Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şurik
Şurik (Xoy)
Surik (Maku)
Surik (fars. ‎سوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (47 ailə).
Şurik (Salmas)
Şurik (fars. شوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,182 nəfər yaşayır (222 ailə).
Şurik (Xoy)
Şurik (fars. شوريك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Şurik (Çaypara)
Şurik (fars. شوريك‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (38 ailə).
Rürik
Rürik (rus. Рюрик; 830 – təq. 879, Veliki Novqorod) — salnamələrə əsasən Rusun banisi. Varyaq, Novqorod knyazı. Knyaz gələcəydə isə çar olan Rüriklər sülaləsinin qurucusu. Rürikin milliyəti sual altındadır. Rürikın çox vaxt Danimarkalı Konunq Rörikla eyni adam olduğnu bildirirlər. Digər versiyaya görə Rürik slavyan əsilli addır və qartal deməkdir. A.Çernov Rürik haqqında Kirpiçnikov: İlk skandinav yazıları. 1997.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.
Sumik
Sumik — Gədəbəy rayonu ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 2125 m. Güman etmək olar ki, dağın adı Ermənistanla Qarabağ arasında, Sevan gölündən cənubda yerləşən Sünik və ya Sisakan adlanan tarixi ərazinin adı ilə bağlıdır. Türk dillərində sumik "forma", "görüntü", "mənzərə", sünik isə "şiş uclu", "niza" mənalarında işlənmişdir.
Sursk
Sursk — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377 ailədən ibarət idi.
Sünik
Sünik və ya Sisakan (erm. Սյունիք, Սիսական) – Cənubi Qafqazda tarixi-coğrafi region. I Artaşesin hakimiyyəti dövründə (e.ə. 189 – 160) ermənilər tərəfindən ələ keçirilən Sünik albandilli tayfalar olan ərazi sayılırdı və b.e. 387-ci ilində Ermənistanın Bizans və Sasanilər arasında bölünməsinə kimi Ermənistan krallığının işğal etdiyi doqquzuncu vilayətini təşkil etmiş, 387-ci ildən sonra Sasanilərin tərkibində gah Qafqaz Albaniyasından, gah da Atropatenadan asılı olmuşdur. “VII əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət olmuşdur. Sünikin cənubu mənbələrdə həm də Zəngəzur kimi qeyd edilir. 387-ci ilə kimi Ermənistan ordusuna başçılıq edən bdeşx-sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar. Mərzban Ermənistanı dövründə Sünik knyazları İberiyaya da nəzarət etmişlər. Artıq VI əsr mənbələrində Sünikin nestorian mövqeyi tutan Ermənistandan siyasi və dini baxımdan ayrılması qeyd edilir.
Sürix
Sürix (alm. Zürich‎) — İsveçrənin şimal-şərqində, Sürix gölünün sahilində yerləşən şəhər. İsveçrənin eyniadlı alman kantonunun paytaxtı. Ölkənin ən böyük şəhəri olan Sürixin 1,09 milyon əhalisi vardır. Şəhər ətrafında Kloten beynəlxalq aeroportu yerləşir. Rəsmi dili almancadır. İsveçrənin ən böyük bankları məhz bu şəhərdə yerləşir.Dünyanın ən bahalı şəhərlərindən biridir. Sürix şəhəri Qrossmünster, Fraumünster və Müqəddəs Pyotr Kilsəsi ilə seçilir. Protestant-reformasiya kilsəsi olan Qrossmünsterin xarakterik qüllələri Sürixin əsas görməli yerlərindən biridir. Onun tikintisi 1090-cı ildə başlanıb və əsası 853-cü ildə Böyük Karlın nəvəsi tərəfindən qoyulmuş Fraumünster qadın monastırından fərqli olaraq əvvəlcə kişi monastırı olub.
Şürük
Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır. Əhalisi 1302 nəfərdir. Soltanağa Bayramov — Azərbaycanın Milli Qəhrəmanı. Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır. Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.
Aşağı Sirik
Aşağı Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşağı Sirik kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Bala Şürük
Bala Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində, Kosalar icra nümayəndəliyində kənd. Əhalisi 671 nəfərdir. Bəşərü çayının sahilində yerləşir. Oykonim "kiçik Şürük kəndi" deməkdir. Türk dillərində şürük "cavan şam ağacı"; "gavalı ağacı"; "kiçik, balaca, cır" mənalarını ifadə edir. Rayon mərkəzindən 10 kilometr aralıda yerləşir. Şərqdən Gərmətük, qərbdən Kosalar, cənubdan Şürük kəndləri ilə əhatə olunmuşdur. Bala Şürüksn Şürük kəndindən buraya köçənlərin hesabına yarandığını ehtimal edənlər daha çoxdur. Yaşayış əvvəllər Şürük kəndində olmuş, əhali artdıqca adamlar indiki Şürük (kiçik Şürük) kəndinin ərazisinə köçmüşlər. 1930-1991-ci illərdə kənd Soveti fəaliyyət göstərib.
Sünik (dəqiqləşdirmə)
Sünik — Albaniyanın əyaləti. Sünik (sülalə) Sünik knyazlığı Sünik (kənd) — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayon ərazisində kənd.
Sünik (kənd)
Syunik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayon ərazisində kənd olmuşdur. Toponim si (>syu) qədim türk tayfasının adına urartu dilində «xanədan, sülalə» mənası ifadə edən «uni» sözünün birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Burada erməmlərlə yanaşı 1897-ci ildə 13 nəfər 1926-cı ildə 5 nəfər, 1931-ci ildə 21 nəfər Azərbaycanlı yaşamışdır. Sonralar, 1940-cı illərin əvvəllərində Azərbaycanlılar qovulmuşdur.
Sünik (sülalə)
Sünik, Süni, Syuni, Sisakan sülaləsi (erm. Սյունի, Սիսակյաններ) – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş alban sülalə. Qafqaz Albaniyası tarixinin ən güclü sülalələrindən biri kimi dəyərləndirilən Sünik sülaləsi eyni zamanda. Sünik sülaləsi Ermənistanın hökmdar sülalələri ilə qohumluq əlaqələrinə malik olmuşdur. Sünik sülaləsi nümayəndələrinin inşa etdirdiyi bir çox dəyərli tarixi-memarlıq abidələri dövrümüzə çatmışdır. Əfsanəvi şəcərə cədvəlinə görə Sünik sülaləsi Yafətin nəslindən gələn və erməni xalqının "əfsanəvi ilk hökmdarı sayılan" Haykın nəslindən (Hayk – Aramanyak – Aramais – Amasiya – Qeqam – Sisak) gəlmişdir. Moisey Xorenli bu sülalənin hakimiyyətə gəlməsini erməni hömdarı Valarşakın adı ilə bağlayır: "Erməni dilinin Şərqdəki son sərhəddlərinə isə yerli sülalələrdən Sisakanlar və Kadmeanlar hakim təyin edildilər." VIII əsr müəllifi Stefan Sünikli qeyd edir ki, "Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışmışlar." R. A. Açaryan belə hesab edir ki, ermənilərin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Sünikli və digər müəlliflərin məlumatlarına əsaslanan R. A. Açaryan VIII əsrə qədər həmin dillərdən yeddisinin yaşadığını və Sünik dilinin də həmin dillərdən biri olduğunu qeyd edir. Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi. O, qeyd edir ki, "Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi.
Sünik mərzi
Sünik mərzi (erm. Սյունիք) — Ermənistan Respublikasının 10 mərzindən (əyalətindən) biri. Ölkənin cənubunda, tarixi Zəngəzur mahalı ərazisində yerləşir. Mərkəzi Qafan şəhəri olan mərz şimaldan Vayoc dzor mərzi, cənubdan İran, qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları ilə həmsərhəddir. 7 noyabr 1995-ci ildə Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Qafan,Sisiyan,Meğri, Gorus rayonları ləğv edilmiş və onların hesabına Sünik mərzi təşkil edilmişdir. Mərz Ermənistanın cənubunda dağlıq ərazidə yerləşir, qərbdən Zəngəzur dağları ilə əhatə olunub. Oxçuçay, Bazarçay, Meğri çayları əsas çaylarıdır.
Sünik üsyanı
1722–1730-cu illər Sünik üsyanı və ya Davud bəy üsyanı — David bəyin başçılığı ilə indiki Zəngəzur, Qarabağ və Naxçıvan Muxtar Respublikası ərazisində ermənilərin İran hakimiyyətinə qarşı üsyanı. Onlar 8 il ərzində regionda Hotaki hökmranlığını devirməyə nail olmuşdur. Xronoloji ardıcıllıqla Artsaxın azadlıq mübarizəsi (1724-1731) ilə üst-üstə düşür. Şərqi Ermənistanı o zamanlar Pakraduni, Sünik və Arranşahlar sülalələrindən olan zadəgan ailələrinin nümayəndələri, o cümlədən Həsən Cəlalyanlar, Dopyanlar, Proşyanlar, Orbelyanlar, Vaçutyanlar, Zəkəryanlar və Kürikilər idarə edirdilər. Onlar İranda "məlik" (ərəb. ملك‎; hökmdar). adlandırılırdılar. Raffi, "David bəy" (roman). Sero Xanzadyan, "Mxitar Sparapet" (roman). "David bəy" filmi, 1943, rejissor Amo Beəy Nəzəryan.
Sürix (kanton)
Sürix (alm. Zürich‎, fr. Zurich; it. Zurigo; romanş Turitg) — İsveçrənin şimal-şərqindəki almandilli kanton. İnzibati mərkəzi eyniadlı şəhərdir. Əhalisi 1 504 346 nəfərdir (kantonlar arasında 1-ci yer; 2017-ci ilin məlumatları). Sürix kantonu Alp dağlarının şimalında yerləşir. Kantonun sahəsi 1729 km² (kantonlar arasında 7-ci yer). Bu torpaqların 43,4% -i kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur, 30,7% -i meşələrdir. Torpağın 20.1% -i binaların və ya yolların altındadır və 5.8% -i heç bir şəkildə istifadə edilmir.
Sürix FK
Sürix FK — İsveçrənın futbol klubu 23 dəfə Avropa kuboklarında iştirak edib.
Sürix Universiteti
Sürix Universiteti — 29 aprel 1833-cü ildə mövcud ilahiyyat məktəbinə, hüquq, tibb və fəlsəfə ixtisasları əlavə olunaraq qurulan, bu gün 7 fakültəsi 25.000 şagirdi ilə İsveçrənin ən böyük universiteti. Sürix Universiteti, kilsə və krallara aid universitetlərdən sonra Avropada qurulan ilk dövlət universitetidir. Universitet qurulduğu illərdə qadın şagird qəbul etmədiyi kimi, qadınların hər hansı bir şəkildə dərs dinləmələrinə də icazə vermirdi. Ancaq 1847-ci ildə qadınların fəlsəfə dərslərinə dinləmələrinə icazə verən Sürix Universitetində, ilk qadın həkim şagirdi 1866-cı ildə təhsilə başladı. 1901-ci ildə baytarlıq fakültəsi əlavə olunan universitet 1914-cü ildə memarlığını Karl Moserin etdiyi yeni binasına köçdü.
Sürix kantonu
Sürix (alm. Zürich‎, fr. Zurich; it. Zurigo; romanş Turitg) — İsveçrənin şimal-şərqindəki almandilli kanton. İnzibati mərkəzi eyniadlı şəhərdir. Əhalisi 1 504 346 nəfərdir (kantonlar arasında 1-ci yer; 2017-ci ilin məlumatları). Sürix kantonu Alp dağlarının şimalında yerləşir. Kantonun sahəsi 1729 km² (kantonlar arasında 7-ci yer). Bu torpaqların 43,4% -i kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur, 30,7% -i meşələrdir. Torpağın 20.1% -i binaların və ya yolların altındadır və 5.8% -i heç bir şəkildə istifadə edilmir.