Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şurik
Şurik (Xoy)
Surik (Maku)
Surik (fars. ‎سوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (47 ailə).
Şurik (Salmas)
Şurik (fars. شوريك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,182 nəfər yaşayır (222 ailə).
Şurik (Xoy)
Şurik (fars. شوريك‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Şurik (Çaypara)
Şurik (fars. شوريك‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (38 ailə).
Rürik
Rürik (rus. Рюрик; v. 879, Veliki Novqorod) — salnamələrə əsasən Rusun banisi. Varyaq, Novqorod knyazı. Knyaz gələcəydə isə çar olan Rüriklər sülaləsinin qurucusu. Rürikin milliyəti sual altındadır. Rürikın çox vaxt Danimarkalı Konunq Rörikla eyni adam olduğnu bildirirlər. Digər versiyaya görə Rürik slavyan əsilli addır və qartal deməkdir. == İstinadlar == == Xarici keçidlər == A.Çernov Rürik haqqında Kirpiçnikov: İlk skandinav yazıları. 1997.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. == Tarixi == 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyat və karyerası == SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.SuRie daha öncə 2015-ci ildə Belçika təmsilçisi Loik Notteni və 2017-ci ildə isə yenə də Belçikanı müsabiqədə təmsil edən Blanşı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir.Böyük Britaniya Böyük Beşlik ölkələrindən biri olduğu üçün SuRie 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur.
Sumik
Sumik — Gədəbəy rayonu ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 2125 m. Güman etmək olar ki, dağın adı Ermənistanla Qarabağ arasında, Sevan gölündən сənubda yerləşən Sünik və ya Sisakan adlanan tarixi ərazinin adı ilə bağlıdır. Türk dillərində sumik "forma", "görüntü", "mənzərə", sünik isə "şiş uclu", "niza" mənalarında işlənmişdir.
Sursk
Sursk — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377ailədən ibarət idi.
Sünik
Sünik və ya Sisakan (erm. Սյունիք, Սիսական) – Cənubi Qafqazda tarixi-coğrafi region. I Artaşesin hakimiyyəti dövründə (e.ə. 189 – 160) ermənilər tərəfindən ələ keçirilən Sünik albandilli tayfalar olan ərazi sayılırdı və b.e. 387-ci ilində Ermənistanın Bizans və Sasanilər arasında bölünməsinə kimi Ermənistan krallığının işğal etdiyi doqquzuncu vilayətini təşkil etmiş, 387-ci ildən sonra Sasanilərin tərkibində gah Qafqaz Albaniyasından, gah da Atropatenadan asılı olmuşdur. “VII əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət olmuşdur. Sünikin cənubu mənbələrdə həm də Zəngəzur kimi qeyd edilir.387-ci ilə kimi Ermənistan ordusuna başçılıq edən bdeşx-sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar. Mərzban Ermənistanı dövründə Sünik knyazları İberiyaya da nəzarət etmişlər. Artıq VI əsr mənbələrində Sünikin nestorian mövqeyi tutan Ermənistandan siyasi və dini baxımdan ayrılması qeyd edilir. Sasanilərin bilavasitə vassalı sayılan Sünik, həm də, siyasi baxımdan Mehranilərdən asılı olmuşdur.Albaniyanın böyük knyazı Cavanşir Sünik knyazının qızı ilə evlənərək, onların ailəsi ilə qohumluq münasibətləri yaratmışdı.
Sürix
Sürix (alm. Zürich‎) — İsveçrənin şimal-şərqində, Sürix gölünün sahilində yerləşən şəhər. İsveçrənin eyniadlı alman kantonunun paytaxtı. Ölkənin ən böyük şəhəri olan Sürixin 1,09 milyon əhalisi vardır. Şəhər ətrafında Kloten beynəlxalq aeroportu yerləşir. Rəsmi dili almancadır. İsveçrənin ən böyük bankları məhz bu şəhərdə yerləşir.Dünyanın ən bahalı şəhərlərindən biridir. == Kilsələr == Sürix şəhəri Qrossmünster, Fraumünster və Müqəddəs Pyotr Kilsəsi ilə seçilir. Protestant-reformasiya kilsəsi olan Qrossmünsterin xarakterik qüllələri Sürixin əsas görməli yerlərindən biridir. Onun tikintisi 1090-cı ildə başlanıb və əsası 853-cü ildə Böyük Karlın nəvəsi tərəfindən qoyulmuş Fraumünster qadın monastırından fərqli olaraq əvvəlcə kişi monastırı olub.
Şürük
Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır. == Əhalisi == Əhalisi 1302 nəfərdir. === Tanınmış şəxsləri === Soltanağa Bayramov — Azərbaycanın Milli Qəhrəmanı. == İqtisadiyyatı == Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır. == Din == Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.
Aşağı Sirik
Aşağı Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşağı Sirik kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Bala Şürük
Bala Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində, Kosalar icra nümayəndəliyində kənd. Əhalisi 671 nəfərdir. Bəşərü çayının sahilində yerləşir. == Toponimiyası == Oykonim "kiçik Şürük kəndi" deməkdir. Türk dillərində şürük "cavan şam ağacı"; "gavalı ağacı"; "kiçik, balaca, cır" mənalarını ifadə edir. == Coğrafiyası == Rayon mərkəzindən 10 kilometr aralıda yerləşir. Şərqdən Gərmətük, qərbdən Kosalar, cənubdan Şürük kəndləri ilə əhatə olunmuşdur. == Tarixi == Bala Şürüksn Şürük kəndindən buraya köçənlərin hesabına yarandığını ehtimal edənlər daha çoxdur. Yaşayış əvvəllər Şürük kəndində olmuş, əhali artdıqca adamlar indiki Şürük (kiçik Şürük) kəndinin ərazisinə köçmüşlər. 1930-1991-ci illərdə kənd Soveti fəaliyyət göstərib.
Rurik sülaləsi
Rurik (d. 879, Novqorod Rusı) – rus salnəmələri və sükançı kitablarlı görə, Şimal-Qərbi Rus hökmdarı Varangyan Novqorod knyazı və sonralar padşah olmuş rus kynazlığın banisi, Rurikoviçlər sülaləsi.
Serik Ahmetov
Serik Ahmetov (qaz. Серік Нығметұлы Ахметов; 25 iyun 1958, Temirtau[d], Karaqanda vilayəti) — Qazaxıstanın Baş naziri (2012-2014). == Həyatı == 1985-ci ildə 1993-cü ildə Karaganda Metallurgical Plant mühəndis- metallurq bitki texniki kollec bitirib, İdarə Rusiya Elmlər Akademiyasının (Moskva) məzunu O, 24 sentyabr 2012-ci ildən Qazaxıstanın baş nazir olmaq başladı. O, 2 aprel 2014-cü ildə istefa verib, iqtisadiyyat elmləri doktoru. Kərim Məsimov öz yerini aldı.
Serik Primbetov
Serik Primbetov (d.
Sirik (dəqiqləşdirmə)
Aşağı Sirik — Cəbrayıl rayonunda kənd. Sirik — Cəbrayıl rayonunda kənd.
Sirik (İran)
Sirik — İranın Hörmüzgan ostanının Minab şəhristanının Biyaban bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,640 nəfər və 640 ailədən ibarət idi.
Sulik (Urmiya)
Sulik (fars. ‎‎‎سوليك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (41 ailə).
Sünik (dəqiqləşdirmə)
Sünik — Albaniyanın əyaləti. Sünik (sülalə) Sünik knyazlığı Sünik (kənd) — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayon ərazisində kənd.
Sürix kantonu
Sürix (alm. Zürich‎, fr. Zurich; it. Zurigo; romanş Turitg) — İsveçrənin şimal-şərqindəki almandilli kanton. İnzibati mərkəzi eyniadlı şəhərdir. Əhalisi 1 504 346 nəfərdir (kantonlar arasında 1-ci yer; 2017-ci ilin məlumatları). == Coğrafiya == Sürix kantonu Alp dağlarının şimalında yerləşir. Kantonun sahəsi 1729 km² (kantonlar arasında 7-ci yer). Bu torpaqların 43,4% -i kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur, 30,7% -i meşələrdir. Torpağın 20.1% -i binaların və ya yolların altındadır və 5.8% -i heç bir şəkildə istifadə edilmir.
Sürix protokolları
Sürix protokolları — 2009-cu il oktyabrın 10-da Ermənistan və Türkiyə tərəfindən imzalanmış ikitərəfli sazişlərdir. Müqavilələr iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin başlanmasını nəzərdə tutur. Sonradan nəticəsiz qalan müqavilə ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə bağlanmışdır. 10 oktyabr 2009-cu ildə Sürixdə ABŞ dövlət katibi Hillari Klinton, Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana, Fransanın xarici işlər naziri Bernard Kuşner və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iştirak etdiyi mərasimdə hər iki ölkənin xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan arasında iki protokol imzalanıb. Qüvvəyə minməsi üçün bu protokol hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməli idi. Məsələləri bir-birindən ayırmağa çalışaraq, protokollarda Ermənistan-Azərbaycan münaqişəsi qeyd olunmayıb, ratifikasiya müddəti də göstərilməyib. 2010-cu il yanvarın 12-də Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Türkiyə protokollarını ölkə konstitusiyasına uyğun olub-olmmasını ölkə müzakirəyə çıxarır və bu, Türkiyə hökumətinin bu sazişlərdən imtina etməsinə səbəb olur. 2015-ci ilin fevralında erməni tərəfi Türkiyə tərəfinin siyasi iradəsinin olmadığını əsas gətirərək parlamentin protokollarını geri götürür. Daha sonra 2017-ci ilin dekabrında Türkiyənin addım atmamasına istinad edərək, erməni tərəfi onları etibarsız elan edəcəyinə söz verir və 2018-ci il martın 1-də Ermənistan prezidenti Serj Sarkisyan onların denonsasiyası haqqında fərman imzalayır. Normallaşma prosesinin ləngiməsinin səbəb olduğu acılığa baxmayaraq, bəzi müəlliflər Sürix protokollarının hələ də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına aparan yol ola biləcəyinə inanırlar.