Svante Arrenius

Svante Arrenius (1859-1927) - məşhur İsveç kimyaçısı, 1903-cü il Kimya üzrə Nobel mükafatının laureatı.

Svante Arrenius
Svante August Arrhenius
Doğum adı Svante August Arrhenius
Doğum tarixi
Doğum yeri Upsala, İsveç
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Stokholm
Elm sahələri fizika, kimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Nobel mükafatı Kimya üzrə Nobel mükafatı (1903)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1859-cu ildə İsveçin Upsala şəhərində fermer ailəsində doğulmuşdur. Uşaq yaşlarından riyaziyyata maraq göstərmiş, daha sonra məktəbdə biologiya və kimya fənnləri üzrə də bacarığını nümayiş etdirmişdir. 1876-cı ildə Upsala Universtetinə daxil olmuş, iki ildən sonra oranı təbii elmlər üzrə bakalavr diplomu ilə bitirmişdir. 1881-ci ildən etibarən Stokholmdakı İsveç Kral Elmlər Akademiyasında, Erik Edlundun rəhbırliyi ilə elektrikin xassələrini öyrənmək üçün araşdırmalar aparmışdır.

Bu dövrlərdə elektrikin xüsusiyyətləri tamamilə aydın deyildi. Alimlərə quru duzlarınsuyun təmiz halda deyil, yalnız qarışıqlar şəklində elektrik keçirdiyi məlum idi. Arrenius müxtəlif mayelərin elektrik keçiriciliklərini yoxlamaq qərarına gəlmişdir. Onun qənaətinə əsasən, bəzi maddələrin molekulları mayedə həll olarkən iki və ya daha çox hissəciklərə parçalanır. Bu hissəcikləri Arrenius ion adlandırmışdır. Hər bir molekul neytal yüklənsə də, onun zərrəcikləri müsbət və ya mənfi yüklənmiş olur. Məsələn, suda həll olmuş xörək duzunun molekulları müsbət yüklü natrium və mənfi yüklü xlor hissələrinə parçalanır. Bu yüklü atomlar yalnız mayedə həll olan zaman elektrik enerjisinin keçiriciliyini təmin edirlər. Elektrik enerjisini öz növbəsində əks yüklənmiş hissəcikləri hərəkətə keçirir.

Bu tədqiqatların nəticəsində Arrenius 1884-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Lakin bir sıra alimlər onun araşdırmalarına şübhə etdiklərindən Arreniusa aşağı dərəcəli doktor adı verilmişdir. Bu diplomla onun universitetdə dərs demək ixtiyarı yox idi. Lakin Arrenius bundan sarsılmadan tədqiqatlarını çap etdirərək, Avropanın bir sıra məşhur alimlərinə göndərmişdir. Məşhur alman kimyaçısı Vilhelm Ostvald onun araşdırmaları ilə maraqlanaraq, Upsalaya gəlmiş və Arreniusi Riqa Politexnik İnstitutuna dəvət etmişdir.

Alim sonralar İsveç Kral Akademiyasından stipendiya alaraq, Avropaya elmi səyahətə yollanmağı üstün tutmuşdur. O, Riqada, Vürtbursqda, Qrasda və Amsterdamda olmuş, burada baş verən elmi nailiyyətlərlə tanış olaraq, tədqiqatlarda iştirak etmişdir. Bu dövrü onun elmi yaradıcılığının zirvəsi hesab etmək olar. Belə ki, Arrenius 1887-ci ildə sonralar öz adı ilə adlandırılmış elektrolitik dissosaiya (elektrolitlərin mayedə həll olan və ya ərimə halında ionlara parçalanması) nəzəriyyəsini hazırlamış, elektrolitlərin maye halda Vant-Hoff və Raul qanunları ilə olan uyğunsuzluqlarını izah etmiş, həmçinin duzların hidrolizi nəzəriyyəsini işləmişdir. O, həmçinin bir neçə mühüm kəşf etmişdir. Bunların sırasında reaksiyaların sürətinin temperaturdan asılılığının tapılmasının xüsusi yer tutur.

Arrenius 1891-cildə Stokholma qayıdaraq, universitetdə fizika üzrə leksiya deməyə başlamaış, dörd ildən sonra professor, daha iki ildən sonra isə rektor təyin olunmuşdur. Bütün bu dövr ərzində, o tədqiqatların ara verməyərək, öz adı ilə adlanmış elektrolitik dissosasiya nəzəriyyəsini işləmişdir. Alim həmçinin, osmotik təzyiq (daxildən xaricə olan təzyiq) haqqında da araşdırmalar aparmışdır. Bu barədə tanınmış kimyaçı Yakob Vant-Hoffun nəzəriyyəsinə əsaslanan Arrenius həmin nəzəriyyəni dərinləşdirmişdir.

Şöhrət qazanması

[redaktə | mənbəni redaktə et]

Arreniusun tədqiqatları öz dövrünün bir sıra tanınmış elm adamları, o cümlədən məşhur kimyaçı Dmitri Mendeleyev tərəfindən tənqid edilmişdir. Onun fikrincə, həll olunana və hə həll edən maddələr arasındakı kimyəvi məsələləri nəzərə almadan sırf fiziki qaydalar əsasında nəzəriyyə işləmək olmazdı. Arreniusun və Mendeleyevin fikirləri sonradan turşuların proton nəzəriyyəsində birləşdirilmişdi.

1903-cü ildə Svante Arrenius "hazırladığı elektrolitik dissosasiya nəzəriyyəsinin kimya elminə mühüm xidmət göstərdiyinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdü. İsveç Elmlər Akademiyası adından çıxış edən akademik Terneblad onun tədqiqatlarının elektrokimyanın əsasını qoyduğunu bildirmiş, həmçinin Arreniusa ilk Nobel kimya laueratı Vant-Hoffun nəzəriyyəsini bitirdiyinə görə təşəkkür etmişdir.

Svante Arrenius fizikanın bir çox sahəsi üzrə tədqiqatlar aparmış, günəş radiasiyasının atmosferə təsirini, biosferdəki temperatur dəyişikliklərinin səbəbini, vulkan aktivləşmələrini öyrənmiş, həmçinin immmun kimyası elmi ilə bağlı araşdırmalar aparmışdır.

O, 1925-ci ildə Stokholm Universitetindən getmiş və Fizika-Kimya Nobel İnstitutunun direktoru vəzifəsinə yiyələnmişdir. Arrenius burada ömrünün sonunadək çalışmışdır.

Alim bir sıra mükafatlarla, Amerika Kimya Cəmiyyətinin Hibbs, London Kral Cəmiyyətinin Devi, Britaniya Kimya Cəmiyyətinin Faradey medalları ilə təltif edilmiş, bir sıra elmi cəmiyyət və universitetlərin fəxri üzvü seçilmişdir.

1927-ci ildə Stokholmda vəfat etmişdir.