ŞƏRİK

is. [ ər. ]
1. Hər hansı bir işdə (ticarətdə və s.-də) başqası ilə birgə iştirak edən adam; ortaq.
Əbülhəsənbəy cavahirfüruş və onun şəriki Ağa Əsəd Tütünçü oğlu öz ticarət işlərinə baş çəkməkdən ötrü Culfaya gedirlər. M.S.Ordubadi.
Hacı Nəsir ayrı bir yerdə yaşayan şərikilə hesab çəkməyə getmişdi. S.S.Axundov.

□ Şərik etmək (eləmək) – özünə ortaq etmək.
[Əsgər bəy:] Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. M.F.Axundzadə.
[Ruqiyyə Əhmədə:] Dərdinə məni şərik et. A.Divanbəyoğlu.

Şərik olmaq1) ortaq olmaq. Alverdə şərik olmaq, ortaq olmaq;
2) iştirak etmək, yoldaşlıq eləmək, birləşmək.
Öz müsibətimi unudub [Xədicənin] qəminə şərik oldum. S.Hüseyn;

3) razılaşmaq, qoşulmaq. Dostumun fikrinə şərik oldum.
Şərik çıxmaq – bir işdə iştirak etmədiyi halda, şəriklik iddiasında olmaq.
2. İştirak edən, əli olan, əlbir olan.
[Fərraşbaşı:] Bəli, batində o da Ağa Mərdanın şəriki imiş. M.F.Axundzadə.
[İbrahim bəy:] …Belə işdə Camal bəylə şərik iş görənin biri də o Hacı Qurban lənətullahdır. N.Vəzirov.

3. Şərikəm şəklində – razıyam, qoşuluram, etirazım yoxdur.
[Həcər xanım:] Mən də onun fikrinə şərikəm. S.S.Axundov.
[Ata:] Mən sənin sözünə şərikəm, Heybət, – dedi. S.Rəhimov.

Синонимы

  • ŞƏRİK ŞƏRİK Sabirov da bu təklifə şərik olduğunu bilirdi (Y.Şirvan); ORTAQ Dinləyərək ürəklərdən qopan odlu nəğmələri; Sən bir ortaq kəsilirsən ələminə, tas
  • ŞƏRİK yoldaş — məsləkdaş
  • ŞƏRİK ortaq — əlbir
ŞƏRİF
ŞƏRİKLƏŞMƏ
OBASTAN VİKİ
Dərdimə şərik ol (roman)
Söz sizindir, şəriklər (film, 1983)
== Məzmun == Filmdə şəriklərin kooperasiyası və onların fəaliyyəti haqqında söhbət gedir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Şərikan
Şərikan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd. Şərikan qəsəbəsi Mincivan-Qafan dəmiryolu stansiyası əsasında yaranmışdır. Keçmiş adı Kazarma olmuşdur. Yaşayış məntəqəsi vaxtilə mövcud olmuş Şərikan kəndindən köçüb gəlmiş ailələrin Bakı-Yerevan dəmiryolunun 32-ci km.-liyində salındığına görə Otuzikinci də adlanmışdır. Yaşayış məntəqəsi sonralar qədim Şərikan kəndinin adı ilə adlanmışdır. Güman etmək olar ki, oykonim "Karıklı yer" mənasındadır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Şərikli çörək (film, 1969)
Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi. == Məzmun == Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. == Film haqqında == Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı.
Şərikli çörək

Значение слова в других словарях