Azərbaycan İslam Partiyası və ya qısa adı ilə AİP — Azərbaycanda 1991-ci ildən etibarən faktiki olaraq və 1992–1995-ci illərdə hüquqi olaraq fəaliyyət göstərən islamçı siyasi partiya.
Azərbaycan İslam Partiyası Azərbaycan İslam Partiyası | |
---|---|
Sədri |
Mövsüm Səmədov Hacı İlham Əliyev (sədr əvəzi)[1] |
Qurucu | Hacı Əlikram |
Lideri | Mövsüm Səmədov |
Quruluş tarixi |
1991 (faktiki) 1992 (hüquqi) |
Dağılma tarixi | 1995 (hüquqi) |
Bölünmə | İslam Demokrat Partiyası[a] (2002) |
Baş qərargah | |
İdeologiya |
İslam (Şiəlik) Azərbaycan millətçiliyi[2] Xristianafobiya[3] |
Mətbuat orqanı | Yeni nəbz qəzeti |
Saytı | www.islaminsesi.org |
Vikianbarda əlaqəli mediafayllar |
Partiyanın 1995-ci ildən bəri qadağan olunmuşdur.
Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilmiş[4] və 20 sentyabr 1992-ci ildə dövlət qeydiyyatına alınmışdır.[4][5]
1995-ci ildə partiya sədri Hacı Əlikram və müavini İrana casusluqda ittiham olunaraq həbs edilmiş və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir.[4]
1999-cu ildə Azərbaycan İslam Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyi adlı siyasi ittifaq təsis etmişdir. Azərbaycançı Qüvvələr Birliyinə daxil olan partiyalar 2000-ci il parlament seçkilərinin ardından 19 siyasi partiya ilə birgə seçki nəticələrinin tanınmaması ilə bağlı sənəd imzalamışdır.[6] Sonralar bu ittifaqa Birlik Partiyası və Azərbaycan Xalq Dirçəliş Partiyası da qatılmışdır.[7] Azərbaycan İslam Partiyası 2005-ci il parlament seçkilərində Azərbaycançı Qüvvələr Birliyinin əsasında Xudadat Xudiyevin rəhbərlik etdiyi Birlik Partiyası, Vəhdət Partiyası və Azər Qasımzadənin sədrlik etdiyi Azərbaycan Xalq Dirçəliş Partiyası ilə bərabər "Azərbaycançı Qüvvələr" Siyasi Partiyalar Blokunu təsis edərək vahid blok adı altında iştirak etmişdir. Blok Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyul 2005-ci il tarixli iclasında qeydiyyata alınmışdır.[8] Azərbaycançı Qüvvələr Birliyinin üzvü olan Azərbaycan Sosial Demokrat Partiyası isə seçkilərə "Yeni Siyasət" Seçki Bloku daxilində qatılmış, seçkilərdən sonra isə AQB-dən ayrılmışdır.[9] Blokun ümumilikdə 61 namizədi qeydiyyata alınmışdır.[10]
2002-ci ildə Tahir Abbaslı partiya sıralarından istefa verərək islamyönümlü İslam Demokrat Partiyasını təsis etmişdir.[11]
Partiyanın qurucularından olan Hacı Kəblağa 1998-ci ildə, partiya sədrinin müavini Hacı Vaqif Abdullayev isə 12 iyul 2012-ci ildə həbsxanada vəfat etmişdir.
2013-cü ildə partiyanın gənc fəalları Nida Vətəndaş Hərəkatını yaratmış və ictimai-siyasi fəaliyyətlə məşğul olmuşlar. Lakin 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində razılığa gələ bilməyən AİP və Yeni Nida Vətəndaş Hərəkatı arasında fikir ayrılığı yaranmışdır. Yeni Nida Milli Şuranı və namizədi Cəmil Həsənlini dəstəklədiyini bəyan etmişdir.[5][12][13][14] Azərbaycan İslam Partiyası isə 2013-cü ildə Ədalət Partiyası və Azərbaycan Yaşıllar Partiyası tərəfindən yaradılmış "Vətən" Siyasi Blokuna qatılmış və blokun 2013-cü il prezident seçkilərində vahid namizədi İlyas İsmayılovu dəstəkləmişdir.[15][16] Blok rəsmi olmasa da, 2015-ci il parlament seçkilərində də iştirak etmişdir.[17]
# | Adı | Vəzifəsi |
---|---|---|
1 | Mövsüm Səmədov | Sədr |
2 | Hacı İlham Əliyev | Sədrin birinci muavini (sədr əvəzi) |
3 | Vüqar İbayev | Sədr muavini (təşkilati məsələlər üzrə) |
4 | Akif Heydərli | Sədr muavini (siyasi məsələlər üzrə) |
Partiyanın emblemi dairəvi formada ləfzi-cəlalə kəliməsi("Allah" yazısı) həkk olunmuş dini nişandır. Bayraq isə həmin emblemin ağ parça üzərində həkk olunmuş formasıdır.
Bakı şəhəri, Hidayətzadə küçəsi, ev 51.
Partiyanın əsas-baş qərargahı 2013-cü ildən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi ev 18-də yerləşir.