Aron Tamaşi (tam adı: Aron Tamaşi, mac. Áron Tamási; 20 sentyabr 1897[1][2], Lupeni[d], Hargita judeçi[d] – 26 may 1966[3][1][…], Budapeşt[3]) — Macarıstan yazıçısı. Vətəni Transilvaniyada və Macarıstanda əsl Sekel tərzində yazdığı hekayələrinə görə məşhurdur.
Aron Tamaşi | |
---|---|
mac. Áron Tamási | |
Doğum adı | Tamás János |
Doğum tarixi | 20 sentyabr 1897[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 26 may 1966[3][1][…] (68 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, yazıçı |
Fəaliyyət illəri | 1925-ci ildən |
Əsərlərinin dili | Macar dili |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Udvarhey medyesində (indiki Lupeni, Hargita medyesi) Farkaşlakada sekel ailəsində anadan olmuş Tamaşi Babeş-Boyyai Universitetində hüquq və kommersiya ixtisası üzrə təhsil almışdır. 1923-cü ildə ABŞ-yə köçdükdən az müddət sonra Transilvaniya Rumıniyanın tərkib hissəsinə çevrilmişdir. Macar dilində ilk romanlarını da həmin dövrdə yazmışdır. Tezliklə bu əsərlər Kluj-Napokada dərc olunmuş və böyük rəğbət qazanmışdır. Tamaşi 1926-cı ildə evinə qayıtmış və 1944-cü ilədək Transilvaniyada yaşamışdır.
Tamaşinin həmin dövrə aid ən məşhur əsərlərindən biri Harqita dağlarında tək yaşayan sekel oğlan, gənc meşəbəyi Abelin macəraları barədə roman trilogiyasıdır. Tamaşi 1944-cü ildə Budapeştə köçmüş və 1966-cı ildə ölənədək orada məskunlaşmışdır. Vəsiyyətinə əsasən, Rumıniyada şərqi Transilvaniyada etno-mədəni bölgə olan doğma Sekelistanda dəfn edilmişdir.