Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tanişa Mukherci
Tanişa Mukherci (1 yanvar 1978)— hind aktrisası və modeli. == Həyatı == Aktrisa, produserdir. 1 yanvar 1978-ci ildə Mumbay şəhərində anadan olmuşdur. Bacısı tanınmış aktrisa Kacol Mukhercidir. Tanişa– hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Subaydır.
Skaniya
Skaniya və ya Skoneland (isv. Skåneland, Skånelandskapen; lat. Terra Scania, Terra Scaniae; dan. Skånelandene) — İsveçin cənubunda tarixi vilayət. Danimarkanın keçmiş üç vilayəti olan Skone, Halland və Blekingedən ibarətdir. 1658-ci ilə qədər Şərq vilayətləri adı altında Danimarkanın tərkibində olmuşdur. Daha sonra İsveçə verilən, lakin sonradan Danimarkaya qaytarılan Bornholm adası da bəzən Skaniya daxil edilir.Dil baxımından Skaniya İsveçin qalan hissəsindən kəskin şəkildə fərqlənir, çünki Skaniya dialekti İsveç dilindən daha çox Danimarka dilinə yaxındır. == İstinadlar == == Əlavə ədəbiyyat == Alenäs, Stig (2003). Loyalty — Rural Deans — Language Studies of 'Swedification' in the Church in the Lund Diocese during the 1680s. (Lojaliteten, prostarna, språket.
Staniol
Staniol (lat. stanpit-qalay) qalaydan və ya onun qurğuşunla ərintisindən hazırlanan nazik (0.008-0.12 mm) vərəq, yaxud lent. Elektrotexnikada kondensator hazırlanmasında, yeyinti məhsullarının qablaşdırılmasında və s. istifadə olunur. Sənaye praktikasında staniol alüminium folqa ilə əvəz olunur.
Stanislav
İvano-Frankovsk (ukr. Івано-Франківськ, Iwano-Frankiws'k, pol. Iwano-Frankowsk) — Ukraynada şəhər. Ukraynanın qərbində, Rumıniya sərhədində yerələşir. Əhalinin sayı təxminən 224700 nəfərdir. Şəhər 83,73 km²-lik bir sahədə yerləşir. İvano-Frankovsk şəhəriçi avtobuslar, trolleybuslar və taksilər daxil olmaqla geniş ictimai nəqliyyat şəbəkəsinə malikdir. Şəhərdə bir dəmiryol vağzalı yerləşir. Şəhər 1650-ci ildə Stanislavov adı ilə yaradılmışdır.
Staritsa
Staritsa — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Statika
Statika - cisimlərin tarazlıq qanunlarını öyrənən mexanika bölməsidir. == Vektorial kəmiyyət == Vektorial kəmiyyətlər həm ədədi qiyməti həm istiqaməti həm də tətbiq noqtəsi ilə olculur. Məs: Quvvə, yerdəyismə V V V → {\displaystyle {\overrightarrow {V}}} .Vektorlar paralelogram qanunu və ya üçbucaq qanunu istifadə edilərək əlavə edilir. == Qüvvə == Qüvvə bir cismin digər bədənin üzərində hərəkətidir. Qüvvə ya itələmə, ya da çəkmədir və bir cismi hərəkət istiqamətində hərəkət etdirməyə meyllidir. Bir qüvvənin hərəkəti böyüklüyü, hərəkət istiqaməti və tətbiq nöqtəsi ilə xarakterizə olunur. Beləliklə, qüvvə vektorial fiziki kəmiyyətdir, çünki təsiri hərəkətin böyüklüyünə bərabər istiqamətə də bağlıdır. Ölçü vahidi BS-də 1N (Nyuton). == Tarazlıq tənlikləri == Bir hissəcikin statik tarazlığı statikdə vacib bir anlayışdır. Hissəcik tarazlıqdadır yalnız hissəcik üzərində hərəkət edən bütün qüvvələrin nəticəsi sıfıra bərabər olanda.
Statira
Statira (yun. Στάτειρα; e. ə. IV əsr – e.ə. 331) — Əhəmənilər sülaləsindən olan Persiyalı III Daranın arvadı olan Persiya kraliçası. O, ehtimal ki, ərinin bacısı idi. O, əri müharibəyə gedəndə onu müşayiət edirdi. Məhz buna görə o, İss döyüşündən sonra Makedoniyalı İskəndər tərəfindən eramızdan əvvəl 333-cü ildə İss şəhərində əsir düşmüşdür. Onun əri, anası Sisiqambis və qızları II Statira və Dripetida də daxil olmaqla, İskəndərdən qaçarkən bütün ailəsini ərazidə tərk etdi. İskəndərin onlara böyük hörmətlə yanaşdığı bildirilir.Statira eramızdan əvvəl 332-ci ilin əvvəllərində Oxus adlı oğlunu dünyaya gətirərkən öldü.
Satanist
Satanizm — şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən dini-fəlsəfi cərəyan. Satanizm özü-özlüyündə bir neçə məzhəbə bölünməkdədir. Hər bir məzhəbin fəlsəfəsi də digər məzhəblərə nəzərən fərqlidir. LaVeyan satanizmi Allahın, ya da şeytanın varlığına inanmayan, lakin şeytani dəyərlərə üstünlük verən cərəyandır. Əsasən xristianlığa, ümumiyyətlə isə bütün dinlərə qarşı dini-fəlsəfi cərəyan olaraq ortaya çıxan, keçmişi olduqca qədim tarixə söykənməsinə baxmayaraq yaxın zamandan etibarən yeni bir din mahiyyətinə bürünən əhəmiyyətli bir inancdır. Satanizm ifadəsi hərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan" mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi iudaizm və xristianlığa qarşı mübarizə aparmaq olmuşdur. Buna "Müasir Etiraz Hərəkatı" demək də mümkündür. Bu hərəkat, başda xristianlıq olmaqla, bütün dinlərə və dinlərin yaratdığı müqəddəs dəyərlərə əksdir. Bu səbəbdən, başda İngiltərə, Fransa və Almaniya olmaq üzrə bəzi Avropa ölkələrində, xüsusilə də ABŞ-də ortaya çıxan, oradan digər ölkələrə yayılan satanizm; şeytanın ən əhəmiyyətli xüsusiyyəti olan müxalifət və oyanışı əsas alaraq, dinin və dini olan hər şeyin qarşısında, lakin şeytanın və onun təmsil etdiyi düşüncənin yanında iştirak edir.
Manisa
Manisa — Türkiyənin Egey regionunda şəhər və Manisa ilinin inzibati mərkəzi. "Şahzadələr şəhəri" olaraq da tanınır. Antik dövrdə "Magnesia", Roma İmperiyası dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq xatırlanmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır. Ənənəvi Beynəlxalq Mesir pastası Festivalı təşkil edilir. Festivalı fəaliyyətlərinə qürur qonağı ölkələr üçün gecə təşkil edilir.
Sarisa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Scania
Skania (Skåne) — İsveçin ən cənubunda yerləşən tarixi əyaləti (landşaft). Götaland coğrafi rayonunun cənub hissəsində yerləşən, Skåne qraflığı ilə təxminən bitişik olan əyalət 1997-ci ildə yaradılmışdır. İsveçin digər keçmiş əyalətləri kimi, Scania hələ də danışıq nitqində və mədəni istinadlarda özünü göstərir və buna görə də arxaik bir anlayış kimi qəbul edilə bilməz. Scania daxilində Skåne Regional Şurasının tərkibində muxtar olan 33 bələdiyyə var. Scania'nın ən böyük şəhəri Malmö, İsveçin üçüncü ən böyük şəhəri, həmçinin Skandinaviyada beşinci ən böyük şəhərdir. Şimalda Scania keçmiş Halland və Småland əyalətləri, şimal-şərqdə Blekinge, şərq və cənubda Baltik dənizi və qərbdə Öresund ilə həmsərhəddir. 2000-ci ildən, avtomobil və dəmir yolu körpüsü, Öresund körpüsü Scania-nı Danimarka ilə birləşdirir. Scania transmilli Øresund Regionunun bir hissəsini təşkil edir.Şimaldan cənuba Scania təxminən 130 km-dir; İsveçin ümumi ərazisinin 3%-dən azını əhatə edir. 1.320.000-dən çox əhalisi ilə ölkə əhalisinin 13%-ni təşkil edir. Tarixən Scania 1658-ci ildə Roskilde müqaviləsi imzalanana qədər Danimarka krallığının bir hissəsini təşkil etmişdir Danimarka Skan müharibəsi zamanı (1676–1679) və 1711-ci ildə Böyük Şimal Müharibəsi zamanı yenidən qısa müddətə əyalətə nəzarəti ələ keçirdi.
Sansa
Sansa (fr. Sanssat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03266. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 133 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 69.7%). Fəal 133 nəfərdən 119 nəfəri (71 kişi və 48 qadın), 14 nəfər işsiz (4 kişi və 10 qadın) idi. Fəal olmayan 65 nəfər arasında 37 nəfər şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şanış
Şanış (az.-əbcəd شانێش‎, fars. ده‌بهار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 625 nəfər yaşayır (211 ailə).
Banska Ştyavnisa
Banska Ştyavnisa (slovak. Banská Štiavnica, alm. Schemnitz‎, mac. Selmecbánya) — Slovakiyanın mərkəzində, Ştyavnisa Vrxi dağ massivinin yaxınlığında yerləşir. Əhalisi 11 min nəfərdir. == Tarixi == Banska Ştyavnisada ilk təbii ehtiyatların çıxarılmasına b.e.ə III əsrdə keltlər tərəfindən başlanılmışdır. 1156-ci ildə Banska Ştyavnisa bir şaxtaçı şəhəri olması qeyd edilir. 1217-ci ildə şəhər ətrafında gümüş çıxarılması məlumatı vardır. 1238-ci ildə Banska Ştyavnisa şəhər statusu almışdır. XIII əsrdə Tirol və Saksoniyadan olan kolonistlər tərəfindən məskunlaşılmışdır.
Capsella scanica
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Enniskorti (stansiya)
Enniskorti (isl. Enniscorthy) — 16 noyabr 1863-cü ildə ictimai istifadəyə açılmış, İrlandiya Respublikası Ueksford rayonunun dəmiryolu nəqliyyat əlaqəsini təmin edən bir dəmiryolu stansiyasıdır. == İstinadlar == == Ədəbiyyat == Butt, R.V.J. The Directory of Railway Stations: details every public and private passenger station, halt, platform and stopping place, past and present. — 1st. — Sparkford : Patrick Stephens Ltd, 1995. — ISBN 1-8526-0508-1. Jowett, Alan. Jowett's Nationalised Railway Atlas. — 1st. — Penryn, Kornvel : Atlantic Transport Publishers, 2000.
Horadiz (stansiya)
Horadiz — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Horadiz stansiyası Füzuli rayonunun Horadiz şəhərində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Kazan (stansiya)
Kazan Dəmiryolu Stansiyası - Kazan şəhərinin mərkəzində, Privağzalnaya meydanında yerləşir. Vağzal binası 1896-cı ildə Henrik Ruşun) layihəsi əsasında inşa edilmişdir. Şəhərin görməli yerlərindən biridir. Şəhər ətrafı terminal isə 1967-cı ildə inşa edilmiş və 2005-ci ildə yenidən bərpa edilmişdir. Kazan stansiyası 36 cüt uzaq və 13 yaxın məsafəli qatarlara xidmət edir. Üstəlik xidmət arasında şərq istiqamətində olan dizel qatarları da vardır. İl ərzində vağzal 8 mln sərnişinə xidmət edir. Stansiyada 15 yol, bir neçə aşağı platforma və yolların üstündə bir yerüstü üst keçid var. Bütün əsas platformalarda işləyən liftlər vardır. Stansiyanın ərazisi qapalıdır.
Kosmik stansiya
Kosmik stansiya və ya orbital stansiya — Yer kürəsinə yaxın orbitlərdə insanların kosmik fəzada uzunmüddətli elmi tədqiqatlar, kəşfiyyatlar, Yer səthi və atmosferinin müşahidəsi, astronomik müşahidələr aparması üçün nəzərdə tutulmuş kosmik aparat. Orbital stansiyaya müxtəlif heyətlər xidmət göstərdiyi üçün kosmik nəqliyyat gəmiləri vasitəsilə ona vaxtaşırı kosmonavtlar və müvafiq yüklər daşınır. Pilotla idarə olunan ilk belə orbital stansiya 1971-ci ildə SSRİ tərəfindən buraxılmış "Salyut" orbiyal stansiyasıdır. 1973-cü ildə ABŞ-nin "Skayleb" orbital stansiyası orbitə çıxarıldı. Orbital stansiyadakı avadanlıqlar bilavasitə kosmonavtların iştirakı ilə, eləcə də avtomatik rejimdə işləyə bilir. Bu da ondan bir çox elmi və tətbiqi məsələlərin (astrofiziki tədqiqatların, fiziki-texniki və tibbi-bioloji eksperiadentlərin, meteoroloji müşahidələrin aparılması s.) həlli üçün istifadə etməyə imkan verir. == Kosmik stansiyalar == Salyut orbital stansiyaları Salyut-1 (DOS-1, 1971) DOS-2 (1972) — orbitə çıxmamışdır Salyut-2 (OPS-1, 1973) — Almaz proyektinin bir hissəsi. Kosmos-557 (DOS-3, 1973) — nəzarət itirilib Salyut-3 (OPS-2, 1974–1975), Almaz proyektinin bir hissəsi. Salyut-4 (DOS-4, 1974–1977) Salyut-5 (OPS-3, 1976–1977), Almaz proyektinin bir hissəsi. Salyut-6 (DOS-5–1, 1977–1982) Salyut-7 (DOS-5–2, 1982–1991) SkyLab (1973–1979) Mir (Salyut-8, DOS-6, 1986–2001) Beynəlxalq Kosmik Stansiya (1998-ci ildən) — 16 dövlətin kondominiumu Genesis — ABŞ-nin Bigelow Aerospace şirkətinə məxsusdur.
Meteoroloji stansiya
== Meteoroloji stansiyalar == Bütün meteoroloji kəmiyyətlər üzərində müşahidələr meteoroloji stansiyalarda aparılır. Stansiyalar 3 dərəcəyə ayrılırlar. I dərəcəli stansiyada tam proqramla müşahidələr aparılır, II və III stansiyalarda texniki rəhbərlik edilir. Bundan başqa həmdə ixtisaslaşmış stansiyalar vardır. == Meteoroloji stansiyalara verilən tələblər == Meteoroloji stansiya ərazinin elə bir yerində qurmalıdırki o yer həmin rayon üçün xaraktrik olsun. Meteoroloji stansiyanı dərin yarğanların, uçqunların yaxınlığında qurmaq olmaz. Stansiya açıq və hamar yerdə qurulmalıdır. Onun yaxınlığında cihazların işinə mane ola biləcək heç bir maneə olmamalıdır. O qədər də çox hündür olmayan maneələr (ayrı-ayrı ağaclar, tikililər), stansiyadan öz boylarını 10 qatı qədər aralıda olmalıdır. Əhəmiyyətli maneələr isə (məs: meşə zolağı, şəhər evləri ) metroloji stansiyadan öz hündürlüklərinin 20 qatı qədər olmalıdırlar.
Stanislav Haller
Stanislav Haller (26 aprel 1872, Krakov, Sisleytaniya – 1940[…], Xarkov) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı. == Həyatı == 1894-1918-ci illərdə Haller Avstriya-Macarıstan ordusunda xidmət edib. Digər hərbi vəzifələri ilə yanaşı, o, həmçinin Krakov qalasının komandandı idi. 1918-ci ildə yeni yaranan Polşa ordusuna qoşuldu. Sovet-Polşa müharibəsində polyakların qalib gəlməsində xidmətləri oldu. 1919-1920-ci illərdə və 1923-1925-ci illərdə və 1926-cı ildə Polşa ordusunun Baş qərargah rəisi vəzifəsini yerinə yetirdi. 1926-cı ildə Yozef Pilsudskinin qurmuş olduğu rejimin müxalifi kimi istehfa etdi. 1939-cu ildə Sovetlər tərəfindən həbs olundu və əsir düşərgəsinə yerləşdirildi. NKVD tərəfindən 1940-cı ilin aprel ayında Polşa ordusunun yüksək rütbəli 14 generalı ilə birlikdə Katın qırğınına qurban getdi. == Həmçinin bax == Katın qırğını Molotov-Ribbentrop paktı Birinci Dünya müharibəsi Sovet-Polşa müharibəsi İkinci Dünya müharibəsi == Ədəbiyyat siyahısı == Stalisław Haller (sic!) (1926).
Stanislav Koneçpolski
Stanislav Koniecpolski (9 fevral 1591 – 11 mart 1646, Brodı[d]) Polşa-Litva İttifaqı tarixində ən bacarıqlı və uğurlu biri sayılan Polşa hərbi komandiridir. O, eyni zamanda zadəgan, bir kral məmuru (starosta), bir qala komandiri, Polşa zadəganlarının (szlachta) üzvü və Sandomierz regionunun 1625-ci ildən ölümünə qədər voyvodası (qubernator) idi. == Hərbi həyatı == Koneçpolski, Zaporojiya kazaklarının üsyanlarını və Krım tatarlarının bir çox basqınlarını yatıraraq uğurlu hərbi qələbələr əldə etmişdir. 1618-ci ildən etibarən 1632-ci ildə Kralın yalnız ikinci hərbi komandiri, Böyük Hetman Tacı olmamışdan əvvəl Alan Hetman Tacı rütbəsini aldı. Koneçpolskinin həyatı demək olar ki, davamlı müharibələrdən keçmişdir. 20 yaşına çatmamışdan əvvəl 1605-1618-ci illərdə baş vermiş Polşa-Rusiya müharibəsində və Moldaviya Maqnate müharibələrində iştirak etmişdir. Daha sonra 1620-ci ildə Osmanlı qüvvələri tərəfindən əsir götürüldüyü Çeçora döyüşünə qatılmışdır. 1623-cü ildə sərbəst buraxıldıqdan sonra 1624-1626-cı illər arasında Osmanlı tatar vassallarını bir neçə dəfə məğlub etdi. Koneçpolski, 1626-cı ildə başlayan Polşa-İsveç müharibəsi zamanı II Gustaf Adolfun İsveç qüvvələrinin Altmark müqaviləsi ilə müharibə bitməmişdən əvvəl Krallıq Prussiyası və Pomeraniyanı fəth etməsinin qarşısını almışdır. 1644-cü ildə Ochmatow döyüşündə tatarlar üzərində qələbə ona beynəlxalq şöhrət və məşhurluq gətirdi.
Stanislav Lem
Stanislav Herman Lem (polyakca: Stanisław Herman Lem; 12 sentyabr 1921[…], Lvov – 27 mart 2006[…], Krakov) – polyak yazıçısı, satirik, filosof, fantast və futuruloqudur. Onun kitabları 40 dilə tərcümə edilmiş, 30 milyondan artıq tirajla satılmışdır. Virtual reallığın, süni intellektin yaradılmasını qabaqcadan xəbər verdiyi, həmçinin süni dünyaların və bu kimi başqa şeylərin yaradılması ilə insanın avtotəkamül ideyasını inkişaf etdirdiyi “Texnologiyanın yekunu” fundamental əsərin müəllifidir. == Həyatı == Stanislav Lem 1921-cil sentyabrın 12-də Polşanın Lvov (Lvov indi Ukraynanın tərkibindədir) şəhərində, həkim ailəsində anadan olub. Sonralar o, öz xatirələrində yazırdı: “Mən dörd yaşımda yazmağı öyrəndim. Doğrudur, bu qabiliyyətimdən əməlli-başlı istifadə eləyə bilmədim. Atama ilk məktubumu anamla birlikdə getdiyim Skole şəhərindən yazmışam; bu məktubda mənim taxtadan olan əsl kənd tualetindəki macəralarımın macəralarımın bir qismi təsvir olunurdu. Bəli-bəli, taxta döşəməsində deşiyi olan həmin tualetdəki. Doğrudur, bəzi şeylərin üzərindən sükutla keçdim. Həmin o deşiyə mən öz ev sahibimizin açar dəstini atmışdım...” 1932-ci ildə II kişi gimnaziyasında oxumağa başlayır və 1939-cu ildə oranı qurtarıb orta təhsil haqqında attestat alır.
Stanislav Leşşinski
Stanislav Leşşinski (pol. Stanisław Leszczyński; 20 oktyabr 1677 və ya 20 oktyabr 1670, Lvov, Reç Pospolita – 23 fevral 1766) — 1704-1709-cu və 1733-1734-cü illərdə hakimiyyətdə olmuş Reç Pospolita kralı, 1737-1766-cı illərdə Lotaringiyanın sonuncu hersoqu, Fransa kralı XV Lüdovikin qayınatası. == Həyatı == 20 oktyabr 1677-ci ildə anadan olub. Böyük Polşa zadəgan ailəsinin nümayəndəsi, böyük vəliəhd Rafail Leşşinskinin və dövrünün güclü maqnatı, knyaz Stanislav Yan Yablonovskinin qızı Anna Yablonovskayanın yeganə oğlu olub. Poznan vodevodası vəzifəsində çalışıb. 1702-ci ildə Şimal müharibəsi zamanı İsveç kralı XII Karl Polşanı işğal etdi və Polşa kralı, Saksoniya kürfürstü II Avqustu bir sıra ağır məğlubiyyətlərə uğratdı. Polşa zadəganlarının bir hissəsi onun tərəfini tutdu. 1704-cü ildə Varşava Konfederasiyası Kral II Avqustu taxtdan saldı və kralsızlıq dövrü elan etdi. Stanislav Leşşinski konfederasiya tərəfindən diplomatik missiya ilə İsveç kralının məhkəməsinə göndərilib. Tezliklə Stanislav Leşşinski XII Karl tərəfindən yeni Polşa kralı seçildi.
Stanislav Lyudkeviç
Stanislav Filipoviç Lyudkeviç (ukr. Станіслав Пилипович Людкевич, 12 (24) yanvar 1879, Yaroslav[d] – 10 sentyabr 1979, Lvov) — Ukraynalı bəstəkar, teorist, müəllim. 1969-cu ildə SSRİ xalq artisti olmuşdur. 1908-ci ildə Vyanada musiqişünaslıq üzrə fəlsəfə doktoru adını qazanmışdır. Onun adı alternativ olaraq Stanislav Lyudkeviç və ya Stanislav Filipoviç Lyudkeviç olaraq yazıla bilər. == Bioqrafiya == Lyudkeviç 1879-cu ildə Polşanın Yaroslav şəhərində anadan olub. 1898-ci ildən 1907-ci ilə qədər Lvov Universitetində fəlsəfə öyrənmişdir. O, əvvəlcə pianoçu olan anasından musiqi nəzəriyyəsini öyrənsə də, Lyudkeviç Lvovdakı Mayzislav Soltis ilə, Vyanada Tsemlinsko və Hredener ilə oxudu. 1901-ci ildən Lyudkeviç Lvov və Pşemiseldə müəllim kimi işləyib. 1905–1907-ci illərdə "Bədii Bülleten" jurnalının redaktoru olub.