Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sin Şi Xuan
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Sin Şi Xuandi
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
AİP
Azərbaycan İslam Partiyası və ya qısa adı ilə AİP — Azərbaycanda 1991-ci ildən etibarən faktiki olaraq və 1992–1995-ci illərdə hüquqi olaraq fəaliyyət göstərən islamçı siyasi partiya. Partiyanın 1995-ci ildən bəri qadağan olunmuşdur. == Tarixi == Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilmiş və 20 sentyabr 1992-ci ildə dövlət qeydiyyatına alınmışdır. 1995-ci ildə partiya sədri Hacı Əlikram və müavini İrana casusluqda ittiham olunaraq həbs edilmiş və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir. 1999-cu ildə Azərbaycan İslam Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyi adlı siyasi ittifaq təsis etmişdir. Azərbaycançı Qüvvələr Birliyinə daxil olan partiyalar 2000-ci il parlament seçkilərinin ardından 19 siyasi partiya ilə birgə seçki nəticələrinin tanınmaması ilə bağlı sənəd imzalamışdır. Sonralar bu ittifaqa Birlik Partiyası və Azərbaycan Xalq Dirçəliş Partiyası da qatılmışdır. Azərbaycan İslam Partiyası 2005-ci il parlament seçkilərində Azərbaycançı Qüvvələr Birliyinin əsasında Xudadat Xudiyevin rəhbərlik etdiyi Birlik Partiyası, Vəhdət Partiyası və Azər Qasımzadənin sədrlik etdiyi Azərbaycan Xalq Dirçəliş Partiyası ilə bərabər "Azərbaycançı Qüvvələr" Siyasi Partiyalar Blokunu təsis edərək vahid blok adı altında iştirak etmişdir. Blok Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyul 2005-ci il tarixli iclasında qeydiyyata alınmışdır. Azərbaycançı Qüvvələr Birliyinin üzvü olan Azərbaycan Sosial Demokrat Partiyası isə seçkilərə "Yeni Siyasət" Seçki Bloku daxilində qatılmış, seçkilərdən sonra isə AQB-dən ayrılmışdır.
BiP
BiP Turkcell tərəfindən iOS və Android istifadəçiləriüçün hazırlanmış mesajlaşma tətbiqidir və pulsuz istifadə edilə bilər. BiP; App Store, Google Play və Huawei AppGallery- dən pulsuz yükləyə bilərsiniz.. Tətbiqdə itirilmiş mesaj, yumor yaratmaq, hər kəslə ünsiyyət qurma, qrup mesajlaşma və yer paylaşımı, oyunlar, pul köçürməsi kimi xüsusiyyətlərə malikdir. Tətbiq ilə istifadəçilər birbirinə mesaj, rəsim, video, və ses göndərəbilərlər. İtirilmiş mesaj xüsusiyəti ilə vaxtla silinən mesaj göndərə bilərlər. Tətbiqi işlətməyənlərə tətbiqdən SMS göndərməq mümkündür. Caps yəni yumor (mem) yaratma xüsusiyəti ilə insanlar şəkillərlə Caps yaradıb, paylaşabilir.
Cip
Jeep — 1941-ci ildə ABŞ ordusu üçün yaradılmış yüngül nəqliyyat vasitəsi və onu yaratmaq üçün qurulan bir şirkətin adıdır. Chrysler avtomobil qrupuna bağlı bir şirkətdir. Jeep markası bir marka hesab edilməkdən çıxmış və xalq arasında bu cür avtomobillərə markası nə olursa olsun ümumiyyətlə Jeep deyilməyə başlanmışdır.
DİP
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Demokratik İslahatlar Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin] ADİSP 2005-ci il noyabrın 7-də baş tutan parlament seçkilərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. ADİSP 2010-cu il noyabrın 6-da baş tutan parlament seçkilərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
Nip
Nip (fr. Nippes, h.kreol Nip) — Haiti Respublikasının 10 departamentindən biri. 2003-cü ildə Qrand-Ans departamentindən ayrılma nəticəsində yaranmışdır. Ölkənin cənub-qərbində, Tiburon yarımadasının şimal sahilində yerləşir. Sahəsi — 1,267,8 km², əhalisi — 311 497 nəfərdir (şəhər daxil olmaqla — 51,111 nəfər, kənd — 260,386 nəfər, 2009-cu il). İnzibati mərkəz — Miraqoan şəhəridir.
PIP
Müstəqil Puerto Riko Partiyası (isp. Partido Independentista Puertorriqueño; ing. Puerto Rico Independence Party (PIP); 20 oktyabr 1946-cı ildə yaradılmışdır. Mənzil qərargahı Puerto-Rikonun San Juan şəhərində yerləşir. Partiyanın sədri Ruben Berriosdur. Partiya Puerto-Riko hakimiyyətinə müxalif mövqedə durur. PIP marksizmi qəbul etməyən sosialist partiyasıdır. 1999-cu ildə partiya liderləri, xüsusilə də Ruben Berrios ABŞ-nin ölkədəki silahlı qüvvələrinə qarşı etirazlar keçiriblər. Ruben Berrios Manuel Rodríguez Orellana Fernando Martín María De Lourdes Santiago Juan Dalmau Ramírez Prof. Edwin Irizarry Mora Roberto Iván Aponte Dr.
RIP
RIP (ing. Routing Information Protocol) — Kiçik şəbəkələr üçün nəzərdə tutulmuş dinamik marşuritizasiya protokoludur. Marşrutlar haqqında informasiyaları UDP 520 portundan istifadə etməklə paylaşır. RIP ən yaxşı marşrutu sıçrayışlara əsasən (hop count) təyin edir. Burdakı hər sıçaryış bir router mənasına gəlir. Maksimum gedə biləcəyi router sayı 15-dir. Yəni göndərilən paketlər 16-cı routerdə itir. RIP protokolu hər 30 saniyədə update-lər yayınlayır(öz cədvəlində olan diapazon siyahısı). İlk dəfə 1988-ci ildə yaradılmışdır. RIP versiya 1 classful routing protokol hesab olunur yəni bu protokol şəbəkə adreslərin düzgün anons olunmasını əks edə bilmir.
Sia
Sia Keyt İzobelle Fürler (/ˈsiːə/ SEE-ə 18 dekabr 1975, Adelaida, Avstraliya) - avstraliyalı müğənni və bəstəkar. O, karyerasına 1990-cı illərin ortalarında Adelaidada eysid caz qrupu Crisp-də müğənni kimi başlayıb. 1997-ci ildə, Crisp dağılanda Avstraliyada OnlySee adlı debüt studiya albomunu buraxdı. Daha sonra o Londona köçdü və ingilis ikilisi Zero 7 üçün vokal oxudu. Sia 2001-ci ildə "Healing Is Disfficult" adlı ikinci studiya albomunu, 2004-cü ildə isə üçüncü albomu Colour the Small One-ı yayınlandı. Sia 2005-ci ildə Nyu-Yorka köçdü və ABŞ-yə qastrol səfərinə çıxdı. 2008 və 2010-cu illərdə müvafiq olaraq onun dördüncü və beşinci studiya albomları Some People Have Real Problems və We Are Born buraxıldı. Hər biri Avstraliya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qızıl sertifikata layiq görüldü və əvvəlki albomlarına nisbətən daha böyük diqqəti cəlb etdi. Getdikcə artan şöhrətindən narahat olan Sia, ifasına fasilə verdi və diqqətini digər sənətçilər üçün mahnı yazmağa yönəltdi və "Titanium" (Devid Quetta ilə), "Diamonds" (Rihanna ilə), "Wild Ones" (Flo Rida ilə) kimi uğurlu əməkdaşlıq nəticəsi əldə etdi.
Sic
Sic — Latın sözüdür, "belə", "belə halda", "yalnız belə" mənasını daşıyır.
Sis
Sis bu mənalarda gələ bilər: Sis (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Sis (Şəbistər) — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. Sis — Zəngibasar rayonunda kənd. Sis — Adana ilinin bir ilçəsidir.
Siu
Siu — Şimali Amerikada yaşayan hindu tayfası. Siular ilk vaxtlar, Superior gölünün ətraflarında yaşayırdılar. Avropadan gələn mühacirlərə qarşı bir əsrə yaxın aparılan mübarizələr nəticəsində məğlub olmuş və Minnesota ərazilərinə sürgün edilmişdilər. Siular digər tayfalardan döyüşkənliyi ilə fərqlənmişdir. 1876-cı ildə Siular Amerika Birləşmiş Ştatlarına qarşı qiyama qalxmışdılar. Qəbilənin ən məşhur nümayəndələrindən olan şef Oturan Buğanın öldürülməsindən sonra Siuların müqaviməti qırılmışdır. ABŞ hərbi birlikləri tərəfindən Siu qəbiləsinə qarşı 1890-cı ildə təşkil olunmuş Yaralı diz qətliamı Şimali Amerikada yaşanmış ən dəhşətli qətliamlardan hesab olunur.
Siz
Siz (fr. Cize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seryezya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01106. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi.
Sop
Sop (Zop) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sop (azərb. Zop‎; rus. Цопи) kəndi Gürcüstanin Marneuli rayonunun (Borçalı bölgəsinin) cənub-şərqində Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Kənddə təxminən 180-200 ev mövcuddur. Etnik tərkibi 70% azərbaycanlılar, 30% yaxın ermənilər, yunanlılar və s. ibarətdir. Kənddə cəmi bir 8 illik ümumtəhsil orta məktəbi var ki, burada da Azərbaycan və erməni dillərində təhsil tədris olunur (etnik Azəri və erməni kənd sakinlərindən asılı olaraq). Məhz buna görə də kəndin ümumi quruluşu şərqdə Təpə məhləsi (etnik Azərilər), qərbdə O Toy (etnik ermənilər), orta hissədə isə ikimərtəbəli bina evləri (Baraklar) yerləşir ki, burada da qarışıq yaşayırlar. Kənddə tapılan arxioloji tapıntılara görə, Sop kəndi Gürcüstandakı ən qədim yaşayış məskəni kimi təsdiqlənib.
Sıf
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Sım
Sım — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Coğrafi adın tərkibindəki sım sözü talış dilində "sıldırım", "hündür" mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur.
VIP
VİP (ing. VIP, very important person) — Beynəlxalq münasibətlər sistemində “xüsusi əhəmiyyətli şəxs” ifadəsinin ixtisar edilmiş forması; məsələn, ali dövlət vəzifələrindən birini tutan şəxs, ictimai xadim və s. beynəlxalq etiketə görə, bu cür şəxslərin qəbul edilməsinin xüsusi qaydaları nəzərdə tutulur. Məsələn, məşhurlar, dövlət və ya hökumət başçıları, digər siyasətçilər, nüfuzlu-yüksək rütbəli məmurlar, zəngin insanlar və ya hər hansı bir səbəblə xüsusi müalicə alan sosial baxımdan tanınmış şəxslərin adi inslardan fərqli olaraq xüsusi xidmət şəraitində gətirə və aparıla bilərlər. Xüsusi münasibət ümumiyyətlə adi insanlardan fərqlənməyi, daha yüksək səviyyəli rahatlığı və ya xidməti təmin edir.
ZIP
ZIP (ing. ZIP file; rus. архивный файл) — arxiv faylı (ZIP arxivatoru vasitəsilə sıxılmış fayl). zip — zip diski (tutumu 100 Mbaytdan 250 Mbaytadək olan disk). zip — sıxmaq – (slenq) informasiyanı ZIP arxivatoru vasitəsilə sıxmaq. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Şin
Şin (Şəki) — Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.
Şio
Şio — Macarıstanın mərkəzində bir kanaldır. Balaton gölünü Dunay çayı ilə birləşdirir. Çay Şiofok şəhərindən başlayır. E.ə. 292-ci ildə romalılar tərəfindən tikilmiş və XIX əsrdə yenidən qurulmuşdu. Şiofok şəhəri yaxınlığında 20-30 m genişliyində şlüz yaradır. Seksard şəhərindən keçir və bir neçə kilometr şərqdə doğru axaraq Dunay çayına tökülür. Şio kanalı Macarıstanın Şomod, Feyer və Tolna bölgələrindən keçir. Kanal Balaton gölündəki artıq suları boşaltmaq üçün istifadə olunur. Balaton gölü Zala çayı Шио, река // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Şir
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Şiə
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Sik
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Şi Şi şi şi şi
Şi Şi şi şi şi (çin. ənən. 施氏食獅史, sadə. 施氏食狮史, pinyin: Shī Shì shí shī shǐ, hərfi mənası: "Şi Şinin şirləri yeməsi haqda hekayə") — XX əsr məşhur Çin-amerikan linqvisti Çjao Yuanjen (赵元任 Zhào Yuánrèn) tərəfindən klassik Çin dilində zarafatla yazılmış şeir. Şeir 4 müxtəlif tonda tələffüz edilən və 94 dəfə təkrarlanan "şi" hecasından ibarətdir. Klassik Çin dilində yazılmış şeirin mətni əksər savadlı çinlilərə aydın olsa da, bu, tələffüz zamanı deyil, yalnız heroqlifik yazı versiyasında mümkündür. Çin dilinin 2500 illik inkişaf tarixi ərzində klassik Çin dilində formalaşan omofoniya səbəbindən Pekin dialektində tələffüz edildikdə və ya fonetik sistemdə yazıldıqda şeirin mətni tamamilə anlaşılmaz hala düşür. 對聯:30.