Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şasle
Şasle (fr. Chasselay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38086. Kommunanın 1999-cu il üçün əhalisi 341 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 418 ilə 729 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 32 km qərbdə yerləşir.
Nadir Arastə
Nadir Arastə-Siyasətçi Nadir Arastə Rusiyada təhsil almışdır.O, Sankt-Peterburq hüquq fakültəsi məzunu idi.İrana qayıdandan sonra Xarici İşlər Nazirliyində məşğul oldu. Nadir Arastə, İranın Argentina, Almaniya və Polşada ki səfiri olubdur, o həmçinin Xuzistan, Gilan və İsfahan ostanlarının qubernatorları və Yol naziri və Post,Teleqraf və Telefon naziri kimidə vəzifə edib.
Svante Arrenius
Svante Arrenius (1859-1927) - məşhur İsveç kimyaçısı, 1903-cü il Kimya üzrə Nobel mükafatının laureatı. == Həyatı == 1859-cu ildə İsveçin Upsala şəhərində fermer ailəsində doğulmuşdur. Uşaq yaşlarından riyaziyyata maraq göstərmiş, daha sonra məktəbdə biologiya və kimya fənnləri üzrə də bacarığını nümayiş etdirmişdir. 1876-cı ildə Upsala Universtetinə daxil olmuş, iki ildən sonra oranı təbii elmlər üzrə bakalavr diplomu ilə bitirmişdir. 1881-ci ildən etibarən Stokholmdakı İsveç Kral Elmlər Akademiyasında, Erik Edlundun rəhbırliyi ilə elektrikin xassələrini öyrənmək üçün araşdırmalar aparmışdır. == Fəaliyyəti == Bu dövrlərdə elektrikin xüsusiyyətləri tamamilə aydın deyildi. Alimlərə quru duzların və suyun təmiz halda deyil, yalnız qarışıqlar şəklində elektrik keçirdiyi məlum idi. Arrenius müxtəlif mayelərin elektrik keçiriciliklərini yoxlamaq qərarına gəlmişdir. Onun qənaətinə əsasən, bəzi maddələrin molekulları mayedə həll olarkən iki və ya daha çox hissəciklərə parçalanır. Bu hissəcikləri Arrenius ion adlandırmışdır.
Svante Kornel
Svante Kornel — Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun tədqiqat direktoru. == Həyatı == Avrasiya, xüsusilə də Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya siyasəti və təhlükəsizliyi sahəsində ixtisaslaşmış İsveç alimi Svante Cornell 1975-ci ildə anadan olmuşdur. O, Stokholmda yerləşən Təhlükəsizlik və İnkişaf Siyasəti üzrə İnstitutun direktoru və həmtəsisçisi və adı çəkilən institut və Johns Hopkins Universitetinin birgə mərkəzi olan Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmalar Proqramının tədiqatlar üzrə direktorudur. O, Yaxın Şərq Texniki Universitetində (Ankara, Türkiyə) Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıb və Uppsala Universitetində isə Sülh və Münaqişə tədqiqatları üzrə PhD etmişdir. 2003-2007-ci illərdə Uppsala Universitetində mühazirələr oxumuşdur. Hazırda TİSİ və MAQİ-dakı vəzifələrindən başqa, Johns Hopkins Universitetində mühazirələr oxumaqla yanaşı, Uppsala Universitetində yarımştat çalışır. Cornell həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru adını almışdır.
Yanis Çaqste
Yanis Çaqste (14 sentyabr 1859[…] – 14 mart 1927[…], Riqa) — Latviyalı Dövlət və Siyasi Xadim; 18 noyabr 1922-ci ildən 14 mart 1927-ci ilə qədər Latviya Respublikasının 1-ci Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Yanis Çaqste, Latviya tarixinin ilk Prezidenti olub.
Sate
Sate İndoneziya mətbəxinə məxsus, ədviyyatlardan istifadə edərək şişə çəkilmiş və manqalda qızardılmış ət yeməyidir. Xüsusi sousla süfrəyə verilir. Sate dilimlənmiş toyuq, keçi, qoyun, mal əti, donuz əti, balıq, digər ət və ya tofudan ibarət ola bilər. Kokos palmasının yarpaqları daha original olmasına baxmayaraq, bambuk şişləri tez-tez istifadə olunur. Odun və ya kömür ocağı üzərində qızardılır və sonra müxtəlif ədviyyatlarla servis olunur. Sate müxtəlif souslarla süfrəyə verilir, lakin ən çox soya və yer fıstığı sousundan istifadə olunur. Belə ki, yer fıstığı sousu tez tez sate sousu adlandırılır. Sate İndoneziyayanın Yava adasına məxsusdur. Bu İndoneziyanın milli yeməyidir. Həmçinin Cənub-Şərqi Asiyada, xüsusilə İndoneziya, Malayziya, Sinqapur , Tayland və Vyetnamda məşhurdur.
"Şücaətə görə" medalı
"Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == Təltif edən orqan == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır. == Medalın ümumi təsviri == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır. Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir. Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir. Bütün yazılar və elementlər relyeflidir.
Castle of montsoreau
Monsoro qəsri — (fr. Château de Montsoreau) — Fransanın Men və Luara departamentində Loire vadisi region Monsoro şəhərləri yerləşən qəsr. Qəsr Paris şəhərinin 250 kilometr qərbində yerləşir. Orta əsr qalası yerində tikilən intibah dövrününün qəsri. 2015-ci ildən Monsoro qala Filipp Meaille (fransanın müasir incəsənət kolleksioneri) məxsusdur. Bu, Müasir İncəsənət Muzeyinə çevrilib.Memarlıq obyekti Fransanın milli tarixi abidəsi kimi 1862-ci ildə təsnif edilmişdir. 2000-ci ildən bu yana Monsoro qəsri, UNESCO-nun dünya mirası olan Loire Vadisinin bir hissəsidir. == Arxitekturası == Monsoro qəsri Fransada Renesans üslubunda (1450–1453) tikilmiş ilk qəsr hesab olunur. Bu, Fransa kralının birbaşa sərəncamı ilə Jan II de Chambes tərəfindən tikilib. Monsoro yaşayış saraya hərbi memarlıq keçid remarquable nümunəsidir.
Cut, copy, paste
Cut, copy, paste (ing. cut, copy, paste) - əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.
Golden State Warriors
Qolden Steyt Uorriorz — NBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu. 1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015-16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır. == Tarixi == === 1946–1962: Filadelfiya Uorriorz === Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946-47 mövsümündə "Çikaqo Stags"i 4-1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947-48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4-2 məğlub oldular. İkinci çempionluğu isə 1955-1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4-1 hesabı ilə qalib gəldilər.
Şasta qraflığı (Kaliforniya)
Şasta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 177,223 nəfər olmuşdur. Mərkəzi Reddinq şəhəridir.
Qedunq Sate
Qedunq Sate Bandunq, Qərbi Yava, İndoneziyada ictimai bir binadır. Holland memar J. Qerber tərəfindən indiki İndoneziya elementlərini birləşdirən neoklassik memarlığı təsvirinə əsasən Niderland Ost-Hindi Dövlət Müəssisələrindən olan (Hökumət Sektorları Departamenti sözündən ibarətdir) bu bina 1920-ci ildə tamamlandı. Bu gün bina Qərbi Yava əyalətinin qubernatorluğu və muzey kimi xidmət edir. Onun ümumi adı Qedung sate indoneziyalıların "satay binasına" çevrilmiş bir ləqəbidir və bu binanın mərkəzi zirvəsinin şəklinə istinaddır - indoneziyanın ənənəvi yeməklərindən biri olan "satay" adına bənzəyir.
Castle in the Sky
Səma qəsri Laputa(yap. 天空の城ラピュタ ) - Hayao Miyazakinin yazıb yaratdığı 1986-ci il tam metrajlı anime. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. == Məzmun == Qədim əfsanə olan Laputa uçan adadır.Bəziləri oranı böyük hərbi baza ,bəziləri isə sonsuz xəzinəsi olan saray hesab edir. Səma qəsri Laputa göylərdə-buludların arasında, gözlərdən uzaqda yerləşir.Bu sirli qalaya gedən yolu yalnız Şitanın sehirli güclərə malik tumarı vasitəsi ilə tapmaq olar.Tumar göy rənglidir və üzərində qızılı simvol var. == Film heyəti == == Rolları səsləndirənlər == == Saundtrek siyahısı == Səma qəsri Laputa animasiyasının saundtreki - 1986-cı ildə buraxılmış saundtrek albomudur.Saundtrek siyahısı 14 trekdən ibarətdir.Bütün treklərin müəllifi Co Hisayşidir. "The Girl Who Fell from the Sky" – 2:27 "Morning in Slag Ravine" – 3:04 "A Fun Brawl (Pursuit)" – 4:27 "Memories of Gondoa" – 2:46 "Discouraged Pazu" – 1:46 "Robot Soldier (Resurrection/Rescue)" – 2:34 "Carrying You" – 2:02 (Xor: Suginami Children's Choir) "Sheeta's Decision" – 2:05 "On the Tiger Moth" – 2:32 "An Omen to Ruin" – 2:18 "The Sea of Cloud Under the Moonlight" – 2:33 "Laputa: Castle in the Sky" – 4:36 "The Collapse of Laputa" – 2:00 (Xor: Suginami Children's Choir) "Carrying You" – 4:07 (İfaçı: Azumi Inoue) == Maraqlı faktlar == Film İMDBnin hazırladığı Top 250 film siyahısında 230-cu mövqedə qərarlaşıb.İMDB xalı 8,1-dir.
Howl's Moving Castle
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. == Məzmun == Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Return to Castle Wolfenstein
Return to Castle Wolfenstein (RTCW) — "Gray Matter Interactive" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyundur. İlk anons tarixi 20 Noyabr 2001-ci il tarixində olmuşdur.
Sword Art Online: Ordinal Scale
Sword Art Online: Ordinal Scale (ソードアート・オンライン -オーディナル・スケール-, Sōdo Āto Onrain -Ōdinaru Sukēru-, azərb. Onlayn Qılınc Sənəti: Sıra şkalası‎) – abec-in rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan "Sword Art Online" ranobe seriyası əsasında çəkilmiş 2017-ci il istehsalı elmi fentezi anime filmi. Film A-1 Pictures studiyası tərəfindən çəkilmişdir. Rejissoru Tomohiko İto, ssenaristi Reki Kavahara, personaj dizayneri Şinqo Adaçı, bəstəkarı Yuki Kaciuradır. Yaponiya, Almaniya, Cənub-şərqi Asiyada 18 fevral 2017-ci ildə, Meksikada 4 mart 2017-ci ildə, ABŞ-də 9 mart 2017-ci ildə buraxılmışdır. == Məzmun == 2026-cı ildə yeni virtual reallıq sistemi Augma təqdim olunur. Augma NerveGear və AmuSphere-dən sonra virtual reallıq texnologiyalarının 3-cü nəslidir. Bu iki texnologiyadan fərqli olaraq Augma tam dalış etmir, artırılmış reallığa əsaslanır. Augma əsasında buraxılmış yeni oyun isə "Ordinal Scale" (OS) adlanır. "Ordinal Scale" oyununda oyunçular bacarıqlarına əsasən sıralanırlar.
The Bugs Bunny Crazy Castle 2
Yaponiyada ミッキーマウスII ( Mickey Mouse II ) və Avropada Mickey Mouse və ya Hugo kimi tanınan Bugs Bunny Crazy Castle 2, ilk olaraq 1991-ci ildə Game Boy üçün Kemco tərəfindən hazırlanmış videooyundur.
State University of New York Press
State University of New York Press və ya SUNY Press — Nyu-York Dövlət Universitetinə bağlı Amerikan universitet kitab nəşr şirkətidir. Olbani, Nyu-Yorkda yerləşir. 1966-cı ildə qurulub. Müxtəlif bilik sahələrində elmi əsərlərin nəşri ilə məşğul olur. Hər il təxminən 160-180 kitab nəşr edir və ABŞ-nin ən böyük universitet kitab nəşrçilərindən biridir.