Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teruki Miyamoto
Teruki Miyamoto (26 dekabr 1940 - 2 fevral 2000) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 19 qol vurub.
Sunja (Terekin qolu)
Sunja (rus. Sunja,inquş. Шолжа , çeçen. Соьлжа , Qumuq. Сююнч ) çayı- Şimali Qafqazın şərq hissəsində yerləşir. Terek çayının sağ qoludur. Uzunluğu - 278 km, hövzə sahəsi - 12 000 km². Mənbə Böyük Qafqaz dağ silsiləsinin şimal yamacında, 1200 m yüksəklikdədir, orta bulanıqlıq 3800 q / m³: çay ildə 12,2 milyon ton çöküntü daşıyır. Suvarma üçün istifadə olunur. == Axın == Sunja çayı, Uşkort dağ silsiləsindəki buzlaqlardan qaynaqlanır, Üçxut dağ silsilələrini keçərək Suqulta və Sunji-kort dağları arasındakı dərəyə girir.
Tərki şamxallığı
Tərki şamxallığı — X əsrdən 1867-ci ilədək Dağıstan ərazisində mövcud olmuş feodal dövlət. == Tarixi == Övliya Çələbi bu xanlığın torpaqları üçün "Kumuğıstan" və "Dağıstan-i Qumuq" təbirlərini işlətmişdir. Şamxal dağlıq bölgədə iqamət edirdi. Şamxallığın mərkəzi Tərki kəndi idi. Şamxal Çobanın 1578-ci ildə ölümü üzərinə yerinə keçən oğlu Sultan But zamanında idarə mərkəzi Teymurxan-Şuraya köçürüldü. Bu xanlığın Dağıstanın ən şimalında yer alması, Qazan və Həştərxan xanlıqlarının yıxılmasının ardından daha cənuba enmə fürsəti tapan ruslarla qumuqların qarşı qarşıya gəlməsinə yol açdı. Qumuqlar, 1586-cı ildən etibarən başlayan Rus hücumlarına və işğal hərəkətlərinə qarşı, digər müsəlman Qafqaz xalqlarıyla birlikdə XVI–XVIII əsrlər arasında osmanlıların da dəstəyini alaraq XIX əsrin ikinci yarısına qədər sürəkli mübarizə apardılar. Tarixi mənbələrdə III Surxay Gəray şamxal Müzəffər oğlu "Şamxal-şah", "Dağıstan padşahı" titulları altında məşhurdur. Bu ləqəb (titul) altında müasirləri onu vətən qarşısında böyük xidmətlərini qeyd edib, etiraf ediblər. Hələ erkən uşaqlıq illərində atası Gəray şamxal Surxayı Böyük Şah Abbasa amanat vermişdi.