Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hematit
Hematit — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Alümohematit (30 mol. %-dək Al2O3), hidrohematit (4-8% H2O). == Xassələri == Rəng – kristalları qara, torpaqvari aqreqatları parlaq-qırmızı rənglidir; Mineralın cizgisinin rəngi – albalı kimi qırmızı, qırmızımtıl-qəhvəyi; Parıltı – yarımmetal; Şəffaflıq – qeyri-şəffaf, nazik qırıntıları yarımşəffafdır; Sıxlıq – 4,9-5,3; Sərtlik – 5,5-6,5; Kövrəkdir; Ayrılma – yoxdur; Bölünmə – {0001} və {1011} üzrə; Sınıqlar – yarımqabıqlı; Başqa xassələr – yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: lövhə - və təbəqəvarı, romboedrik, nadir hallarda prizmatik və skalenoedrik; İkiləşmə: tez-tez rast gəlir; {1011} üzrə polisintetik; nadir hallarda – sadə; pinakoid üzlərində üçbucaqlı, romboedr üzlərində paralel diaqonal cizgilənmə səciyyəvidir; Mineral aqreqatları: bütöv sıx, vərəq-, pulcuq-, salxım-, böyrək və torpaqvari, konsentrik - zonal kütlələr, axın formaları, oolitlər, maqnetit üzrə psevdomorfozalar – martit, kristalların dəmir gülü şəklində bitişikləri, nadir hallarda təbəqəvari dendritlər; aqreqatlarının xarakterinə görə mineralın növ müxtəliflikləri: dəmir parıltısı – metal parıltılı lövhəvari əmələgəlmələr; dəmir xaması – əldə yağlı hiss edilən incəpulcuqlu kütlələr, qırmızı dəmir filizi – sıx gizlikristallik aqreqatlar, «qırmızı şüşə kəllə» – səthi parıldayan böyrəkvari kütlələr. == Mənşəyi və yayılması == Müxtəlif proseslər nəticəsində – maqmatik, kontakt-metasomatik, hidrotermal, ekzogen və metamorfogen yolla əmələ gəlir. Hematitin ən iri yığınları çökmə mənşəli qonur dəmir filizi qatlarının regional metamorfizmi ilə əlaqədar olub, dəmirli kvarsitlərdə toplanır. Mineralın əsasən martitdən ibarət olan kontakt - metasomatik əmələgəlmələri maqnetitlə sıx assosiasiyada skarnlarda müşahidə olunur. Hematitin əhəmiyyətli kütlələri hidrotermal yolla əmələ gəlir. Aksessor mineral kimi tez-tez müxtəlif maqmatik əmələgəlmələrin, həm intruziv (xüsusilə turş), həm də effuziv süxurların tərkibində iştirak edir.
Təbaşir
Tabaşir — ovulan, ağ, bəzən sarımtıl yaxud bozumtul orqanik mənşəli əhəng daşı. Əsasən protozoyların (əsasən foraminifer) kiçicik, diametri 0,095-dən — 0,0047-dək mm diametrdə, balıqqulağılarından ibarətdir. Daha yaxın araşdırmalardan sonra məlum oldu ki balıqqulağıları əsasən Textularia və Rotalia və nisbətən daha az Globigerinaya aiddir. Təbaşir dövrünə aid, dərin dəniz çöküntüsü sayılır. Təbaşirin ən yaxın bənzəri qlobigerin lildir, lakin təbaşir adətən tamamilə foraminifer baluqqulağılarından ibarət deyil; onun daxilində tez tez xırda ovulmuş, lakin kristalik karbonat əhəngi tapırlar. Əsasən yazmaq üçün və tikintidə istifadə olunur.
Təhmasib
Təhmasib (rus. Тахмасиб) — Azərbaycan kişi adı, soyadı və təxəllüsü. I Təhmasib — Səfəvilər dövlət nin 2-ci şahı və Şah İsmayılın oğlu. II Şah Təhmasib — Səfəvilər dövlətinin 10-cu şahı. Təhmasib Əjdərov — Azərbaycan və Ukrayna alimi. Bu soyadı olan tanınmış şəxslər Rza Təhmasib — Azərbaycan kinorejissoru, aktyor və pedaqoq. Məmmədhüseyn Təhmasib — ədəbiyyatşünas, folklorşünas, dramaturq, ssenarist, tərcüməçi. Bu təxəllüsü olan tanınmış şəxslər Xəlil Təhmasibi — İslam fədailəri təşkilatının üzvü.
Təmsil
Təmsil (danışıq dilində - Məsəl) — ən qədim janrlarından biri. Bitki və heyvanların insanların xüsusiyyətləri ilə təsviridir və həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cisimləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn: M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir: Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.
Aliyə Təhmasib
Təhmasib Aliyə Mehdi qızı (13 mart 1947, Bakı – 31 iyul 2022) — Azərbaycanın Əməkdar müəllimi. == Həyatı == Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1954-cü ildə hazırda Hüseyn Cavidin adını daşıyan 132 nömrəli məktəbin I sinfinə gedib və 1965-ci ildə həmin təhsil ocağını "əla" qiymətlərlə bitirib. 1966–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. 1967-ci ildə 132 nömrəli məktəbdə əmək fəaliyyətinə qədəm qoyan Aliyə xanım burada kitabxanaçı, pioner baş dəstə rəhbəri işləyib və 1970-ci ildən həmin təhsil ocağında bir müəllim kimi Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başlayıb. Yaxşı işinə, qabaqcıl pedaqoji fəaliyyətinə görə 1985-ci ildə bu tədris müəssisəsinə direktor təyin edilib. Aliyə Təhmasib 1985, 1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı kimi respublikanın ictimai həyatında mühüm rol oynayıb, təhsilin inkişafı üçün xüsusi xidmətlər göstərib. 1989 və 1990-cı illərin məlum hadisələri ilə əlaqədar respublika Qadınlar Şurasının sədr müavini kimi Moskvada SSRİ Qadınlar Cəmiyyətinin geniş yığıncağında erməni qəsbkarlarının Azərbaycanda törətdikləri vəhşiliklər barədə məruzə edib, Ali Sovetin sessiyalarında cəsarətlə öz mövqeyini bildirib. 1992-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən təhsil işçilərinin həmkarlar təşkilatının qurultayında Xocalı faciəsini törədən erməni vəhşiliklərini müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin diqqətinə çatdırıb, fotoşəkillər, sənədlər nümayiş etdirib. 1995-ci ildə İzmirdə keçirilən türk xalqlarının Dostluq, Qardaşlıq qurultayının nümayəndəsi olub.
Gec Təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
II Təhmasib
II Şah Təhmasib (farsca: طهماسب) və ya Şah II Təhmasib (3 dekabr 1704, İsfahan – 11 fevral 1740, Səbzivar[d], Rəzəvi Xorasan ostanı) — Səfəvilər xanədanlığından olan X şahı (1722-1732). Səfəvilər xanədanlığından olan IX şah Sultan Hüseynin 3-cü oğlu. == Taxta çıxması == 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi əfqanlar Gülnabad döyüşündə Səfəvi dövlətinin hərbi qüvvələrini məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə alırlar. 8 ay davam edən mühasirə zamanı şəhərdə aclıq başlayır. Mühasirənin sonuna yaxın artıq şəhərdə küçə itləri belə qalmamışdı. Şah Hüseyn, bütün saray əyanları ilə Mir Mahmud Hotakinin qərargahına gedərək hakimiyyətdən əl çəkdiyini bildirir və şahlıq tacını Mir Mahmud Hotakinin başına qoyur. Qarşılığında isə ona sülalə üzvlərinin sağ qalacağına, özünə ehtiramla yanaşılacağına dair söz verilir. Lakin İsfahan hələ mühasirədə olarkən, şəhərdən kənarda olan Səfəvi qoşunlarından birinin başçısı Luristan valisi Əlimərdan xan Şah Hüseynə məktub yazaraq taxtdan imtina etməsini, qardaşı Abbas Mirzəni şah elan etməsini, Səfəvi qoşunun baş komandanı təyin etdiyi Ərəbistan valisi Seyid Abdullanın vəzifədən kənar edilməsini xahiş edir. Şah bütün tələbləri rədd edir. Əlimərdan xanın ikinci məktubunda şahdan şahzadələrdən birini ona qoşulması üçün göndərməsini xahiş edir.
I Təhmasib
Şah Təhmasib (fars. طهماسب‎) və ya Şah I Təhmasib (22 fevral 1514 – 14 may 1576, Qəzvin) — Səfəvi imperiyasının 1524-cü ildən 1576-cı ilə qədər hakimiyyətdə olmuş ikinci türk şahı. O, Şah İsmayılla Taclı Bəyimin ən böyük oğludur. Təhmasib Mirzə 23 may 1524-cü ildə (10 yaşında) atasının ölümündən sonra taxta çıxmışdır. Onun hakimiyyətinin ilk illəri qızılbaş liderləri arasında vətəndaş müharibələri ilə müşahidə olunmuş və bu 1532-ci ilə qədər davam etmişdir. 1532-ci ildə I Təhmasib bütün hakimiyyəti öz əlinə almış və mütləq monarxiyasını təmin etmişdir. Bundan qısa müddət sonra o, Osmanlı imperiyası ilə uzun müddət davam edəcək müharibə ilə qarşılaşmışdır. Bu müharibə 3 mərhələyə bölünməkdədir. Osmanlı hökmdarı Sultan Süleymanın hərbi əməliyyatları ilə başlayan müharibə 1555-ci ildə Amasiya sülh müqaviləsi ilə bitmişdir. Sülh müqaviləsinə əsasən Bağdad, Şərqi Anadolunun böyük bir hissəsi və indiki Gürcüstanın qərbi Osmanlı imperiyasına keçmişdir.
Məmmədhüseyn Təhmasib
Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (12 aprel 1907, Naxçıvan – 5 oktyabr 1982, Bakı) — Azərbaycan yazıçısı, ədəbiyyatşünası, folklorşünası, dramaturqu, ssenari müəllifi, tərcüməçisi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1970). Təhmasib Məmmədhüseyn Abbasqulu oğlu 1907-ci ilin 12 aprelində Naxçıvan şəhərində anadan olmuşdur. Bakı pedaqoji texnikumunu bitirmişdir (1923–1927). 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edəndən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930–1933). 1933–1936-cı illərdə Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində metodist, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1939–1951), dosent (1951–1959), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləmişdir (1944-cü ildən vəfatınadək). Ədəbi yaradıcılığa 1934-cü ildən başlamışdır. "Qaçaq Nəbi" adlı ssenarisini 1938-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirmişdir. "Bir qalanın sirri" (1960), "Onu bağışlamaq olarmı?" (1960) ssenariləri əsasında eyni adlı filmlər çəkilmişdir. "Bahar" (1938), "Aslan yatağı" (1941), "Çiçəklənən arzular" (1951), "Hind nağılı" (1956), "Rübailər aləmində" (1968) və b. pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
Rza Təhmasib
Rza Abbasqulu oğlu Təhmasib (8 (20) aprel 1894, Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası – 14 fevral 1980, Bakı) — Azərbaycanın kino və teatr rejissoru, aktyor və pedaqoqu, Azərbaycan SSR xalq artisti (1964). Rza Təhmasib Naxçıvanda dünyaya gəlmişdir. Elə uşaqlıqdan sənətə-teatra meyli olub. 16 yaşında ikən Tbilisidə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olmuşdur. 1922–1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937–1938-ci və 1953–1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür. Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçmişdir.
Təbaşir dövrü
Təbaşir dövrü — Mezozoy erasının sonuncu dövrü Yura dövründən sonra gələn dövr. Radioloji məlumatlara görə Təbaşir dövrü 145,5 milyon il bundan əvvəl başlamış, təqribən 66 miyon il əvvəl sona çatmışdır. 79 milyon il davam etmə müddəti ilə Fanerozoy eonunun ən uzun dövrüdür. Beynəxalq Statiqrafik Cədvəldəki adı "cretaceous" Latın dilindəki "creta" təbaşir sözündən götürülüb. Buna səbəb dövrün ikinci yarısının təbaşirli çöküntülərin zəngin olması olub. Adı adətən alman dilinəki tərcüməsi olan "Kreide" sözünün baş hərfi - "K" kimi qısaldılır. Müstəqil geoloji dövr kimi ilk dəfə 1822-ci ildə Belçika geoloqu Jan-Batist Omalius d’Allua tərəfindən Paris hövzəsinin təbəqələrini təsvir edərkən "Təbaşir relyefi" (Terrain Crétacé) adı ilə ayrılmışdır. Təbaşir adlanrıımasına səbəb Qərbi Avropada Üst Təbaşir aşlı süxurlarda təbaşirin (kalsium karbonat) üstünlük təşlik etməsi olub. "Cretaceous" sözü latın dilində "creta" təbaşir deməkdir. Təbaşir dövrü hər biri 6 mərtəbədən ibarət olan 2 şöbəyə bölünür: Alt və Üst.
Təhmasib Fərzəliyev
Təhmasib Əhməd oğlu Fərzəliyev (1928, Naxçıvan) — Folklorşünas, filologiya elmləri namizədi. Təhmasib Fərzəliyev 1928-ci ildə Naxçıvanda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, 1966-cı ildə «Azərbaycan xalq lətifələri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Folklorun nəzəri məsələlərinə dair elmi məqalələrin və monoqrafiyaların müəllifidir.
Təhmasib Mustafayev
Təhmasib Qarayev
Təhmasib Əjdərov
Əjdərov Təhmasib Hüseyn oğlu (17 aprel 1964, Bakı) — Azərbaycan və Ukrayna alimi; iqtisad elmləri doktoru (2002); işlədiyi dövrdə 1-ci dərəcəli Baş Dövlət Vergi Xidməti Müşaviri – Vergi Xidməti Generalı; sambo və qaçış üzrə idman ustası. Təhmasib Əjdərov 17 aprel 1964-cü ildə Bakıda anadan olmuşdur. Hərbi partiya məktəbini, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, Bakı Dövlət Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirərək, iqtisadçı və hüquqşünas ixtisaslarına yiyələnmişdir. Sonralar Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Xidməti Akademiyasında təhsil almışdır. Azərbaycanda vergi xidməti Maliyyə Nazirliyinin tərkibindən ayrıldıqdan sonra Baş Dövlət Vergi inspeksiyasında hüquq şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Bir müddət sonra isə Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə Baş Dövlət Vergi müfəttişliyinin rəis müavini təyin edilmiş, uzun illər həmin vəzifədə çalışmış, I dərəcəli Baş Dövlət Vergi Xidməti Müşaviri (vergi xidməti generalı) rütbəsinə qədər yüksəlmişdir. Fransa, Almaniya, Avstriya və Türkiyədə vergi üzrə beynəlxalq ixtisasartırma kurslarını müvəffəqiyyətlə bitirərək, həmin ölkələrin sertifikatlarını almışdır. 1996-cı ildə İqtisadiyyat İnstitutunun aspiranturasını əla qiymətlərlə bitirərək namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 1997-ci il tarixli qərarı ilə Təhmasib Hüseyn oğlu Əjdərova "İqtisad elmləri namizədi" alimlik elmi dərəcəsi verilmişdir. Azərbaycanda vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi problemləri üzrə ilk tədqiqatçı alimdir.
Üst təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Şərq treması
Şərq treması (lat. Trema orientale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin trema cinsinə aid bitki növü.
Aron Tamaşi
Aron Tamaşi (tam adı: Aron Tamaşi, mac. Áron Tamási; 20 sentyabr 1897, Lupeni[d], Hargita judeçi[d] – 26 may 1966[…], Budapeşt) — Macarıstan yazıçısı. Vətəni Transilvaniyada və Macarıstanda əsl Sekel tərzində yazdığı hekayələrinə görə məşhurdur. == Həyatı == Udvarhey medyesində (indiki Lupeni, Hargita medyesi) Farkaşlakada sekel ailəsində anadan olmuş Tamaşi Babeş-Boyyai Universitetində hüquq və kommersiya ixtisası üzrə təhsil almışdır. 1923-cü ildə ABŞ-yə köçdükdən az müddət sonra Transilvaniya Rumıniyanın tərkib hissəsinə çevrilmişdir. Macar dilində ilk romanlarını da həmin dövrdə yazmışdır. Tezliklə bu əsərlər Kluj-Napokada dərc olunmuş və böyük rəğbət qazanmışdır. Tamaşi 1926-cı ildə evinə qayıtmış və 1944-cü ilədək Transilvaniyada yaşamışdır. Tamaşinin həmin dövrə aid ən məşhur əsərlərindən biri Harqita dağlarında tək yaşayan sekel oğlan, gənc meşəbəyi Abelin macəraları barədə roman trilogiyasıdır. Tamaşi 1944-cü ildə Budapeştə köçmüş və 1966-cı ildə ölənədək orada məskunlaşmışdır.
Reynald Temari
Reynald Temari (d. 1967) — Taiti Futbol Federasiyasının rəhbəri. FİFA Nizam İntizam Komitəsi tərəfindən etik kodekslərə əməl etmədiyi üçün 2015-ci ilin may ayında 8 il müddətinə cəzalanıb. Bu müddətdə onun bütün daxili və beynəlxalq yarışlarda futbolla hər hansı bir əlaqəsi qadağan olunub. Cəzaya səbəb onun 2010-cu ildə Asiya Futbol Federasiyaları Konfederasiyasının o zamankı prezidenti Muhammed bin Hammamdan külli miqdarda pul alaraq bəzi uyğunsuzluqları ört-basdır etməsi olub.
Alabaşlı hematit yatağı
Alabaşlı hematit yatağı — Azərbaycanın Gəncə şəhərindən 16 kilometr şimal-qərbdə, Şəmkirdən 20 kilometr şərqdə, Kiçik Qafqazın şimal-şərq yamaclarında hematit yatağı. Yatağın geoloji quruluşunda qalınlığı 200–250 metr olan vulkan mənşəli Orta Yura süxurları (tufqumdaşlı, tuf-brekçiya, tuf-konqlomerat) iştirak edir. Bu süxurlarda qalınlığı 1–3 metr olan 10-a qədər hematit layı var. Oxşarlığına və formasına görə yataqda üst və alt filiz təbəqələri ayrılır. Təbəqələrin yatım bucağı 15–20°-dir. Filizin tərkibində 18,3–48,4% dəmir olur. Filizdə hematitdən başqa pirit, xalkopirit, kvars, kaolinit və s. minerallar da var. Yataq hidrotermal mənşəlidir.
II Təhmasib Səfəvi
II Şah Təhmasib (farsca: طهماسب) və ya Şah II Təhmasib (3 dekabr 1704, İsfahan – 11 fevral 1740, Səbzivar[d], Rəzəvi Xorasan ostanı) — Səfəvilər xanədanlığından olan X şahı (1722-1732). Səfəvilər xanədanlığından olan IX şah Sultan Hüseynin 3-cü oğlu. == Taxta çıxması == 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi əfqanlar Gülnabad döyüşündə Səfəvi dövlətinin hərbi qüvvələrini məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə alırlar. 8 ay davam edən mühasirə zamanı şəhərdə aclıq başlayır. Mühasirənin sonuna yaxın artıq şəhərdə küçə itləri belə qalmamışdı. Şah Hüseyn, bütün saray əyanları ilə Mir Mahmud Hotakinin qərargahına gedərək hakimiyyətdən əl çəkdiyini bildirir və şahlıq tacını Mir Mahmud Hotakinin başına qoyur. Qarşılığında isə ona sülalə üzvlərinin sağ qalacağına, özünə ehtiramla yanaşılacağına dair söz verilir. Lakin İsfahan hələ mühasirədə olarkən, şəhərdən kənarda olan Səfəvi qoşunlarından birinin başçısı Luristan valisi Əlimərdan xan Şah Hüseynə məktub yazaraq taxtdan imtina etməsini, qardaşı Abbas Mirzəni şah elan etməsini, Səfəvi qoşunun baş komandanı təyin etdiyi Ərəbistan valisi Seyid Abdullanın vəzifədən kənar edilməsini xahiş edir. Şah bütün tələbləri rədd edir. Əlimərdan xanın ikinci məktubunda şahdan şahzadələrdən birini ona qoşulması üçün göndərməsini xahiş edir.
II Şah Təhmasib

I Şah Təhmasib
Şah Təhmasib (fars. طهماسب‎) və ya Şah I Təhmasib (22 fevral 1514 – 14 may 1576, Qəzvin) — Səfəvi imperiyasının 1524-cü ildən 1576-cı ilə qədər hakimiyyətdə olmuş ikinci türk şahı. O, Şah İsmayılla Taclı Bəyimin ən böyük oğludur. Təhmasib Mirzə 23 may 1524-cü ildə (10 yaşında) atasının ölümündən sonra taxta çıxmışdır. Onun hakimiyyətinin ilk illəri qızılbaş liderləri arasında vətəndaş müharibələri ilə müşahidə olunmuş və bu 1532-ci ilə qədər davam etmişdir. 1532-ci ildə I Təhmasib bütün hakimiyyəti öz əlinə almış və mütləq monarxiyasını təmin etmişdir. Bundan qısa müddət sonra o, Osmanlı imperiyası ilə uzun müddət davam edəcək müharibə ilə qarşılaşmışdır. Bu müharibə 3 mərhələyə bölünməkdədir. Osmanlı hökmdarı Sultan Süleymanın hərbi əməliyyatları ilə başlayan müharibə 1555-ci ildə Amasiya sülh müqaviləsi ilə bitmişdir. Sülh müqaviləsinə əsasən Bağdad, Şərqi Anadolunun böyük bir hissəsi və indiki Gürcüstanın qərbi Osmanlı imperiyasına keçmişdir.
Odla Təmasda (1972)
Film Azərbaycan xalqının bir çox ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqəsinə həsr olunmuşdur. Kinolentin ilk kadrlarından bəlli olur ki, Bakının yaşı min ildən çoxdur. Abşeron nefti hələ Makedoniyalı İsgəndərin zəmanəsində "odlu yağ" adı ilə məşhurmuş. Filmdən bu da məlum olur ki, Azərbaycanın xarici ölkələrlə əlaqəsi ta qədimdən bu günədək ardıcıl olaraq mövcud imiş. Və bu mövcudluq Azərbaycan, Hindistan neftçilərinin dostluğunda, Bakıda keçirilən Asiya, Afrika və Latın Amerikası yazıçılarının beynəlxalq konfransında, görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin Bağdad milli balet məktəbinə rəhbərliyini əks etdirən kinokadrlarda təzahür olunur. Eyni zamanda göstərilir ki, Azərbaycanın xarici ölkələrlə mədəni-iqtisadi əlaqəsi gündən-günə inkişaf edir.
Təhmasib kəndi (Çaldıran)
Təhmasib kəndi (fars. طهماسب كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (15 ailə).