Futbol üzrə SSRİ Superkuboku
SSRİ Futbol Superkuboku SSRİ çempionatının qalibi və kubokun qalibi arasında baş tutan bir və ya iki matçdan ibarət futbol turniridir.
== Tarix ==
Kiçik turnir ilk dəfə Komsomolskaya pravda qəzetinin redaktor rəhbərlərinin təşəbbüsü ilə təşkil edilmişdir. Turnir qeyri-rəsmi xarakter daşıyırdı və heç vaxt SSRİ Futbol Federasiyasının bir hissəsi olmamışdır. Turnir SSRİ futbolunun son 15 ilində, cəmi 7 dəfə təşkil olunmuşdur. 1983-cü ilədək turnir davamlı olaraq keçirilmirdi. Adətən turnir müvsümün ortalarında baş tuturdu.
1987-ci ildə SSRİ çempionatının qalibi olmuş "Spartak Moskva" və kubokun qalibi olmuş "Dinamo Kiyev" arasında keçirilməsi planlaşdırılan oyun Moldovanın paytaxtı sayılan Kişinyov şəhərində baş tutmalı idi. Lakin Kişinyovda yetərli olmayan qeyri-kafi obyektlər səbəbindən matç heç bir zaman keçirilmədi. Sonuncu futbol üzrə SSRİ Superkuboku Rusiyanın Soçi şəhərində baş tutdu ki, burada da oyunu 1500 azarkeş izləmişdir.
== İllər üzrə final görüşləri ==
1977 SSRİ Superkuboku
1981 SSRİ Superkuboku
1984 SSRİ Superkuboku, iki oyundan ibarət olmuşdur
Şaxtyor yekunda 3-2 hesabı ilə qalib oldu
1985 SSRİ Superkuboku, iki oyundan ibarət olmuşdur
Zenit yekunda 3-1 hesabı ilə qalib oldu
== İllər üzrə qaliblər ==
== Klublar üzrə göstəricilər ==
== Respublikalar üzrə göstəricilər ==
== Xarici keçidlər ==
USSR (Soviet Union) - List of Super Cup Finals, rsssf.com.