Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tamus
Dioskoreya (lat. Dioscorea) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Amun
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Hamun gölü
Hamun gölü və ya Hamun vahəsi — Əfqanıstan-İran sərhədindəki Sistan bölgəsində yerləşən Sistan qapalı hövzəsindəki göl və bataqlı ərazi. İranda Sistan gölü olaraq da tanınır. Ölçüsünə görə İranın ən böyük 3-cü gölü olan Hamun gölü həm də İranın şirinsulu ən böyük gölüdür. Hamun yazda yaxınlıqdakı dağlarda qar əriməsinin nəticəsində İranın cənub-şərqindəki səhralarda və Əfqanıstan ilə Pakistanın ona bitişik ərazilərində adətən mövsümi xarakter daşıyan dayaz göllərə aid ümumi termindir. Hamun çoxlu mövsümi su qolları ilə qidalanır; əsas qolu Əfqanıstandakı Hindukuş dağlarından başlayan çoxillik Helmand çayıdır. Müasir dövrdə və kənd təsərrüfatının suvarılması üçün bəndlərin mövcudluğundan əvvəl yaz daşqınları daha böyük gölləri meydana gətirərdi. == Coğrafiya == Əfqanıstanda, Helmand çayının dendritik delta əmələ gətirdiyi Daşt-e Margow səhrasının qərbindəki Sistan bataqlıqlarında yerləşir. Su şimal-şərqdə Hamun-e Puzak ilə başlayan göllər silsiləsi ilə dairəvi şəkildə axır, Hamun-e Sabari'yə süpürülür və nəhayət cənub-qərbdə Hamun-e Helmand'a axır. Əvvəllər yuxarı göllərin kənarlarında sıx qamış yataqları və tamarisk qalınlığı olan təxminən 4000 km2 (1500 kv mi) ərazini əhatə edirdi. Ərazi vəhşi heyvanlar və köçəri quşlarla çiçəklənirdi.
Marqarita Mamun
Marqarita "Rita" Mamun-Suxorukova (d. 1 noyabr, 1995; Moskva, Rusiya) — Rusiyalı bədii gimnast. Marqarita Mamun 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Marqarita Mamun həm də, 2013, 2015 və 2016-cı illərdə baş tutan Avropa Çempionatlarında 4 qızıl və 5 gümüş medala, 2013–2015-ci illərdə baş tutan Dünya Çempionatlarında isə 7 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olub. 2015-ci ildə baş tutan I Avropa Oyunlarının çempionu olan Marqarita Mamun 2013-cü ildə Kazan şəhərində baş tutan XXVII Ümumdünya Yay Universiadasının 4 qat çempionudur. Marqarita Mamun Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 25 avqust 2016-cı il tarixli 429 nömrəli Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilib. == Həyatı == Marqarita Mamun 1995-ci il 1 noyabrda Moskva şəhərində anadan olub. Marqarita Mamun həm Rusiya, həm də Banqladeş vətəndaşlığına sahibdir. Onun atası, Abdulla Al Mamun, milliyyətcə benqaldır və ixtisasca dəniz mühəndisidir. Abdulla Al Mamun, qızının Olimpiya çempionu olmasından 6 gün sonra, avqustun 26-sı uzun sürən xərçəng xəstəliyindəən sonra vəfat edib.
Tabun çörəyi
Tabun çörəyi (ərəb. خبز طابون‎: Tabunn çörəyi, ivr. ‏לאפה‏‎: la-fah, ivr. ‏פיתה עירקית‏‎: İraq pitası, Qüdsdə: ivr. ‏אַשתנוּר‏‎ ash-tanur) — bir yastı çörək növü. Bir çox mətbəxlərdə istifadə olunur. Ənənəvi olaraq tabun təndirində bişirilir və müxtəlif doldurmalar ilə yeyilir.
Taman xan
Arslan Taman xaqan və ya Heşana xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Xaqan olanda hələ yeriyə bilmirdi. Onun adından dövləti iki əyan idarə edirdi. Anası Hsianşi onu atıb Çinə getmişdi. Əyanlar beşinci və səkkizinci aylarda Altay dağlarındakı mağaralarda babalarının ruhlarına qurban təqdim edirdi. 605-ci ildə xaqanın kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq onun ordularını məğlub etdi. 610-cu ildə xaqana qarşı yeni üsyan baş verdi. Yanq Soux Teginin oğlu Şekuy xaqan elan olundu. Taman Çinə qaçdı. 619-cu ildə Çində Şərqi Göytürklərin bir casusu tərəfindən öldürüldü.
Taman xaqan
Arslan Taman xaqan və ya Heşana xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Xaqan olanda hələ yeriyə bilmirdi. Onun adından dövləti iki əyan idarə edirdi. Anası Hsianşi onu atıb Çinə getmişdi. Əyanlar beşinci və səkkizinci aylarda Altay dağlarındakı mağaralarda babalarının ruhlarına qurban təqdim edirdi. 605-ci ildə xaqanın kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq onun ordularını məğlub etdi. 610-cu ildə xaqana qarşı yeni üsyan baş verdi. Yanq Soux Teginin oğlu Şekuy xaqan elan olundu. Taman Çinə qaçdı. 619-cu ildə Çində Şərqi Göytürklərin bir casusu tərəfindən öldürüldü.
Taman yarımadası
Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman yarımadası şimaldan Taman körfəzi (Azov dənizi), qərbdən Kerç boğazı, cənubdan Qara dəniz suları ilə yuyulur. Relyefi əsasən düzənlikdir, sahilləri körfəzlərlə parçalanmışdır. Üstəlik burada həm də çoxlu sayda palçıq vulkanlarına rast gəlmək olar. Antik dövrdə yarımada bir-birindən boğazlarla ayrılan adalar şəbəkəsindən ibarət olmuşdur. Yarımadanın relyefi, flora və faunasına Kuban deltası böyük təsir göstərir. Yarımada ərazisində ilk insan izləri Alt paleolit dövrünə təsadüf edilir (2,1—1,8 mln il öncə). Qədim dövrlərlə ərazi Skiflər tərəfindən məskunlaşılmışdır. Antik dövrdə bölgə Bosfor çarlığının ərazinə daxil idi. Burara yunanlar, sarmatlar və yahudilər yaşayırdı.
Tamus communis
Adi dioskoreya (lat. Dioscorea communis) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinin dioskoreya cinsinə aid bitki növü.
Tamus edulis
Adi dioskoreya (lat. Dioscorea communis) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinin dioskoreya cinsinə aid bitki növü.
Tarun (Miyanə)
Tarun (fars. طارون‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 299 nəfər yaşayır (79 ailə).
Taman (liman)
Taman — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində, Jelezny Rog burnu yaxınlığındakı dəniz limanıdır. Taman dəniz limanı ixrac üçün müxtəlif yüklərin daşınması ilə məşğuldur. Limanda neft və neft məhsulları, mayeləşdirilmiş karbohidrogen qazları, ammonyak, taxıl, kömür, gübrələr, dəmir filizi, kükürd, polad məmulatları, konteynerlərdə yüklərin daşınması üçün terminallar tikilmiş və tikilməkdədir. 2015-ci ildə limanın yük dövriyyəsi 12,3 milyon ton (artım 20,8%) təşkil edib ki, bu da onu Rusiya Federasiyasının limanları arasında 15-ci yerə yüksəldib. Liman terminallarının tikintisi başa çatdıqdan sonra yük dövriyyəsi 70 milyon tona çatmalıdır ki, bu da limanı Rusiyada ikinci və ya üçüncü yerə çevirəcək. "Taman" həm Taman yarımadası, həm də Krım vasitəsilə yüklərin daşınmasına imkan verən Krım körpüsü ilə eyni olan nəqliyyat yanaşmalarından istifadə edir. Limana yaxınlaşmalarda dərinliklər 20–25 metrdir. Limana dedveyti 220 min tona qədər, uzunluğu 300 m-ə qədər, eni 50 m-ə qədər, yanalmalarda 14 m-ə qədər, TLU-da isə 21 m-ə qədər olan gəmilər daxil ola bilər. Liman Azov-Qara dəniz hövzəsinin nəqliyyat və logistika imkanlarının inkişafı və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üçün nəzərdə tutulub. Taman limanı hələ də tikilir, lakin artıq beynəlxalq nəqliyyat üçün açıqdır.
Amun (allah)
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amun Abdullahi
Amun Abdullahi (İsveç. Amun Abdullahi), ayrıca (İsveç. Amun Abdullahi Məhəmməd; 23 oktyabr 1974, Somali) – Somali və İsveçli jurnalist, ictimai xadim, Somalinin Mogadişo şəhərində qızlar məktəbinin qurucusudur. == Bioqrafiya == Amun Abdullahi Somalidə anadan olub, 1990-cı illərin əvvəllərində ölkəsində baş verən silahlı qarşıdurmaların başlaması nəticəsində qaçqın kimi İsveçə köçüb. İsveçdə əvvəlcə Umeada, daha sonra Somali topluluğu ilə məşhur olan Stokholmun Rinkebyu bölgəsində və nəhayət Çistada yaşayıb, sonradan Mogadişoya dönüb. Stokholmda, Sveriges Radio International - İsveç radiosunda çalışıb [İsveç] və İsveçdə olduğu müddətdə bir neçə yüksək kefiyyətə malik radio reportajları bir başa keçirib. Bununla bərabər 2009-cu ildə istintaqın nəticəsində Rinkebidəki gənclik mərkəzinin liderinin Somali İslamçı qrupu Harakat ash-Shababa gənclərini cəlb etdiyini açıqlayıb. Amun Abdullahi etiraf edir ki peşə fəaliyyəti dövründə dəfələrlə fiziki və intellektual hücumlara məruz qalmış, "işinə görə davamlı təhdidlər almışdır". O, həqiqəti söyləmək istəyən bir jurnalist üçün İsveçin 'Mogadişudan daha təhlükəli' olduğunu iddia edir. === Mükafatlar === İsveç Publisistləri Birliyi [ru]: Anna Politkovskayanın xatirəsinə 'Söz Azadlığı' mükafatı.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, xosa. iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Kobern-Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kobərn Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kupers-Taun
Kupers-Taun (ing. Coopers Town) — Baham adalarında şəhər. Abako adalarına aid Böyuk Abako adasında yerləşir. Şəhər adanın ən şimal hissəsində yerləşir. 1870-ci illərin sonlarında Böyük Bahama adasından olan Albert Butlun ailəsinin üzvləri tərəfindən yaradılmışdır. Əvvəlcə Kupers-Taunda ananas yetişdirildi və dəniz süngərləri yığılırdı, lakin XX əsrin sonunda onlara tələbat praktiki olaraq yox olmuşdur. Buna səbəb şəhər ərazisində təbii limanın olmaması idi. 1992–2002 və 2007–2012-ci illərdə Baham adalarının baş naziri olmuş Hubert İnqrem uşaqlığını Kupers-Taun şəhərində keçirmişdir.
Roud Taun
Roud Taun (ing. Road Town) — Britaniya Virgin adalarının paytaxtı. Tortola adasında yerləşir. Əhalisi 9400 nəfər (2004). Adı dəniz termini olan «ing. the roads» yaranıb. Sahildən aralı gəminin yakorla dayanması belə adlanır. Dənizdən 67 akr ərazi qurudularaq, Bikxem-Bey (Wickham Bay), tutizm üçün istifadə edilir. Şəhərdəki ən qədim bina 1840-cı ildə tikilən Meyn strit (Main Street), kral həbsxanasıdır. Şəhər Karib dənizində yaxta kirayələmək mərkəzi sayılır.
Stoun Taun
Stoun Taun — Zənzibarın mərkəzi. Vaxtı ilə burada Afrikanın ən böyük qul bazarı olmuşdur. İndi onun yerində kilsə var. Stoun Taun UNESKO-nun mühafizə etdiyi qeyri-adi qapıları ilə məşhurdur. Onların forması hindistanlılardan götürülüb. Üzərində fillərdən müdafiə üçün nəzərdə tutulan kürəciklər var, qapının bəzəyi isə ev sahibinin ibadət etdiyi dini və maddi vəziyyətini əks etdirir. Stoun Taunda hər gün "ədviyyat turları" təşkil edilir. Vaxtı ilə bu ada dünyanın yarısını ədviyyatla təmin edirdi.
Taun (roman)
Taun (fr. La Peste) — Alber Kamünün 1947-ci ildə yayımlanmış romanı. Kamyu romanda Əlcəzairin Oran şəhərində baş verən taun epidemiyasını müxtəlif sətiraltı ifadələr ilə məna verərək anladıb. Kitabda edilən bənzətmələrin ən vacibi bütün Avropaya, sanki qara taun kimi yayılan faşistlərin Fransanı işğal etməsidir. Fransanın İkinci Dünya Müharibəsi əsnasında məruz qaldığı alman işğalı və Fransada işğala qarşı yaranan Müqavimət (Résistance) hərəkəti romanda vəbaya qarşı alınan tədbirlər ilə əlaqələndirilir. Kitabın sonuna qədər dastançının şəxsiyyəti naməlum qalır. İnsanların həyatla ölüm arasında qaldığı incə xətti taun adını verərək təsvir edən Kamyu dolayı yoldan ateizmi də müdafiə edir. Romanın başlıca xüsusiyyətlərindən biri də əhvalatın yaşandığı Oran şəhərini oxucuya şəhəri görmüş kimi əks etdirməsidir. Taun Əlcəzairin şəhərlərindən biri olan Oranda başlayan taun epidemiyasına qarşı insanın mübarizəsini əks etdirir. Əslində romanda taun dünyadakı pislikləri təmsil edir və bir növ onların simvoludur.
Taun həkimi
Taun həkimi (ing. Plague doctor) — taun xəstəliyindən əziyyət çəkən insanların müalicə edilməsi üçün fəaliyyət göstərən həkim. Taun həkimləri xüsusi ilə kənd və şəhərlərdə epidemiyaların yayılmağa başlamasından sonra müqavilə ilə müalicə üçün ərazilərə gətirilirdi. Bəzi taun həkimləri, daha çox gəlir əldə etmək məqsədi ilə insanlara saxta xüsusi müalicə üsulları təklif etməkləri ilə tanınmışdır. Bu həkimlər tibb təhsili almış peşəkar həkimlər deyildilər, əsasən bu işi sonradan öyrənib, əldə etdikləri təcrübələr əsasında insanlara yardım etməyə çalışırdılar. Taun həkimlərinin nadir hallarda olsa da, bəzi xəstələrə köməklik etdiyi məlumdur. Əsas məsələlərdən biri işini bilən həkimlərin çox az olması idi. Taun həkimləri xəstələri özləri tərəfindən hazırlanmış müqaviləyə uyğun formada müalicə etməyə üstünlük verirdilər. Bu müqavilə taun həkimi müqaviləsi adlanır və xidməti göstərən şəxs ilə şəhər və ya kənd şurası arasında imzalanırdı. Avropanın bir şəhərində eyni vaxtda iki və daha çox taun həkiminin işlədiyi hallar da mövcud idi.
Taun çöpü
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.