şüalanmaq
şüar
OBASTAN VİKİ
Şüalı sovka
Şüalı şam
Pinus radiata (lat. Pinus radiata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Vətəni Şimali Amerika dır. Çətiri yumru, şarşəkilli, sıxdır. Zoğları möhkəm yapışmış, nazik və müxtəlif uzunluqdadır. Tumurcuqları qısa, uzunluğu 3 mm, pulcuqları yapışqanlı, nazik, yumşaq, boz-mavi, zoğların uclarında yuxarı istiqamətlənmiş, qeyri-bərabər yayılmışdır, üstdən yaşıl, altdan mavi-yaşıldır, uzunluğu 10 sm-ə qədərdir. Tezböyüyən, istisevən kölgəyə və soyuğa davamlıdır, quraqlığa dözümsüzdür. Ağır olmayan rütubətli, drenaj üsulu ilə təmişlənmiş gillicə, qumluca tropaqlarda yaxşı bitir, durğun sulu, artıq dərəcədə nəm olan torpaqlarda göbələk xəstəliklərinə yoluxduğu üçün uzunömürlü olmur. Aşağı temperaturda (-10-110 C) iynəyarpaqlarını don vurur. Güclü dəniz küləklərinə qarşı davamlıdır.
Şüalılar
Şüalılar(lat. Radiolaria ) protozoylar aləminə daxil olan yarımtip. Şüalılar — plankton həyat tərzi keçirən dəniz sarkodinləridir. Onlar yüksək duzluluğa malik isti dənizlərdə daha çox üstünlük təşkil edirlər. Əksər şüalıların bədəni şar şəklində olub, yalançı ayaqları şüa şəklində yerləşmişdir. Şüalıların bədəninin endoplazma və ektoplazma ilə əhatə olunmuş mərkəzi hissəsi bir və ya bir neçə nüvəyə malikdir. Bu hissə şüalılar üçün xarakterik olan xitinli mərkəzi kapsulanı əmələ gətirir . Mərkəzi kapsulanın daxili hissəsi kapsuladaxili sitoplazma, xarici hissəsi isə kapsuladankənar sitoplazma adlanır. Bəzən kapsuladankənar sitoplazmanın tərkibində müxtəlif piqment və şirələr olur. Mərkəzi kapsula çoxlu dəliklərə malikdir.
Şüalılar yarımsinfi

Значение слова в других словарях