Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vah
Vah (slovak. Váh) — Slovakiyanın ən uzun çayı, Dunayın sol qolu. Çayın adı latın dilindən olan vagus (gəzib dolanan) sözündən yaranıb, belə ki, çay öz məcrasını tez-tez dəyişirmiş. Vah çayı Kralyova Leqota çayı yaxınlığında, mənsəbini Vısokiye Tatrı və Nizkiye Tarı dağlarından götürən Çernı Vah və Belı Vah çaylarının birləşməsi nəticəsində yaranır. Vah çayının uzunluğu — 433 km, çay səthinin sahəsi — 19 600 km²-dir. İllik su sərfi 152 m³/saniyədir. Vah çayı üzərində Vajsk silsiləsi yaradan 20 su elektrik stansiyası vardır. Çayın suyu suvarma və su təchizatı üçün istifadə edilir. Çay mənbəyindən Sered şəhərinə qədər gəmiçilik üçün istifadə edilir.
Tvan Börx
Tvan Börx (nid. Twan Burg; doğ. 2 aprel 1990) — Niderland şahmatçısı, qrosmeyster (2015). Tvan Börx 2016-cı ilin sentyabr ayında azərbaycanlı beynəlxalq qrosmeyster (qadınlar arasında) Nərgiz Umudova ilə ailə həyatı qurub. FIDE Chess profili Twan Burg. Chess-DB.com Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine (ing.) Twan Burg. Chessgames.com (ing.) Twan Burg.
Conatan Tah
Vah!.. (1980)
Kinokomediyada Azərbaycanın cənubunda ev işləri ilə məşğul olmağın kişilər üçün qəbahət sayılması və bu adətin tədricən aradan götürülməsi haqqında danışılır. Film yazıçı Xizgil Avşalumovun "Bulaq başında görüşlər" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Vah!.. (film, 1980)
Kinokomediyada Azərbaycanın cənubunda ev işləri ilə məşğul olmağın kişilər üçün qəbahət sayılması və bu adətin tədricən aradan götürülməsi haqqında danışılır. Film yazıçı Xizgil Avşalumovun "Bulaq başında görüşlər" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Çan Kon Vah
Çan Kon Vah (31 avqust 1961) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Çan Kon Vah Honq Konqu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Avan
Avan (Ermənistan)
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu. Jujan xaqanlığı — Şimali Çin çöllərində türk dövləti.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. Kənd Viləşçayın sahilində yerləşir.
Evax
Evax (lat. Evax) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Kvas
Kvas (ukr. , belar. , mak. və serb-xorv. квас; lang-sk|kysel', kyselica, parovec}}, pol. kwas, kisiel, żur, lit. gira, latış. kvass‎, est. kali) — turş ənənəvi slavyan içkisi. Çörək – 0.5 kq, su – 5 ml, kişmiş – 1 x.
Ptah
Ptah - Qədim Misirdə kainatı və bütün varlığı yaradan tanrı. Araşdırmaçılar onun örnəyində Qədim Misirdə monoteizmin əlamətlərinin olmasını güman edirlər. Memfis yaradılış əsatirləri Ptah adlı tanrı haqqında bəhs edirlər. O yunanların ilk oda çevirilmiş dəmirçiliyin tanrısı olan Hefestosun bənzəridir. Bu əsatirlər Misirin uzun müdət baş şəhəri olmuş Memfisdə yaranmışdırlar. Oradan fironlar ölkəni idarə edirdilər. Şəhərin adı VI-cı sülalınin fironu I Pepinin dəfn olunduğu “Mennefer Pepi” adlı məzarlığından əmələ gəlmişdir. Ptah Böyük Enneadanı (tanrılar doqquzluğunu) yaratmışdır. Bu doqquzluq Misirin ən yüksək tanrıları idi. Bunlar Atum, Şu, Tefnut, Nut və Geb, Osiris, Isis (İsida), Set, Nephfis tanrıları idilər.
Tanah
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.
Tava
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tcsh
Tcsh (oxunuşu:ti-si-şel) — Unix shell olub, C shell-in əsasında yaradılmışdır. C shell-ə əlavə olaraq komandanın tamamlanması, yazılmış komandanın redaktə edilməsi kimi xüsusiyyətləri var. Mac OS X-in ilk versiyalarında tcsh əsas (default) shell kimi istifadə olunurdu, 10.3 versiyasından etibarən bash əsas shelldir. Hal-hazırda FreeBSD əməliyyat sistemində əsas shelldir.
İlah
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
İvan
İvan — slavyan kişi adı. İvan Turgenev — Rusiya yazıçısı. İvan Poddubnı — kazak əsilli SSRİ pəhləvanı. İvan Ayvazovski — erməni əsilli Rusiya rəssamı. İvan Kramskoy — Rusiya rəssamı. İvan Qabışev — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Fioletov — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Nokolayşvili — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Malıqin — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Mazepa — Zaporojya ordusunun getmanı.
ŞVAK
ŞVAK (rus: Шпитальный-Владимиров Авиационный Крупнокалиберный (ШВАК) Şpitalni-Vladimirov Aviatsionni Krupnokaliberni) Sovet istehsalı olan 20 mm-lik avtomatik topdur. Silah bir çox sovet təyyarələrinə quraşdırılmışdı və İkinci Dünya Müharibəsində istifadə edilmişdir. İkinci Dünya Müharibəsində geniş istifadə edilmişdir. Yüngül tanklar üçün istehsal edilən model TNŞ (ТНШ) kimi tanınır. Silahın istifadə etdiyi sursat 20×99mmR, kalibri 20 mm, atış sürəti dəqiqədə 700-800 mərmi, mərmisinin çıxış sürəti 750-790 m/s, effektli mənzili 600-800 m, maksimal mənzili 1000 m, bəsləmə sistemi kəmər olmuşdur.
Hvar
Hvar (xorv. Hvar, it. Lesina, lat. Pharia, yun. Χβαρ) — Xorvatiyaya məxsus ada. Ada Adratik dənizində, ölkənin cənub akvatoriyasında, Dalmatya sahillərində yerləşir. Ada yaxınlığında eyni adlı şəhər var. Ada öz adını yunan mənşəli Faros (Φάρος) (mayak) sözündən götürmüşdür. Adanın sahəsi — 299,66 km², uzunluğu — 68 km, eni — 10,5 km, sahil xəttinin uzunluğu — 254,2 km-dir. Adanın əhalisi — 11 103 nəfərdir (2001).
Banu Avar
Banu Avar (18 iyul 1955, Əskişəhər) — Türkiyə yazıçısı, jurnalisti, televizor proqramı aparıcısı. 18 iyun 1955-ci ildə Əskişəhərdə doğulmuşdur. Jurnalistika karyerasına "Süreç" qəzetində başladı. 1980-ci illərdə "Günaydın", "Dünya", "Vatan" qəzetlərində işlədi. London Universitetinə yollandı. Londonda BBC TV kanalında sənədli filmlərin hazırlanmasında iştirak etdi. Sonra TRT-nin London müxbirliyinə gətirildi. TRT-də göstərilən "32-ci gün" proqramının London müxbirliyini etdi. "Kipr" sənədli filminin hazırlanmasında araşdırmacılıq etdi. 1999-cu ildə TRT 1 və TRT 2-də Mozaik və Kaleydeskop kimi proqramların aparıcılığını etmişdir.
Böyük Tava
Böyük Tava — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan kiçik ada. Dəniz səviyyəsindən −27 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Yaxınlığında kiçik adalar vardır (şərqində Koltiş adaları, cənubunda isə Tavaaltı adası). Pirallahından cənub-şərqdə yerləşir. Adanın uzunluğu 550 m, eni isə 180 m təşkil edir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Corc Olah
Corc Olah (ing. George Andrew Olah, mac. Oláh György; 22 may 1927[…], Budapeşt – 8 mart 2017[…], Beverli-Hillz, Kaliforniya) — macar əsilli ABŞ kimyaçısı. 1994-cü ildə "Karbokation kimyasına xidmətlərə görə" Nobel mükafatına layiq görülmüşdür. Corc Olah 1927-ci ildə Macarıstanın paytaxtı Budapeştdə anadan olub. Olah Budapeşt Texniki Universitetini bitirib və orada da doktorluq dərəcəsi alıb. O, öz elmi karyerasına macar kimyaçısı Qeza Zempelin yanında başlayıb. 1950-ci illərin əvvəllərində Olah Budapeşt Texniki Universitetinin Üzvi kimya İnstitutunda tədqiqat qrupu yaratmışdır və eyni zamanda 1954-cü ildə Macarıstan Elmlər Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Kimya İnstitutunun yaradıcılarından biri olmuşdur. 1957-ci ildə Kanadaya köçmüş və 1965-ci ilə qədər "Dou Kemikal" şirkətində Kanadada və ABŞ-də işləmişdir və bundan sonra ali təhsil sisteminə qayıtmışdır. Onun rəhbərliyi altında Qərb Ehtiyat Universitetinin (Western Reserve University) və Ohayo ştatında Klivlenddə Keys Texnaloji İnstitutunun kimya fakültələri birləşdirilmişdir.