HƏSƏD

is. [ ər. ]
1. Paxıllıq.
Onun saf qəlbində nə qəzəb, nə kin; Nə həsəd, nə də ki, bir xəyanət var. S.Vurğun.
Bu kəndin yeri, torpağının yetirdiyi məhsul qonum-qonşu kəndlərin həsədinə səbəb olardı. S.Rəhimov.

□ Həsəd aparmaq (etmək, çəkmək) – paxıllıq etmək, paxıllığını çəkmək.
Hər kəs eşqimizə həsəd aparsın; Hər kəs hüsnümüzün olsun heyranı! M.Müşfiq.
Hamının gözü Nəcəfdə idi.
Ona həsəd edənlər də vardı. Q.İlkin.
Dostum, doğrudan da, qəribədir, sən; Mənim taleyimə həsəd çəkirsən. Ə.Kürçaylı.

2. Həsədlə şəklində zərf mənasında.
Elə ki, köksünə sıxır qarmonu; Oğlanlar ona bir həsədlə baxır. N.Xəzri.
[Qəndab:] Qız həsədlə köksünü ötürür, öz bəxtindən şikayət edirdi. B.Bayramov.

Синонимы

  • HƏSƏD həsəd bax paxıllıq
  • HƏSƏD paxıllıq — qibtə

Антонимы

  • HƏSƏD HƏSƏD – TƏMİZ Qadının baxışlarında həsəd oxunurdu. Ürəkləri çox təmizdir, söz deyirsən dərk edirlər, götürürlər (M
HƏSB-HAL
HƏSİR

Значение слова в других словарях