Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
IEC
Beynəlxalq Elektrotexnika Komissiyası - (ing. International Electrotechnical Commission, IEC, rus. Международная электротехническая комиссия, türk. Uluslararası Elektroteknik Komisyonu) – elektronika və elektrotexnika sahəsində, o cümlədə elektrik və başqa avadanlıqların təhlükəsizliyi üzrə standartlarla məşğul olan beynəlxalq təşkilat. Əsası 1906-cı ildə qoyulub və Cenevrə şəhərində yerləşir. Dünyanın 81 ölkəsi bu komissiyanın üzvüdür. IEC ölçü vahidləri, xüsusən, qauss, hers və veber üçün standartların inkişafına və yayılmasına yardım edib. == Həmçinin bax == Amerika Milli Standartlar İnstitutu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ləc
Ləc (Soyuqbulaq) —
NEC
NEC (tələffüzü «En-i-si», yap. 日本電気株式会社, Nippon benki kabunsiki zaysya, ing. Nippon Electric Corporation) — kompüter texnikası, telekommunikasiya avadanlığı istehsal edən Yaponiya telekommunikasiya şirkətləri. Mənzil-qərargahı Tokioda yerləşir. Bu şirkət 2022-ci ildə "Fortune Global 500" siyahısında 432-ci yeri tutmuşdur. NEC "Sumitomo Group"un üzvüdür. == Tarixi == Şirkət 1899-cu ildə Tokioda açılmışdır. Fəaliyyətinin ilk illərində NEC telefon avadanlıqlarının istehsalı ilə məşğul olmuşdur, lakin 1920-ci ildən başlayaraq, şirkət praktiki olaraq kommunikasiya sahəsinin bütün istiqamətlərində fəaliyyət göstərmişdir. Şirkət NEC-in mobil telefon bölməsi ilə "Casio" və "Hitachi" tərəfindən 1 aprel 2004-cü ildə yaradılmış "Casio Hitachi Mobile Communications" müəssisəsinin birləşməsi nəticəsində "NEC Casio Mobile Communications" adı altında yaradılmışdır. Daxili bazarda azalan səhmləri gördükdən sonra "NEC Casio" 2013-cü ilin iyul ayında smartfon istehsalı biznesindən çıxdığını elan etmişdir.
Peç
Peç bu mənaları ifadə edə bilər: Peç (Macarıstan) — Macarıstanda şəhər. Peç (Kosovo) — Kosovoda şəhər.
TAC
Tac
TED
TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan,şəxsi qeyri-kommersiya fondudur.İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir.İdeyaların mövzuları fərqlidir:elm,incəsənət,dizayn,mədəniyyət,biznes,qlobal problemlər,texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir. Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur. == Tarix == Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur. 1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur. == TED Talks == TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır. iPhone və Android qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur.
TLC
TLC Norway — Norveç telekanalı. TLC Türkiye — Türkiyə özəl telekanalı.
TeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Tej
Tej-alkoqollu içkidir. == Haqqında == Efiopiya xalqlarının hazırladığı içkidir. Qeyşu ağacının budaqları və yarpaqlarından hazırlanır ki, bal və acılıq verən ədviyyatlar əlavə edilir.Bu içkinin şirin, zəif alkoqollu əvəzləyicisi Berz adlanır.Tej həmçinin ev içkisidir. Bunu Efiopiya toylarında istifadə edirlər.
Tel
Tel — alının üstünə düşən saçlar. Bəzi subkulturaların bildiricisi olar bilər, məsələn, emoların və ya qanuni oğru ideologiyası ilə gedən insanların.
Teo
Teo (belar. Юрый Вашчук) — 24 yanvar 1983-də anadan olan Belaruslu müğənni. Teo Cheesecake mahnısı ilə Belarusu 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Tex
Dığ və ya Tex (erm. Տեղ — Teğ) — Ermənistanın Gorus rayonunda və Sünik mərzının kənd. Kənd Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan Respublikasını birləşdirən "Həyat yolu" adlanan ərazidə yerləşir. Kənd Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Kəndin digər adı "Dığ" olmuşdur. Toponim fars dilində "kənd, qışlaq" mənasında işlənən dex (> tex) sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Burada 1926-cı ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1926–1929-cu illərdə onlar kənddən sıxışdırılıb çıxarlımışdır.
Teü
Teü (fr. Théus, oks. Teüs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05171. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 189 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 108 nəfərin (15-64 yaş arasında) 88 nəfəri iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 81.5%, 1999-cu ildə 71.7%). Fəal 88 nəfərdən 78 nəfəri (47 kişi və 31 qadın), 10 nəfəri işsizdir (3 kişi və 7 qadın).
Teş
Teş (fr. Têche) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38500. Kommunanın 2012-ci il üçün əhalisi 581 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 162 ilə 411 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 27 km qərbdə yerləşir.
Tər
Tər — tər vəzləri vasitəsilə duz və üzvi maddələrdən yaranan su məhlulu. Tərin yaranması bir çox bioloji varlıqlarda termotənzimləyici rolunu oynayır. Tər həmçinin, məməlilər arasında sosial-bioloji prosesdə informasiya ötürülməsində əhəmiyyətli rol oynayır. Tərlə feremonlar və bir çox bioloji aktiv maddələr çıxarılır. İnsanda ən çox vəzlər əldədir — bir kvadrat santimetrdə 600 ədəddir. Tər subyektin cinsindən asılı olaraq həm cəlb edə, həm də ikrah hissi yarada bilər. Sağlam və təmiz insanda tər iy vermir. Tərin xüsusi iyi insan bədənində yaşayan bakteriyalar çoxalanda yaranır. == Ədəbiyyat == Ferner S, Koszmagk R, Lehmann A, Heilmann W (1990). "[Reference values of Na(+) and Cl(-) concentrations in adult sweat]".
Tey
Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == == Toponimikası == Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası == == Əhalisi == Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Düm Tek Tek
Düm Tek Tek-Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Belçikada yaşayan türk müğənni Hadisə ifa edəcəkdir. == Klip == Bu il may ayında Moskvada keçiriləşəcək 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisə “Düm Tek Tek” adlı mahnısına klip çəkdirib. Klipin çəkilişi Tarkanın kliplərinin rejissoru Metin Arolata həvalə olunub. Hadisə çəkilişlərdə alovlar içində “Düm Tek Tek” mahnısını səsləndirib. Klip bəzi səbəblərə görə Türkiyənin TRT kanalında klipin yayımlanması qadağan olunmuşdur.
TBC Bank
TBC Bank qərargahı Gürcüstanın paytaxtı Tblisi şəhərində yerləşən universal gürcü bankdır. TBC Bank adı, kökünü 1992-ci ildən bəri əsl adı olan Tbilisi Biznes Mərkəzi ilə əlaqələndirir. Hal-hazırda TBC bankın rəsmi adı olaraq qeyd olunur, beləki orijinal adın qısaldılması deyildir. London Fond Birjasında siyahılanmış və FTSE 250 İndeksinin tərkib hissəsidir . == Tarixi == TBC Bank 1992-ci ildən başlayaraq iki gürcü iş adamı Mamuka Khazaradze və Badri Japaridze, digər gürcü tərəfdaşları ilə birlikdə TBC olaraq qısaldılmış Tiflis Biznes Mərkəzini qurdular. 1990-cı illərin əvvəllərində Gürcüstanda bankın yaradılması üçün tələb olunan 500 ABŞ dollar məbləğində ilkin kapitalı ilə bankı qurdular. Banka 20 yanvar 1993-cü ildə NBG (85 №-li Baş bank lisenziyası) lisenziyası verildi və 1993-cü ilin mayında beynəlxalq əməliyyatlar aparmaq üçün başqa bir lisenziya verildi. 1995-ci ildə bank bir filialı və 29 işçisi ilə fəaliyyət göstərirdi, ümumi aktivləri 1.4 milyon dollar təşkil edir. 1993-cü ildə banka qoşulan Vaxtanq Butskhrikidze, 1995-ci ildə TBC-nin Baş İcraçı Direktoru (CEO) vəzifəsinə təyin edildi və təyin edildiyi gündən bu vəzifədə qaldı. 11 iyun 2014 tarixində London Fond Birjası, Qlobal Depozit Girişləri (GDR) siyahısından sonra TBC Bankı Əsas Bazarda qarşıladı.
TED konfransı
TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan,şəxsi qeyri-kommersiya fondudur.İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir.İdeyaların mövzuları fərqlidir:elm,incəsənət,dizayn,mədəniyyət,biznes,qlobal problemlər,texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir. Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur. == Tarix == Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur. 1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur. == TED Talks == TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır. iPhone və Android qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur.
TEV-DEM
Demokratik Cəmiyyət uğrunda Hərəkat (kürd. Tevgera Civaka Demokratîk, TEV-DEM, ərəb. حركة المجتمع الديمقراطي‎, klass. süry. ܙܘܥܐ ܕܟܢܫܐ ܕܝܡܩܪܐܛܝܐ) — Suriyanın şimalında solçu təşkilat. 16 Yanvar 2011-ci ildə qurulan təşkilatın məqsədi Suriya cəmiyyətini demokratik bir konfederalist sistem altında təşkil etməkdir. TEV-DEM-ə hazırda həmsədrlər Zəlal Caqar və Xarib Heso rəhbərlik edir. == Tarixi == Ərəb baharı 2011-ci ilin əvvəlində Suriyaya çatanda etirazlar şimaldakı kürdlərin yaşadığı bölgələrə də yayılmışdı. Suriyalı kürdlər arasında böyük bir nüfuza sahib olan Demokratik Birlik Partiyası (PYD) Kürd Milli Şurası (ENKS) ilə fəal rəqabət aparırdı. Yaranmış fikir ayrılığının əsas məqamlarından biri PYD-nin rejim dəyişikliyinə çağırma mövqeyi ilə bağlı idi.
TLC Norway
«TLC Norway» — «Discovery Communications» şirkətinin sahibləndiyi Norveç telekanalı. Telekanalın əsas hədəfi 25-49 yaş arası qadınlardır. Telekanal 4 mart 2010-cu ildən yayımlanmağa başlayır. O, «Discovery Travel & Living Europe» kanalanın əvəzinə yaradılmışdır.
TLC Türkiye
«TLC Türkiye» — «Discovery Communications» şirkətinin 6 noyabr 2015-ci ildə «CNBC-e» telekanalının yerinə qurduğu teleseriallar və realiti şoular yayımlayan Türkiyə özəl telekanalı. Telekanalın günorta yayımı əsasən həyat tərzi mövzulu verilişlərdən, gecə yayımı isə Gəzən ölülər, Vikinqlər və Dolça kimi teleseriallardan ibarətdir.
Tac (qrup)
Tac — 1990-cı ilin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş rok qrupu. == Tarixi == 1990-cı ildə keçirilən "Odlar Yurdu – 90" festivalında Yaşar Baxış müsabiqədən kənar üç alman qrupu ilə festivalın qonaqları qismində qrupun tərkibində çıxış etmişdir. Daha sonra qrup genişlənmiş, onun tərkibinə Xana Qalsanova və Cəsur Nemətov (Yuxu) daxil edilmiş, bəstəkar Eldar Mansurov isə layihənin bədii rəhbəri olmuşdur.
Tac Mahal
Tac Mahal (Devanaqari: ताज महल, Nəstaliq: تاج محل) — Hindistanda tikili. Dünyanın yeni yeddi möcüzəsindən biri. Cahan şah 23 il ərzində qəddar babası Cahangir şahdan nəsihət alardı. Babası ona həmişə arvadının sözünə baxmamağı tapşırardı. Bundan ilham alan Şahzadə Cahan həmişə qəddar olar, digər qardaşlarından seçilərdi. Ona görə babası Cahangir şahın gözünə girərdi. Ancaq 29 yaşında ölkəni gəzmək istəyən Şahzadə, Mümtazı görən kimi ona aşiq olur və babasının sözündən çıxaraq, Cahangir şaha nifrət bəsləyir. 32 yaşında babasını öldürüb, onun mirasına sahib olur və Mümtazla evlənir. Cahan şahın arvadı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı.
Tac arteriyalar
Tac arteriyalar və ya sağ və sol tac arteriyalar (lat. arteriae coronariae dextra et sinistra) — aorta soğanağından şaxələnən və ürəyi qanla təchiz edən (qidalandıran) damarlardır. === Sağ tac arteriya === Sağ tac arteriya (lat. arteria coronaria dextra) aortanın sağ cibindən başlayaraq sağ qulaqcıq seyvanı vəağciyər kötüyü arası ilə və ürəyin tac sırımı ilə onun sağ kənarına çatır və burada arxa səthinə keşərək (lat. ramus interventricularis posterior (rami descendens posterior BNA)) – mədəciklərarası şaxə adı ilə arxa boylama şırım ilə ürəyin zirvəsinə çatır. Bu damar arterial konusa, sağ qulaqcığa və mədəciklərə məxsus şaxələr verir. === Sol tac arteriya === Sol tac arteriya (lat. arteria coronaria sinistra) aortanın sol cibindən başlayıb ağciyər kötüyünün arxa və sol tərəfilə qabağa doğru gedir və sol qulaqcıq seyvanı ilə ağciyər kötüyünün arasında xaricə çıxır və burada iki şaxəyə ayrılır. a) Ramus circumflexus – dolanan şaxə tac şırımla bayır tərəfə gedib ürəyin sol kənarından arxa səthinə keçır və orada cağ tac arteriyanın dal mədəcikarası şaxəsinə çatır. b) Ramus interventricularis anterior (ramus descendens anterior BNA) – ön mədəcikarası şaxə ürəyin ön boylama şırımı ilə aşağı doğru gedir və zirvəsində sağ tac arteriyanın dal mədəcikarası şaxəsilə anastomozlaşır.