Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şöşə
Şöşə- İranın Kürdüstan ostanının Sənəndəc şəhristanının Kəlatrazan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,136 nəfər və 280 ailədən ibarət idi.
Şosedə hadisə (film, 1960)
== Məzmun == Film atasının "Pobeda" markalı maşınında öz dostları ilə əylənən, tüfeyli həyat keçirən, maşını dostları ilə məqsədsiz sağa-sola sürüb qəzaya uğrayan gənclərdən söhbət açır.
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir.Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır. Ehram kompleksində aşkarlanmış yazılarda fironun arvadı və qızının adı "Xenti-ta-ceser-nisut" (əlahəzrət hökmdarın ölkəsinin xeyir-duası ilə) kəlməsi ilə başlanır.
Kosid
Kozis — alban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Mobəd
Mobəd (pəhl. 𐭬𐭢𐭥𐭯𐭲) — Sasanilər dövründə İranda ali rütbəli zərdüşti kahin. Dövlətin siyasi həyatında mühüm rol oynayan və geniş nüfuz sahibi olan mobədlər hər cür vergi və mükəlləfiyyətdən azad idilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Rapp, Stephen H. The Sasanian World through Georgian Eyes: Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature. Ashgate Publishing, Ltd. 2014. səh. 58. ISBN 978-1472425522. Nigosian, Solomon Alexander, The Zoroastrian Faith: Tradition and Modern Research, Montreal, Quebec: McGill-Queen's University Press, 1993, səh.
Moped
Moped - sürəti təxminən velosiped kimi olan, balaca motosiklet olub, sürücülük lisenziyası almaq avtomobil və motosikletdən asandır. Dəqiq təsvir etsək, mopedi həm mühərrik, həm də pedal ilə sürmək mümkündür. Amma hüquqi olaraq moped boyda olan bütün motosikletlər, pedalı olmasa belə, moped adlanır.
Məsəd
Məsəd (ərəb. مسعد‎) — Əlcəzairin şimal-mərkəz hissəsində, Cəlfa vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın Atlas dağlarına düşən yüksəkliklərindən, dəniz səviyyəsindən 761 metr yüksəklikdə yerləşir.Məsəd ölkənin paytaxtı Əlcəzairdən təxminən 290 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 102,453 nəfər idi.
Nosel
Nosel (Averon)
Qəşəd
Qəşəd — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Safed
Safed — İsraildə, şimal bölgəsində olan bir şəhər. == Tarixi == Yəhudiliyin dörd müqəddəs şəhərindən biridir və Kobudla təriqətinin mərkəzidir. Bundan başqa 900 metrin üzərindəki rakımı sayəsində, mülayim yayları və qarlı qışları ilə məşhur bir tətil məkanıdır. == Əhalisi == 2003-cü ilə olan əhalisi 26.600-dür.
Seqed
Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir. == Coğrafi mövqeyi == Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir. == Tarixi == Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. === Şəhər rayonları === Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer == Əhali == === Əhalinin etnik mənsubiyyətinə görə === Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri === Əhalinin konfessional mənsubiyyətinə görə === roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri == İqtisadiyyat == Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUNvə s. şirkətlərin adlarını qeyd etmək olar.
Sesen
Sesen (fr. Seyssins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38486. Kommunanın 2007-ci il üçün əhalisi 6908 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1 897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 5 km cənub-qərbdə yerləşir.
Sisək
Sisəklər (lat. Gryllidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin düzqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Sisəklər orta və ya iri ölçülü cücülər olub, bədəni nisbətən yastılaşmışdır. Pəncələri üç buğumludur. Qanadlı formalarla yanaşı, qanadsız formaları da olur. Erkək fərdlərin qanadüstlüyündə iri cırıldama orqanı vardır. Dişi fərdlərdə nizəşəkilli, uzun yumurtaqoyan vardır. Adətən gecə həyat tərzi keçirirlər. Əksər hallarda torpağın səthində, qisməndə ağac və kolluqlarda yaşayırlar. Əsas nümayəndələri çöl sisəyi (Melanogryllus desertus (Pallas, 1771)), tarla sisəyi (Gryllus campestris Linnaeus, 1758), ev sisəyi (Acheta domesticus (Linnaeus, 1758)) və s.
Sobek
Sobek - Qədim Misir mifologiyasına görə su tanrısı.
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. == Sənədlər üzrə təsnifat == Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə == Sənədlərin növləri == İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Cosey
Josei və ya Cosey 18 yaş üstü qadın auditoriyası üçün nəzərdə tutulan anime və manqa janrı. Süjet adətən Yaponiyada yaşayan qadınların gündəlik həyatları haqqda bəhz edir. Cizgi şocoya oxşasa da, ondan bir qədər realistik olur. Sevgi münasibətlərinə daha çox diqqət ayrılır ("Paradise Kiss", "Honey and Clover").
Bored
"Bored" — amerikalı müğənni Billi Aylişin "13 səbəb" serialının soundtrek albomunda ifa olunmuş mahnısı. Mahnının müəllifləri Ayliş, onun qardaşı Finneas O'Konnell, Aron Forbes və Tim Andersondur. Mahnı 30 mart 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən rəqəmsal formatda buraxılıb.
Achillea rosea
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Ageratina rosei
Ageratina rosei (lat. Ageratina rosei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ammocallis rosea
Çəhrayı qıfotu (lat. Vinca rosea) — qıfotu cinsinə aid bitki növü. == Sinonim == Ammocallis rosea (L.) Small Catharanthus roseus var. albus G. Don Catharanthus roseus var. roseus Hottonia littoralis Lour. Lachnea rosea (L.) Rchb. Lochnera rosea (L.) Rchb. ex Endl. Lochnera rosea var. alba (G. Don) Hubbard Lochnera rosea var.
Andrez Josef
Andrez Josef (20 may 1998-ci ildə anadan olub) — Dominika Premyer Liqası təmsilçələrindən olan Harlem Yunayted klubunda müdafiəçi kimi çıxış edən peşəkar Dominika futbolçusudur. == Milli karyerası == Jozef ilk dəfə Dominika milli komandasına 2016-cı ilin mart ayında çağırılmışdır. Jozef milli komanda ilə debütünü bir neçə ay sonra 2017 Karib Kuboku seçmə mərhələsində Britaniya Vircin adaları millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası 7-0 hesabı ilə qalib gəlmişdir.
Atriplex rosea
Atriplex rosea (lat. Atriplex rosea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex alba Scop. Atriplex albicans Besser Atriplex arenicola Hauman Atriplex arenicola var. albescens Hauman Atriplex argentea Schrad. ex Moq. Atriplex axillaris Ten. Atriplex besseriana Schult. Atriplex foliolosa Link Atriplex foliosa Guss. Ex Nyman Atriplex graeci Tineo Atriplex monoica Weigel Atriplex monoica Moench Atriplex polysperma Ten.
Ayelet Şaked
Ayelet Şaked (ivr. ‏איילת שקד‏‎; 7 may 1976, Tel-Əviv, İsrail) — İsrail siyasətçisi, aktivist və proqram mühəndisidir. 2013-cü ildən 2018-ci ilə qədər Yəhudi Evi üçün Knesset üzvü olaraq çalışdı, bundan sonra Yeni Haqqın üzvü oldu. Hal hazırda Yamina ittifaqını təmsil edir. 2015-ci ildən 2019-cu ilə qədər Ədliyyə Naziri idi. 2018-ci ilə qədər dini bir partiyanı təmsil etsə də, Şaked dünyəvi bir siyasətçi olaraq tanınır.