Bu məqalə stadion haqqındadır. Digər mənalar üçün İnşaatçı (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İnşaatçılar stadionu — Sumqayıt şəhərində yerləşən stadion.
İnşaatçı stadionu | |
---|---|
Tam adı | İnşaatçı Təlim-Məşq Bazası |
Qeyri-rəsmi adı | rus. Строитель |
Yeri |
Azərbaycan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Koroğlu prospekti |
Açılış tarixi | 1956 |
Sahibi | Gənclər və İdman Nazirliyi |
Tamaşaçı tutumu | 5 000 |
Ev sahibi komanda | Həkəri FK |
Meydançanın ölçüləri | 104 x 69 |
Ot örtüyü | təbii |
1956-cı ildə tikilərək idmançıların istifadəsinə verilmiş İnşaatçı stadionu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan sonra Sumqayıtın ikinci ən böyük arenasıdır. Stadionun eyni vaxtda buraxılma qabiliyyəti 164 nəfərdir.
Sovet vaxtlarında stadionda otüstü hokkey oyunları da keçirilib.
Stadionun ot örtüyünün bərbad vəziyyətdə olması texnikalı oyun nümayiş etdirməyə imkan vermir. Tribunalardakı taxta oturacaqlar hələ də dəyişdirilməyib. Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqların təmirə ehtiyacı var. Hazırda (2016-cı il üçün) dağılmış vəziyyətdə olan stadionun gələcək taleyi müəmmalıdır.
İdman ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Sumqayıt şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |