Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stadion
Stadion və ya futbol meydançası - kompleks idman yarışlarının keçirilməsini təmin edən inşaat qurğusu. Stadionun tərkibinə əsas meydança və tamaşaçılar üçün tribunalar, qaçış yolları, yüngül atletika sahələri, idman oyunları və gimnastika yarışları keçirmək üçün xüsusi meydança və salonlar, yardımçı qurğular daxildir. İlk stadionlar Qədim Yunanıstanın Olimpiya, Afina və s. şəhərlərində tikilmişdir. Rio-de-Janeyrodakı Marakana stadionu dünyada ən böyük stadiondur. Örtülü stadionlar da tikilir. 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək niyyətində olan Bakı şəhərində 64 min nəfərlik tamaşaçı tutumuna malik stadionun tikintisinə başlanılıb. Tikintini Türkiyənin TOCA (The OffIce of Contemporary Architecture) şirkəti aparacaq. Olimpiya stadionunun inşaat işlərinin 2015-ci ildə tamamlanacağı bildirilir. 1 milyard dollara başa gələcək layihə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həyata keçirilir.
Emirates (stadion)
Emirates şimali Londondakı Hollovay-da Aşhburton Grove-a tikilmiş futbol stadionudur. Stadionun ev sahibi Arsenal komandasıdır. Açılışı İyul 2006-ci ildə olmuşdur. 60.355 tamaşaçı tutumu olan stadion bu xüsusiyyəti ilə Old Trafforddan sonra İngiltərə Premyer Liqasının ən böyük ikinci stadionudur və bütün növlər arasında Londondakı Uembley və Tvickenhamdan sonra 4-cü böyük stadiondur. Stadionun plan və tikinti mərhələsində adının Ashburton Grove olması planlaşdırılırdı ancaq Oktyabr 2002-ci ildə stadionun adının haqqlarını Emirates Airlines satın alanadan sonra stadion Emirates adlandırıldı. Stadionun inşası 430 milyon sterlinqə başa gəldi.
Nef Stadion
Ali Sami Yen İdman Kompleksi yada sponsorluq adı ilə Rams Park — Rams Park İstanbulun Sarıyer rayonunda yerləşən çox məqsədli stadion, Qalatasaray PFKın daxili sahədəki futbol oyunlarına ev sahibliyi etməkdədir. Rams Park, Yüzüncü İl Atatürk Stadionu və Beşiktaş Park stadionlarına struktur olaraq ilham qaynağı olmaqla birlikdə Türkiyədəki C90 görüş bucağına sahib ilk stadionu xüsusiyyətini daşımaqdadır. Toplam 52.652 kreslo tutumuna sahib olan stadion, Atatürk Olimpiada Stadionunda sonra tamaşaçı tutumu baxımından Türkiyənin ən böyük ikinci stadionudur. İlk olaraq 1996-ci ildə gündəmə gələn ancaq müxtəlif problemlər səbəbiylə də tapılmayan və sonrasında yeri dəyişdirilən layihənin təməli 13 dekabr 2007 tarixində atıldı. O dövr Şişli'de bağlı olan indiki vaxtda isə Sarıyer sərhədlərində olan bir-birinin ardınca düzülmüş üç təpədən Şişli Bələdiyyəsin adı Aslantepe olaraq dəyişdirilən 120 dönüşlük təpəyə tikilən Türk Telekom Arena adı ilə 15 yanvar 2011-ci ildə açıldı. Türk Telekom, 2010-11 mövsümünün ikinci yarısından etibarən 10 illiyinə stadiona ad sponsoru olmuşdur. Rams Park cəmdə 198 loja və 4500'den çox VIP kreslosuna malikdir. Qalatasaray ilə Fənərbaxça arasında 18 Mart 2011 tarixində liqada oynanan və 52.695 tamaşaçının izlədiyi qarşılaşma stadion tarixinin ən yüksək azərkeşli matçı oldu. Stadion, Qalatasarayın ev oyunlarının yanında bəzi təşkilata da ev sahibliyi etdi. 2013 FIFA 20 Yaş Altı Dünya Kuboku təşkilatının qrup və ikinci tur matçlarının yanında, turnirin final müsabiqəsi bu stadionda oynandı.
Panatinaikos (stadion)
Panatinaikos stadionu— 1896-ci ildə ilk müasir Olimpiya Oyunlarının keçirildiyi Afinada yüngül atletika və bir çox başqa yarışlar üçün istifadə olunan çoxməqsədli stadiondur. Qədim Yunan stadionun qalıqlarından yenidən bərpa olunmuş Panatinaikos dünyada yeganə böyük stadiondur ki, tikilməsində bütünlüklə ağ mərmərdən istifadə olunmuşdur və bu stadion dünyanın ən qədim stadionlarından biridir. == Tarixi == Qədim dövrlərdə stadionun yerləşdiyi ərazi İlahə Afinanın şərəfinə Panatinaikos Oyunlarının atletika növünü keçirmək üçün istifadə olunurdu. Həmin vaxtlarda stadionda taxta oturacaqlar var idi. E.ə 329-cu ildə stadion arxont Lycurgus tərəfindən mərmərlə yenidən tikilib, bundan 140 il sonra İrodun Atticus tərəfindən stadion yenidən qurulmuş və genişləndirilmişdir. Nəticədə, stadionda oturacaqların sayı 50000-ə çatmışdır. Olimpiya Oyunlarının yenidən dirçəlməsi üçün Evangelis Zappasın vasaiti hesabına qədim tikilinin qalıqları qazılıb çıxarılaraq təmir olunub. Zappas 1870-1875-ci illərdə baş tutmuş olimpiadalara sponsurluq etmişdir. 1895-ci ildə stadion xeyriyyəçi Corc Averoffun maliyyə yardımı ilə 1896-cı il Olimpiya Oyunlarına görə ikinci dəfə təmir olunub. Giriş qapısında indinin özündə də orda qalan mərmər sütünlar memarlar Anastasios Metaksas və Ernst Zillerin konstruksiyaların əsasında hazırlanmışdır.
"İmarət" stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
"İnşaatçı" stadionu
İnşaatçılar stadionu — Sumqayıt şəhərində yerləşən stadion. 1956-cı ildə tikilərək idmançıların istifadəsinə verilmiş İnşaatçı stadionu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan sonra Sumqayıtın ikinci ən böyük arenasıdır. Stadionun eyni vaxtda buraxılma qabiliyyəti 164 nəfərdir. Sovet vaxtlarında stadionda otüstü hokkey oyunları da keçirilib. == Mövcud vəziyyəti == Stadionun ot örtüyünün bərbad vəziyyətdə olması texnikalı oyun nümayiş etdirməyə imkan vermir. Tribunalardakı taxta oturacaqlar hələ də dəyişdirilməyib. Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqların təmirə ehtiyacı var. Hazırda (2016-cı il üçün) dağılmış vəziyyətdə olan stadionun gələcək taleyi müəmmalıdır.
"Şəfa" stadionu
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
AZAL stadionu
AZAL stadionu — Azərbaycan stadionu; Bakıda yerləşir. 2011-ci ildə açılmışdır. Azarkeş tutumu 3500 nəfərdir. == Tarixi == Tikintisinə 2009-cu ildə başlanılan stadion 2011-ci ildə açılıb. Açılış ünü 10 aprel 2011-ci ildə keçirilən oyunda AZAL PFK 1:0 hesabı ilə Bakı FK komandasına qalib gəlib. UEFA tərəfindən iki ulduz verilən stadionda beynəlxalq dərəcəli oyunlar da keçirilə bilər.
Albertao stadionu
Albertao stadionu (port. Estádio Governador Alberto Tavares Silva) — Braziliyanın Teresina şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 44,200 nəfərdir. "Flamenqo" İK klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 26 avqust 1973-cü ildə olmuşdur.
Amiqao stadionu
Amiqao stadionu (port. Estádio Governador Ernani Sátyro) — Braziliyanın Kampina Qrande şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 35,000 nəfərdir. "Treze" və "Kampinense" klubları ev oyunlarını bu stadionda keçirirlər. == Tarixi == Açılışı 1975-ci ildə olmuşdur.
Arruda stadionu
Arruda stadionu (port. Estádio José do Rego Maciel) — Braziliyanın ən böyük dördüncü stadionudur. Resife şəhərində yerləşir. Tamaşaçı tutumu 60,044 nəfərdir. "Santa Kruz" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 4 iyun 1972-ci ildə olmuşdur.
Aybroks stadionu
Aybroks stadionu — ilk adı Ibrox Park olan stadion Şotlandiyanın Qlazqo şəhərində yerləşir.
Barradao stadionu
Barradao stadionu (port. Estádio Manoel Barradas) — Braziliyanın Salvador şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 35,632 nəfərdir. "Vitoria" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 1989-cu ildə olmuşdur.
Bayıl stadionu
ASCO Arena — Azərbaycanın Bakı şəhərində stadion; tutumu 3,200 tamaşaçıdır. Vaxtilə Rəvan Bakı və "Sumqayıt" qonaq komandaları burada qəbul edirdi. Keçmiş adı Bayıl stadionu yaxud Bayıl Arena olmuşdur. 2019-cu ilini aprel ayında adı dəyişdirilərək ASCO Arena adlandırılıb. ASCO Arena AFFA tərəfindən inşa edilmişdir. Açılışı 2012-ci ilin sentyabrında olmuşdur Burada FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunub. Hazırda Topaz Premyer Liqasında çıxış edən Səbail klubu ev oyunları zamanı bu stadionda keçirir. == Yubiley matçları == 100-cü matç: 13.05.2013.
Binə stadionu
Binə stadionu — Azərbaycanın Bakı şəhərinə daxil olan Xəzər rayonu Binə qəsəbəsində çoxistifadəli stadion. Bu, "Binə" FK -nın ev stadionudur. Stadion 600 nəfərlikdir, süni ot örtüklüdür və açılışı 2012-ci ildə istifadəyə verilmişdir. Stadion Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmişdir. Stadion istismar müddətini 2024-cü ildə başa vurmuşdur. 2024-cü ildə hazırkı süni qazon yeni süni örtüklə əvəzlənəcək. İşlərə mayın sonları start verilməsi planlaşdırılır.
Blumfeld stadionu
Blumfild — (ivr. ‏אצטדיון בלומפילד‏‎, ing. Bloomfield Stadium) Təl-Əvivdə stadion 1962-cı ildə inşa olunan “Blumfild” stadionu 29400 tamaşaçı tutur. Bney Yehuda Tel-Əviv 2004-cü ildən etibarən ev oyunları bu stadionda keçirir. Bu klubdan əlavə Tel-Əvivin digər iki komandası - İsrail futbolunun nəhəngləri Makkabi Tel-Əviv və "Hapoel Tel-Əviv" də rəqiblərini bu arenada qəbul edirlər.
Blumfild stadionu
Blumfild — (ivr. ‏אצטדיון בלומפילד‏‎, ing. Bloomfield Stadium) Təl-Əvivdə stadion 1962-cı ildə inşa olunan “Blumfild” stadionu 29400 tamaşaçı tutur. Bney Yehuda Tel-Əviv 2004-cü ildən etibarən ev oyunları bu stadionda keçirir. Bu klubdan əlavə Tel-Əvivin digər iki komandası - İsrail futbolunun nəhəngləri Makkabi Tel-Əviv və "Hapoel Tel-Əviv" də rəqiblərini bu arenada qəbul edirlər.
Bunyodkor stadionu
Milliy stadionu (özb. Milliy Stadioni) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur. == Haqqında == Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 2008 və 2009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır. Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.
Denden stadionu
Denden stadionu (ing. Denden Stadium) — Eritreyanın Əsməra şəhərində stadion. Tamaşaçı tutumu 10,000 nəfərdir. 1968-ci ildə təşkil olunmuş Afrika Millətlər Kuboku matçlarının keçirildiyi stadionlardan biridir.
Emireyts Stadionu
Emirates şimali Londondakı Hollovay-da Aşhburton Grove-a tikilmiş futbol stadionudur. Stadionun ev sahibi Arsenal komandasıdır. Açılışı İyul 2006-ci ildə olmuşdur. 60.355 tamaşaçı tutumu olan stadion bu xüsusiyyəti ilə Old Trafforddan sonra İngiltərə Premyer Liqasının ən böyük ikinci stadionudur və bütün növlər arasında Londondakı Uembley və Tvickenhamdan sonra 4-cü böyük stadiondur. Stadionun plan və tikinti mərhələsində adının Ashburton Grove olması planlaşdırılırdı ancaq Oktyabr 2002-ci ildə stadionun adının haqqlarını Emirates Airlines satın alanadan sonra stadion Emirates adlandırıldı. Stadionun inşası 430 milyon sterlinqə başa gəldi.
Farazao stadionu
Farazao stadionu (port. Estádio Paulo Constantino) — Braziliyanın Presidente Prudente şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 44,414 nəfərdir. "Qremio Prudente" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 1982-ci ildə olmuşdur.
Feyenoord stadionu
Feyenoord stadionu — Niderlandın Rotterdam şəhərində yerləşən və Feyenoord klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion eyni zamanda de Kuip adı ilə də tanınır. Stadionun tikintisinə 1935-ci ildə başlanılıb, 1937-ci ildə isə açılışı olub. Stadionun oturacaq sayı 51,117 nəfərdir. Stadionda Feyenoord klubu ilə yanaşı Niderland millisidə bəzi oyunlarını keçirir. Feyenoord stadionu Niderland və Belçikada keçirilən 2000-ci il Avropa çempionatının oyunlarının beşinə, o cümlədən turnirin final qarşılaşmasına ev sahibliyi edib. Bundan əlavə stadion müxtəlif dönəmlərdə UEFA Çempionlar Liqası, UEFA Kuboklar Kuboku və UEFA Kubokunun final görüşlərinədə ev sahibliyi edib.
Filips Stadionu
Filips stadionu - Niderlandın Eyndhoven şəhərində yerləşən və PSV klubunun ev oyunlarını keçirdiyi stadion. == Tarixi və haqqında == Stadion Philips şirkəti tərəfindən tikilib, və firmanın adını daşıyır. Stadionun tikintisinə 1913-cü ildə başlanılıb və elə həmin ildə rəsmi açılışı olub. Stadionun oturacaq sayı 1941-ci ilə qədər cəmi 300 nəfər olub. 1941-ci ildə isə oturacaq sayı 18.000-ə qədər artırılıb. Stadionda bugünkü oturacaq yerlərinin sayı 35.000-dir. Stadionda PSV Eyndhoven klubu ilə yanaşı Niderland millisidə bəzi oyunlarını keçirir. Stadionda tamaşaçı sayına görə rəsmi rekord 23 oktyabr 2005-ci ildə Niderland çempionatının PSV Eyndhoven ilə Ayaks komandaları arasında oynanılan görüşündə baş verib, bu oyunu izləmək üçün stadiona 34.700 tamaşaçı gəlib. Filips Stadionu Niderland və Belçikada keçirilən 2000-ci il Avropa çempionatının oyunlarının dördünə ev sahibliyi edib. Bundan əlavə stadion 2006-cı il UEFA Kubokunun finalınada ev sahibliyi etmişdir.
Kafe stadionu
Kafe stadionu (port. Estádio do Café) — Braziliyanın Londrina şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 31,019 nəfərdir. "Londrina" və "Matsubara" klubları ev oyunlarını bu stadionda keçirirlər. == Tarixi == Açılışı 22 avqust 1976-cı ildə olmuşdur.
Kalininqrad stadionu
Kalininqrad stadionu, digər adı ilə Baltika Arena – Rusiyanın şəhəri Kalininqradda yerləşən stadiondur. Stadion 2018 FİFA Dünya Kubokunun 4 oyununa ev sahibliyi etmişdir. Baltika Kalininqrad klubu da öz ev oyunlarını burada keçirir. Stadion iki mərtəbəlidir və ultramodern təhlükəsizlik sistemləri ilə təchiz olunmuşdur. Bu layihə Almaniyada 2006 FİFA Dünya Kubokunun 6 oyununa ev sahibliyi etmiş Allianz Arenanın konsepsiyası üzərində qurulub. Layihənin dəyəri təxminən 11 milyard rubl nəzərdə tutulmuşdu, lakin bununla müqayisədə daha çox qiymətə başa gəldi. Stadionda ilk matç 11 aprel 2018-ci ildə oynanıldı. Mundialdan sonra stadionun tamaşaçı tutumu 25000-ə qədər azaldılacaq və dam içəri doğru sürüşdürüləcək. == Tarixi == 2012-ci ilin aprelində yerli hökumət stadionun layihəsini hazırlamaq üçün Fransız arxitektural bürosu Wilmotte & Associes-i seçdi. Proyektin dəyəri 720 milyon dollar idi.
Staniol
Staniol (lat. stanpit-qalay) — qalaydan və ya onun qurğuşunla ərintisindən hazırlanan nazik (0.008–0.12 mm) vərəq, yaxud lent. Elektrotexnikada kondensator hazırlanmasında, yeyinti məhsullarının qablaşdırılmasında və s. istifadə olunur. Sənaye praktikasında staniol alüminium folqa ilə əvəz olunur.