Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tarje (kommuna)
Tarje (fr. Target) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03277. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 260 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 144 yaşda (15-64 yaş arasında) 91 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,2%, 1999-cu ildə 62.1%). Fəal olan 91 nəfərdən 85 nəfəri (46 kişi və 39 qadın), 6 nəfəri işsizdir (4 kişi və 2 qadın). Aktiv olmayan 53 nəfər arasında 17 nəfər şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 20 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Take Asay
Take Asay (浅井タケ, Asay Take, 5 aprel 1902, Otasu[d] – 30 aprel 1994, Sapporo) və ya Takonanna (aynu. タㇵコナンナ) – Saxalin aynucası dilini ana dili kimi danışan sonuncu şəxs. == Həyatı == Take Asay 1902-ci ildə Saxalinin qərb sahilində yerləşən Otasu kəndində doğulmuşdur. Atasının adı Çikiyupi Yamada (aynu dilində Şupo), anasının adı Tetsuko (aynu dilində Tekakunkema) idi. Doğumundan qısa müddət sonra atası, 18 yaşında isə anası xəstəlikdən ölmüşdür. Gənc yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Valideynlərinin ölümündən sonra Otasunun 4 kilometr şimalında yerləşən Rayçişikada yaşayan qohumlarının yanına köçmüş və Saxalin aynucasını dilinin Rayçişika dialektində səlis danışa bilmişdir. Burada Masaru Asay ilə evlənmişdir.İkinci dünya müharibəsindən sonra Hokkaydoda yaşamağa başlamış, 1961-ci ildə əri ölmüşdür. 1974-cü ildə Hokkaydonun Monbetsu şəhərində yerləşən qocalar evində yaşamağa başlamışdır. Uşaqlıq yolu xərçəngindən əziyyət çəkdiyi üçün 1993-cü ilin mayında Sapporoda yerləşən xəstəxanaya aparılmış, 30 aprel 1994-cü ildə ölmüşdür.
Take Yamada
Take Asay (浅井タケ, Asay Take, 5 aprel 1902, Otasu[d] – 30 aprel 1994, Sapporo) və ya Takonanna (aynu. タㇵコナンナ) – Saxalin aynucası dilini ana dili kimi danışan sonuncu şəxs. == Həyatı == Take Asay 1902-ci ildə Saxalinin qərb sahilində yerləşən Otasu kəndində doğulmuşdur. Atasının adı Çikiyupi Yamada (aynu dilində Şupo), anasının adı Tetsuko (aynu dilində Tekakunkema) idi. Doğumundan qısa müddət sonra atası, 18 yaşında isə anası xəstəlikdən ölmüşdür. Gənc yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Valideynlərinin ölümündən sonra Otasunun 4 kilometr şimalında yerləşən Rayçişikada yaşayan qohumlarının yanına köçmüş və Saxalin aynucasını dilinin Rayçişika dialektində səlis danışa bilmişdir. Burada Masaru Asay ilə evlənmişdir.İkinci dünya müharibəsindən sonra Hokkaydoda yaşamağa başlamış, 1961-ci ildə əri ölmüşdür. 1974-cü ildə Hokkaydonun Monbetsu şəhərində yerləşən qocalar evində yaşamağa başlamışdır. Uşaqlıq yolu xərçəngindən əziyyət çəkdiyi üçün 1993-cü ilin mayında Sapporoda yerləşən xəstəxanaya aparılmış, 30 aprel 1994-cü ildə ölmüşdür.
Take Five (albom)
Take Five – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun ilk studiya albomu. Alboma 11 musiqi nömrəsi daxildir. == Albom haqqında == Albomda xalq rəqslərindən tutmuş, Ruhəngiz Qasımova, Vaqif Gərayzadə, Pol Dezmond, Çik Koria, Karlos Qardel kimi bəstəkarların əsərləri yer almışdır.
Take Me Home
Take Me Home – One Directionun ikinci albomu.
Take Me To Church
“Take Me to Church” (azərb. Məni Kilsəyə Apar‎) - İrlandiya müğənnisi Hozierin 2013-cu ildə yayımlanmış “Take Me to Church” adlı mini-albomundan olan sinqldır. Mahnı həm də müğənninin öz adıyla adlandırdığı albomunun ilk trekidi. 2013-cü ilin oktyabr ayında “Irish Singles Chart”a daxil olan sinql ikinci yerə kimi yüksəlmiş və dörd həftə mövqeyini qorumuşdur. 2014-cü ilin may ayında Hozier mahnını “Late Show with David Letterman” verilişində canlı ifa etmişdir. 24 iyun 2014-cü ildə “Columbia Records” tərəfindən mahnı ABŞ modern rok radiosuna göndərilmişdir. Bundan sonra, 2014-cü ilin noyabrında mahnı “Billboard Hot 100” hit-paradında üçüncü yerə qalxmışdır. 2014-cü ilin noyabrında ABŞ-da mahnı bir milyon nüsxədən çox tirajla satılmışdır. Mahnı, "İlin Ən Yaxşı Mahnısı" nominasiyasında LVII Ənənəvi Qremmi Mükafatlarına namizəd göstərilmişdir. == Sözlərin təfsiri == Ədəbi baxımdan “Take me to church” sözləri metaforaya əsaslanır, belə ki, lirik qəhrəman sevgilisinə olan hisslərini dinlə müqayisə edir.
We Take the Chance (Modern Talking)
We Take the Chance (azərb. Biz şansı götürəcəyik‎) — Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır. == Komplizasiyaların siyahısı == "Space Mix '98" (feat.
Can't Take My Eyes Off you
"Can`t Take My Eyes Off You" (Tərc.: "Gözlərimi səndən ayıra bilmirəm") 1967-ci ildə Frankie Valli tərəfindən ifa olunmuş mahnıdır. Bəstə onun ən böyük hitlərindən biri idi, və ona qızıl qrammofon valı-nı və Billboard Hot 100 siyahısında 2-ci yeri qazandırdı. Bəstə Bob Gaudio və Frankie Valli tərəfindən yazılmışdır. == Əlamətdar kover versiyaları == Bu mahnı 200-dən çox müğənni tərəfindən, öz stillərində ifa olunmuşdur. Bunların arasında Andy Williams, The Supremes, Bobby Darin, Julio İglesias-ı saymaq olar. Həmçinin, Robert De Niro, John Cazale və Christopher Walken mahnını, 1978-ci ildə, Deer Hunter filmində ifa etmişlərdir.
Takab
Təkab (fars. تکاب‎) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı. Ailənin atası Şərif adlı kişi idi.
Takahe
Takahe — Uça bilməyən bir quş növüdür. Yeni Zelandiyadan başqa dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Ətinə görə Avropalılar tərəfindən çox ovlandığı üçün XVIII əsrdə nəsli tükənmişdir. Nəslinin 200 ildir tükənmiş olduğu düşünülürdü. Ancaq Yeni Zelandiyanın Cənub adasında yerləşən Murchison dağlarında qayalıq bir bölgədə yaşadığı aydın oldu. Bu quşların çəkisi 4 kq, boyu isə 65 sm olur. Yer üzərində təxminən 200 ədəd olduğu təxmin edilir.
Takka
Takka (lat. Tacca) - dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Takka:The Plant List saytında takson barədə məlumat.
Taksi
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Takume
Takume (fr. Takume) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Raroia atolundan 8 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Atollun sahəsi 5 km², uzunluğu 20 km-dir. Daxilində laqun vardır. Kiçik boğazla okean suları ilə birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Takume ilk dəfə 1820-ci ildə rus dənizçisi və səyyahı, tədqiqatçısı Faddey Bellinshauzen tərəfindən kəşf edilir. O, adanı general Nikolay Repnin-Volkonskinin şərəfinə Volonski atollu adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Takır
Takır (qədim türk dilində — hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. == Geomorofloji termin == Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məh­rum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölün­müş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüz­lərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. == Takır relyefi == Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Tanjer
Tanjer (ərəb. طنجة‎, Tanjа) — Mərakeşin şimali-qərbində tarixi bir şəhər. == Tarixi == Cəbəllütariq boğazının sona çatıb Atlantik okeanın başladığı nəqtə olan Spartel burnunun 10 km. qədər şərqində strateji önəmə sahib bir mövqedə olan Tanjernın ( fr. Tanger, ing. Tangier) Finikiyalılar tərəfindən miladdan öncə 814-cü ildə qurulduğu və Finikiyalıların ticarət mərkəzlərindən olduğu bilinir. Daha sonra Karfagen dövləti və Roma imperiyası hakimiyətində qaldı. V əsrdə İspaniyadan sürülən andalların, VI əsrdə isə Bizanslıların əlinə keçdi. İslam öncəsi dönəmdə Tinga (Tingis, Tinjis) adını daşıyan və Səbtədə (Cəuta) oturan Bizans valisi Julianos tərəfindən idarə edilən şəhəri Əməvilər dövründə İfrikiyyə valisi Ukbə b. Nafi barış yoluyla fəth etdi (681-682).
Tikmə
Tikmə — müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma. == Tarixçə == Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daşqaşdan da geniş istifadə edilmişdir. Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuşdur. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlamışdır. Azərbaycan tikmələri barədə məlumata IX–XI əsr ərəb müəlliflərinin və klassik şairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik.
Tökmə
Tökmə — arzuolunan məmula uyğun →qəlibin ağırlıq və ya mərkəzdənqaçma qüvvəsi, və ya təzyiq altında ərimiş metalla doldurulması və orada bərkiməsidır. Verilmiş tapşırıqdan asılı olaraq tökmə kasa, tiqel, dönəbilən və ya aşağıdan tıxaca malik çalovlarla yerinə yetirilir. Yarımfabrikat və hissələrin tökülmsəi fərqlənir. Yarımfabrikat deformasiya və ya kəsmə ilə sonrakı emalı nəzərdə tutulan töküklərdir. Burada karputların qum qəliblərində tökülməsi və ya fasiləsiz tökmə üsulu tətbiq tapır. Karputlar (bloklar) en kəsiyi kvadrat, düzbucaqlı və ya poliqonal olan →kokillərdə aparılır. Böyük blokları çox hallarda üstdən tökürlər. Polad istehsalında bu növ blokların çəkisi 6t-a qədər çatır. Kiçik bloklar aşağıdan yuxarıya tökülür (Polad tökmə üsulu). Bu arada eyni zamanda bir neçə tökük əldə edilə bilir.
Tüklə
Tüklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlman talışlardan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı. == Toponimiyası == Yaşayış məntəqəsinin adı talış dilində "çəltik əkilən sahə", "biçar" sözündən və kiçik mənasında "lə" şəkilçisindən ibarətdir.
Təklə
Təklə (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Təklə (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Təklə (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Təklə (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Təklə (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd. Təklə (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Ağtəklə — Gürcüstanda kənd.
Təkyə
Təkyə (Şabran)
Don't Take Away My Heart (Modern Talking)
Don't Take Away My Heart (azərb. Götürmə mənim ürəyimi uzağa‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Anje
Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.
Make
Make-faylların bir formadan başqa bir formaya çevrilməsi prosesini avtomatlaşdıran utilit. Çox zaman bu, ilkin kodun (SOURCE CODE) obyekt fayllarına (OBJECT CODE) kompilyasiyası və onların sonradan icra fayllarında, yaxud kitabxanalarda yığılması olur. Bu utilit faylların bir-birindən asılılığının və onların ödənilməsi qaydalarının göstərildiyi xüsusi make-fayllarından istifadə edir. Hər bir fayldakı son dəyişiklik haqqında informasiya əsasında make zəruri olan proqramları müəyyənləşdirir və başladır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Paje
Paje (fr. Pajay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38291. Kommunanın 1999-cu il üçün əhalisi 796 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 270 ilə 410 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Sake
Sake (yap. 酒 və ya (さけ)) ənənəvi yapon spirtli içkisi. Düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir. Sakeni bəzən "düyü arağı" da adlandırırlar, lakin bu içkinin tündlüyü təqribən 14–25% təşkil edir. Onun tərkibi daha çox likyoru və ya şərabı xatırladır, ancaq onun istehsalı prosesi pivənin istehsalına bənzəyir. == Tarixi == Yaponlar sakeni təxminən 2000 il bundan əvvəl hazırlamağa başlamışlar. Ehtimal olunur ki, onun hazırlanma mexanizmi Çindən gəlib. Uzun zaman sake yalnız imperator sarayında və şintoizm məbədlərində hazırlanıb. Yalnız orta əsrlər dövründə sakeni sadə kənd camaatı da hazırlamağa başlayır. O zamanlar sakenin düzəldilməsi texnologiyası indikindən fərqli idi: onlar düyünün ağızda çeynəyir və onu xüsusi qaba tüpürürdülər və sonra həmin qabda qıcqırma prosesi baş verirdi.
Alasaqqal (Takab)
Alasaqqal (fars. الاسقل‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Ayeşa Takia
Ayeşa Takia (d. 10 aprel 1986) — hind aktrisası və modeli. == Həyatı == 10 aprel 1986-cı ildə Mumbay şəhərində anadan olmuşdur. İlk filmə 2004-cü ildə çəkilib. Bir bacısı var. Ayeşa Takia müqəddəs Antoni Cembur məktəbində təhsil alıb. Atası milliyyətcə qucaratlıdır. Anasının yarı tərəfi ingilis, yarı tərəfi marathalıdır. Ailəlidir.
Ayqalası (Takab)
Ayqalası (fars. اي قلعه سي‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Bala Təklə
Bala Təklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 467 nəfərdir. == Toponimiyası == Keçmiş adı Abdulla Təkləli olmuşdur. Abdulla həmin kənddə məskunlaşmış təklə tayfasına mənsub ailələrin başçısının adıdır. "Təklə yaşayış məntəqəsinin kiçik hissəsi" deməkdir. Etnotoponimdir.