Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.[1]
Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü[2][3] əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər[5]. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır[6]. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Молчанова О.Т. Структурные типы тюркских топонимов Горного Алтая, Саратов, Издство Саратовского Университета, 1982. s.239
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.548
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.68–69, 142–143
- ↑ История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.205
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.68–69, 142–143
|
---|
Şəhərlər | |
---|
Rayonlar (1930–1995) | |
---|
Mahallar | |
---|