Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sirannon
Sirannonun təməli 2005-ci ildə, Türkiyənin İzmir şəhərində, Wesretkau tərəfindən atılmışdır. 2005–2007-ci illəri qrup üzvlərinin dəyişməsi və müxtəlif bəstələrin edilməsi ilə keçirən qrup, 2007-ci ildə "Annon Morin" adlandırdığı və 5 ifadan ibarət olan demo albomunu hazırlamışdır, lakin qrup üzvlərinin qərarı ilə bu albom yayınlanmamışdır. Bunun ardınca "Sirannon", zaman itirmədən ilk albomun hazırlanması üçün işlərə başlamışdır. "Semper Caliga" adlandırılan albomda; biri intro olmaqla, 11 ifa yer almışdır. Qrup üzvləri amerikan yayım şirkəti olan "Unmerciful Death Productions" ilə razılığa gələrək, albomu Rusiya, Estoniya, İsveç, Fransa, Yunanıstan, ABŞ, Meksika, Barbados və Kolumbiya bazarlarında, eyni zamanda eBay və Amazon kimi böyük online satış portallarında da satışa çıxarmışdır. Onu da qeyd etmək lazımdır ki, bu albom, Türk metal tarixində hazırlanan ilk qadın black metal albomudur. Bir çox fanzin, radio və verlişlərə mövzu olan, başda Cənubi Amerika ölkələri olmaqla geniş bir kütlə tərəfindən dinlənilən qrup, 6 illik gitaristi Haecin ABŞa köçməsi ilə məcburi üzv dəyişikliyi etmişdir. Yeni gitaristin gəlişi ilə bərabər qrup, yeni bir albom üzərində işləməyə başladı. Yarandığı gündən etibarən 3 konsert verən qrup, bir çox konsertdən də müxtəlif səbəblərə görə qəbul etməmişdir. Diqqətini əsasən yeni bəstələrə ayıran, soundlarında bəzən raw, bəzən old school, bəzən isə pagan elementlərindən ibarət özünəməxsus tərz yaratmışdır.
Strabon
Strabon (yun. Στράβων; təq. e.ə. 63, Amasiya[d] – ən tezi 21 və ən geci 24, Amasiya[d]) — yunan tarixçisi və coğrafiyaçısı. "Tarix" kitabının (saxlanılmayıb) və 17 kitabda çap edilmiş "Coğrafiya" müəllifi. Onun kitabı qədim dövrün coğrafiyasının öyrənilməsi üçün ciddi mənbə sayılır. Eyni Zamanda Qafqaz Albaniyası və Atropotena haqqında qiymətli məlumatlar vardır. Strabonun "Coğrafiya əsəri bir növ onun itmiş "Tarixi qeydlər" əsərinin davamıdır. Müəllif "Coğrafiya" əsərinin 11-ci kitabında Azərbaycan haqqında məlumat vermişdir. Strabonun atasının nənəsinin adı Jalə olmuşdur.
Sorano
Sorano — İtaliyanın Toskana regionunda şəhər.
Otranto boğazı
Otranto boğazı - Adriatik dənizi ilə İon dənizlərini birləşdirən Apennin və Balkan yarımadaları arasındakı boğaz. İtaliya və Albaniya arasında sərhəd rolunu oynayan bu beynəlxalq əhəmiyyətli boğazın uzunluğu 72 km (45 mil)-dir.
Straton (Lampsakuslu)
Lampsakuslu Straton (yun. Στράτων, m. ö. 340 – 268) — Teofrastusun ən tanınmış öyrəncisi olmuşdur. O, 18 il peripatetik məktəbə başçılıq etmişdir. Ondan öncə isə o, məşhur Misir kralı II Ptolemeus Filadelfin müəllimi idi. Misirdə olarkən Straton Falerli Demetriusla birlikdə Museyonun yaradıcılarından biri olmuşdur. O da metafizika problemləri ilə məşğul olmuş, Demokritin atomlar nəzəriyyəsini tənqid etmişdi. == Fəlsəfəsi == Straton peripatetizmdə materialist ənənəsini davam etdirənlərdən idi. O, ilk növbədə metafizikanı, dərk olunmaz şeyləri inkar etmiş, təbiətin özünə istinad edərək onu izah etməyə çalışırdı.
"Scanno" mükafatı
Skanno mükafatı (it. Premio Scanno) — İtaliyanın Tanturri Fondunun təsis etdiyi mükafat. Mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir.1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş bu mükafat müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Tanturri Fondu ənənəvi olaraq hər il ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə "Skanno mükafatı"nı təqdim edir.
Skanno mükafatı
Skanno mükafatı (it. Premio Scanno) — İtaliyanın Tanturri Fondunun təsis etdiyi mükafat. Mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir.1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş bu mükafat müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Tanturri Fondu ənənəvi olaraq hər il ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə "Skanno mükafatı"nı təqdim edir.
Life is Strange
Life Is Strange (azərb. Həyat qəribədir‎) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One və Xbox 360 platformaları üçün nəşr edilən interaktiv macəra oyunudur. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır. Oyunun əsas mövzusu 18 yaşlı tələbə-fotoqraf Maks Kolfildin (ing. Max Caulfield) zamanda səyahət edə bilməsini kəşf etməsindən və aldığı hər bir qərarın Kəpənək effekti yaratmasından təşkil olunmuşdur. Yaşadığı şəhərə (Arkediya Bey) yaxınlaşan böyük fırtınanı öngörən Maks, şəhərin yox olmasının qarşısını almaq üçün məsuliyyəti üzərinə götürür. Oyunçunun oyun boyunca aldığı qərarlar oyunun gedişatına təsir edir və müəyyən vaxt müddətində alınan qərarların yenidən dəyişdirilməsi üçün oyunçuya zamanı geriyə almaq haqqı verilir. Life is Strange-in hazırlanmasına 2013-cü ilin aprel ayından başlanmışdır. Maliyyə problemləri səbəbindən oyun epizodik formatda hazırlanmışdır. 2015-ci ilin may ayında oyunçulara təqdim olunan videooyun personajların fərqliliyinə görə, zamanı geriyə alma mexanizminə görə və eyni zamanda oyunun ssenarisində cinsi bərabərlik, homoseksualizm kimi müxtəlif dünya ölkələrində tabu ola biləcək mövzulara toxunulduğuna görə tənqidçilər tərəfindən əsasən müsbət rəylər almışdır.
Mala Strana ratuşası
Mala Strana çardağı (çex. Malostranská beseda) — Praqanın mərkəzində, Mala Strana meydanı № 21-də yerləşən neo-renessans üslublu köhnə ratuşa binasıdır. Son iki il şəhər sakinləri onu "Malostrankadakı inşaat körpülərinin aşağısındakı bina" adlandırır. Keçmiş ratuşa binası artıq uzun illərdir ki, sosial klub və konsert zalı qismində istifadə edilir. Bura Mala Strananın mədəni mərkəzlərindən biridir — belə ki, Barıt qülləsindən başlayan, Köhnə Şəhər meydanı və Karl körpüsündən keçməklə Praqa qəsrinə aparan turistik marşrutun əsas mərkəzi məhz bu bina hesab olunur. == Tarix == 1257-ci ildə Prjemısl II Ottakar Praqa qəsrinin yamacında Yeni şəhərin əsasını qoyur. O, burada qədim zamanlardan bəri məskunlaşmış yunan əhalisini zorla çıxararaq, alman kolonistlərini buraya dəvət etmişdi. İmperator IV Karl Vltava çayının sağ sahilində daha bir "Yeni şəhərin" əsasını qoyduqdan sonra, buranın adı, nisbətən kiçik ərazi ölçülərinə görə "Mala Strana" (yəni Kiçik yarımhissə) adlandırlımışdı. Əvvəlcə şəhər hakimiyyəti müqəddəs Nikolay kilsəsində toplanırdı, lakin daha sonra onlar bazar meydanında ilk ratuşa binasını inşa etmişdilər (buna dair sənədləşdirilmiş ilk hesabat 1407-ci ildə təqdim olunmuşdu). 12 ildən sonra, yəni qusçu hərəkatı zamanı, kralın əsgərləri tərəfindən ratuşada saxlanılan və tarixi məlumatları əks etdirən şəhər kitabları biryolluq məhv edilmişdi.
Svetlana Stanko-Klimenko
Svetlana Stanko-Klimenko (13 may 1976) — Ukraynalı marafonçu. Svetlana Stanko-Klimenko Ukraynanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Svetlana Stanko-Klimenko birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 42 dəqiqə 26 saniyəyə qət edərək 157 marafonçu sırasında 66-cı yeri tutdu.
Yorgen Strand Larsen
Yorgen Strand Larsen (6 fevral 2000-ci ildə Norveçdə anadan olub) — Norveç Eliteserien təmsilçilərindən olan Sarpsburq klubunda hücumçu kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Klub karyerası == === Sarpsburq === Larsen Sarpsburq akademiyası vasitəsilə inkişaf etmişdir. larsen öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə Valerenqa klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Yonas Lindberqi əvəz etmişdir. Həmin görüşdə Sarpsburq liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 2017-ci ildə larsen Norveçin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Larsen İngiltərə, Niderland, Ukrayna milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. O, Niderland millisinə qarşı oyunda bir qolla yadda qalmışdır. == Karyera statistikası == === Klub === 18 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Norveç Superkuboku görüşləri daxildir.
Lixtenşteyn sarayı (Mala Strana)
Malostran meydanındakı Lixtenşteyn sarayı və ya sadəcə Lixtenşteyn sarayı (çex. Lichtenštejnský palác na Malostranské náměstí) — Praqanın köhnə şəhərində, Mala Strana rayonun "Malostran meydanı" № 258/13-də yerləşən gözəl saray. Binanın tikintisi o zaman çox populyar olan barokko və daha sonra klassisizm üslublarında inşa etdirilmişdi. Saray Çexiya Respublikasının mühüm mədəniyyət abidəsi kimi qorunur. Saray Malostran meydanının bütün qərb hissəsini tutur və qonşuluqda yerləşən Hartiqov sarayı ilə ümumi tikinti, rabitə və kommunikasiya əlaqələrinə malikdir - Lixtenşteyn sarayında İncəsənət və Musiqili Rəqs Akademiyası, Hartiqov da isə Akademiyanın rəhbərliyi yerləşir. == Tarix == Praqanın köhnə şəhəri ilə gəzişərkən, Malostran meydanındakı müqəddəs Nikolay kilsəsinin qarşısında yerləşən nəhəng bir sarayı görmək olar. Bəzən Ledeburq adı ilə də tanınan Lixtenşteyn sarayı rahatlıqla ən azı beş adi evi yerləşdirə biləcək olduqca böyük bir sahəni tutur və Praqa şəhərində barokko üslubunda inşa edilmiş ilk böyük bina sayılır. Sarayın binası hazırkı nəsli Mərkəzi Avropanın Lixtenşteyn Knyazlığına məxsus Karl Lixtenşteyn tərəfindən XVI əsrin əvvəllərində inşa edilmişdir. Karl "qanlı knyaz" nüfuzuna malik idi. Məhz o, Ağ dağ ətrafında qedən döyüşdə məğlub olduqdan sonra, 1621-ci ildə Köhnə Şəhər meydanında üsyan edən şəhər sakinlərinin 27 liderini ölüm cəzasına məhkum etmişdir.
Müqəddəs Nikolay kilsəsi (Mala Strana)
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə şəhərin Mala Strana hissəsində yerləşən barokko üslubunda kilsə. Özünün monumental görünüşü, gəliz memarlıq üslubu və nəfis bədii tərtibatına görə, kilsə Praqanın ən mühüm barokko üslubunda inşa olunmuş məbədlərindən sayılır. == Tarix == Mala Stranada yerləşən Nikolay (Mikulaş) kostyolu təxminən XIII əsrdə burada yerləşən qotik kilsənin yerində ucaldılmışdı. Qotik kilsə eyni ilə Marlikiyalı Nikolaya həsr olunmuşdu. XVII əsrdə kilsənin yaxınlığında roman üslublu müqəddəs Vatslav rotondası da yerləşirdi. Keçmişdə kostyolun gülləsində carçılar keşik çəkərək yanğın və ya düşmənin yaxınlaşdığı halda həyəcan təbili vurudular. Hazırkı barokko üslublu kilsə binası XVIII əsrin 1-ci yarısında bir neçə mərhələ ilə inşa olunmuşdu. İlk öncə Kristofer Dintsenhoferin layihəsi üzrə tərtib olunmuş kilsə daha sonra onun oğlu - tanınmış memar Kilian İqnats Dintsenhofer tərəfindən tamamlanmışdı. Məbədin qərb fasadı, xorlu zal, müqəddəs Varvara (Barbora) və Anna kapellası və künc neflər 1703-1711-ci illər arası inşa olunmuşdu.