Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taybey
Taypey (/ˌtaɪˈpeɪ/), rəsmi olaraq Taypey Şəhəri, Tayvanın paytaxtı və xüsusi bir bələdiyyəsidir. Tayvanın şimalında yerləşən Taypey Şəhəri, şimal liman şəhəri Kiilunq'dan təxminən 25 km (16 mil) cənub-qərbdə yerləşən Yeni Taypey Şəhər bələdiyyəsinin bir anklavıdır. Şəhərin çoxu qədim göl yatağı olan Taypey hövzəsindədir. Hövzə, şəhərin qərb sərhədi boyunca Tamsui çayını meydana gətirən Kiilunq və Xindian çaylarının nisbətən dar vadiləri ilə həmsərhəddir. Taypey, Tayvanın siyasi, iqtisadi, təhsil və mədəniyyət mərkəzidir və Şərqi Asiyanın ən böyük mərkəzlərindən biridir. Qlobal bir şəhər olaraq qəbul edilən və GaWC tərəfindən Alfa-Şəhər olaraq qiymətləndirilən Taypey, yüksək texnologiyalı əsas sənaye sahəsinin bir hissəsidir. Dəmiryolları, magistral yollar, hava limanları və avtobus xətləri Taypey'i adanın hər tərəfi ilə birləşdirir. Şəhərə iki hava limanı — Sonqşan və Taoyuan xidmət göstərir. Taypey, Taybey 101, Çan Kay Şi Memorial Zalı, Dalonqdonq Baoan Məbədi, Hsinq Tian Konq, Manka Lunqşan Məbədi, İmperator Saray Muzeyi, Prezident Ofisi Binası, Taipei Qonaq Evi, Ximendinq və bir neçə gecə bazarı şəhərin hər tərəfinə səpələnmişlər. Maokonq, Yanqminqçşan və isti bulaqlar kimi təbii xüsusiyyətlər də beynəlxalq ziyarətçilər tərəfindən yaxşı tanınır.
Taynaq
Taynaq — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Taynaq kənd inzibati ərazi dairəsində kənd. Ağcabədi rayonunun Sancalı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim tay (bir çox: xalqların toponimiyasında "yüksəklik", "suayrıcı", "iki çay və ya göl arasındakı quru sahə", "meşəlik" və s. mənalarda işlənir) və -naq (-laq şək.-sinin yerli tələffüz forması) komponentlərindən düzəlib, kəndin Qarqar və Kür çayları arasında və ya Qarqar çayı ilə Ağgöl bataqlığı arasında yerləşməsi ilə bağlı yaranmışdır. Rayonun ərazisində Kür və Qarqar çaylarının yatağı boyunca uzanan kiçik tuğay meşələri də bu adın yaranmasına səbəb ola bilər.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Çaynik
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Taenia
Soliter (lat. Taenia) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinə aid heyvan cinsi.
Taypey
Taypey (/ˌtaɪˈpeɪ/), rəsmi olaraq Taypey Şəhəri, Tayvanın paytaxtı və xüsusi bir bələdiyyəsidir. Tayvanın şimalında yerləşən Taypey Şəhəri, şimal liman şəhəri Kiilunq'dan təxminən 25 km (16 mil) cənub-qərbdə yerləşən Yeni Taypey Şəhər bələdiyyəsinin bir anklavıdır. Şəhərin çoxu qədim göl yatağı olan Taypey hövzəsindədir. Hövzə, şəhərin qərb sərhədi boyunca Tamsui çayını meydana gətirən Kiilunq və Xindian çaylarının nisbətən dar vadiləri ilə həmsərhəddir. Taypey, Tayvanın siyasi, iqtisadi, təhsil və mədəniyyət mərkəzidir və Şərqi Asiyanın ən böyük mərkəzlərindən biridir. Qlobal bir şəhər olaraq qəbul edilən və GaWC tərəfindən Alfa-Şəhər olaraq qiymətləndirilən Taypey, yüksək texnologiyalı əsas sənaye sahəsinin bir hissəsidir. Dəmiryolları, magistral yollar, hava limanları və avtobus xətləri Taypey'i adanın hər tərəfi ilə birləşdirir. Şəhərə iki hava limanı — Sonqşan və Taoyuan xidmət göstərir. Taypey, Taybey 101, Çan Kay Şi Memorial Zalı, Dalonqdonq Baoan Məbədi, Hsinq Tian Konq, Manka Lunqşan Məbədi, İmperator Saray Muzeyi, Prezident Ofisi Binası, Taipei Qonaq Evi, Ximendinq və bir neçə gecə bazarı şəhərin hər tərəfinə səpələnmişlər. Maokonq, Yanqminqçşan və isti bulaqlar kimi təbii xüsusiyyətlər də beynəlxalq ziyarətçilər tərəfindən yaxşı tanınır.
Tanıq
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Tayfı
Tayfı — Azərbaycanda xalq seleksiyası yolu ilə alınmış şərab üzümü sortu. Azərbaycanda, xüsusilə Naxçıvanda ağ və çəhrayı tayfı sortları becərilir. Tənəyi güçlü boy atır, çiçəyi ikicinsiyyətlidir. Vegetasiya dövrü 167 gündür. Tam yetişmiş gilələri ağ və çəhrayı rəngdə olur. Şirəsində 18,1% şəkər, 6,6 q/l turşu var. Hər hektardan 150—200 sentinerədək məhsul yığılır. Oktyabrın əvvəllərində yetişir.
Antonio Tayani
Antonio Tayani (it. Antonio Tajani; 4 avqust 1953-cü il, Roma — İtaliya və Avropa siyasətçisi, 2008—2010-ci iilərdə nəqliyyat üzrə, 9 fevral 2010-cu ildən 31 oktyabr 2014-cü ilədək sənaye və sahibkarlıq üzrə Avropa komissarı. Həmçinin Avropa komissiyası sədr müavinlərindən biridir.
Ernst Ştayniq
Ernst Ştayniq (alm. Ernst Steinig‎; 2 yanvar 1900 – XX əsr) — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı. == Həyatı == 1900-cü ildə Klyayn-Lasovis (müasir Polşanın ərazisi) kəndində anadan olmuşdur, amma Dortmundda böyümüşdür və orada da güləş ilə məşğul olmağa başladı və 1920-ci ildə ən görkəmli alman pəhləvanlarından biri oldu. 1924-cü ildə Almaniya çempionatında 2-ci yeri tutdu və Avropa çempionatında 7-ci oldu. 1925-ci ildə Almaniyan çempionu və Avropa Çempionatının gümüş mükafatçısı oldu. 1926-cı ildə yenə Almaniya çempionu ola bildi və Avropa Çempionatında bürünc medalı qazandı. 1927-ci ildə keçirilən Avropa çempionatında 9-cu yeri tutdu. 1928-ci ildə Amsterdam Yay Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1929-cu ildə keçirilən Avropa çempionatında 4-cü oldu.
Krayniy adası
Kraynı — Kara dənizində ada. Kraynı — Oxot dənizində ada.
Malıy Taymır
Malıy Taymır — Laptevlər dənizində Şimal Torpağı arxipelaqına daxil olan ada. Ada Rusiya Federasiyası Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisində yerləşir. Ada ilk dəfə 1913-cü ildə Boris Andreeviç Vilkinskinin rəhbərlik etdiyi Hidroqrafik Şimal Buzlu okean ekspedisiyası tərəfindən aşkarlanır. Ada Aleksey Nikolayeviçin şərəfinə adlandırılır (adanı aşkalayan) 1926-cı ildə adı dəyişdirilərək "Malıy Taymır" adlandırılır. Sahəsi 250 km² təşkil edir. Qərbdədən şərqə uzunluğu 29 km, maksimal eni 10 km-dir. Ən hündür nöqtəsi 30 m (Vısokaya Qorka, adanın cənubunda yerləşir). Əsasən gilli və qum suxurlarından ibarətdir. Üzəri Mamırlar və Şibyələrlə örtülüdür. == Coğrafi yerləşməsi == Malıy Taymır Bolşevik adası 42 km cənub-şərqdə yerləşir.
Talnik (Auırqazı)
Talnik (başq. Тальник, rus. Тальник) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Talnik (Avurğazı)
Talnik (başq. Тальник, rus. Тальник) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Taybey 101
Taybey-101 — göydələn, müasir arxitektur texnoloji nailiyyətlərə əsaslanan tikilidir. Çin Xalq Respublikasının Tayvan adasında, Taybey şəhərində yerləşir. Bürc Xəlifə və Əbrəc Əlbeyt Qüllələrindən sonra hündürlüyünə görə dünyada üçüncü yer tutur. 2003-cü ildə tikilən bu bina 6 il ərzində dünyanın ən hündür binası hesab edilmişdi. Binada çox sayda restoranlar, butiklər, fitnes-klublar, əyləncə mərkəzləri və s. fəaliyyət göstərir. Lahiyyəsi 1997- ci ildə hazırlanmış və 1999-cu ildə tikintisinə başlanılmışdır. 2004-cü ildə yeni il gecəsi binanın açılış mərasimi keçirilmişdir. Hal-hazırda bina ticarət mərkəzi funksiyası daşıyır. Binanın tikintisi zamanı yerləşdiyi ərazidə 3 bal gücündə iki zəlzələ qeydə alınıb.
Taycin kyofuşo
Taycin kyofuşo (対人恐怖症, Taijin kyōfushō) və ya TKS – Yaponiya mədəniyyətinə xas olan sindrom. Azərbaycan dilinə "şəxslərarası münasibətdən qorxu" kimi tərcümə olunur. Bu sindroma malik şəxslər öz hərəkətləri və görünüşləri ilə digərlərini narahat etməkdən çox qorxurlar. Mövcudluqları ilə digərlərinə narahatlıq törətmək istəmirlər. Bu sindrom qorxuya əsaslanan sosial fobiyadır. Sindromun simptonları bunlardır: sosial gəzintilərdən və ya fəaliyyətlərdən qaçınmaq, sürətli ürək döyüntüsü, nəfəs alma çətinliyi, panik hücum, titrəmə, insanlar arasında olanda qorxu və narahatlıq hiss etmə. Sindromun mənbəyi emosional travma və ya psixoloji müdafiə mexanizmləri ola bilər. Qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Bir fərdin həyatındakı davamlılıq müddəti 3-13 % təşkil edir. Taycin kyofuşo fərdin sosial münasibətlərdən qaçmasını və qorxu hissi keçirməsini ehtiva edən şinkeyşitsunun bir altnövü olaraq sosial fobiyanın bir növüdür.
Taymır adası
Taymır adası — Kara dənizində yerləşən və yayşayışı olmaya iri ada. Taymır yarımadasından şimal-qərbində, Taymır körfəzindən qərbdə qərarlaşır. Adadan simalda [[Nordenşeld arxipelaqı yerləşir. Ada materikdən Taymır boğazı ilə ayrılır. Boğazın minimal eni 3 km təşkil edir. Ada 33 kilometr uzunluğa və 10 km enə malikdir. Adanın sahilləri olduqca girintili-çıxıntılıdlr. Yaxınlığında bir çox adalar vardır: Nansen adası, Bonev adası, Miseev adası, PilotAlekseev adası, Rozmıslov adası və Pilot Mixotkin adası. Bu adalar labirintvari bir quruluş meydana gətirir. Hündür daşlıqlara sahib olan ada, elə bütünlüklə daşlarla örtülüdür.
Taymır boğazı
Taymır boğazı — Taymır yarımadasını eyni adlı adanı ayırır. Krasnoyar vilayyətinin ərazisinə daxildir. Kara dənizinə daxil olan Palander boğazını Taymır körfəzi ilə birləşdirir. Boğaz dar və dayazdır. İl böyük hissəsi buzla örtülü olur. Uzunluğu 30 km, eni 3 km təşkil edir. Boğaz bəzi hallarda rus qütb araşdırmaçısı E.V.Tollyanın adı ilə ifadə edilir.
Taynaq bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Taypin üsyanı
Taypin üsyanı(1850–1864) — Çində kəndli müharibəsi. XIX əsrin üçüncü rübü yenə də sosial narazılığın nəticəsi kimi bir sıra iğtişaşlar görürdü. XIX əsrin birinci yarısında Taypinin ("taypin" sözü çin dilində "dinc", "sülhsevər"demək idi) vətəni olan Kvantun əyalətini sosial iğtişaş bürüdü. Tiryək müharibəsindən sonra hökumətin nüfuzu tənəzzülə uğramışdı, qulluqçular icma düşmənçiliyini barışdırmaq sahəsində öz qabiliyyətlərini itirmişdilər. Belə münaqişələrin ən böyüyü yerli sakinlərlə gəlmə sakinlər adlanan hakkalarla – onlar keçmiş vaxtlarda bu əyalətə mərkəzi Çindən gəlmişdilər, baş verdi. Yeni din kimi yaranan Allaha sitayiş edənlər assosiasiyasının ardıcılları şaxtaçılar, ağac kömürü istehsal edən fəhlələr və kasıb kəndlilər idi. Onların əksəriyyəti hakkalara məxsus adamlar idi. Üsyana Tiryək müharibəsi nəticəsində meydana gələn yüksək inflyasiyaya nəticəsində və iri mülkədarların qoyduqları ağır vergidən daha çox yoxsullaşan minlərlə kəndlilər qoşulmuşdular. 1851-ci ildə yaranan yeni dövlət Taypin Tien-kuo (Böyük sülhün səma səltənəti) adlanırdı. Taypin üsyanının başçısı Hun Hsiu-çüan özünü İisus Xristin qardaşı adlandırırdı və o, Səma kralı elan edildi.
Tayriz Qibson
Tayriz Darnell Qibson (30 dekabr 1978, Los-Anceles, Kaliforniya) — amerikan R&B müğənnisi, reper, aktyor, yazıçı, keçmiş model və MTV VJ. Bir neçə albom buraxdıqdan sonra Hollivud istehsalı olan bir çox bədii filmlərdə rol almışdır. Tayriz Qibson karyerasına avtobusda aşkarlananda başladı. 1994-cü ildə Koka-Kola şirkətinin reklam çarxında görünərək "Həmişə Koka-Kola" adlı mahnısı ilə böyük şöhrət qazanmışdır.
Mixael Hayniş
Mixael Artur Yozef Yakob Hayniş (alm. Michael Arthur Josef Jakob Hainisch‎; 15 avqust 1858[…] – 26 fevral 1940[…], Vyana) — Avstriya siyasətçisi, Birinci Dünya müharibəsinin sonunda monarxiyanın süqutundan sonra 1920–1928-ci illərdə Avstriyanın ilk prezidenti. Mixael Artur Yozef Yakob Hayniş 15 avqust 1858-ci ildə Avstriya-Macarıstanda, indiki Avstriyanın Aşağı Avstriya diyarında anadan olmuşdur. O, fabrik sahibi olan atasının adını daşıyır. Anası Marianna Hayniş ölkədə sufrajizm seçki hüququ hərəkatının lideri idi. Hayniş fəaliyyətinə Xəzinədarlıq və Təhsil Departamentində hüquqşünas və məmur kimi başlamışdır. O, daha sonra Aşağı Avstriya və Ştiriyadakı təqaüdə çıxmış və öz mülkləri ilə maraqlanmağa başlamışdır. O, burada model fermalara rəhbərlik etmiş, Fabian hərəkatının Avstriya bölməsinin rəhbəri və Mərkəzi Xalq Kitabxanasının yaradıcılarından biri olmuşdur. Hayniş sonrakı illərdə radikal sosializmdən uzaqlaşaraq mühafizəkar aqrarçı olmuşdur. Mixael Hayniş siyasi partiyalardan uzaq idi.
Taenia saginata
Öküz soliteri (lat. Taenia saginata) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Öküz soliterinin epidemiyası Afrika, Latın Amerikası, Filippin və qismən Şərqi Avropa ölkələrində mövcuddur. Yetkin bir lent qurd təxminən 2-5 min seqmentdən ibarətdir və uzunluğu 4-10 metrə çatır. Degelmintizasiya, yəni parazitlərdən müalicə olunub qurtulmaq tədbirləri görülmədikdə insan bağırsağında yaşama müddəti 18-20 ildir. Qarmaqların olmamasına görə donuz soliterindən fərqlənir. İldə təxminən 600 milyon, bütün ömrü boyu isə 11 milyard yumurta qoyur Öküz soliterinin gövdəsi kiçik baş, qısa boyun və uzun lentşəkilli gövdədən ibarətdir. Başında yuvarlaq əzələ əmzikləri var, onların köməyi ilə yetkin parazit sahibin bağırsağının divarlarına yapışır. Bu parazitin yaşayıdığı mühit insanların və iri buynuzlu heyvanların nazik bağırsağıdır. Parazit bağırsağın başqa hissəsində yerləşə bilməz.
Taenia solium
Donuz soliteri (lat. Taenia solium) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Donuz soliterinin keçid sahibi kimi donuzlar, itlər, dovşanlar, dəvələr olsalar da sonuncu sahibi ancaq insanlardır. İnsanlarda tenioz və sisteserkoz yaradır. Donuz soliteri istər ümumi quruluşuna və istərsə də inkişafına görə qismən öküz soliterinə oxşayır. Bədənin uzunluğu 2–3 m (bəzən 8 m), başın diametri 1 mm, uzunluğu isə 2–3 mm-dir. Başda 4 simmetrik yerləşmiş sormac və xortumun üzərin-də 2 cərgədə düzülmüş (25-30 ədəd) qarmaqlar vardır. Ön cərgədə yerləşmiş qarmaqların uzunluğu 160-180 mkm, arxa cərgənin qarmaqları isə 110-140 mkm-dir. Parazitin strobilası 900-ə qədər buğumdan ibarətdir. Yetişmiş buğumlar öküz soliterindən fərqli olaraq, kvadrat formasında, balalıq isə 8-12 yan şaxələrə malik olur.
Taysey Yokusankay
İmperator Hakimiyyətinə Kömək Assosiasiyası (大政翼贊會, Taysey Yokusankay) – 1940–1945-ci illərdə Yaponiyada mövcud olmuş siyasi təşkilat. Təşkilatın məqsədi şintayseni təbliğ etmək idi. == Tarixi == İmperator Hakimiyyətinə Kömək Assosiasiyası baş nazir Fumimaro Konoenin təşəbbüsü ilə 12 oktyabr 1940-cı ildə yaradılmışdır. Təşkilatın məqsədi Yaponiyanın hökumət sistemində islahatlar aparmaq və kütlələri siyasətə cəlb edərək milli siyasətə qarşı olan şəxslərin qarşısını kəsmək idi. Hər bir Yaponiya vətəndaşı təşkilatın üzvü olmalı idi. Kone bütün siyasi partiyaları ortadan qaldıracaq totalitar siyasi sistem yaratmağı planlaşdırırdı. O, təşkilatı yaratmaq üçün 1940-cı ilin yayında 37 nəfərdən ibarət Yeni Siyasi Nizamın Yaradılması üçün Hazırlıq Kommisyasını təşkil etsə də, kommisya üzvləri öz aralarında konsensus əldə edə bilməmiş, nəticədə, reformist yox, ənənəvi qruplardan ibarət strukturu olan təşkilat kimi yaradılmışdır. Belə ki, kommisyanın yaponçu üzvləri totalitar siyasi sisteminin Tokuqava dövründə şoqunların etdiyi kimi imperator hakimiyyəti zəiflədəcəyini düşünürdülər. Bir çoxu partiya təklifinin nasist və kommunist partiyalarının modelinə oxşadığı üçün tənqid etmişdir. === Fəaliyyəti === İmperator Hakimiyyətinə Kömək Assosiasiyasının rəhbərliyi altında köhnə siyasi partiyalar ləğv olunmuşdur.