Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taurin
Taurin — yarı əvəzolunmaz metionin və sistindən əldə edilən sülfürdən alınan amin turşusu. Bədəndə təbii olaraq meydana gəlir. Taurin tez-tez kükürd tərkibli amin turşusu olaraq adlandırılır, lakin molekulda bir karboksil qrupu yoxdur. Heyvanların və insanların toxumalarında və ödündə az miqdarda mövcuddur. Qida əlavəsi və ya dərman olaraq istifadə olunur. Bədəndəki nevroloji funksiyaları və nevroloji əlaqə mexanizmini gücləndirir və tənzimləyərək antioksidləşdirici xüsusiyyətlər göstərir. Beyin zədələnməsindən sonra bədəndə taurin səviyyələri artılır, bunun səbəbi nevroloji olaraq qoruyucu olması və nevroloji canlandırıcı təsirlərə malik olmasıdır. Taurinin adı "Taurus" (öküz) sözündən götürülmüşdür. Belə adlandırılmasına səbəb ilk dəfə 1827-ci ildə alman alimləri "Fridrix Tideman" və "Leopold Qmelin" tərəfindən öküzün ödündən əldə edilməsidir. 1846-cı ildə "Edmund Ronalds" tərəfindən insan ödündə aşkar edilmişdir.
Nambarın Enxbayar
Nambarın Enxbayar (monq. Намбарын Энхбаяр; d. 1 iyun 1958, Ulan-Bator, Monqolustan) — Monqolustan prezidenti (2005-2009). == Həyatı == Nambarın Enxbayar 1 iyun 1958-ci ildə Monqolustanın paytaxtı Ulan-Bator şəhərində anadan olmuşdur. == Təhsili == İlk təhsilini Ulan-Batordakı rus dili təmayüllü orta məktəbdə almış, oranı bitirdikdən sonra 1975-ci ildə göndəriş ilə Moskva şəhərindəki Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur. 1980-ci ildə ali məktəbdən filoloq-tərcüməçi ixtisası ilə məzun olmuşdur. 1985-1986-cı illərdə Böyük Britaniyanın Lids Universitetində ingilis dili və ədəbiyyatı üzrə təhsil kurslarında təhsil almışdır. == Karyerası == 1980-1990-cı illərdə Monqolustan Yazıçılar Birliyində tərcüməçi, redaktor, xarici əlaqələr şöbəsinin müdiri, İcraçı Katib vəzifələrində çalışmış, Monqolustan Tərcüməçilər İttifaqının vitse-prezidenti olmuşdur. == Siyasi karyerası == 1990-1992-ci illərdə Mədəniyyət və İncəsənətin İnkişafı üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışmışdır. 1992-ci ildə ilk dəfə olaraq ölkə parlamenti olan Monqolustan Dövlət Böyük Xuralının üzvü seçilmişdir.
Amburan burnu
Köhnə Bilgəh burnu və Amburan burnu — Abşeron yarımadasının şimalında, Xəzər dənizi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. Sarıqayabaşı burnu istisna olmaqla Abşeron yarımadasının ən ucqar şimal nöqtəsini təşkil edir. Bilgəh-Pirşağı yolundan şimalda yerləşir. Burun ərazisidə otel və istirahət məkanları vardır. == Maraqlı fakt == Burunun digər adı Amburandır. Bu səbəbdən Amburan mayakının burunda yerləşməsi düşünülür. Ancaq Amburan mayakıı Köhnə Bilgəh burnunda deyil, Qalagah burnunda yerləşir.
Amburan mayakı
Amburan mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Amburan mayakına həsr olunmuşdur.
Tamuris buzlağı
Tamuris buzlağı (bolq. ледник Тамирис, ‘Lednik Tamiris’ \'led-nik ta-'mi-ris\) — 3 km uzunluğu, 2.8 km eni olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şərqdə yerləşən buzlaqdır. Buzlaq Mazdarovo zirvəsindən şimalda yerləşmişdir.Buzlaq Homerin İliada əsərinin qəhərmanı olan Frakiya musiqiçisi Tamurisin adını daşıyır. == Yerləşməsi == Tamuris buzlağı 64°34′00″ c. e. 63°19′30″ q. u. koordinatlarında yerləşmişdir. İliada buzlağından şərqdə, Kleptuza buzlağından şiaml-qərbdə, Resus buzlağından cənubda, Predel burnundan cənubda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Tamuris Əliyeva
Tamuris Əliyeva (tam adı: Tamuris Nağı qızı Əliyeva; 1928-2008, Bakı, Azərbaycan SSR) — pedaqoq-alim, pedaqoji elmlər doktoru, professor. == Həyatı == Tamuris Əliyeva 1928-ci ildə Bakı şəhərində anadan olub. Tamuris Əliyeva məşhur Bakı milyonçusu, xeyriyyəçi İsabəy Hacınskinin nəvəsidir. Eyni vaxta həm Bakı Dövlət Universitetində, həm də Azərbaycan Dillər Universitetində ali təhsil alıb. Fars dilini, rus dilini, Avropa dillərini yaxşı bilib. 1956 -cı ildə aspiranturaya qəbul olunub. 1961-cı ildə «Azərbaycan məktəblərinin ibtidai siniflərində rus tələffüzünün düzgün təkmillişdirilməsinin metodikası» mövzusunda namizədlik dissertasiyasını uğurla müdafıə edib. == Fəaliyyəti == 1966-cı ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutu-nda (indiki ADPU) fəaliyyət göstərib. Professor Tamuris Əliyeva 1966-2007-ci illərdə ADPU-nun Rus dili kafedrasının müdiri işləyib. ADPU-da rus dilinin tədrisi sahəsində səmərəli fəaliyyət göstərib.
İmperator Tamarin
İmperator Tamarin (Saguinus imperator) — olaraq bilinən bu növün adı, iddialara görə əslində Alman imperatoru II Vilhelm məsxərəyə qoymaq üçün qoyulmuşdur. Bəzi qaynaqlar isə bu adın Çin imperatorlarına göndərmə olaraq qoyulduğunu iləri sürürlər . Ancaq "imperator" kəliməsi, həqiqətən də növün elmi adı olaraq qeydlərə keçmişdir. == Yaşadığı ərazi == Peru'nun şərqində, Amazon bölgəsində yaşayan İmperator Tamarin'i Bolivya və Brazilya'nın bəzi əyalətlərində də görülmüşdür. Meşələrdə ağaclar üzərində yaşayaraq çeşidli bitkilər, bitki nektarları və böcəklərlə bəslənirlər. Pəncələri və əlləri cisimləri tutmaq və saxlamaq mövzusunda püxtələşəcək şəkildə təkamülləşmişlər. Məsələn pəncələri sayəsində bitki gövdələrini parçalayaraq içlərindən çıxan saqqızı yeyebilirlər . == Fiziki quruluşu == Normalda tükləri çoğunluqla bozdur, Sinəsinde ise sarı bənəklər görülə bilər. Əlləri və ayaqları qara, quyruğu isə qəhvəyidir. Onu maraqlı edən isə dişiləri çəkmək üçün istifadə etdiyi və olduqça maraqlı quruluşda olan "saqqal" ve "bığ"larıdır.
Duet Amburan (albom)
Duet Amburan – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun ilk studiya albomu. == Albom haqqında == Şanson mahnıların üstünlük təşkil etdiyi albomda Oktay Əhmədov, Emin Sabitoğlu, Aydın Vəliyev və s. şəxslərin bəstələri yer almışdır. Bütün aranjimanların müəllifi Eldar Əzizlidir.