Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stalin
İosif Vissarionoviç Stalin (gürc. იოსებ ბესარიონის ძე სტალინი, rus. Иосиф Виссарионович Сталин, 18 dekabr 1878[…], Qori, Tiflis quberniyası[…] – 5 mart 1953[…], Kuntsevo kotteci[d], Moskva vilayəti) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri, Sovet İttifaqı Marşalı (1943), Sovet İttifaqı Generalissimusu (1945). Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib. Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur.
"Stalin" mükafatı
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940–1954-cü illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib. Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu. == Təsis edilməsi == Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : " Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində" — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibətilə qərar.. "Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində" — 1 fevral 1940 -cı il tarixli qərar.. Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.. 1949-cu ildə "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatı təsis edildi. == Ləğv edilməsi == Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi. Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı. == Həmçinin bax == SSRİ İosif Stalin Mükafat == Ədəbiyyat == "Сталинские премии: две стороны одной медали": Сб. документов и художественно-публицистических материалов / Сост.
Mixail Suslin
Mixail Yakovleviç Suslin (rus. Михаи́л Я́ковлевич Су́слин; d.15 noyabr, 1894, Saratov – ö.21 oktyabr, 1919, Krasavka) — rus riyaziyyatçısı, Luzinin şagirdidir. 1916-cı ildə Moskva Universitetinin tələbəsi olduğu zaman A çoxluğu adlanan yeni sinif çoxluq kəşf etmişdir. Игошин В. И. "Михаил Яковлевич Суслин (1894-1919)", "Наука. Физматлит", 1996, стр. 160. ISBN 5-02-015191-2 Колягин Ю. М. "Дмитрий Федорович Егоров. Путь ученого и христианина", "ПСТГУ", 2010. стр.302.
Nikolay Şulgin
Nikolay Matveyeviç Şulgin (rus. Николай Матвеевич Шульгин; 1886 – yanvar 1942, Bakı) — sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1940), RSFSR əməkdar artisti (1934). Nikolay Matveyeviç Şulgin 1886-cı ildə anadan olmuşdur. Moskva Universitetini və teatr məktəbində Vladimir Davıdovun sinfini bitirdikdən sonra 1910-cu ildə peşəkar teatr səhnəsinə çıxmışdır. İctimai fəaliyyət də göstərərək 1918-ci ildə Novoçerkasskda incəsənət işçiləri ittifaqının birinci sədri seçilmişdir. Nikolay Şulgin 1936-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. Onun "Torpaq" pyesində Storejev obrazı, eləcə də Vaqif, Kreçinski, Arbenin və başqa obrazları özünəməxsusluğu ilə fərqlənmişdir. 1934-cü ildə Nikolay Şulginə "RSFSR əməkdar artisti", 23 aprel 1940-cı ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adları verilmişdir. 1939-cu ildə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir. Nikolay Şulgin 1942-ci ilin yanvar ayında Bakıda vəfat etmişdir.
Sardin dili
Sardiniya dili(sard. sardu, limba / lingua sarda, it. sardo, lingua sarda) İtaliyanın Sardiniya adasının əksər yerlərində danışılan və yazılan Roman dillərindəndir. 1997-ci ildən Sardiniya dili adada danışılan başqa dilləri ilə birlikdə, Sardiniyanın rəsmi dili olmuşdur.
Stalin mükafatı
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940–1954-cü illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib. Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu. Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : " Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində" — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibətilə qərar.. "Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində" — 1 fevral 1940 -cı il tarixli qərar.. Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.. 1949-cu ildə "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatı təsis edildi. Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi. Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı. SSRİ İosif Stalin Mükafat "Сталинские премии: две стороны одной медали": Сб. документов и художественно-публицистических материалов / Сост.
Stalin repressiyaları
Stalin repressiyaları — SSRİ-də Stalin dövründə (1927–1953) həyata keçirilən kütləvi siyasi repressiyalardır. "Böyük təmizləmə" dövrü adlanan kütləvi repressiyalar, N. İ. Yejovun NKVD rəhbəri vəzifəsinə təyin edilməsi ilə başladı. Yejov tərəfindən 1937-ci ilin iyulunda SSRİ NKVD-nin 00447 nömrəli əmrinin nəşri edildi. Bu müddət 1938-ci ilin sentyabr-noyabr aylarında N. İ. Yejovun himayəsində olan şəxslərin NKVD-də, polisdə və s.-də genişmiqyaslı həbsləri və onun Lavrenti Beriyanın NKVD-nin rəhbəri kimi əvəzlənməsi ilə başa çatdı. SSRİ Xalq Komissarları Sovetinin və Kommunist Partiyası Mərkəzi Komitəsinin 17 noyabr 1938-ci il tarixli qərarı ilə NKVD-nin və prokurorluğun hər hansı kütləvi həbs və köçürmə əməliyyatları həyata keçirməsi qadağan edildi, SSRİ NKVD-nin xüsusi əmrləri ilə yaradılmış məhkəmə üçlükləri ləğv edildi və s. 1991-ci ildə tarixçi V. N. Zemskov "Sotsis" jurnalında diqqətlə öyrənilmiş arxivlərin məlumatlarını dərc etdi: ümumilikdə 1921-ci ildən 1954-cü il fevralın 1-dək 3.777.380 nəfər əks-inqilabi cinayətlərə görə, düşərgələrdə və həbsxanalarda bir müddət saxlanmağa məhkum edilmiş, 642.980 nəfər güllələnmə cəzasına məruz qalmışdır. SSRİ DTK-nın sədri V. A. Kryuçkov siyasi repressiyaların statistikasını göstərirdi: o, 1930–1953-cü illər üçün SSRİ DTK-da qeydiyyat haqqında məlumatlara dəfələrlə istinad etdi. — 3.778.234 siyasi məhbus, onlardan 786.098-i ölüm cəzasına məhkum edilib. Stalin repressiyalarının rəsmi ideoloji əsası — "sosializm quruculuğu başa çatdıqda sinfi mübarizənin kəskinləşməsi" konsepsiyası 1928-ci ilin iyulunda Ümumittifaq Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Stalin tərəfindən formalaşdırıldı. 1938-ci ildən 1956-cı ilə qədər yenidən çap edilmiş "Sov.
Stalin repressiyası
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Sualtı adaları
Sualtı adaları (bəzən Pirsaat adaları və ya Pirsaat daş adaları adlanır)— Xəzər dənizində Bakı arxipelaqında yerləşən Azərbaycana məxsus adalardır. Ən iri adaları Baburi və Qutan adalarıdır. Qutan və Baburi adaları arasınada məsafə 4 km təşkil edir. Tektonik məşəllidir. Taman yarımadasından Böyük Qafqaz dağ silsiləsi ilə sualtı qalxmalarla Türkmənistana qədər davan edən Ön Qafqaz qalxmasının bir hissəsidir. Pirsaat buxtasında yerləşir. Ümumilikdə 9 adadan ibarətdir. Qövsə daxil olan adalar şərqdən qərbə 7 km məsafədə yerləşir. Əsasən kiçik adlardan ibarətdir. Bəzi adalarında uzunluq 2 km təşkil etsə də, çox ensizdir.
Sualtı gəmi
Hərbi sualtı gəmi — əsasən dənizlər ilə və okeanlar ilə əlaqəsi olan ölkələrin su fövzələrini qorumaq üçün və ya hərbi kəşfiyyat aparmaq üçün istifadə etdiyi, suyun alt hissəsində hərəkət edən qurğu.
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.
Sualtı zəlzələ
Sualtı zəlzələ — su hövzəsi, xüsusilə okean dibində baş verən zəlzələ. Bu cür zəlzələ tipi sunamiyə səbəb olur. Elmi cəhətdən də Rixter şkalası və ya Mercalli şkalası ilə ölçülə bilər. Hərəkətli plitələr tektonikası sualtı zəlzələlərin səbəbini izah etməyə kömək edir.
Vadim Şulgin
Vadim Şulqin — Azərbaycan memarı. Vadim Şulqin Bakıdakı "Mirvari" kafesini layihələndirib. Vadim Şulqin Kandeladan fərqli olaraq “Mirvari”nin qanadlarını səkkiz deyil, altıguşəli edib. Şulqin sonradan Bakının gözəl və öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayını da layihələndirib. 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Vadim Şulqinə həsr edilmişdir.
Vasili Stalin
Vasili İosifoviç Stalin (Cuqaşvili) (24 mart 1921, Moskva – 19 mart 1962, Kazan; gürc. ვასილი იოსების სტალინი (ჯუღაშვილი), rus. Василий Иосифович Сталин (Джугашвили)) — Sovet hərbi təyyarəçisi. General-leytenant (1949). İosif Stalinin kiçik oğlu. Polkovnik (1942) General-mayor (1946) General-leytenant (1949) Василий Сталин на сайте «Авиаторы Второй мировой». Василий Сталин на сайте «Красные соколы». Киевский телеграф. «Она не бросила сына вождя». Фото В.И. Сталина на сайте «Полки и самолёты».
Salvin çayı
Salvin Cənub-Şərqi Asiya yerləşən çayıdır, uzunluğu təxminən 3,289 kilometr (2,044 mil), Tibet yaylasından Andaman dənizinə axır. Salvin çayının əsas hissəsi Çinin cənub-qərbində və Myanmanın şərqində (Birma) axır, qısa bir hissəsi Birma və Tayland sərhədindən axaraq ölkələr arasındakı sərhədi təşkil edir. Çay axarının çox hissəsi boyunca o, möhkəm dağ kanyonlarından sürətlə axararaq keçir. Çayın böyük uzunluğuna baxmayaraq, onun yalnızca son 90 kilometr (56 mil) gəmiçiliyə yararlıdır, burada Molamyayn ərazisində kiçik bir estuar və delta təşkil edir. Çay axdığı ölkələr boyunca müxtəlif adlarla tanınır. Məsələn Birmada Thanlwin və Çində Nu çayı . Əksər dillərdə istifadə olunan "Salween" adî 19-cu əsrdə tərtib edilən Britaniya xəritələrində rast gəlinən çayın Birmada istifadə olunan adının ingiliscəyə tərcüməsidir . Coğrafi cəhətdən təcrid olunmuş böyük hündürlük və geniş enlik diapazonuna görə Salvin hövzəsi dünyanın ekoloji cəhətdən ən çox müxtəliklərə rast gəlinən bölgələrindən biri hesab olunur və təxmini 25 hövzədən ibarətdir. Çay ətrafı sahələr xeyli heyvan növlərinə və minlərlə bitki növünə ev sahibliyi edir. Çay axarı boyunca kənd təsərrüfatı üçün su təmin edir və xüsusilə də delta bölgəsində bol sululuq balıqçılıqla məşğul olmaq üçün şərait yaradır.
Stalin göydələnləri
Stalin göydələnləri (rus. Сталинские высотки) — 1947–1957-ci illər arası Moskvada tikilmiş yeddi (plana görə səkkiz) çoxmərtəbəli bina. Bir çox xarici kitablarda bu binalar "yeddi bacı" adlanır. Binalar məhbusların və mülki inşaatçıların qüvvələri vasitəsiylə tikilib. 1922-ci ildə Sovetlərin Birinci Ümumittifaq Qurultayında Moskvada Sovetlər Sarayının(ru) tikilməsi ideyası yarandı və bu ideya ömrünün sonuna qədər Stalini rahat buraxmadı. 1931-ci ildə Sovetlər Sarayının layihəsi üçün Ümumittifaq müsabiqəsi təşkil edildi, burada məşhur memarlar iştirak etdilər. 160 layihə təqdim olundu, lakin bütün tələblərə cavab verən layihə yox idi. Buna görə də layihələrin işlənməsi 1932–1933-cü illərə qədər davam etdi. Və sonda Boris Mixayloviçin(ru) layihəsi əsas götürüldü. Binannın hündürlüyü 420 metr və 100 mərtəbədən ibarət olması nəzərdə tutulurdu.
Rzauddin Stalin
Rzauddin Stalin (benq. রেজাউদ্দিন স্টালিন ; 22 noyabr 1962, Cessur, Şərqi Pakistan) — Banqladeş şairi və televiziya xadimi. Nəzrul İnstitutunun direktor müavinidir.
Sanciv Stalin
Sanciv Stalin (ing. Sanjeev Stalin; 17 yanvar 2001, Karnataka) — Hindistan futbolçusu, Hindistan Super Liqasında çıxış edən "Mumbay-Siti" FK-nin müdafiəçisi.O , 2017 FIFA U-17 Dünya Kuboku da daxil olmaqla müxtəlif beynəlxalq səviyyədə Hindistanı təmsil etmişdir. Sanciv Stalinin Stalin və anası Parameşvaridir. O, Banqalorun Karnataka şəhərində anadan olmuşdur. Valideynləri kiçik bir geyim mağazası işlədir. 10 yaşında Stalini hind-iranlı məşqçi Cəmşid Nəssiri görmüş və ona futbol akademiyasına daxil olmağı tövsiyə etmişdir.
Stalin (dəqiqləşdirmə)
Stalin
Stalin (soyad)
Stalin — soyad. Stalin — sovet siyasi, dövlət, hərbi və partiya xadimi. Sanciv Stalin — Hindistan futbolçusu. Rzauddin Stalin — Banqladeş şairi və televiziya xadimi. Cozef Stalin (həmkarlar ittifaqı üzvü) — Şri-Lanka həmkarlar ittifaqı üzvü. Muthuvel Karunanidhi Stalin — Hindistan siyasətçisi.
Stalin Qonsales
İvan Stalin Qonsales Montanyo (isp. Iván Stalin González Montaño; 13 noyabr 1980, Karakas) — Venesuela hüquqşünası və siyasətçisi. 26 sentyabr 2010-cu ildə Karakasın beşinci seçki dairəsi üzrə Milli Assambleyanın deputatı seçilmiş, İnzibati və Xidmətlər Parlament Komissiyasına sədrlik etmiş və 2016–2017-ci illərdə MUD müxalifət fraksiyasının lideri seçilmişdir. 2019-cu ildə Assambleyanın ikinci vitse-prezidenti seçilmişdir. 2019-cu ildə Venesuelada prezidentlik böhranı zamanı Xuan Quaydonun köməkçisi kimi çalışırdı.
Stalin Rivas
Stalin Xose Rivas (isp. Stalin José Rivas; 5 avqust 1971) — yarımmüdafiəçi kimi çıxış etmişVenesuela futbolçusu. O, "bütün zamanların ən təbii istedadlı venesuelalı futbolçusu" kimi təsvir edilmişdir. Rivas 1989–1996-cı illər arasında Venesuela milli futbol komandasının heyətində 34 oyun keçirmiş və 3 qol vurmuşdur.
Stalin Valensiya
Stalin Evander Valensiya Kortes (isp. Stalin Evander Valencia Cortéz; 10 oktyabr 2003) — Ekvador futbolçusu, "Onse Kaldas" FK-nin müdafiəçisi.
Stalin tunikası
Stalin tunikası və ya Stalinka — İosif Stalinlə əlaqəli tunika və ya gödəkçə növü. 1920-ci illərdən 1950-ci illərə və sonralar Sovet İttifaqında hökumət rəsmiləri (və İkinci Dünya Müharibəsindən sonra Sovet peyk dövlətlərinin rəsmiləri) tərəfindən tez-tez siyasi forma kimi geyilirdi. Birinci Dünya Müharibəsində meydana çıxan İmperator Rusiya Ordusunun "Fransız tunikası"ndan təkamül edib. Fərq onda idi ki, Stalinkanın yumşaq yaxası var idi. Onun sadə üslubu Stalinin daha mürəkkəb quruluşlu paltarları geyinməkdən imtina etməsi və lider üçün obraz yaratmağa çalışan sovet modelyerləri tərəfindən edilən son dəyişikliklər nəticəsində yaranıb.
Sualtı arxeologiya
Sualtı arxeologiya — suyun altında aparılan arxeoloji tədqiqatları əhatə edir.Bu sahənin qəbulu sualtı ərazilərə daxil olmaq və işləməkdəki çətinliklər və arxeologiyanın sualtı ərazilərə tətbiqi ilkin olaraq gəmi qəzası zamanı xilas edcilərin inkişaf etdirdiyi bacarıq və alətlərdən irəli gəldiyi üçün nisbətən gec bir inkişaf yolu keçmişdir. Nəticədə sualtı arxeologiya əvvəlcə özünü həqiqi arxeoloji tədqiqat kimi təsdiqləmək üçün mübarizə apardı. 1980-ci illərin sonlarında universitetlər fənni tədris etməyə başlayanda və alt fənn üçün nəzəri və praktiki baza möhkəm qurulduqda bu dəyişdi. Sualtı arxeologiyanın indi dəniz arxeologiyası da daxil olmaqla bir sıra formaları var: keçmiş insan həyatının, davranışlarının və mədəniyyətlərinin və onların dənizdə, ətrafında, mənsəblərdə və çaylarda fəaliyyətlərinin elmi əsaslı öyrənilməsi. Bu, ən çox duzlu və ya şirin suda, ətrafında və ya altında tapılan və ya su ilə örtülmüş çöküntünün altında basdırılmış qalıqlardan istifadə etməklə həyata keçirilir. Son illərdə sualtı aviasiya arxeologiyası adı altında su altında qalan İkinci Dünya Müharibəsi sahələrinin və su altında qalan təyyarələrin tədqiqi də əsas fəaliyyət kimi ortaya çıxmışdır. Sualtı arxeologiyanın tədqiqat sahəsi yalnız gəmi qəzalarının tədqiqi ilə məhdudlaşmır. Port Royal və İsgəndəriyyəni dağıdan zəlzələlər və ya kontinental miqyasda daha geniş yayılmış iqlim dəyişiklikləri kimi yerli seysmik hadisələr səbəbindən dəniz səviyyəsindəki dəyişikliklər, bir vaxtlar quruda olan bəzi insan işğal sahələrinin indi su altında qalması deməkdir. Son buz dövrünün sonunda Şimal dənizi böyük düzənlik idi və antropoloji material, eləcə də mamont kimi heyvanların qalıqları bəzən trol gəmiləri tərəfindən çıxarılır. Həmçinin, bəşər cəmiyyətləri həmişə sudan istifadə etdiyinə görə, bəzən bu cəmiyyətlərin su altında qurduqları tikililərin qalıqları (məsələn, körpülərin özülləri, körpülər və limanlar) quru torpaqda izlər itirildikdə hələ də mövcud vəziyyətdə qalır.