Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uilyam Taft
Vilyam Hovard Taft (ing. William Howard Taft; 15 sentyabr 1857[…], Sinsinnati, Ohayo – 8 mart 1930[…]) — Amerika Birləşmiş Ştatlarının 27-ci prezidenti (1909-1913). Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə xarakterizə olunmuşdur. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin Baş hakimi seçilmişdir. Bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış həmin vəzifədən istefa vermişdir.
Vilyam Taft

Baft
Baft— İranın Kirman ostanının şəhərlərindən və Baft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,008 nəfər və 8,265 ailədən ibarət idi.
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Tart
Тart (fr. tarte) -Adi şəkər tozlu xəmirdən hazırlanmış tipik Fransız şirniyyatı. == Haqqında == Duz və şəkər tozu əlavə edilmir. Əsas yemək və ya desert kimi təqdim edilə bilər. Pizza kimi və kənarı düz ola bilsin də çıxıntılı qablarda bişirilə bilər. İçlik kimi müxtəlif şeylərdən istifadə edirlər. Belə ki, ət, tərəvəzlər, balıq və s. Şirin tartlardan isə almalı, moruqlu, albalılar daha çox yayılmışdır.Tartlar tartaletka adalanan kiçik ölçülü qablarda da hazırlanır.
Taxt
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Təft
Təft- İranın Yəzd ostanının şəhərlərindən və Təft şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,329 nəfər və 4,265 ailədən ibarət idi.
Helen Herron Taft
Helen Herron Taft (ing. Helen Herron Taft; 2 iyun 1861[…], Sinsinnati, Ohayo – 22 may 1943[…], Vaşinqton) — ABŞ siyasətçisi, 28-ci Prezidenti Vilyam Taftın həyat yoldaşı.
Uilyam Horvard Taft
Vilyam Hovard Taft (ing. William Howard Taft; 15 sentyabr 1857[…], Sinsinnati, Ohayo – 8 mart 1930[…]) — Amerika Birləşmiş Ştatlarının 27-ci prezidenti (1909-1913). Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə xarakterizə olunmuşdur. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin Baş hakimi seçilmişdir. Bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış həmin vəzifədən istefa vermişdir.
Uilyam Hovard Taft

Tat
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. == Tarixi == Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. == Dil == İran dillərindən biri olan Tat dilində danışırlar. == Din == Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. == Məskunlaşma == Azərbaycan dilində danışan tatlar əsasən Bakıda, Quba , Şabran[, Siyəzən, Şamaxı, Gəncə, Şəmkir, Xızı,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
Baft şəhristanı
Baft şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Baft şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 105,129 nəfər və 24,598 ailədən ibarət idi.
Daft Punk
Daft Punk — Tomas Banqalter və Gi-Manuel de Omem-Kristo tərəfindən 1993-cü ildə yaradılmış fransız elektron musiqi dueti. 1990-cı illərin sonlarına doğru Fransada haus musiqisinin inkişafı ilə əlaqədar böyük uğurlara nail oldular. Onlar elektro, haus, disko və sintipop musiqisinin elementlərini birləşdirərək özünəməxsus səslənmə üslubu yaratdılar. Daft Punk 2006-2007-ci illərdə iştirak etdiyi musiqi turundan sonra Alive 2007 adlı konsert albomunu buraxdı. 2009-cu ildə həm albom, həm də bu aboma daxil olan Harder Better Faster Stronger mahnısı Qremmi mükafatına layiq görüldü. 2013-cü ilin mayında Daft Punk özünün dördüncü studiya albomu olan Random Access Memories albomunu, bundan bir ay əvvəl isə həmin alboma daxil olan və sonradan hitə çevrilən Get Lucky mahnısını buraxdı. 26 yanvar 2014-cü ildə 56-cı Qremmi mərasimində həm mahnı, həm də albom ümumilikdə 5 nominasiyada Qremmi mükafatına layiq görüldü.
Tafta (parça)
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Takt (musiqi)
Xanə (lat. tactus — toxunma; dəyər — təkan, zərbə) — ən güclü paydan başlanan və onun gücü yanında bərabər olandan əvvəl bitən musiqi metrinin vahididir. == Not yazısında xanə == Not yazısında xanə — iki xanə xüsusiyyətinin arasında bağlanmış notların və fasilələrin məcmusudur — not qamətində vertikal xətlər. Xanə miqdarla və onun metr vahidlərinin tipiylə təyin edilir — paylar — ölçüylə ifadə edilənlər. Not yazısında ölçü musiqi əsərinin başlanğıcında açardan sonra göstərilir (və ya dəyişən xanə), şərti, adi kəsr şəklində (məsələn, "3/2", "2/4", "6/8", "4/4" və s.) və ya onun şərti işarəsi (C 4/4 ekvivalentdir, 2/2 ekvivalentdir). Surətdə payların miqdarı göstərilir, məxrəcdə isə — onların nisbi uzunluğu. Not yazısında xanələr bir-birindən vertikal xüsusiyyətlə not qaməti eninə ayrılmışdır, hansı ki, xanə xüsusiyyəti adlanır. Takt xüsusiyyəti güclü paydan əvvəl qoyulur. Əgər əsər zəif paydan başlanırsa, onda başlanğıcda natamam xanə yaranır, hansı ki, yarımxanə adlanır. Çox zaman yarımxanə xanənin yarısını ötmür.
Tart Taten
Tart Taten (fr. Tarte Tatin)Fransız alma piroqudur. Piroq bişmədən öncə alma yağda və şəkər tozunda qızardılır. == Tarixi == Tədqiqatlara əsasən Tart Taten hotel olan 2 bacı Stefani (1838—1917) və Karolina (1847—1911)Taten tərəfindən 1880-cı illərdə hazırlanmışdır. Rəvayətə görə piroqu hazırlayan zaman Stefani xəmirdən forma hazırlamağı unudur və karamelli almaları forma kimi qoyur və xəmiri üzərinə tökür. Bəzi fikirlərə görə o piroqu əlindən salır və sonra necə gəldi toplayır. Belə bir fikir də mövcuddur ki, piroq Solon regionunun milli piroqudur və Stefani ona biraz dəyişikliklər edib. Bacılar heç vaxt tortu öz adlandırmayıblar və heç bir kulinariya kitablarında bunu qeyd etməyiblər. == Haqqında == Bu piroqun məşhurlaşmasına səbəb Maxim restoranı olmuşdur. Belə ki, onlar bu piroqun dadına baxandan sonra onu menyularına əlavə etmişdirlər.
Taxt oyunları
Taxt-tac oyunları (teleserial, 2011)
Təft şəhristanı
Təft şəhristanı— İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Təft şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 45,357 nəfər və 13,747 ailədən ibarət idi.
Tafts Universiteti
Tafts Universiteti — Massaçusets ştatının Medford və Somervil şəhərində yerləşən özəl tədqiqat universiteti. 1852-ci ildə qeyri-məzhəbli ali təhsil müəssisəsi təmin etməyi qarşısına məqsəd qoyan xristian universalistlər tərəfindən Tafts Kolleci kimi təsis edilmişdir. Tafts 1970-ci illərə kimi müxtəlif doktoranturalar təklif edən böyük bir tədqiqat universitetinə çevrilənə qədər kiçik bir liberal sənət kolleci idi. Tafts Princeton Review-a görə 98/99 seçicilik reytinqi ilə ABŞ-nin ən seçmə kolleclərindən biridir. 2026-cı il tədrisi üçün Tafts 34,880 müraciətçidən 9%-ni qəbul etdi.
Qanlı taxt
Qanlı taxt və ya orijinal dildəki adı ilə Hörümçək toru qalası (蜘蛛巣城, Kumonosu-jō) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1957-ci il istehsalı Yaponiya tarixi dram filmi. Uilyam Şekspirin "Makbet" tamaşası əsasında çəkilmiş, No sənətinin elementlərindən istifadə olunmuşdur. Baş rollarda Toşiro Mifune və İsuzu Yamada çıxış edirlər. Onlar Makbet və Leydi Makbet personajları əsasında yaradılmış personajları canlandırmışdırlar. "Makbet" tamaşasında olduğu kimi hekayə ambisiyalı arvadının dəstəyi ilə üstünə qarşı sui-qəsd təşkil edən döyüşçüdən bəhs edir. Kurosava tamaşanın fanatı var idi və əsasında film çəkmək istəyirdi, lakin Orson Uellsin "Makbet" (1948) filmindən sonra bu ideyasını gecikdirmişdir. Film Fuci dağı və İzu yarımadası ətrafında çəkilmişdir. Hekayədəki dəyişikliklərə və dilə baxmayaraq "Qanlı taxt" tamaşanın ən yaxşı film adaptasiyalarından biri hesab olunur. İki dəfə Mayniçi mükafatını qazanmış, Mifune Ən yaxşı aktyor nominasiyasında qalib olmuşdur. == Məzmun == Vaşizu və Miki Hörümçək toru meşəsinin yaxınlığında yerləşən qalanın hakimi Tsuzukinin başçılığı altında olan generallar və yaxın dostlardır.
Tat (zümrə)
Tat Orta Şərqdə və qismən Mərkəzi Asiyada köçəri və yarımköçəri toplumlardan fərqli olaraq oturaq əhaliyə verilən ümumi ad. Daha çox rəiyyətə aid edilirdilər. Ehtimal olunur ki tatar sözü də tat sözündən yaranıb. Moğol (monqol) tayfalarından olmayan və sonralar ümumi adla tatar adlandırılan tayfalar monqollara nisbətən tabe vəziyətdə idi. Batı xan Avropaya yürüşünü başlamazdan əvvəl tatarları tabe vəziyətdən çıxardı və monqollarla eyni sosial səviyyəyə qaldırdı. Batı xanın Qərbə yürüşündə tatarlar həlledici rol oynadılar. Bu halda tatlar (sonra tatarlar) sırf türk tayfalarına verilən ad idi. Zümrə mənasında tat sözü xalq mənasında tat sözündən müəyyən qədər fərqlənir. Yuxarıda tatarların misalı buna sübutdur. Başqa bir sübut Azərbaycanda tat dilində danışan, amma tarixən oturaq olmayan dağlıların olmasıdır.
Tat dili
Tat dili və ya Tati fars dili — Qafqazda yaşayan tatların dili. Tat dili Xəzəryanı ərazilərdə – İranda, Azərbaycanın şimal-şərq rayonlarında, Abşeron yarımadasında, Dağıstanın cənub-şərqində, Dərbənd və Mahaçqala şəhərlərində, Azərbaycanda isə İsmayıllı, Xızı, Şamaxı, Quba, Şabran və Abşeron ərazilərində danışılır. Azərbaycanda yaşayan tatların dili Azərbaycan dili ilə daimi qarşılıqlı əlaqədədir. Quba ləhcəsi tat dilinin Azərbaycanda ən geniş yayılmış ləhcəsidir. Tat dilində 33 səs vardır. Tat dili sait səsləri haqqında fikirlər müxtəlifdir. Məsələn: V.S. Sokolova görə Qonaqkənd, Dəvəçi və Suraxanı ləhcələri üçün vokalizm 8 fonemdən ibarətdir. Bunlar: i, e, a, u, ü, ey, oy, öü. Tədqiqatçı burada nədənsə ə, o, ö, və ı müstəqil fonemlərinin varlığını qəbul etmir. Maqsud Hacıyev öz kitabında bunun tamamilə səhv qərar olduğunu və tat dili vokalizminin 13 fonemdən ibarət olduğunu qeyd edir.
Tat (dəqiqləşdirmə)
Tatlar — Qafqazda yaşayan İrandilli xalq
Aşağı Taxt (Çaroymaq)
Aşağı Taxt (fars. شورقشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (15 ailə).
Taxt-tac adı
Taxt-tac adı ("Nisu-bit", "Nesut-biti", "Nisut-biti") — Qədim Misirdə hökmdar titulunun beş adından biri. Taxt-tac adı Qədim Misirdə fironlara verilən titulların içində ən vacibi olub, IV sülalə dövründən başlayaraq öz tətbiqini tapmışdır. V sülalə dövründən Neferirkar onu ikinci kartuş kimi öz şəxsi adına əlavə etmişdir.