Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stefan
Stefan — kişilərə verilən ad. I Stefan — I Quaramın böyük oğlu. Stefan Banax — polyak riyaziyyatçısı. Stefan Brankoviç — Serbiya hökmdarı. Stefan Çarnetski — Polşa zadəganı, general və hərbi komandir. Stefan Xalturin — Rusiya inqilabçısı, Narodnaya Volya təşkilatının üzvü. Stefan Kakaş — alman diplomatı, səfir. Stefan Quttenberq — uşaqlara qarşı zorakılıq hərəkatının fəalı. Stefan Lambez — Haiti futbolçusu Stefan Malarme — Fransa yazıçısı və şairi. Stefan Nemaniç — Serbiya kralı Stefan Örn — İsveçli bəstəkar.
Stəkan
Stəkan — adətən qulpsuz olan, silindr və ya kəsik konus formasına bənzəyən, isti və soyuq içkilər içilməsi üçün nəzərdə tutulan əsasən şüşədən hazırlanan qabdır.
Stepan
Stepan — kişi adı.
Stevan
Stevan — ad. Stevan Todoroviç Stevan Şuplikats Stevan Mokranyats — Serbiya bəstəkarı. Stevan Bates — Müdafiəçi mövqeyində çıxış edən serb futbolçu.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Steam
Steam — rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Steam Valve-nin və habelə onun razılığı ilə Epic Games, THQ, 2K Games, Activision, Capcom, Codemasters, Eidos Interactive, 1С, GSC Game World, id Software, SEGA, Atari, Rockstar Games, Telltale Games, Ubisoft, Bethesda Softworks və digər başqa şirkətlərin rəqəmsal oyunlarının və proqramlarının aktivasiyasını, yenilənməsini təmin edir və həyata keçirir. 2013-cü ilin may ayında, artıq Steam-də dörd mindən çox oyun yayılır. Bu oyunlara hər gün,həftələr arası və həftəsonu endirimləri aiddir. Qeydiyyatdan keçmiş hesabların sayı 65 milyonu keçib. Steam-ın rəsmi saytında,onunla əməkdaşlıq edən bütün nəşrçilərin və bəstəkarların adı açıq keçiddə yerləşən siyahıdadır. Əvvəllər bu servisdə yalnız oyunlar və onlara aid olan modifikasiyalar, treylerlər yayımlanırdı ancaq, Valve bir neçə dəfə bildirmişdi ki, onlar bununla kifayətlənməyəcəkdirlər və gələcəkdə musiqi, filmlərin yayımına da başlayacaqlar. 2012-ci ilin oktyabr ayının ikisində Steam-də «Proqramlar»(Software) adlı bölmə yarandı.Hal-hazırda bu bölmədə Source-Filmmaker, Art Rage kimi proqramlar mövcuddur. Steam ondan erkən yaranan WON sistemini əvəz etmək üçün yarandı. Steam-ın tarixçəsi 1999-cu ildə Team Fortress Classic və Counter-Strike-nin tez bir şəkildə müvəffəqiyyət qazanması ilə başladı.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Stera
Cratystylis (lat. Cratystylis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Stera Ewart Cratystylis centralis Albr.
I Stefan
I Stefam (gürc. სტეფანოზ I, Step'anoz I; VI əsr – 627) — I Quaramın böyük oğlu idi. Atasının yerinə keçib Sasanilərin marağını müdafiə edən siyasətə yönəlmişdi. Bu bizanslıları əsəbləşdirmiş, I İrakli tərəfindən yandırılaraq edam edilmişdi. Tonq Yabqu xaqan tərəfindən yerinə qohumu I Adarnes təyin olunmuşdu.
Mobil sursat
Mobil sursat (həmçinin intiharçı pilotsuz uçuş aparatı, intiharçı dron, kamikadze pilotsuz uçuş aparatı, rouminq silahları və ya kamikadze dron kimi tanınır) sursatların müəyyən müddət ərzində hədəf ərazinin ətrafında fırlandığı və yalnız hədəf aşkar edildikdən sonra hücum etdiyi hava silah sistemidir. Mobil sursatlar, yüksək dəyərli platformalar hədəf əraziyə yaxın yerləşdirildikdən qısa müddət sonra görünən gizli və ya məxfi hədəflərə qarşı daha sürətli cavab müddətlərini təmin edir və həmçinin də hücum əmri asanlıqla ləğv oluna bilindiyi üçün daha seçici olaraq vacib hədəflərə tuşlanmağa imkan yaradır. Mobil sursatlar qanadlı raketlər ilə silahlı pilotsuz uçuş aparatları (SPUA) arasında qəbul edilir və hər ikisi ilə eyni xüsusiyyətlərə malikdir. Onlar qanadlı raketlərdən hədəf ərazinin ətrafında nisbətən uzun müddət dövrə vurması üçün nəzərdə tutulması, SPUA-lardan isə mobil sursatın bir hücumda sərf edilməsinin nəzərdə tutulması və daxili döyüş başlığına malik olması ilə fərqlənirlər. Buna görə də onları qeyri-ənənəvi mənzilli silahlar da hesab etmək mümkündür. Mobil silahlar ilk dəfə 1980-ci illərdə yer-hava raketlərinə (SAM) qarşı Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi (SEAD) rolunda istifadə üçün ortaya çıxmışdırlar və 1990-cı illərdə bir sıra hərbi hava qüvvələrində SEAD rolunda çıxış etməsi üçün yerləşdirilmişdirlər. 2000-ci illərdən başlayaraq, rouminq silahları nisbətən uzun mənzilli hücumlardan və atəş dəstəyindən tutmuş kürək çantasına sığan bir taktiki döyüş vasitələrinə və hətta çox qısa mənzilli döyüş sistemlərinə qədər əlavə rollar üçün hazırlanmışdır.
Stefan (dəqiqləşdirmə)
Stefan — kişilərə verilən ad. I Stefan — I Quaramın böyük oğlu. Stefan Banax — polyak riyaziyyatçısı. Stefan Brankoviç — Serbiya hökmdarı. Stefan Çarnetski — Polşa zadəganı, general və hərbi komandir. Stefan Xalturin — Rusiya inqilabçısı, Narodnaya Volya təşkilatının üzvü. Stefan Kakaş — alman diplomatı, səfir. Stefan Quttenberq — uşaqlara qarşı zorakılıq hərəkatının fəalı. Stefan Lambez — Haiti futbolçusu Stefan Malarme — Fransa yazıçısı və şairi. Stefan Nemaniç — Serbiya kralı Stefan Örn — İsveçli bəstəkar.
Stefan Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Stefan Batori
Stefan Batori (mac. Báthory István, pol. Stefan Batory; 27 sentyabr 1533 – 12 dekabr 1586[…], Qrodno, Böyük Litva knyazlığı) — Reç Pospolita kralı (1576-1586-cı illərdə), Transilvaniya voevodası IV İştvanın oğlu. Transilvaniyada şahzadə IV İştvan Batori və Macarıstan vəliəhdi Stefan Teleqdinin qızı Katerina Teleqdinin ailəsində anadan olub. Padua Universitetində oxuyub. 1571-ci ildə qısa bir vətəndaş müharibəsi nəticəsində Transilvaniya şahzadəsi oldu. 1574-cü ildə Valua kralı Henrinin qaçmasından sonra Polşa-Litva Birliyində kralsızlıq dövrü başladı. Pravoslav Qərbi Rus əyanları (aralarında Kşiştof Qrayevski də seçilirdi) Moskva krallığı ilə ittifaq bağlamaq və türklərə və Krım tatarlarına qarşı birgə mübarizə aparmaq üçün çar IV İvanı Polşa tacına namizədlər kimi irəli sürdü. Daha sonra namizəd olaraq, Osmanlı ilə mübarizə kursundan da sadiq qalan və Moskva tərəfindən dəstəklənən, Müqəddəs Roma İmperatorluğunun imperatoru II Maksimilian və Maksimiliyanın oğlu, Avstriya arxduke Ernst irəli sürülüb. Osmanlı sultanı II Səlim ağalara məktub göndərərək, Müqəddəs Roma İmperatorluğunun imperatoru II Maksimilyanı kral seçməməyi tələb etmiş və Osmanlı İmperiyasının vassalı Transilvaniya şahzadəsi Stefan Batory də iddiaçılardan biri kimi göstərilmişdir.
Stefan Brankoviç
Stefan Brankoviç (1417, təq. 1425 və ya təq. 1426, Belqrad, Serbiya despotluğu – 9 oktyabr 1476 və ya 1476, Udine) — Brankoviç ailəsinin Serbiya tarixindəki üçüncü hökmdarı. Cawley, Charles (15 March 2012), Medieval Lands-A prosopography of medieval European noble and royal families Fine, John Van Antwerp Jr. (1994) [1987].
Stefan Czarniecki
Stefan Çarnetski (pol. Stefan Czarniecki; 1599[…] – 16 fevral 1665) — Polşa zadəganı, general və hərbi komandir. Çarnetski 1648-ci ildə Hmelnitski üsyanında Reç Pospolita tərəfində II. Jan Kazimierz Wazanın yanında tatarlar və kazaklarla mübarizə aparmışdı. 1664-cü ildə Kiyevə ataman təyin edilmişdir. 16 fevral 1665-ci ildə Sokołówkada ölən Stefan Çarnetski həmçinin Odla və qılınclada da təsvir edilmişdir. Çarnetski sülaləsindəndir.
Stefan Kakaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Stefan Kalaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Stefan Lambez
Stefan Lambese (fr. Stéphane Lambese; 10 noyabr 1995[…] və ya 10 may 1995, Nojan-sür-Marn) — Pari Sen-Jermen B klubunda müdafiəçi kimi çıxış edən Haiti futbolçusu. Lambese öz karyerasına 2004-cü ildə Olimpik de Sevranda başlamışdır. 2009-ci ilin yay ayında isə Pari Sen-Jermen FK klubunun gənclərdən ibarət yığmasına qoşulmuşdur. 2012-ci ilin yayında PSJ-in ehtiyat komandasından gənclər yığmasına keçmişdir. Öz debütünü isə 20 aprel 2013-cü ildə Çampionat de Frans Amateur liqasında Nansi klubunun ikinci heyəti ilə qarşılaşmada etmişdir. Lambese 2010-cu ildə Fransa U-16 yığmasında 4 oyunda iştirak etmiş və 1 qol vurmuşdur. 2014-cü ildən etibarən Haiti milli futbol komandasını təmsil edir və Haiti U-20 yığmasının bir üzvüdür. Lambese 7 mart 2014-cü ildə Kosovo milli futbol komandasına qarşı qeyri-rəsmi yoldaşlıq oyununda iştirak etmişdir.
Stefan Malarme
Stefan Malarme (fr. Stéphane Mallarmé; 18 mart 1842[…], Paris – 9 sentyabr 1898[…]) — Fransa yazıçısı və şairi.
Stefan Nemaniç
II Stefan Nemaniç (serb. Стефан Немањић; 1166, bilinmir – 24 sentyabr 1228, bilinmir), Stefan Prvovençani (serb. Стефан Првовенчани) kimi də tanınır — Raşka dövlətinin böyük jupanı və Nemaniçlər sülaləsindən olan ilk Serbiya kralı (1217–1228). O, Stefan Nemanyanın ikinci oğlu idi. Hökmdarlığının ilk illərində böyük qardaşı Vukan ilə taxt uğrunda mübarizə aparmalı və Macarıstan və Bizans İmperiyası ilə münasibətlərdə balans saxlayaraq fəal xarici siyasət yürütməli idi. 1217-ci ildə, ölkədə pravoslavlığın dominant rolunu saxlayaraq, Roma papasından tac aldı, iki il sonra isə avtokefal Serb Pravoslav Kilsəsinin yaradılmasına nail oldu. Hakimiyyəti dövründə ölkənin xarici siyasət mövqelərini möhkəmləndirdi, həmçinin daxili inkişafına da töhfə verdi. Stefan müqəddəslərin həyatından bəhs edən ilk jitiye müəlliflərindən biri idi, onun tərzi daha sonra digər müəlliflər tərəfindən nümunə kimi götürülmüşdür. Onun şərəfinə Serbiya krallarının daşıdığı tac adlandırılmışdır. Serb Pravoslav Kilsəsi tərəfindən övliyalar sırasına keçirilmişdir.
Stevan Bates
Stevan Bates (serb. Стеван Батес; 29 noyabr 1981, Belqrad, Yuqoslaviya) — Müdafiəçi mövqeyində çıxış edən serb futbolçu. İranın Mes Kerman futbol klubunun oyunçusu. Stevan Bates 1981-ci ildə Belqradda anadan olub. Futbolçu kimi həmişə yaxşı fiziki göstəriciləri ilə seçilib. Peşəkar futbolçu karyerasına 19 yaşında başlayıb. 2000-2002-ci illərdə Serbiyanın "Jelezniçar" klubunda oynayıb. Belqrad təmsilçisində keçirdiyi 58 oyunda 1 qol vurub. Sonra "Vojdovaç"a keçərək 2005-ci ilədək bu komandada forma geyib. 51 oyunda meydana çıxıb 4 dəfə fərqləndikdən sonra "Rad"a üz tutub.
Stevan Mokranyats
Stevan Mokranyats (serb. Стеван Мокрањац, əsl soyadı Stoyanoviç (serb. Стојановић); 9 yanvar 1856, Neqotin – 28 sentyabr 1914, Skopye) — Serbiya bəstəkarı və xormeyster. 9 yanvar 1856-cı ildə Neqotində anadan olmuşdur. O, Leypsiq şəhərində Salomon Yadasson və Karl Raynekedən, Mühnendə isə Yozef Raynbergerdən kompozisiya sənətini öyrənirdi. 1887-1914-cü illərdə Belqrad vokal cəmiyyətinin xorunu idarə edirdi və onunla bir çox ölkələrə qastrollara getmişdir. 1889-cu ildən 1893-cü ilə qədər Serbiyanın ilk simli kvartetində ikinci skripkaçı idi. 1899-cu ildə Belqrad Musiqi Məktəbinin qurucularından biri oldu və ömrünün sonun qədər burada rəhbərlik etmişdir. Məşhur tələbələri arasında bəstəkar Miloye Miloeviç yer alır. 1906-cı ildən Serbiya Elmlər və İncəsənət Akademiyasının üzvü, 1907-ci ildən Serbiya Musiqiçiləri Birliyinin sədri olmuşdur.
Tandem sursat
Tandem sursat və ya ikili partlayıcı qısaca partlayıcı və ya döyüş raketi sistemlərində istifadə olunan və ardıcıl partlayışı təmin edən bir cihazdır. Bu mexanizm vasitəsilə zirehli döyüş maşınlarında istifadə olunan qəfəs zirehləri və ya reaktiv zirehləri zərərsizləşdirmək nəzərdə tutulur. Birinci mərhələdə cihaz reaktiv zirehləri yüngül bir partlayışla zərərsizləşdirir. Bu şəkildə zirehdəki partlayıcılar partladılır. Təsirə məruz qalan ərazi reaktiv zirehdən təmizləndikdən sonra başlıqdakı əsas partlayıcılar işə düşür və texnikanın əsas zirehi ilə təmas edərək onu məhv etməyə çalışır. PG-7VR model döyüş başlığından istifadə edən RPG-7 və onun daha da inkişaf etdirilmiş versiyası olan RPG-29 buna misaldır. Soyuq müharibə illərində Amerika istehsalı olan bir çox silahda bu texnikadan istifadə edilmişdir. O dövrdə istehsal olunan Sovet tanklarının əksəriyyəti reaktiv zirehlərdən istifadə edirdi. Məsələn, bu sistem Amerikan istehsalı olan BGM-71 TOW və AGM-114 Hellfire döyüş raketlərində istifadə olunur.