Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tabor
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Berqman (tabor)
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor. Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşcü, könüllü olaraq tabora qoşulmuşdur. Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır.
Motaatıcı tabor
Motoatıcı tabor — birləşmiş hərbi qüvvələrdən ibarət tabor. Qərargah, kəşfiyyat taqımı, minaatan batareya taqımı, rabitə taqımı, maddi-texniki təminat taqımı, tibbi yardım taqımı, əlavə 3 bölükdən ibarət və onların tabeliyində olan tank və ya yüngül zirehli texnika taqımlarından ibarətdir.
Motoatıcı tabor
Motoatıcı tabor — birləşmiş hərbi qüvvələrdən ibarət tabor. Qərargah, kəşfiyyat taqımı, minaatan batareya taqımı, rabitə taqımı, maddi-texniki təminat taqımı, tibbi yardım taqımı, əlavə 3 bölükdən ibarət və onların tabeliyində olan tank və ya yüngül zirehli texnika taqımlarından ibarətdir.
Qırmızı tabor
"Qırmızı tabor" 1918–22 illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Naxçıvan və b. ərazilərdə fəaliyyət göstərmiş xalq könüllülərindən ibarət partizan birləşməsi. "Qırmızı tabor" Abbasqulu bəy Şadlinskinin başçılığı ilə 1918-ci ilin yayında Vedibasar bölgəsində yaradılmışdı. "Qırmızı tabor" dəstələri erməni-daşnak quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərin, soyqırımların qarşısını almaqda mühüm rol oynamışdı. 1918 ilin iyulunda daşnakların Vediyə birinci hücumu zamam "Qırmızı tabor" hissələri onlara ciddi müqavimət göstərmiş, düşməni canlı qüvvə və texnika sarıdan çoxlu itki verərək, qaçmağa məcbur etmişdilər. Bu əməliyyat zamam "qırmızı tabor"çular qənimət kimi çoxlu silah və sursat ələ keçirmişdilər. 1919-cu ilin iyulunda daşnakların Vediyə ikinci hücumu zamanı "Qırmızı tabor" dəstələri yenə də qəhrəmancasına müqavimət göstərmiş, lakin düşmənin üstün qüvvələri qarşısında vuruşa-vuruşa öz mövqelərini tərk etməyə və İrəvan şəhərinə doğru geri çəkilməyə məcbur olmuşdular. Bundan sonra Vedibasar, Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçən "Qırmızı tabor" hissələri əvvəlcə Xoy şəhəri yaxınlığındakı Qəzənfərdağ adlı yerdə, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular. Naxçıvanda sovet hakimiyyəti elan edildikdən (1920, 28 iyul) sonra Naxçıvan hərbi inqilab komitəsinin və Nəriman Nərimanovun dəvəti ilə A. Şadlinskinin başçılığı ilə 200 nəfərlik "Qırmızı tabor" dəstəsi sentyabrın 17-də Naxçıvana gəlmiş, buradakı qırmızı qvardiya dəstələri "Qırmızı tabor"la birləşmişdi. "Qırmızı tabor"a, əvvəlcə, Naxçıvan sərhədlərinin qorunması tapşırılmış, sonra isə, onun döyüşçüləri daşnaklara qarşı Zəngəzur istiqamətində döyüş əməliyyatları aparmışlar.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Zabor
Zabor adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 700 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Bazovıy adası 2 km cənub-qərbdə və Kolosov adaları 3 km cənub-qərbdə, Blizkiy adası 4,35 km şimal-şərqdə, Pustoy adası 6,4 km şimalda yerləşir. Qərbdən-şərqə 1,1 km uzunluğa, 450 metr enə malikdir. Hündülüyü böyük deyil. dür. Sahilləri alçaqdır. Ada alcaqboylu otlarla örtülü olur.
Gábor Kubatov
Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Atası azərbaycanlı (Naxçıvan ş., NMR), anası macardır. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan çempionatının yüksək liqası sayılan I milli çempionatında (NB I) çıxış edən məşhur Ferentsvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır. == Karyerası == Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür. 2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.
KQSM taboru
Kütləvi Qırğın Silahlarından Müdafiə Taboru — əsasən hər hansı nüvə və atom silahlarının atılacağı ehtimalı ilə yaradılmış tabor. Bu taborun şəxsi heyəti xüsusi biliyə sahib qulluqçulardır, çünki kimyəvi silahların (atomların) atıldığı ərazilərdə radiasiya şüalanması və bir çox fəsadların aradan qaldırılması, yaralıların, meyitlərin daşınması, həmin ərazilərdə davranmaq üçün xüsusi biliyə sahib olmaq lazımdır.
Qabor Andreanski
Qabor Andreanski (mac. Andreánszky Gábor; 1 avqust 1895 – 20 noyabr 1967, Budapeşt) — Macarıstan botaniki. Qabor Andreanski toxumlu bitkilər və fosillər üzrə ixtisaslaşmışdır. Voltziales Plantae ia Africa Boreali lectae II—III. Pécs: Dunántúl. 1937—1941. Az éghajlat megváltozásának hatása a növényzetre. Budapest: Stephaneum. 1939. Adatok Tunisz és Kelet-Algéria növényföldrajzához. Budapest: Bethlen Gábor.
Qabor Qubadov
Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Atası azərbaycanlı (Naxçıvan ş., NMR), anası macardır. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan çempionatının yüksək liqası sayılan I milli çempionatında (NB I) çıxış edən məşhur Ferentsvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır. Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür. 2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.
Qabor Vona
Qabor Vona (əvvəlki soyadı ilə Gábor Zázrivecz, 20 avqust 1978, Gyöngyöş, Xeveş[d]) — macar tarixçi, müəllim və siyasi partiya olan Jobbikə 2006-cı ildən 2018-ci ilə qədər rəhbərlik etmiş siyasətçi. O, 2010, 2014 və 2018-ci illərdəki seçkilərdə partiyanın baş nazir vəzifəsi üçün namizədi olmuşdur. 2010-cu ildən 2018-ci ilə qədər Macarıstan parlamentinin üzvü olmuş, macar parlamentindəki Jobbik partiyasına mənsub olan deputatlardan ibarət qrupa 2016-cı ilə qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi altında olan zaman Jobbik, yarı hərbi təşkilat olan Magyar Gardanı qurmuşdu. Macarıstandakı 2006-cı il etirazları zamanı göstərdikləri mövqeyə görə xalq arasında xeyli populyarlıq qazanan Jobbik partiyası, Qabor Vonanın rəhbərliyi altında 2010-cu ildə tarixinin ən yüksək göstəricisini (17 faiz) qazanaraq macar parlamentinə girə bildi. Jobbik partiyasının Viktor Orbanın Fidesz (Macar Vətəndaş Birliyi) partiyasına qarşı ən güclü partiya olduğu zaman Qabor Vona Jobbik partiyasının mövqeyini radikal millətçilikdən xalqın mühafizəkar hissəsinin partiyasına dəyişməyə cəhd etdi. Bundan sonra 2018-ci ildəki parlament seçkilərindəki uğursuzluqdan sonra Qabor Vona partiya rəhbərliyindən və qazandığı deputat mandatından imtina etdi. Qabor Vona 1978-ci ilin 20 avqustunda Dyöndyöş şəhərində anadan olmuşdur. Eötvöş Lorand Universitetində tarix və psixologiya üzrə təhsil almışdır. Vonanın əsl soyadı Vona olsa da, onun soyadı universitet illərinə qədər rəsmi formada Zázrivecz olaraq gedirdi.
Rabindranat Taqor
Rabindranat Taqor (benq. রবীন্দ্রনাথ ঠাকুর, Robindranatx Thakur, ing. Rabindranath Tagore; 7 may 1861[…], Kəlkətə[…] – 7 avqust 1941[…], Kəlkətə, Britaniya Hindistanı[…]) — hind yazıçı, şair, bəstəkar, rəssam və ictimai xadimi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1913). Əsərlərini benqalca yazmışdır. Hindistan və Banqladeşin himnlərinin müəllifidir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqor Kəlküttədə yaşayan zəngin brahman ailəsinin 14-cü uşağı idi. 14 yaşında anasını itirdikdən sonra tənha və qapalı həyat sürməyə başlamışdı. İlk şeirlərini kiçik uşaq ikən - səkkiz yaşında yazmışdı. Ev şəraitində, Kəlküttədəki Şərq seminariyasında və Benqal Akademiyasında təhsil almışdı.
Rabor şəhristanı
Rabor şəhristanı— İranın Kirman ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Rabor şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33 718 nəfər və ya 7 664 ailədən ibarət idi.
Tank taboru
Bir tank batalyonunda 3 tank bölüyü və bir qərargah bölüyü olmaq üzrə 4 bölük vardır. Hər bir tank bölüyündə təxminən 13 tank olur. Tank Batalyonu, bir polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik əsgəri taktika birlikdir. Hazırkı ordularda silahlarına görə tank batalyonu, piyada batalyonu, topçu batalyonu kimi batalyon sinifləri var. Hava qüvvələrində batalyon, ümumiyyətlə flot olaraq adlandırılar.
Tibor Karoyi
Tibor Karoyi (mac. Károlyi Tibor; doğ. 15 noyabr 1961, Budapeşt, Macarıstan) — macar şahmatçısı; beynəlxalq usta (1983), nəzəriyyəçi, məşqçi. 1981-ci ildə Macarıstan yığmasının heyətində Avstriyanın Qrats şəhərində keçirilən gənclərin dünya çempionatında (26 yaşa qədər) 3-cü yeri tutub. 1984-cü ildə Macarıstan çempionu olub. Peter Leko və Yudit Polqarı çalışdırıb. Karoyinin dörd şagirdi müxtəlif illərdə (yeddi dəfə) yeniyetmələr arasında dünya çempionatlarının mükafatçısı olub. Karoyi debütlər sahəsində tanınmış mütəxəssisdir. Onun nəzəri məqalələri mütəmadi olaraq şahmat sahəsində aparıcı nəşr olan "New in Chess" jurnalında dərc olunur. Dörd şahmat kitabının müəllifidir.
Tibor Klampar
Tibor Klampar (30 aprel 1953) — Macarıstanı təmsil edən stolüstü tennisçi. Tibor Klampar Macarıstani 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 4-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Tibor Samueli
Tibor Szamuely (27 dekabr 1890, Niredxaza – 2 avqust 1919, Lixtenvört[d], Aşağı Avstriya[d]) — Macar kommunist siyasətçi, az ömür yaşamış Macarıstan Sovet Respublikasının rəhbərliyində təmsil olunmuşdur. Şimali Macarıstandakı Nyíregyháza şəhərində yəhudi əsilli bir ailədə beş uşaqdan ən böyüyü olaraq dünyaya gəlmişdir. Universitet təhsilini 1908-ci ildə bitirdikdən sonra, Macarıstan Sosial Demokratlar partiyasına daxil olmuşdur. Eyni zamanda jurnalist fəaliyyəti ilə də, məşğul olurdu. Yazdığı məqalələrindən biri Avstriya-Macarıstan İmperiyası nümayəndələri tərəfindən təhlükəli hesab edilmiş və həbs edilmişdir. Birinci Dünya müharibəsi başlayan zaman ordu sıralarına alındı. Rus cəbhəsində döyüşərkən 1915-ci ilin may ayında əsir düşür. Sibirdə yerləşən əsir düşərgələrindən birinə yerləşdirilir. Burda xüsusi ilə rus inqilabçılarının təsiri altına düşərək, müharibə əleyhinə fikirləri qəbul etdi. Oktyabr inqilabı ilə birlikdə bolşeviklərin fikirlərini mənimsəmiş və Rusiya ərazisində olan müharibə əsirlərinin bu sahədə maarifləndiriəsi vəzifəsini öz üzərinə götürdü.
Tibor Szamuely
Tibor Szamuely (27 dekabr 1890, Niredxaza – 2 avqust 1919, Lixtenvört[d], Aşağı Avstriya[d]) — Macar kommunist siyasətçi, az ömür yaşamış Macarıstan Sovet Respublikasının rəhbərliyində təmsil olunmuşdur. Şimali Macarıstandakı Nyíregyháza şəhərində yəhudi əsilli bir ailədə beş uşaqdan ən böyüyü olaraq dünyaya gəlmişdir. Universitet təhsilini 1908-ci ildə bitirdikdən sonra, Macarıstan Sosial Demokratlar partiyasına daxil olmuşdur. Eyni zamanda jurnalist fəaliyyəti ilə də, məşğul olurdu. Yazdığı məqalələrindən biri Avstriya-Macarıstan İmperiyası nümayəndələri tərəfindən təhlükəli hesab edilmiş və həbs edilmişdir. Birinci Dünya müharibəsi başlayan zaman ordu sıralarına alındı. Rus cəbhəsində döyüşərkən 1915-ci ilin may ayında əsir düşür. Sibirdə yerləşən əsir düşərgələrindən birinə yerləşdirilir. Burda xüsusi ilə rus inqilabçılarının təsiri altına düşərək, müharibə əleyhinə fikirləri qəbul etdi. Oktyabr inqilabı ilə birlikdə bolşeviklərin fikirlərini mənimsəmiş və Rusiya ərazisində olan müharibə əsirlərinin bu sahədə maarifləndiriəsi vəzifəsini öz üzərinə götürdü.
Topçu taboru
Topçu Taboru — batareyalar və diviziyalardan ibarət hərbi birləşmədir.Düşmən üzərinə hücum və ya müdafiə zamanı artilleriya hücumlarını təmin edir.
Çetan Babor
Çetan Babor (22 aprel 1974) — Hindistanı təmsil edən stolüstü tennisçi. Çetan Babor Hindistanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Çetan Babor Hindistanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Çetan Babor Hindistanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Gábor Bukrán
Qabor Laurenczy
Gábor Laurenczy (19 mart 1954, Bekeşçaba) — Macar-İsveçrəli kimyaçı və akademik . O, Lozanna Federal Politexnik Məktəbinin fəxri professorudur . Akademik, Macarıstan Elmlər Akademiyasının xarici üzvüdür . Laurenczy-nin tədqiqat maraqları reaksiya kinetikası sahəsindədir, əsasən kiçik molekullu hidrogen saxlama, hidrogenləşdirmə və katalitik aktivləşdirməyə diqqət yetirir. O, Macarıstan Kimya Cəmiyyətinin Rudolf Fabinyi Xatirə Mükafatının laureatıdır . Laurenczy 1978-ci ildə Kossuth Universitetində (Debresen, Macarıstan) kimya üzrə magistr dərəcəsi almışdır. Daha sonra 1980-ci ildə həmin institutda qeyri-üzvi kimya üzrə fəlsəfə doktoru dissertasiyasını bitirmişdir . Laurenczy akademik karyerasına 1984-cü ildə Kossuth Universitetində dosent kimi başlayıb. 1985-ci ildə İsveçrəyə (UNIL) köçdü. 1991-ci ildə habilitasiyasını başa vurmuşdur (Macarıstan Elmlər Akademiyası, Budapeşt).
Qabor Tardos
Gábor Tardos (11 iyul 1964, Budapeşt) — macar riyaziyyatçısı, hazırda Mərkəzi Avropa Universitetinin professoru və əvvəllər Simon Fraser Universitetində Kanadalı tədqiqatçıdır. O, əsasən kombinatorika və informatika sahəsində çalışır. O , Éva Tardosun kiçik qardaşıdır. Qabor Tardos 1988-ci ildə Budapeştdəki Eötvös Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsi alıb. Onun məsləhətçiləri László Babai və Péter Pálfy idi. O, Çikaqo Universitetində, Rutgers Universitetində, Toronto Universitetində və Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda postdoktorluq vəzifələrində çalışmışdır. 2005–2013-cü illərdə Simon Fraser Universitetində Diskret və Hesablama Həndəsəsi üzrə Kanada Tədqiqat Kafedrası vəzifəsində çalışmışdır. Daha sonra Budapeştə qayıdıb, Alfred Reni adına Riyaziyyat İnstitutunda 1991-ci ildən tədqiqatçı kimi çalışıb . Tardos universal cəbr nəticəsində başladı: o, yerli nizamı qoruyan əməliyyatların maksimal klonunu nümayiş etdirdi. O, Hanna Neumanın zənninin qismən nəticələrinə nail olmuşdur .
Qabor Mate
Qabor Mate (ing. Gabor Maté; 6 yanvar 1944, Budapeşt) — macar əsilli kanadalı terapevt və yazıçı. == Elmi fəaliyyəti == Terapevt kimi ailələrlə işləmə praktikasına malikdir və uşaqların inkişafı, travmalar və bunun ömür boyu fiziki və psixoloji sağlamlıq üçün potensial nəticələri, o cümlədən autoimmün xəstəliklər, xərçəng, DÇHP, asılılıqlar və geniş spektrli digər problemlər onun üçün xüsusi maraq kəsb edir. Matenin asılılıqlara yanaşması xəstələrinin yaşadıqları travmalar üzərində köklənir və o, xəstələrini həmin travmaya diqqət yetirməklə sağaltmağa çalışır. Mate özünün "Ac xəyallar səltənətində: Asılılıqla yaxın kontakt" kitabında narkoasılılıq problemi olan insanların yaşadığı travma növlərini və bunun sonrakı həyatda qərarlarına necə təsir etdiyini araşdırır. 2009-cu ildə kitab ədəbi qeyri-bədii ədəbiyyat üzrə Hubert Evans mükafatını aldı və 2018-ci ilə qədər 10-cu nəşri 250.000-dən çox nüsxə nəşr olundu. O, DÇHP, stres, inkişaf psixologiyası və asılılıq mövzularını araşdıran beş kitab yazmışdır . Vancouver Sun və The Globe and Mail üçün müntəzəm yazılar yazır. Özünün də DÇHP ilə əlaqəsinə baxmayaraq, o, əslində bunu patologiya deyil, əksinə mübarizə mexanizmi hesab edir. 2021-ci ildə "Travmada gizlənmiş hikmət" filmi Matenin psixoloji travmanın təsirləri və ondan sağalma ilə bağlı araşdırmalarını ümumiləşdirir.