Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sutka
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Suçma
Suçma — Azərbaycan Respublikasının Şəki rayonunun Suçma kənd inzibati ərazi dairəsində kənd. Suçma kənd Bələdiyyəsi də Suçma və Dərəcənnət kəndlərini özündə birləşdirir. == Tarixi == Suçma kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biri sayılan Dəhnə kəndindən (Dəhnə çayından) iki km məsafədə yerləşir. Kənd ərazisinə yaxın yerlərdə qədim, əsasən daş dövrünə aid insan izlərini özündə əks etdirən arxeoloji dəlillər aşkar edilmişdir. Bu da onu deməyə əsas verir ki, Suçma kəndi Acınohur-Həftəran vadisindəki digər iki kəndlə (Böyük Dəhnə və Kiçik Dəhnə ilə) təqribən eyni tarixi dövrdə yaşayış məskəninə çevrilmişdir. Suçma toponomi müxtəlif tarixi dovrlərdə dəyişikliyə uğrayaraq indiki şəklə düşmüşdür. Məsələn, Çar Rusiyasının Zaqafqaziya Hərbi Dairəsinin 1909-cu ildə tərtib etdiyi Zaqafqaziyanın Hərbi-topoqrafik xəritəsində Suçma yaşayış məskəninin adı Suçmi-Dəhnə kimi qeyd edilmişdir. Yenə Çar Rusiyası zamanında, 1858-ci ildə tərtib edilmiş "Qafqaz Diyarının Xəritəsi"ində Suçma kəndinin adı "selo Suçmidaqenskaya" olaraq göstərilmişdir.Qeyd edilməlidir ki, bu xəritədə qonşu iki kəndin, Böyük Dəhnə və Kiçik Dəhnə kəndlərinin adları yer tapmamışdır.Bununla belə ehtimal etmək olar ki,1858-ci il üçün bu üç kəndin (Suçma,Böyük Dəhnə və Kiçik Dəhnə) yerində yalnız bir yaşayış massivi movcud olmuşdur. Yaxud bu kəndlər 1858-ci il xəritəsində yalnız bir yaşayış məntəqəsi kimi göstərilmişdir. == Mədəniyyəti == Suçma kəndində bir mədəniyyət evi, bir kitabxana, bir tam orta məktəb (2015-ci ildə məktəb Dövlət tərəfindən əsaslı təmir edilmişdir.) fəaliyyət göstərməkdədir.Kənddə Azərbaycan xalqı üçün əlamətdar günlər və bayramlar o cümlədən mədəni tədbirlər, xüsusən gənclərin iştirakı ilə yüksək səviyyədə keçirilir.
Suçma bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuray Kuçka
Yuray Kuçka (26 fevral 1987, Boynitse[d]) — Türkiyə Super Liqası təmsilçilərindən olan Trabzonspor klubunda çıxış edən slovakiyalı peşəkar futbolçu. == Karyerası == Kuçka əsasən yarımmüdafiəçi mövqeyində çıxış edir. 33 yaşlı futbolçu peşəkar karyerasına Slovakiyanın "Podbrezova" klubunda başlayıb, daha sonra "Rujomberok", Çexiyanın "Sparta Praqa", İtaliyanın "Cenoa" və "Milan" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Slovakiya milli komandasıyla 54 oyuna çıxan Kuçka, 6 qolla yadda qalıb.
Şah Şüca
Şah Şüca (Cəlaləddin Şah Şüca) — Müzəffərilər sülaləsindən olan hökmdar,1358-1384-cü illərdə hakimiyyətdə olmuşdur. == Həyatı == Şah Şüca 10 mart 1333-cü ildə anadan olmuşdur. O, Mübarizəddin Məhəmmədin Makdum Şahdan olan oğlu idi.1341-ci ildə Mübarizəddin Məhəmmədin Kirmanı işğalından sonra oğlu Şah Şücanı Monqol tayfa başçılarından birinin qızı ilə evləndirdi. Daha sonra atasının dahi fars şairi Sədi Şirazinin məqbərəsini dağıtmasının qarşısını aldı. 1358-ci ildə atasının gözlərinə mil çəkdirərək, həbs etdirir. == Hakimiyyət illəri == Hakimiyyətə gələr gəlməz dövlətin mərkəzini Şiraz şəhərinə köçürür və oğlu Zeynəlabidini vəliəhd təyin edir. Şah Şüca atasından daha sərt bir insan olduğunu sübut edir. Beləki tez-tez qardaşları ilə arasında olan çəkişmələr dövləti zəiflədirdi.Şah Şüca hakimiyyətinin ilk illərində Xacə Kıvaməddini vəzir təyin etməsinə baxmayaraq,1362-ci ildə Xacə Kıvaməddin edam etdirərək onun yerinə Kəmaləddin Hüseyn Rəşidini vəzir təyin edir. Qardaşı Qütbəttin Şah Mahmudu İsfahana, digər qardaşı İmaduddin Əhmədi isə Kirmana vali təyin edir. İlk əvvəllər Cəlairi Şah Üveysin üzərinə hücuma hazırlaşsa da, sonradan Teymurun yaxınlaşdığı xəbərini alır və bu səfəri nəticəsiz qalır.
Şuca (Culfa)
Şuca (fars. شجاع‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,287 nəfər yaşayır (617 ailə).
Suck It and See
Suck It and See — ingilis rok qrupu Arctic Monkeys-in Domino Recording Company tərəfindən 6 iyun 2011-ci il tarixində buraxılan dördüncü studiya albomu. Albom 2011-ci ilin əvvəllərində Los-Ancelesdə yerləşən Sound City Studios-da qrupun yaxın əməkdaşı prodüser Ceyms Ford ilə yazılıb. Musiqi baxımından Suck It and See, qrupun əvvəlki qaranlıq, sərt riffli işi Humbug-dan fərqlidir, albomda gitaralı pop və psixodelik pop trekləri təqdim olunur. Albomun adı "sınayın" mənasını gələn ingilis sözündən gəlir, bu ad ABŞ-də pis başa düşüldü və sonradan bəzi yerlərdə senzuraya məruz qaldı. Mağazalarda albomun adının üzərini örtməli oldular. Buraxıldıqdan sonra albom müxtəlif sinqllarla tanıtıldı, BK Albomlar hit-paradında birinci oldu və ölkədə platin sertifikatı qazandı. Albom ümumiyyətlə musiqi tənqidçilərindən müsbət rəylər aldı və bir çoxları onu əvvəlkindən daha yaxşı adlandırdı. Tənqidçilər qrupun üslub dəyişikliyini yüksək qiymətləndirdilər. == Səsyazmalar == Arctic Monkeys albomu 2010-cu ildə yazdı, solisti Aleks Törner mahnıların əksəriyyətini Nyu-Yorkda yazdı və Metro jurnalına dedi: "Yeni albomun çoxunu Nyu-Yorkda yaşayarkən yazdım və həmişəkindən daha çox ingilis dilində danışıq dilindən istifadə etdim.” Səsyazma 2011-ci ilin yanvar-fevral aylarında beş həftə ərzində prodüser Ceyms Fordla Los-Ancelesdə, Kaliforniyada Sound City Studios-da aparıldı. Törner albomun çoxunu studiyada canlı olaraq lentə alındığını bildirdi.
Baçka
Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka‎) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon. Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir. == Tarix == Baçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi.
Ducke
Adolf Dukke (port. Adolpho Ducke, 19 oktyabr 1876, Triest – 5 yanvar 1959, Fortaleza) — Braziliya botaniki və entomoloqu. == Əsərləri == Ducke, A. (1910). Explorações botânicas e entomológicas no Estado do Ceará. Rev. Trimestral do Instituto do Ceará, 24, 3—61. === Entomologiya üzrə nəşrləri === Ducke, A. (1897). Aufzahlung der bei Triest im Jahr 1896 von mir gesammelten Osmia-Arten und Beschribung einer neuen Art. Ent. Nachr., 23, 38—43.
Lukka
Lukka (it. Lucca) — Toskananın yerləşən şəhərdir, eyni adlı vilayətin inzibati mərkəzidir.
Maçka
Maçka (türk. Maçka) — Trabzon ilinin ilçəsi.
Salka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. == Tarixi == 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır.3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. == Əhalisi == === Milli tərkibi === 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir.2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Sayka
Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir. == Təsviri == Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir.
Seçki
Seçki — dövlət hakimiyyəti nümayəndələrinin, həmçinin ictimai təşkilatların rəhbər orqanlarının seçilməsi üsulu. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir.Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi – majoritar seçki sistemi və proporsional seçki sistemi mövcuddur. Bunlardan əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə əks etdirən qarışıq seçki sistemi adlanan formada tətbiq edilir. Estoniyada seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün "kölgə səsverməsi" həyata keçirilir. == Azərbaycan Respublikasında seçki hüququ == Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəslində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarma seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
Sitka
Sitka (ing. Sitka) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Sokka
Sokka — "Avatar: Aanq haqqında əfsanə" cizgi serialının və "Sonuncu hava maqı" filminin əsas personajlarından biri.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Spika
Spika və ya Başaq (α Vir / α Qız / ) - Qız bürcünün α ulduzu. Tipik "Qoşa Ulduzdur". Qırmızı rəngi ilə seçilir. Parlaqlığına görə 16-cı olub, Günəşdən təqribən 2100 dəfə parlaqdır. Bu parlaqlıq özlüyündə yanıldıcıdır, çünki Spika bir-birinə çox yaxın yerləşən iki ulduzdan ibarət sistemdir. Bu da onları ayrı-ayrılıqda incələməyə imkan vermir. Bizdən təqribən 260 işıq ili (80 Parsek) uzaqda yerləşir. Qız bürcü və gecə səmada 16 parlaq ulduzun ən parlaq ulduzu olan Spika (/ spaɪkə /), eyni zamanda Alpha Virginis (α Virginis, qısaldılmış Alpha Vir, α Vir) olaraq ifadə edilmişdir. Parallaks analizi, Günəşdən 250 ± 10 işıq ili uzaqlıqda olduğunu göstərir. Bu spektroskopik bir ikili və dönən elipsoidal dəyişkəndir; iki ana ulduzu bir-birinə çox yaxın olan bir sistemdir, qlobal olmaqdan çox yumurta şəklindədir və yalnız spektral analiz nəticəsində ayrıla bilər.
Baçka Baçka-Palanka FK
Bačka futbol klubu — Serbiyanın futbol klubu == Tarixi == Klub təsis edilmişdir 1945. rəsmi açılışı edilən 5500 -ci, tutumu, 7il və Wawa Slavko Maletin 1951. il. "Bačka" vasitəsilə ilk dəfə İkinci Federal Liqa mövsümündə 1959/60 o ən böyük uğurlardan biri mövsüm 1988/89 ikinci federal liqada unikal giriş sayılır.Cəmi 16 keçirdi "Bačka" dir ikinci divizionda mövsüm . Həmçinin rübündə ən uğurlu "geri" və səhmlərin bir Yuqoslaviya Kuboku 1968-ci ildə /69-cu, zaman Hajduk Split yalnız 2 ilə mesai matçındakı : 1 keçid təmin edə bildilər.Klub milli kuboku özü final və son hissəsi isə 1993/94-ci ildə bir neçə dəfə iştirak edib "Bačka" nın finala ilə aradan zaman Nis İşçi.Ki, baş , kubok və dostluq ilə qalib və bu kimi qrupları təbliğ edərkən qeyri-adi siyahısı "Bačka" sayəsində,əsas yaddaşı Millinin yaxşı nəticələr bir sıra etmişdir Partizan, Dinamo Zaqreb, OFK Beograd, Vojvodina, Spartacus, Borac Banja Luka, Proleter, çayları , Osijek...
Amvrosi Buçma
Amvrosi Maksimilianoviç Buçma (ukr. Амвросій Максиміліанович Бучма; 2 (14) mart 1891, Lvov, Avstriya-Macarıstan – 6 yanvar 1957, Kiyev) — ukrayna sovet aktyoru, kinorejissor. Ukrayna SSR xalq artisti (1940). SSRİ xalq artisti (1944). == Həyatı == Amvrosi Buçma 14 mart 1891-ci ildə Lvovda anadan olub. 1905-ci ildən Lvovdakı "Ruska besida" teatrının aktyoru olmuş, faciə, dram, vodevil, opera və operetta kimi müxtəlif janrlarda çıxış etmişdir. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı Avstriya ordusuna çağırılmış, 1915-ci ildə Avstriya hərbi əsiri kimi Rusiyaya gətirilmişdir. 1917-ci ildən səhnə fəaliyyətinə qayıtmışdır. Kiyevdə Musiqili Dram İnstitutunda oxumuşdur. 1919-cu ildə "Yeni Lvov teatrı"nın rəhbəri olnuşdur.
Barbara Buyka
Barbara Buyka (d. 5 sentyabr 1986) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Barbara Buyka, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Barbara Buyka, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Boswellia sacra
Boswellia sacra (lat. Boswellia sacra) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserkimilər fəsiləsinin bosvelliya cinsinə aid bitki növü.
Carex secta
Carex secta (lat. Carex secta) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Dalğaqanad sovka
Daniil Şapka
Daniil Andreyeviç Şapka (rus. Даниил Андреевич Шапка; 18 mart 1999) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan GNS-Spartak klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Həyatı == 18 mart 1999-cu ildə anadan olub. == Karyerası == Şapka öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə "Kuban-2 Krasnodar" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Maşuk-KMV Pyatiqorsk klubuna qarşı oyunda etmişdir.
E-seçki
Elektron seçki — seçicilərin səslərinin elektron qaydada bildirmələri nəticəsində sürətli səs sayma imkanına malik olan bir sistemdir. Bu, həm elektron səsvermə vasitələrini (e-demokratiya), həm də səslərin sayılmasının texniki elektron vasitələrini əhatə edir. Elektron səsvermənin növləri internet seçkiləri və telesəsvermə telefon xidmətidir. İnkişaf edən texnologiyalarla birlikdə 1990-cı ildən başlayaraq artıq müxtəlif ölkələrdə elektron səsvermə sisteminin tətbiqinə başlanılmışdır. Elektron səsvermə- səsvermə prosesinin elektron mühitdə aparılması prosesidir. Elektron seçki sistemi iki əsas hissəyə ayrılır. Birincisi, yerində səsvermə, yəni seçkinin seçki prosesi keçirilən məkanda aparılması ilə həyata keçirilən elektron seçki sistemidir. İkincisi, səsvermənin seçki prosesi keçirilən məkandan kənarda və İnternet vasitəsilə həyata keçirilən elektron seçki sistemidir.Elektron seçkinin faydalılığı Elektron seçkinin faydalılığını (üstünlüklərini) qısaca olaraq aşağıdakı kimi xarakterizə etmək olar: Seçicilərin iştirak sayının yüksək olması. Səsvermə prosesində və səslərin sayılması zamanı xətaların aradan qalxması. Seçkiyə inamın artması.