Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Frits Ştuxlik
Frits Ştuxlik (alm. Fritz Stuchlik‎; 11 fevral 1966, Vyana, Avstriya) — sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı, AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri (2018-2022). == Həyatı == Frits Ştuxlik 11 fevral 1966-cı ildə Vyanada anadan olub. Hakimlik karyerasına 1982-ci ildə başlayıb. 1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub. 1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərib. Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib. Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub. 2010-cu ildən FIFA/UEFA hakim-inspektorudur. UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdır.
Stalik Xankişiyev
Stalik (Stanislav) Hüseyn oğlu Xankişiyev (rus. Ста́лик (Станислав) Гусе́йнович Ханкиши́ев; d. 2 fevral 1962, Fərqanə, Özbəkistan SSR, SSRİ) — kulinar, yazıçı və fotoqraf. Əsasən şərq mətbəxinə həsr olunan kulinariya kitablarının müəllifidir. Atası azərbaycanlı, anası isə almandır. Atası Fərqanə Politexnik İnstitutunda müəllim idi. Stalik kitab yazmağa başlayana qədər Özbəkistanda sahibkarlıqla məşğul olub. Stalik Xankişiyev Rusiya televiziyalarında müxtəlif verilişlər hazırlayıb. O, bloq yazıları da yazır. Stalik Xankişiyev peşəkar aşpaz olmasa da kitabları Rusiyada çox məşhurdur.
Sulik (Urmiya)
Sulik (fars. ‎‎‎سوليك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (41 ailə).
Stalin
İosif Vissarionoviç Stalin (gürc. იოსებ ბესარიონის ძე სტალინი, rus. Иосиф Виссарионович Сталин, 18 dekabr 1878[…], Qori, Tiflis quberniyası[…] – 5 mart 1953[…], Kuntsevo kotteci[d], Moskva vilayəti) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri, Sovet İttifaqı Marşalı (1943), Sovet İttifaqı Generalissimusu (1945). Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib. Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur.
Suliko
Suliko (gürc. სულიკო) — Varenka Tseriteli Akakiya Tseriteli sözlərinə yazılan mahnı.
İstilik
İstilik — fiziki kəmiyyət olub, materialın halını xarakterizə edir. O kinetik enerjinin köməyi ilə mikroskopik və termodinamikanın köməyi ilə makroskopik təyin edilə bilir. Termodinamikada istilik bir sərhəddən başqasına enerjini nəql etdirir. İstilik temperatur qardiyenti verildikdə proses parametri kimi işlənə bilir. Ümumilikdə istilik çox vaxt istilik enerjisi və ya temperatur ilə dəyişik salınır. İstilik bir sərhəddən başqasına keçdikdə heç də həmişə temperatur dəyişikliyi baş vermir. istiliyin maddəyə daxil olması çox vaxt hal dəyişikliyi ilə müşayət olunur. İstiliyin verilməsi temperaturun qalxmasına təsir edə və bununla hal dəyişiliyini yarad bilər (məsələn, buzun əriməsi) və təzyiqinin dəyişməsinə təsir edə bilər. İstilik və temperatur bir-biri ilə entropiya ilə əlaqələndirilir.
Şatlık
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Şaşlık
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Şenlik
Şenlik – (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskəni olub, ailə nufusunun sayına gorə ondan kiçik yaşayış məskəni. Şenlik (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskənlərindən biridir. Koma quruluşlu yaşayış məskənlərindəki hər bir koma ayrıca bir şenlik təşkil edir və əksər hallarda monogen xarakterli olurdu. Şənlik əhalisinin tərkibi, əsasən, qohum tayfalardan formalaşırdı. XIX əsrin ikinci yarısında N.A.Abelov yazır ki, ayrı-ayrı nəsil və qrupların (tirə, oymaq) məskun olduğu köçəri icma məskənlərini müsəlmanlar şenlik adlandırırlar. XIX əsrdə Azərbaycan xalq yaşayış məskənlərinin tarixən yaranmış tipləri olan kənd, oba və şenlik anlayışları, aralarında bəzi fərqlərin olmasına baxmayaraq, bütövlükdə "yaşayış məskəni" mənasında işlədilmişdir.
Şivlik
Şivlik — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şivlik kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Şişlik
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Şiəlik
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Şənlik
Şənlik (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Şənlik (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Şənlik bələdiyyəsi — Azərbaycan Respublikasının Ağcabədi rayonunda bələdiyyə.
Salik
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Suluk
Toponimlər
Sumik
Sumik — Gədəbəy rayonu ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 2125 m. Güman etmək olar ki, dağın adı Ermənistanla Qarabağ arasında, Sevan gölündən cənubda yerləşən Sünik və ya Sisakan adlanan tarixi ərazinin adı ilə bağlıdır. Türk dillərində sumik "forma", "görüntü", "mənzərə", sünik isə "şiş uclu", "niza" mənalarında işlənmişdir.
Sünik
Sünik və ya Sisakan (erm. Սյունիք, Սիսական) – Cənubi Qafqazda tarixi-coğrafi region. I Artaşesin hakimiyyəti dövründə (e.ə. 189 – 160) ermənilər tərəfindən ələ keçirilən Sünik albandilli tayfalar olan ərazi sayılırdı və b.e. 387-ci ilində Ermənistanın Bizans və Sasanilər arasında bölünməsinə kimi Ermənistan krallığının işğal etdiyi doqquzuncu vilayətini təşkil etmiş, 387-ci ildən sonra Sasanilərin tərkibində gah Qafqaz Albaniyasından, gah da Atropatenadan asılı olmuşdur. “VII əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət olmuşdur. Sünikin cənubu mənbələrdə həm də Zəngəzur kimi qeyd edilir. 387-ci ilə kimi Ermənistan ordusuna başçılıq edən bdeşx-sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar. Mərzban Ermənistanı dövründə Sünik knyazları İberiyaya da nəzarət etmişlər. Artıq VI əsr mənbələrində Sünikin nestorian mövqeyi tutan Ermənistandan siyasi və dini baxımdan ayrılması qeyd edilir.
Səlik
Səlik və ya Sellik — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 1886-cı ildə kənd əhalisi 34 evdə 70 nəfəri kişilər, 54 nəfər isə qadınlar olmaqla 124 nəfər şiə islam inanclı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan sakinlərin sayı 1,811 nəfər olub. Etnik tərkibinə əsasən kənd əhalisi əsasən azərbaycanlılardan, qismən darginlərdən və tabasaranlılardan ibarətdir. Bu kəndin ilk əhalisi olan tərəkəmələr Şirvan ərazisindən köçüb gəlmədirlər.
Tolik
Tolik (Tarix Əliyev, 6 iyun 1979, Bakı) — Azərbaycanlı prodüser, təşkilatçı, televiziya aparıcısı. Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. 2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakına görə fəxri fərmana layiq görülüb.
Tupik
Kütdimdik (lat. Fratercula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin təmizçilər fəsiləsinə aid heyvan cinsi.
Tülin
Tülin — qadın adı. Tülin Şahin — Türk əsilli modelyer, aparıcı və aktrisa. Digər Tülin (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tüvik
Tüvik (lat. Accipiter badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. Göyərçin boydadır. Rəngi açıqdır. Beli qonur, qarın tərəfi ağ zolaqlı açıqkürəndir. Yanaqları bozdur. Dişisinin qarın tərəfindəki köndələn zolaqlar qəhvəyi-qonurdur. Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yalnız Lənkəran düzənliyində (Vel kəndi) nəsil verməsi müəyyən edilib. Hündür ağaclar olan seyrək, işıqlı meşədə və köhnə meyvə bağlarında məskunlaşır.
Şurik
Şurik (Xoy)
Sellik manevri
Sellik manevri, Sellik təzyiqi (ing. Sellick manoeuvre, Cricoid pressure) Qırtlağın üzüyəbənzər qığırdağa barmaqla təzyiq edib, qida borusunun mənfəzini qapamaqla mümkün aspirasiyanın (mədə möhtəviyyatının geriyə axmasının) qarşısını almaq üçün tətbiq edilən bir cəhddir. Bu manevr adətən təcili cərrahi əməliyyatlar zamanı, ümumi narkoz üçün traxeyanın intubasiyasında mədəsi boş olmayan pasientlərə tətbiq edilir. Manevr ilk dəfə 1961 ci ildə Britaniya anestezioloqu Brayn Artur Sellik (ing. Brian Arthur Sellick) tərəfində tətbiq edildiyinə görə onun adına müvafiq "Sellik manevri" adlandırılmışdır.
Sjunik itburnu