ÇƏNƏ

сущ. 1. чене; çənə sümüyü ченедин кӀараб, рекьв; 2. хуьс. тӀамбурдин ва я мс. чуькьуьдай алатрин затӀ чуькьуьдай паярикай гьар сад; ** çənə atmaq ччан гун; çənə vurmaq (döymək) чене гатун, гзаф рахун; гафарал фин, гьуьжет авун; çənəsi qızışmaq чене къизмиш хьун, кьадардилай артух рахун, рахунриз ара тагун; çənəsini boş qoymaq рахунриз фикир тагун, сивел атайди рахун.
ÇƏNBƏRLƏMƏK
ÇƏNƏ-BOĞAZ
OBASTAN VİKİ
Çənə
Çənə — ağız ətrafında yerləşən, çeynəmə funksiyasını yerinə yetirən sümükdür. Çənə iki hissədən ibarətdir: alt çənə və üst çənə. Üst çənə (lat. maxilla) kəllə beyinə birləşir. Alt çənə isə çənə qovşağı vasitəsilə kəllə beyinə bağlıdır. Çənə qovşağı insan orqanizmində iki tərəfli hərəkət edən yeganə birləşmədir. Məməlilərdə o, həm aşağı-yuxarı, həm də sağa-sola hərəkət edir. Çənənin bağlanmasını yerinə yetirən əzələlər olduqca möhkəmdir. Bununla yanaşı çənəni açan əzələlər olduqca zəifdirlər. İnsanda və bir çox heyvanlarda çənənin açılmasına Yerin cazibə qüvvəsi kömək edir.
Çənə sümüyü
Aşağı çənənin çıxıqları
Aşağı çənənin (gicgah-çənə oynağının) çıxıqları - aşağı çənənin oynaq başının (kondilus çıxıntısının) oynaq çuxurunda yerdəyişməsidir. Aşağı çənə başının yerdəyişmə istiqamətindən asılı olaraq aşağı çənə çıxıqları bölünür: ön çıxıqlar (çənə başı önə doğru yerini dəyişib); arxa çıxıqlar (çənə başı arxaya doğru yerini dəyişib); birtərəli çıxıqlar; ikitərəfli çıxıqlar. Daha çox ön çıxıqlara rast gəlinir. Çənə başının daxilə və ya xaricə yerdəyişməsi çox az müşahidə edilir, ona yalnız kondilus çıxıntısının sınığı ilə birləşdikdə rast gəlinir (sınıqlı çıxıq). == Etiologiyası və patogenezi == Ön çıxıqların əmələ gəlməsinə səbəb olur: kapsulyar-bağ aparatının zəifləməsi; oynaq elementlərinin deformasiyası (hipertrofiyası); oynaqarası diskin formasının, ölçüsünün və strukturunun dəyişməsi. Adətkar çıxıqlar çənələrin bəzi deformasiyaları, dişlərin qapanma anomaliyaları (məsələn, arxa dişlərin itirilməsilə progeniya) ilə əlaqədardır. Aşağı çənənin önə doğru çıxığı adətən əsnəmə, qışqırma, qusma, dişlərin çəkilməsi və ya böyük ölçülü qida topasını udma zamanı ağızın həddindən artıq açılması nəticəsində baş verir. Bəzən bu çıxıq mədənin zondlanması, traxeyanın intubasiyası zamanı, traxeobronxoskopiya zamanı narkoz vəziyyətində müşahidə edilir. Yaranma tezliyindən asılı olaraq çıxıqlar kəskin və adətkar olmaqla iki yerə ayrılır. Travmatik çıxıq adətən aşağı çənə nahiyəsinə zərbə endirərkən əmələ gəlir: zərbənin sagital istiqaməti zamanı çənə aşağı sallanmış vəziyyətdədirsə ikitərəfli çıxıq baş verir; zərbə yan tərəfdən olanda birtərəfli çıxıq əmələ gəlir (zərbənin dəydiyi tərəfdə).
Çənəaltı vəzi
Çənəayaqlılar
Çənəayaqlılar (lat. Maxillopoda) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi.
Çənəağızlılar
Ağızçənəlilər (lat. Gnathostomata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan infratipi.
Çənəli zəlilər
Çənəli zəlilər (lat. GNATHOBDELLIDA) Zəli sinfinə aid dəstə. Əksər zəlilər ağız boşluğunda çənələr inkişaf etmişdir. Çənələr üç ədəd olub, mişar kimidir. Mayalanmaları spermatoforlar vasitəsilədir. Tibb zəlisində cütləşmə orqanı vardır. Dəstənin Hirudinidae fəsiləsində olan növləri geniş yayılmışdır. Bu zəlilər yaxşı üzmək qabiliyyətinə malik olub, yumurtalarını torpağa qoyurlar. Fesilənin xarakterik nümayəndələrindən biri at zəlisidir (Limnatis nilotica). At zəlisinin uzunluğu 8–10 sm, eni l-1,5 sm-dir.
Çənəlilər
Ağızçənəlilər (lat. Gnathostomata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan infratipi.
Çənəsiqıllılar
Çənəsiqıllılar (lat. Chaetognatha) — heyvanlar aləminə aid heyvan tipi. Çənəsiqıllılar sırf dəniz heyvanları olub, 140-a qədər növü məlumdur. Böyük əksəriyyəti plankton həyat tərzi keçirir. Dib həyat tərzi keçirən, yosunların, daşların arasında yaşayan növləri də vardır. Sürətlə hərəkət etmələrinə və bədənlərinin uzunsov olmasına görə çənəsiqıllıları dəniz oxları da adlandırırlar. Bədənləri 0.5-9 sm ölçüdə olub, şəffafdır. Bədənlərinin ön hissəsində tip üçün xarakterik olan – qıllarla təchiz olunmuş ağız aparatı yerləşir. Çənəsiqıllılar bu aparat vasitəsilə öz şikarını ovlayırlar. Çənəsiqıllılar ikinci bədən boşluğuna malik heyvanlardır.
Çənəsizlər
Çənəsizlər (lat. Agnatha) — heyvanlar aləminin xordalılar tipinin onurğalılar yarımtipinə aid heyvan infratipi. Çənəsizlərə həm qazıntı halında tapılan, həm də müasir onurğalılar aiddir. Bu heyvanların xordası bütün ömur boyu qalaraq bədənə dayaq durur. Çənəsizlərin çox az nümayəndələrində fəqərələr əmələ gəlməyə başlayır. Kəllə qutusu qığırdaqdandır. O, beyni altdan və yanlardan əhatə edir. Bəzi qazıntı nümayəndələrində bu qutu qismən sümükləşmişdir. Kəllə skeletinin visseral hissəsi qəlsəmə qövslərindən ibarət olub qəlsəməətrafı toru əmələ gətirir. Bəzi qazıntı formalar nəzərə alınmazsa bu tor beyin qutusu ilə əlaqədar olmur.

Значение слова в других словарях