Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Talka
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Kalka
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə — linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Salka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır. 3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir. 2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Takka
Takka (lat. Tacca) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Talca
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Talia
Ariadna Thalía Sodi Miranda (26 avqust 1971, Mexiko) — Latın Grammy mükafatlı Meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisadır. Mezzo-soprano səsə sahib latın musiqisinin ən güclü vokallarından biri olaraq qəbul edilir.
Talkan
Talkan (şirniyyat) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Talkas
Talkas gölü (başq. Талҡаҫ) — Ural dağlarının şərq ətəklərində yerləşən şirinsulu göl. Göl inzibati cəhətdən Başqırdıstanın Baymak rayonu ərazisinə daxildir. Göl şirinsulu olub, tektonik məşəllidir. Talkas gölü iki dağ arasında ensiz sahəni tutur. İrendık silsiləsinin qərb enişində qərarlaşır. Göl Tubinski kəndindən 4 km cənub-şərqdə qərarlaşır. Cənub sahilində qədim yaşayış məntəqəsi olan İsranovo yerləşir. Şimal və cənub sahilləri düzəndir. Bu ərazilər bataqlıqlıqlaşmışdır.
Talsa
Talsa (ing. Tulsa) - ABŞ-nin Oklahoma ştatında yerləşən şəhərdir. Tulsa'nın indi mövcud olduğu ərazi, Lochapoka tərəfindən ilk rəsmi olaraq məskunlaşmadan əvvəl, Kiikaapoi (Kickapoo), Wahzhazhe Ma zha (Osage), Muscogee (Creek) və Caddo tayfaları ölkəsində Hindu ərazisi sayılır. 1836-cı ildə Creek tayfaları. İndiki Cheyenne prospekti ilə 18-ci küçənin kəsişməsində Creek Council Oak Tree altında kiçik bir qəsəbə qurdular. Bu sahə və bu ağac, Baş Tukabahchi və onun kiçik qrupuna, Tallassee, Alabama bölgəsindəki çayın əyilməsini və əvvəlki Creek Council Meşə Ağacının sağ qalanlarını gözyaşlarının izi ilə xatırlatdı. Yeni yaşayış məntəqələrinə Tallasi adını verdilər, bu da Creek dilində "köhnə şəhər" deməkdir və sonradan "Tulsa" oldu. Tulsa ətrafı, ABŞ-nin cənubundan Oklahomaya köçürülən "Beş Sivil Qəbilə" nin üzvləri tərəfindən də yerləşdi. Müasir Tulsa -nın əksəriyyəti, hissələri Cherokee və Osage Nations -da yerləşən Creek Nation -da yerləşir. Vətəndaş Müharibəsi dövründə Oklahoma hələ bir əyalət olmasa da, Tulsa bölgəsi döyüşdən öz payını aldı.
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Tsalka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır. 3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir. 2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Talk
Talk Mg3 (OH)2 [Si2O5]2 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Villemseit – Ni - talk (Ni : Mg > 2:1); kalsiumlu talk (11,8 %-dək Ca); steatit – mineralın sıx kütlələri və b. Rəng – yaşılımtıl, sarımtıl, bozumtul çalarlı ağ, alma kimi açıq-yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – yağlı, şüşə, ayrılma səthlərində sədəfi; sıx aqreqatlarda tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik vərəqləri isə şəffafdır; Sıxlıq – 2,7-2,8; Sərtlik – 1; Əllə toxunduqda yağlıdır; vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – istiliyi və elektriki pis keçirir; Oda- və turşuyadavamlıdır; Morfologiya – kristallar: nadir rast gələn lövhəvari; Mineral aqreqatları: vərəqvari, pulcuqlu, sıx, gizlikristallik. Əsasən maqneziumla zəngin hiperbazitlərin hidrotermal dəyişilməsi zamanı əmələ gəlir və olivin və Mg - piroksenlərin hesabına kristallaşır. Talk şistlərinin və listvenitlərin süxur əmələgətirən mineralıdır. Talk habelə karbonat süxurlarının termal metamorfizmi və kontakt - metasomatik dəyişilməsi nəticəsində təzahür edir. Mineralın autigen əmələgəlmələri də məlumdur. Birlikdə rast gəldiyi minerallar: dolomit, piroksenlər, amfibollar, xloritlər və b. Mineralın tapıldığı yerlər: Şabrov (Rusiya); Göpfersqrün, Lobsdorf (Almaniya); Qrodzişe (Polşa); Providens (ABŞ) və b.
Kalka (dilçilik)
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə — linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Kalka döyüşü
Kalka döyüşü - (müasir Kalçik çayı), Kalmius çayının sol qolu Donetsk (Ukrayna) vilayəti). 31 may(6 iyun) 1223-cü ildə birləşmiş rus-qıpçaq qoşunları ilə monqol-tatar ordusu arasında, Cebe və Sabutayın yürüşü çərçivəsində baş verən döyüş. == Döyüş ərəfəsi == Gürcü, sonra isə alan-yas və Şimali Qafqaz qıpçaq qoşunlarını darmadağın edəndən sonra, Sabutay bahadur və Cebe noyonun başçılığı altında monqol-tatar ordusunun iki tüməni(20 min süvari) 1223-cü ildə Krıma sonra isə qıpçaq çöllərinə soxuldular. Qıpçaq xanı Kötən xan rus knyazlarından kömək dilədi. Kiyevdəki knyaz şurasında düşməni qarşılamaq qərarı verildi. Apreldə rus və qıpçaq qoşunu, şırımlı yerində(Zaporojye) Dnepri keçərək, rəqibi, avanqardını geri oturdaraq, geri çəkilməyə məcbur etdi. İlk uğur rusları və qıpçaqları ruhlandırdı, və onlar şərqə hərəkət etdilər. 9 gündən sonra Kalka çayında rus-qıpçaq qoşunu(40 min rus və 20 min qıpçaq) monqol-tatarların əsas qüvvəsi ilə qarşılaşdı. == Döyüşün gedişi == Rus knyazlarının şurasında ziddiyətlər yarandı. Kiyevli Mstislav monqol-tatarları Kalkanın sağ tərəfində qarşılamağı təklif etdi.
Malka çayı
Malka çayı (kab.-çərk. Балъкъ, qaraç.-balk. Балыкъ суу — türkcə. Balıqlı çay) — Rusiya ərazisində axan çay. Terek çayının əsas qoludur. Çayın çox hissəsi Kabarda-Balkariya ərazisindən keçir, çayın aşağı axınında kiçik hissəsi Stavropol diyarından keçir. == Relyefi == Malka çayı mənbəsini Elbrusun şimal yamaclarında götürür. Qaya-qapı keçidi ərazisində Qızıl-Kol, Birjali-su, Siltran-Tari-su, Qaraqaya-su və digər adsız axınlar birləşərək Malka çayını təşkil edirlər. Bu hissədə qayalar səthə çıxdığı üçün, bu səbəbdən çay yatağı 20,40 m hündürlüklərində dörd şəlaləyə haçalanır. Malka çayının yuxarı axarında, bir çox qolu özündə birləşdirən gur suludağ çayı axır (26), bunlardan ən böyüyü Muşta və Kiçmalka - sol, Şau -Qol isə sağ qolunu təşkil edir.
Marek Tsalka
Marek Yanuş Tsalka (pol. Marek Janusz Całka; 2 yanvar 1966, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015–2019); Polşanın Koreyadakı sabiq fövqəladə və səlahiyyətli səfiri (2007–2011). == Həyatı == 2 yanvar 1966-cı ildə Varşavada anadan olmuşdur. 1991-ci ildə Varşava Universitetini Tarix fakültəsi üzrə magistr kimi bitirmişdir. == İş təcrübəsi == 1992 – 1993-cü illərdə — Polşa Şərq Araşdırmalar Mərkəzinin baş mütəxəssisi 1993 – 1996-cı illərdə — Polşa Xarici İşlər Nazirliyinin eksperti 1999 – 2000-ci illərdə — Polşa Respublikasının Budapeştdəki Səfirliyinin müşaviri 2000 – 2003-cü illərdə — Polşa Respublikasının Moskvadakı Səfirliyinin müşaviri 2007 – 2011-ci illərdə — Polşa Respublikasının Seuldakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri 2011 – 2015-ci illərdə — Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentinin Direktor müavini 02.2015 – 2019-cu illərdə — Polşa Respublikasının Azərbaycandakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri == Ailə == Ailəlidir, 1 uşağı var. == İstinadlar == == Xarici keçidlər == Səfir.
Qızılhacılı (Salka)
Sacidə Talfa
Sacidə Talfa(ərəb. ساجدة خيرالله طلفاح‎; 24 iyun 1937, Tikrit, Bağdad mühafəzəsi) — İraqın 1-ci xanımı. Səddam Hüseynin ilk xanımı və dayısı qızı.
Salka bələdiyyəsi
Salka bələdiyyəsi, Barmaqsız bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Salka şəhəridir. Tsalka rayoyu 1930-cu ildə təşkil edilmişdir. Buna qədər əraziləri 1921-1929-cu illərdə Tiflis qəzasına daxil idi. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Tsalka rayonu 1.060 km² ərazini, bu ərazidə yerləşən 7 kənd sovetliyinə daxil olan toplam 44 kəndi və bu kəndlərdə yaşayan 35.163 nəfər əhalini əhatə edirdi, rayonun inzibati mərkəzi Güney Qala kəndi idi. 22 dekabr 1932-ci ildə Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırıldı. Yeni inzibati bölgüyə əsasən Tsalka qəsəbəsi Tsalka rayonunun inzibati mərkəzi oldu. Barmaqsız bələdiyyəsi sıx hidroşəbəkəyə malikdir. Bələdiyyə ərazisində çoxlu sayda iri və xırda çaylar axır. Ən böyük çayı Borjomi ərazisində mənbəyini götürən Anaxatır çayıdır.
Talak (səhra)
Таlak — Nigerin qərbində, həmcinin Əlcəzair və Mali ərazilərinin bir qismini əhatə edən səhra. Səhranın sahəsi 100.000 km². Talak Saxaranın tərkib hissəsidir. Bu ərazidə Niger çayının bəzi kiçik qolları axır. Əvvəllər məhv olmuş bitki və heyvan növlərinin qalıqlarına rast gəlinmişdir. Şərqindən transsaxara şossesi keçir.
Talkan (Meşkinşəhr)
Talkan (fars. تلكان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 26 nəfər yaşayır (4 ailə).
Talkan (şirniyyat)
Talkan (başq. талҡан; bur. талхан; qaz. талқан; qırğ. талкан; rus. толокно) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan altay, noqay, başqırd, buryat, qazax, qırğız, monqol, tatar, tıva, özbək, çuvaş və xakas mətbəxlərində geniş yayılmışdır. Lakin talkan daha çox başqırdların ənənəvi mətbəxinin nümunəsi sayılır. Başqırdlar onu əsasən kumusdan hazırlayırlar. Ümumiyyətlə talkan qida növü kimi daha çox şimal və soyuq iqlim şəraitində yaşayan xalqların qıda rasionunda üstünlük təşkil edən xörək növüdür.
Talsa Universiteti
Talsa Universiteti (University of Tulsa) — ABŞ-ın Oklahoma ştatının Talsa şəhərində yerləşən özəl universitet. Talsa Universitetinin Presviterian Kilsəsi ilə tarixi bir əlaqəsi var. Binası əsasən qotik memarlıq üslubunda tikilib. Universitet öz mənşəyini 1882-ci ildə Oklahoma ştatının Muskogi şəhərində əsası qoyulmuş və 1894-cü ilə qədər Henri Kendall Kolleci adlı ali təhsil müəssisəsinə çevrilmiş Presviterian qızlar məktəbindən alır. 1920-ci ildə Kendall Kolleci Talsa Universiteti adlandırıldı. Talsa Universiteti "R2: Doktorantura Universitetləri - Yüksək tədqiqat fəaliyyəti" kateqoriyasına aiddir. O, Amerika Qərb incəsənətinin və dünyada yerli Amerika artefaktlarının ən böyük kolleksiyalarından birini ehtiva edən Gilcrease Muzeyini idarə edir. Qızlar üçün Presviterian Məktəbi (həmçinin Minerva Evi kimi tanınır) 1882-ci ildə hindlilərin yaşadığı Muskogi şəhərində gənc qadınlara ibtidai təhsil vermək üçün yaradılmışdır. 1894-cü ildə yeni məktəb, keşiş Henri Kendalın adını daşıyan Henri Kendall Kollecinə çevrildi. Yeni məktəbin ilk binası 1908-ci ildə tamamlandı və tezliklə daha iki bina tikildi.
Vicia talpa
Vicia pyrenaica (lat. Vicia pyrenaica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Vicia fagonii Lapeyr. Vicia pyrenaica var. angustifolia Rouy Vicia pyrenaica var. girodii Thér. Vicia talpa Poir.