Şarkonu heyran edib və məzun olan ilk bolqar qadın olub.
Solomon Asch
Solomon Aş (14 sentyabr 1907[…], Varşava – 20 fevral 1996[…]) — həmçinin Şlaym kimi tanınan Amerikalı Qeştalt psixoloq və ictimai psixologiyanın pioneri idi. Aş yaxşı bir yəhudi ailəsində, Varşava şəhərində Rusiya imperiyasına aid olan zaman anadan olub. O, 1920-ci ildə Birləşmiş Ştatlara mühacirət etmiş və 1928-ci ildə Nyu-York Şəhəri Kollecində psixologiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Kolumbiya Universitetində, 1930-cu ildə magistr dərəcəsi ve 1932-ci ildə doktora almışdır.
Solomon Aş
Solomon Aş (14 sentyabr 1907[…], Varşava – 20 fevral 1996[…]) — həmçinin Şlaym kimi tanınan Amerikalı Qeştalt psixoloq və ictimai psixologiyanın pioneri idi. Aş yaxşı bir yəhudi ailəsində, Varşava şəhərində Rusiya imperiyasına aid olan zaman anadan olub. O, 1920-ci ildə Birləşmiş Ştatlara mühacirət etmiş və 1928-ci ildə Nyu-York Şəhəri Kollecində psixologiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Kolumbiya Universitetində, 1930-cu ildə magistr dərəcəsi ve 1932-ci ildə doktora almışdır.
Solomon Boqdanov
Solomon Boqdanov (1888 – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. 1917-ci ildə yaranan Bakı kommunasında hərbi-inqilab komitəsinin üzvü. Solomon Boqdanov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Solomon Dodaşvili
Solomon İvanoviç Dodaşvili (gürc. სოლომონ დოდაშვილი);17 may 1805 – 20 avqust 1836, Kirov) — gürcü yazıçısı, pedaqoq, ictimai xadim, filosofu. Kasıb kəndli keşişinin oğlu idi. Tiflisdəki ilahiyyat məktəbini bitirdikdən sonra tövsiyə məktubu ilə Sankt-Peterburqa gəlir. İ.Xelaşvilinin dəstəyinivə himayəsini görür. 1827-ci ildə Sankt-Peterburq Universitetini bitirib. Dekambristlərə yaxın idi. 1828-1832-ci illərdə "Ədəbi Əlavə" ilə birlikdə "Tpilisis utskebani" ("Tiflis Vedomosti") qəzetinin redaktoru olur. Zadəgan ailəsi sui-qəsdində iştirak etdiyi üçün 1832-ci ildə tutuldu və Vyatkaya sürgün edildi və orada sürgündə olarkən A.İ.Herzenlə tanış olur. Dodaşvili vərəmdən vəfat edir.
Solomon Krım
Solomon Krım (tam adı: Solomon Samoyloviç (Samuloviç), 25 iyun (7 iyul) 1867, Feodosiya, Tavriya quberniyası[d] – 9 sentyabr 1936) – Krım Kəraimlərindən olan siyasətçi və aqronom. Fransanın Tuon şəhəri yaxınlığındakı Krım adlı mülkünə görə bu cür adlandırılır. 25 iyun (7 iyul) 1867-ci ildə Krımın Feodosiya quberniyasında anadan olmuşdur. Atası Samuel Abrahamoviç Krim (1835–1898) Krımda məşhur olan Kəraim ailənin övladı və pedaqoq kimi məşhur idi. 1884-cü ildə Feodosiya Gimnaziyasını bitirmiş və elə həmin ildə də Moskva Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 1886-cı ildə isə ixtisas dəyişərək Peterburq Kənd Təsərrüfai Akademiyasında təhsilini davam etdirmişdir. 1890-cı ildə tələbə üsyanında iştirak etmiş, lakin ölkədən kənarlaşdırılmamışdır. 1892-ci ildə kənd təsərrüfatı elmləri namizəd elmi dərəcəsiylə universiteti bitirmişdir. Kliment Timiryazevin son tələbələrindən biridir. Siyasətlə məşğul olan Solomon Krım 1906-cı ildə Rusiya imperiyasının I Dumasına (1906–1907) deputat seçilmişdir.
Solomon Kverkveliya
Solomon "Saba" Kverkveliya (gürc. სოლომონ "საბა" კვირკველია; 6 fevral 1992, Samtredia, İmereti) — Gürcüstan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın və Gürcüstan milli futbol komandasının yarımmüdafiəçisi. Kverkveliya "Zenit Sankt-Peterburq"da bir mövsüm keçirdikdən sonra 2011-ci ildə Rusiyanın digər klubu "Rubin Kazan"a keçmişdir. O, 22 iyul 2011-ci ildə Rusiya Premyer Liqasında, "Rubin Kazan" klubunun heyətində "Terek Qroznı" ilə oyunda debüt etmişdir. Kverkveliya 8 aprel 2022-ci ildə Gürcüstana qayıtmış və "Qaqra" ilə müqavilə imzalamışdır. 4 iyul 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK Kverkveliya ilə iki illik müqavilə imzaladığını açıqlamışdır. Neftçidə ilk matçına 21 iyul 2022-ci ildə keçirilən Aris-Neftçi matçında çıxıb. Matç Arisin 2–0 hesablı qələbəsi ilə başa çatıb.
Solomon Mixoels
Solomon Mixayloviç Mixoels (idiş שלמה מיכאָעלס‎ — Şloyme Mixoels, əsl soyadı Vovsi,16 mart 1890, Dauqavpils, Vitebsk quberniyası[d] – 13 yanvar 1948, Minsk) — yəhudi teatrında sovet teatr aktyoru və rejissoru, teatr pedaqoqu, ictimai xadimi, SSRİ xalq artisti(1939), İkinci dərəcəli Stalin mükafatı laureatı(1946). 1948-ci ildə o, İosif Stalinin əmri ilə SSRİ DTN əməkdaşları tərəfindən qətlə yetirilmişdir. Qətl yol-nəqliyyat qəzası kimi qələmə verilmişdir. 1890-cı il martın 4-də (16) Dinaburgda (indiki Dauqavpils, Latviya) ağac tədarükçüsü Mixel İdel-Zeliković Vovsi və həyat yoldaşı Eti Meerovna (Leibovna) Vovsinin ailəsində anadan olmuşdur . Atası ikinci gildiya taciri İdel-Zelik Mixeleviç Vovsinin oğlu idi (1817 -?). Ailə Postoyalnaya küçəsindəki 107 nömrəli evdə yaşayırdı. 1903-cü ildə heder (oğlanlar üçün yəhudi ibtidai dini məktəbi) məzunu oldu. Aktyorun özünün dediyinə görə, "yalnız on üç yaşında sistematik olaraq dünyəvi elmləri və rus dilini öyrənməyə başlamışdır". 1905-1908-ci illərdə Riqa Real Məktəbində oxumuşdur. Həvəskar tamaşalarda iştirak etmiş, müstəqil şəkildə gimnaziyalarda konsert vermişdir.
Solomon Nortap
Solomon Nortap — (doğum; 10 İyul, 1807 və ya 1808 — ölümü: bilinmir) Amerikalı abolisionist və "On iki illik əsarət" kitabının müəllifi. Nyu Yorkda azad afroamerikalı kimi dünyaya gələn Solomon azad edilmiş qara dərili kölə ata və ananın oğlu idi. Fermer və peşəkar skripkaçı Nortap Hebron, Nyu Yorkda bir torpaq sahibi idi. 1841-ci ildə ona səyahət edən musiqiçi işi təklif edildi və o, Vaşinqtona şəhərinə (köləliyin qanuni olduğu) getdi; orada içkisinə dərman atılaraq huşsuz hala salınır,qaçırılır və kölə kimi satılır. Yeni Orleana göndərilir, plantasiya sahibi tərəfindən satın alınır və Luiziananın Qırmızı Çay bölgəsində,Avoyls xristian icmasında 12 il qul olaraq saxlanılır. Dövlət qanunları qaçırılmış və kölə olaraq satılan Nyu York vətəndaşlarına yardım göstərən, Nyu-Yorka öz haqqını müdafiə etməkdə ona kömək edən Kanadalı bir şəxslə görüşənə qədər plantasiyalarda kölə olaraq çalışdı. Ailəsi və dostları Nyu-York qubernatoru Vaşinqton Hantundan kömək istədi və Nortap 3 yanvar 1853-cü ildə yenidən azadlığına qovuşdu. Vaşinqtondakı məşhur qul alverçisi,Ceyms Börç tutuldu və mühakimə olundu, lakin Kolumbiya Qanunu vilayətin qara rəngli bir adam olaraq ağlara qarşı ifadə verməsini qadağan etdiyi üçün bəraət qazandı. Daha sonra Nyu-York ştatında, onu şimala qaçıranlar tutularaq, ittiham edildi, lakin iş, yurisdiksiyalı çətinliklər üzündən iki il məhkəmədə bağlı qaldı və nəhayət Vaşinqton şəhərində məhkəmə prosesi sonlandı. Kolumbiya hökuməti davanı davam etdirmədi.
Solomon adaları
Solomon adaları və ya Süleyman adaları — Sakit okeanda arxipelaq və dövlət. Papua Yeni Qvineyadan şərqdə yerləşir. Melaneziyanın tərkib hissəsidir. Sahəsi 28,45 min km²-dir. Əhalisi 523 min nəfərdir (2010). Əhalinin illik artımı yüksəkdir ~ 2%. Adanın əhalisi arasında melanezislər 145 min nəfər, papuaslar 45,4 min, polinezislər 6 min, mikronezislər 2 min təşkil edir. Bunlarla yanaşı adada həmçinin avropalılar da yaşayır. Bu arxipelaqı 1568-ci ildə ispan dəniz səyyahı Alvaro de Mendanya kəşf etdi. 1978-ci ilin iyulun 7-dən müstəqil dövlətdir.
Solomon dənizi
Solomon dənizi - Sakit okean Akvatoriyasına daxildir. Dəniz Solomon adaları,Yeni Britaniya və Yeni Qvineya adaları arasında yerləşir. Onun sahəsi 755,000 km² və dərinliyi isə 2652 metr təşkil edir. Suyunun orta illik temperaturu 27 s,suyunun duzluğu 34,5 ‰ civarında olur. Dəniz üzəri ilin 220 günü buludla örtülü olur. İl ərzində iki mövsümü yağıntılı olur. Dəniz dibində fəaliyyətdə olan vulkanlar vardır. Dənizin cənubunda mərcan rifləri vardır. Dənizin suları İkinci Dünya müharibəsinin bir sıra əhəmiyyətli döyüşlərinə şahidlik etmişdir. Ən böyük limanı Xoniaradır ( Quadalkanal ,Solomon adaları).
Solomon məbədi
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Solina gölü
Solina (Jezioro Solińskie ) — Polşanın cənubunda, Beşadı regionunda yerləşən süni göl. Göl Podkarpatiya voevodluğunun Lesko uezdi ərazisindədir. Göl (su anbarı) 1968-ci ildə Solina bəndinin inşasından sonra formalaşmışdır. Bənd San çayının üzərində tikilib. San çayı Vislanın sağ qoludur. Gölün ümumi sahəsi km²-dır. Toplam 472 000 000 kub metr su tutumuna malikdir. Bu göstəricisinə görə Solina Polşanın ən böyük süni gölüdür. İlk su anbarının tikintisi layihəsi 1921-ci ilə aiddir. Ərazidə ilk geoloji və hidroloji araşdırmalar 1936-1937-ci illərədə həyata keçirilmişdir.
Solomon Mixoelsin qətli
Solomon Mixoelsin qətli — 1948-ci ildə yanvarın 12-də Minskdə baş vermişdir. Dünya şöhrətli teatr rejissoru və yəhudi ictimai xadimi Solomon Mixoels İosif Stalinin birbaşa əmri ilə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən öldürülmüşdür. Qətl qəza kimi təqdim edilmiş, onun ölümü avtomobil qəzası nəticəsində olduğu bildirilmişdir. Cinayətin təfərrüatları yalnız 1953-cü ildə Stalinin ölümündən sonra məlum oldu. Lakin nə cinayət işi açıldı, nə də qətlin iştirakçıları cəzalandırıldı. Tədricən Stalində baş qaldıran antisemitizmi və özünə qəsd etmiş arvadı Nadejda Aliluyevanın qohumlarına bəslədiyi nifrəti bilən Dövlət Təhlükəsizlik naziri Viktor Abakumov Stalinin özünə və ailəsinə qarşı sionist sui-qəsdinin hazırlandığı işini saxtalaşdırdı. 1946-cı ilin sonundan etibarən, o, Amerika kəşfiyyatının göstərişi ilə "yəhudi millətçisi" Mixoels tərəfindən Stalin haqqında şəxsi məlumat toplamaq məqsədi ilə mütəmadi olaraq İsaak Qoldşteinin qızı Svetlana və əri Qriqori Morozov ilə görüşməsi barədə Stalini məlumatlandırırdı . Qoldşteyn Mixoels ilə onun rəhbərlik etdiyi Yəhudi Anti-Faşist Komitəsinin üzvü Zaxar Qreenberq vasitəsilə tanış olmuşdu. Mixoels Qoldşteynlə Stalinin qızı və əri ilə əlaqələrini müzakirə etmişdi, çünki o, qohumları vasitəsi ilə SSRİ-dəki yəhudilərin problemləri barədə Stalini məlumatlandıracağına ümid edirdi . 1947-ci il dekabrın 10-da Abakumovun Stalinə məruzəsindən sonra Nadejdanın bacısı Yevgeniya Aliluyeva həbs edildi.
Solomon Quqqenhaym muzeyi
Solomon Quqqenhaym muzeyi (ing. Solomon R. Guggenheim Museum) — ABŞ-də Nyu-York şəhərində incəsənət muzeyi, dünyanın müasir incəsənət əsərlərinin toplandığı aparıcı muzeylərindən biri. Muzey öz fəaliyyətinə 1937-ci ildə Quqqenhaym Fondunun yaranması ilə başlamışdır. Muzeyin banisi xeyriyyəçi Solomon Robert Quqqenhaym olmuşdur. 1943-cü ilin iyun ayında Quqqenhaym Fondu tanınmış arxitektor Frenk LLoyd Rayta muzeyin yeni binasının tikintisini təklif etdi. Arxitektor Frenk LLoyd Rayt 92 il yaşamış, ömrünün 72 ilini 800-dən çox binanın layihələşdirilməsinə və 400-ə yaxın binanın tikintisinə həsr etmişdir. Muzeylərdən başqa, o, parlaq layihələrin: — orta təbəqədən olan insanlar üçün əlverişli yaşayış evləri — Medisonda (Viskonsin ştatı) "Cekobanın evi"nin layihəsinin, Rasinedə (Viskonsin ştatı) "Conson-Ueks" firmasının ofis binasının (pəncərəsiz bina) layihəsinin müəllifidir. Quqqenhaym muzeyinin tikintisi üçün 88-ci və 89-cu küçələrinin kəsişdiyi yerdə Mərkəzi parkın geniş yaşıl massivində yer verilmişdir. Binanı layihələşdirilərkən mövcud modellərdən imtina edərək, o, tamaşaçılara yuxarı mərtəbələrə liftlə yuxarı mərtəbələrə qalxmağı və binanın daxilini əhatə edən spiralvari pilləkənlərlə yol boyu eksponatları seyr etməklə aşağı enmək imkanlarını təklif etmişdir. Xarici görünüşünə görə bina cevrilmiş piramida qülləsini xatırladır.
Solomon dənizi plitəsi
Solomon dənizi plitəsi — litosfer plitəsi Solomon adalarının cənub-qərbində, Sakit okeanın cənubunda yerləşir. Sahəsi 0,00317 steradion təşkil edir. Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Solomon dənizi plitəsi okean qabığı üzərində yerləşir. Cənub-şərqdə Vudlark plitəsi, şimal-qərbində isə Cənubi Bismark plitəsi ilə sərhədə malikdir. Şimal-şərqdə isə Sakit Okean plitəsi yerləşir.
Nea Salamina Famaqusta FK
Nea Salamina — Kiprin futbol klubu 1 dəfə Avropa kuboklarında iştirak edib.
Azərbaycan–Solomon adaları münasibətləri
Azərbaycan–Solomon adaları münasibətləri — Azərbaycan Respublikası ilə Solomon adaları arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == Azərbaycan Respublikası və Solomon adaları arasında diplomatik əlaqələrin qurulması haqqında birgə kommünike 2011-ci ilin fevral ayının 8-də Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə, imzalanmışdır. Kommünikeni Azərbaycan hökuməti adından ölkənin BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfir Aqşin Mehdiyev, Solomon adaları hökuməti adından Solomon adalarının BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfir Kollin D. Bek imzalayıblar.
Əbu-Dabi Solomon Quqqenhaym muzeyi
Əbu-Dabi Solomon Quqqenhaym muzeyi — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərindəki Səadət adasının mədəniyyət rayonunda tikilən sənət muzeyi. Tamamlandıqdan sonra onun Solomon Quqqenhaym muzeylərinin ən böyüyü olması planlaşdırılır. Binanın layihəsini memar Frank Gehri hazırlamışdır. 2006-cı ildə muzey layihəsi elan edildikdən sonra saytda 2011-ci ildə işlərə başlansa da, tezliklə dayandırıldı. Tikinti işlərində ləngimələr oldu. Muzeyin 2025-ci ildə tamamlanacağı gözlənilir. Muzey Solomon Quqqenhaym muzeyinin beş filialından biri olacaq və orijinalından 12 dəfə böyük olması planlaşdırılır. Muzey beynəlxalq turistləri cəlb etmək üçün Səadət adasındakı daha böyük incəsənət və mədəniyyət müəssisələri kompleksinin bir hissəsidir. Muzeyin kolleksiyasında Qərbi Asiya, Şimali Afrika və Cənubi Asiyanın müasir incəsənət nümunələrinin nümayişi gözlənilir. ​ 8 iyul 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhəri Nyu Yorkdakı Solomon R. Quqqenhaym Fondu ilə 30.000 kvadrat metrlik (320.000 kv fut) Quqqenhaym muzeyi inşa etmək üçün müqavilə imzaladığını elan etdi.