SİRKULYAR
SİRLİLİK
OBASTAN VİKİ
Sirli ada
Sirli ada — Jül Vernin 1875-ci ildə qələmə aldığı “Sirli ada” əsəri hava şarı ilə əsirlikdən qaçmış mühəndis Sayres Smit və onun dörd yoldaşının qəza nəticəsində kimsəsiz adaya düşmələrindən və oradakı macəralarından bəhs edir. == Məzmun == Onun yaradıcılığında "Sirli ada" romanı xüsusi bir yer tutur. Əsər qasırğa nəticəsində qəzaya uğrayıb Sakit okeanın kimsəsiz bir adasına düşən 5 nəfərin yaşamaq uğrunda mübarizəsindən bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətandaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi. Həmin namuslu insanlar vəhşi təbiəti ram edib, adanı sivil ölkələrin kəndlərindən birinə çevirirlər. Təsadüfən Herbertin cibindən tapılan bir buğda dənəsindən yüz kiloqramlarla taxıl yetişdirirlər. Adada xariqələr yarada-yarada vətənə qayıtmaq ümidlərini bir an olsa belə itirmirlər. Lakin həyat həmişə uğur gətirmir, nə vaxtsa verdiklərini geri alır.
Sirli ulduz
Sirli ulduz — Məşhur belçikalı komiks yazıçısı Erjenin qələmə aldığı Tintin macəralarının bir seriyası. Bu seriyanın qəhrəmanı Yerə düşən meteoriti tapmaq üçün Şimal dənizinə yollanan müxbir Tintindir. "Sirli ulduz" Tintin macəralarının 10-cu hissəsidir. Macəra 1941-ci il 20 oktyabrından 21 may 1942-ci ilə qədər "Le Soir" qəzetində yayımlanmışdır. == Mövzu == Tintin bir isti yay günü Milu ilə gəzişərkən göydə əvvəl heç vaxt görmədiyi parlaq ulduz diqqətini çəkir. Ulduz haqqında məlumat almaq üçün rəsədxanaya baş vuran Tintin onun əslində ulduz yox, Yerlə toqquşacaq olan kometa olduğunu öyrənir. Dünyanın sonun gəldiyini düşünən Tintin kədərlənir. Amma sabahısı gün zəlzələdən başqa hadisə baş vermir. Astronomlar kometanın trayektoriyasını səhv hesablamışdılar. Kometa Yer ilə toqquşmamışdır, amma bir hissəsi Şimal dənizinə düşmüşdür.
Sirli göl
Roopkund (yerlilər arasında Sirli göl və ya Skelet gölü kimi tanınır) — Hindistanın Uttarakhand əyalətinin Trisul massivində, yüksək hündürlükdə yerləşən buzlaq gölü. Himalay dağlarında yerləşən gölün ətrafında yaşayış yoxdur və təqribən 5020 metr (16,470 fut) hündürlükdə yerləşir. Buzlaqlarla örtülmüş qayalar və qarlı dağlarla əhatə olunmuşdur. Roopkund məşhur trekkinq yeridir. Gölün ölçüsü müxtəlif dövrlərdə əhəmiyyətli dərəcədə dəyişir, lakin onun diametri nadir hallarda 40 metrdən çox olur və həmçinin qışda donur. == İnsan skeletlətləri == Təxminən üç metr dərinliyi olan Roopkund gölü kənarında tapılan yüzlərlə insan skeleti ilə məşhurdur. Qar əriyəndə insan skeletlətlərinin qalıqları gölün dibində görünür. 2015-ci ildə 82 skelet qalığında aparılan genetik və bioloji analizlərdən məlum olub ki, fərdlərin əksəriyyəti eramızın 8-ci əsrində, qalanları isə 9-cu əsrdə yaşamış kişilərdir. Qarşılaşdırılmış genetik analizlər göstərdi ki, 8-ci əsrdə ölən fərdlər genetik cəhətdən iki fərqli qrupda aiddirlər. Əksəriyyət müasir Avropa və Yaxın Şərq populyasiyalarına genetik yaxınlıq göstərsə də, digər qrup isə Şimali Hindistan Himalaylarından olan Avstroasiya əhalisi ilə yaxın haploqrupları bölüşürdü.
Bıçaqlar çəkildi: Sirli macəra
Bıçaqlar çəkildi: Sirli macəra (ing. Glass Onion: A Knives Out Mystery) — Rian Conson tərəfindən süjet xətti yazılmış və rejissorluğu edilmiş və Conson və Ram Berqmanın prodüseri olduğu 2022-ci il istehsalı olan Amerika müəmma filmidir. 2019-cu ildə çəkilmiş olan "Bıçaqlar çəkildi" filminin davamı olan filmdə Daniel Kreyq texnoloji milyarderi olan Miles Bron (Edvard Norton tərəfindən canlandırılmışdır) və Bronun ən yaxın dostları ətrafında baş verən yeni bir işi həll etməyə çalışarkən usta detektiv Benoit Blank rolunu canlandırmışdır. Digər rolları isə Janelle Monae, Ketrin Hahn, Leslie Odom Jr., Cessika Henvik, Medelin Klayn, Keyt Hadson və Deyv Botista canlandırmışdırlar. Hələ Bıçaqlar çəkildi filmi yayımlanmamışdan əvvəl Conson davam filminin mümkünlüyündən danışmışdı. 2020-ci ildə isə onun yeni bir süjet xətti üzərində işlədiyi və Kreyqin rolunu yenidən canlandıracağı xəbəri təsdiqlənmişdir. 2021-ci ilin mart ayında isə keçirilmiş olan hərracda Netflix şirkəti, Bıçaqlar çəkildi filminə məxsus olan iki davam filminin hüquqlarını 469 milyon dollara satın almışdır. == Süjet xətti == 2020-ci ilin may ayında Karantində olan qubernatora, alimə, keçmiş modelə və yayımçıya, müştərək dostları, texnoloji milyarderi olan Maylz Brondan onun şəxsi Yunan adasındakı malikanəyə baş çəkmək və əyləncə gecəsinin sahibinin “qətl” sirli oyununda iştirak etmək üçün dəvətnamələri olan tapmaca qutuları gəlir. Oxşar bir paketi avaralıqdan əziyyət çəkən xüsusi detektiv olan Benua Blan da alır və dəvəti həvəslə qəbul edir. Yunanıstana gələn rəngarəng dəstə Maylzın keçmiş iş şəriki, məhkəmədə şirkəti mühakimə etdiyi Endi Bredin gəlişinə təəccüblənir və çox da sevinmir.
Kapitol Hillin sirli soda avtomatı
Kapitol Hillin sirli soda avtomatı (ing. Capitol Hill's mystery soda machine) – ABŞ-nin Sietl şəhərinin Kapitol Hill bölgəsində yerləşən Coke avtomatı. 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərən avtomat 2018-ci ildə müəmmalı şəkildə yoxa çıxmışdır. Avtomatın kim tərəfindən idarə edildiyi naməlumdur. == Təsvir == Avtomatın üstündə 6 ədəd "? mystery ?" (azərb. ? müəmma ?‎) düyməsi vardı və düymələrin birinə basdıqda nadir içki konservləri düşürdü. Bu içkilər həm artıq ABŞ-da əldə oluna bilməyən, həm də 1980-cı illərdən satılmayan nadir içkilər idi. Məsələn, bu sirli avtomat vasitəsilə "Mountain Dew White Out", moruq dadlı "Nestea Brisk", "Hawaiian Punch", üzümlü "Fanta", "Vanilla Cokes", "Black Cherry Frescas" və "Sunkist Cherry Limead" kimi çox nadir içkiləri əldə etmək olurdu.

Значение слова в других словарях