Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tinca tinca
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. == Morfoloji əlamətləri == D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Tina Karol
Tina Qriqoryevna Karol (ukr. Тіна Григорівна Кароль), doğum adı Tatyana Qriqoryevna Liberman (ukr. Тетяна Григорівна Ліберман; d. 25 yanvar 1985, Orotukan, Yaqodin, Maqadan vilayəti, RSFSR, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (2017). == Həyatı == Tina Karol 25 yanvar 1985-ci ildə Rusiyanın Maqadan vilayətində yerləşən Orkutan qəsəbəsində anadan olmuşdur.1992-ci ildə ailəsi ilə birlikdə Ukraynaya köçən Tina 2004-cü ildə Kiyev Ali Musiqi Məktəbini bitirmişdir."Novaya Volna-2005" müsabiqəsində iştirak etdikdən sonra Ukraynada populyarlıq qazanmışdır. 2006-cı ildə buraxdığı “Show me your love” albomu uğur qazanır və Ukrayna Tinanı 2006 Avroviziya Mahnı Müsabiqəsinə göndərməyi qərara alır. Yunanıstanın paytaxtı Afinada keçirilən müsabiqədə Tina “Show Me Your Love” (Azərbaycan dilində: "Mənə sevgini göstər") mahnısını ifa edir və 7-ci yerə layiq görülür. İndiyədək onun 3 albomu və 8 sinqlı işıq üzü görüb.
Tina Macorino
Tina Macorino (ing. Tina Marie Majorino; 7 fevral 1985) — İtalyan əsilli ABŞ aktrisasıdır. == Seçilmiş filmoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Tina Macorino — IMDb səhifəsi Interview in Stumped?
Tina Törner
Tina Törner (ing. Tina Turner; 26 noyabr 1939[…], Braunsvill[d], Tennessi[…] – 24 may 2023, Küsnaxt[d]) — amerikalı müğənni, rəqqas, aktrisa və yazıçı. "Rok-n-Roll kraliçası" kimi tanınan Törner solo ifaçı kimi uğurlu karyerasına başlamazdan əvvəl Ike & Tina Turner Revue qrupunun aparıcı müğənnisi kimi tanınıb. Tina Törner eyni zamanda moda ikonu olaraq da məşhurlaşmışdır. == Həyatı == Əsil adı Anna Mae Bulok olan Tina Törner, 1939-cu ilin 26 noyabr tarixində ABŞ-nin Tennessi ştatında yerləşən kiçik Natbuş şəhərində anadan olmuşdur. Sent-Luis şəhərində yerləşən gecə klublarında səhnəyə çıxmağa başlayan Tina Törner sonralar evlənəcəyi gitarist İka Turner tərəfindən kəşf edilmişdir. 1956-cı ildə İka Turnerin yaratdığı qrupa vokalist olaraq qoşulması çütlüyün arasında olan münasibəti evliliyə qədər aparmışdır. İka Turnerin irrasional hərəkətləri səbəbindən çütlük 1975-ci ildə ayrılır. 1975–1983-cü illər aralığında fəaliyyəti istədiyi kimi alınmayan Törner, 1983-cü ildə Capitol adlı albom şirkəti ilə müqavilə imzalayır. Al Qreen tərəfindən məşhurlaşdırılan Let's Stay Together mahnısını ifa etməsi Törnerin məşhurluğunun artmasına səbəb olur və İngiltərə Top 10 sinql arasına girməyi bacarır.
Tina Çou
Tina Çou (ing. Tina Chow; 18 aprel 1950, Leykvyu[d], Ohayo – 24 yanvar 1992, Pasifik-Paliseyds[d], Kaliforniya) və ya doğum adı ilə Bettina Luiza Luts (ing. Bettina Louise Lutz) – yaponəsilli ABŞ modeli, restorançısı, zərgərlik dizayneri və heykəltəraşı. == İlk illəri == Tina Çou 1950-ci ildə Ohayo ştatının Leykvyu qəsəbəsində doğulmuşdur. Onun doğum adı Bettina Luiza Lutsdur. Anası Mona Furuki yapon, atası Volter Edmund Luts isə almanəsilli amerikalı olmuşdur. Volter Furuki ilə ABŞ ordusunun tərkibində Yaponiyada hərbi xidmət edərkən tanış olmuşdur. Bettina bir neçə aylıq olanda valideynlərinin sevgisindən bəhs edən "Mən yapon müharibə gəlini idim" filmində rol oynamışdır. Bettina 1966-cı ildə ailəsi ilə birlikdə iş səbəbilə Tokioya köçmüş, daha sonra Tokioda yerləşən Sofiya Universitetinə daxil olmuşdur. == Karyerası == Tina Çou karyerasına 1968-ci ildə Yaponiyanın "Shiseido" kosmetika şirkəti üçün, eləcə də, İssey Miyake üçün modellik etməklə başlamışdır.
Bina
Bina — insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti.
Kina
Kina — Papua-Yeni Qvineyanın pul vahidi. == Xarici keçidlər == Currency (Official Bank of PNG) Bank of Papua New Guinea PDF Arxivləşdirilib 2006-01-13 at the Wayback Machine Papua New Guinea Paper Money Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mina
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. == Azərbaycan ərazisində minalar == Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. == Zərərsizləşdirilməsi üsulları == Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Nina
Nina — ad. Nina Balaban — Makedoniyalı atıcı. Nina Loblovskaya — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi Nina Zilli — İtalyan müğənnisi. Nina Dobrev — bolqar mənşəli Kanada aktrisası. Nina Badriç – Xorvatiyalı müğənni.
Tinqa
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. == Morfoloji əlamətləri == D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Tiya
Tiya — Yuyanın qızı, firon III Amenofisin arvadı.
Tona
Tona, Tana (erm.: e.ə. Դեբեդ, l.ə. Debed, gür.: g.ə. დებედა, l.ə. Debeda) — indiki Ermənistan və Gürcüstan ərazilərindən axan çay. Anaxatır çayının sağ qolu. XIX əsrin sonu, XX əsrin əvvəllərinədək Rus mənbələrində tarixi Borçalı mahalının adı ilə Borçalı çayı adlanırdı. == Adın mənşəyi == == Coğrafi mövqeyi == Tona hövzəsi Kiçik Qafqazın təqribən orta hissəsində, Ermənistan (yuxarı və orta axımı) və Gürcüstan (aşağı axımı) ərazisində yerləşir. Hövzə 44° və 45°10′ şərq uzunluqları və 40°30′ ilə 41°15′ şimal enlikləri arasında yerləşir. Tona çayı iki ən böyük qolları olan Cəlaloğlu və Pəmbək çaylarının birləşməsindən yaranır.
Tuna
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Tında
Tında (rus. Тында) — Rusiya Federasiyasında yerləşən şəhər, Amur vilayətinə daxildir.
Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. == Coğrafiya == Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Xına
Xına (lat. Lawsonia inermis) – lawsonia cinsinə aid bitki növü. Xına – ilk dəfə Şimali Afrikada becərilməyə başlanan xına daha sonra şərqdə Hindistana ordan isə Avropaya gətirilmişdir. Xınadan uzun müddət bəzək vastəsi kimi istifadə olunub və bu gündə istifadə olunur lakin araşdırmalar göstərir ki, xına bəzək vasitəsi olmaqla yanaşı həm də insan sağlamlığında böyük əhəmiyyətə malikdir. Misir heroqliflərinə nəzər saldığımız zaman hələ qədim Misirdə xınadan müalicə vəsitəsi kimi istifadə olunduğunu görərik. == Təbabətdə == Məhəmməd Möminin 1669-cu ildə yarzırdı ki, cüzamın ilk mərhələsində 14 q hənanın süzülmüş həlimini 315 q şəkərlə hər gün qəbul etmək lazımdır. Əgər bu müalicə bir ay davam edirsə, bu cüzamın şiddətlənməsinin qarşısını alar. Həna həlmindən sarılıqda, ələş xəstəliyində, böyrəkdə və sidik kisəsində daş olarkən, sidik çətin gəldikdə istifadə etmək lazımdır. O, hamilə qadınlarda uşaq salmaq qabiliyyətinə malikdir. Mütəmadi 9 q quru həna qəbul edilərsə, koliti müalicə edər.
Dina
Dina — qadın adı. Dina Qorina — Azərbaycanı təmsil edən bədii gimnast. Dina Ulyanova — Azərbaycanı təmsil edən basketbolçu. Dina Lebo Falula — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Dina Tumarkina — Azərbaycan teatr aktrisası Dina Qəhrəmanova — azərbaycanəsilli, Kanada qadın şahmatçısı. Dina Qaripova — Tatarıstan Respublikasının əməkdar artisti.
Zina
Zina — ümumi mənada, bir-biri ilə evli olmayan iki şəxsin razılaşdırılmış cinsi əlaqəsi. Razılıqla cinsi əlaqədə olan partnyorlardan biri və ya bir neçəsi başqa bir şəxslə evlənərsə, buna zina deyilir. Jan Kalvin zinaya cinsi əlaqə üçün ilahi modeldən kənar hər hansı seksual akt kimi baxırdı. Bir çox insanlar üçün bu termin əxlaqi və ya dini bəyənilməzlik çalarları daşıyır, lakin bu terminin tətbiq olunduğu seksual aktların əhəmiyyəti dinlər, cəmiyyətlər və mədəniyyətlər arasında dəyişir. Müasir istifadədə bu termin tez-tez nikahdan əvvəl seks, nikahdankənar seks və ya əyləncəli seks kimi daha çox mühakimə - neytral terminlərlə əvəz olunur. == Tarix, mədəniyyət və qanunlar arasında == American Sociological Review tərəfindən 2000-2008-ci illər arasında inkişaf etməkdə olan 31 ölkəni əhatə edən sorğu göstərib ki, “yəhudilərin 94 faizi... xristianların 79 faizi, buddistlərin 65 faizi, müsəlmanların 43 faizi və hinduistlərin 19 faizi nikahdan əvvəl cinsi əlaqədə olduqlarını bildiriblər." === Böyük Britaniya === 1170-ci illərdə "cütlüklərin evlənmədən əvvəl birgə yaşaması və əmiuşağıların bir-biri ilə evlənməsi adi bir təcrübə idi" və orta əsr İngiltərəsində hər hansı sosial səviyyədə zinakarlar ətrafında çox az stiqma var idi. Məsələn, Fateh Vilhelmin Normandiya taxtına keçmək hüququ onun zinakar olması və Harold Qodvinsonla İngiltərəni kimin idarə edəcəyi ilə bağlı münaqişəsində bu məsələ ona qarşı bir arqument olaraq qaldırılmamışdır. Ancaq bir neçə nəsil sonra zinakarlar artıq ingilis taxtına iddia edə bilməyəndə münasibət dəyişdi. Valdensilər zinakarlıqda günahlandırılan və bunu günah saymayan orta əsr təriqəti idi.
Horas və Tina
Tina Harmonun qətli
Tina Mari Harmonun (ing. Tina Marie Harmon; d. 9 iyun 1969-cu il, ABŞ, Ohayo, Kreston – ö. 29 oktyabr 1981-ci il, ABŞ, Ohayo, Kreston) — 29 oktyabr 1981-ci ildə Ohayo ştatı Lodi qəsəbəsində oğurlanan, təcavüz edilən və öldürülən 12 yaşlı amerikalı qız. Cəsədi aşkar edildikdən sonra o, Maple Mound qəbiristanlığında dəfn edildi. Əvvəlcə bir şəxs müfəssəl dəlillərə görə məhkum edildi, lakin sonunda hökm ləğv edildikdə sərbəst buraxıldı. Harmon cinayəti 2010-cu ildə ona təcavüz edən şəxsin DNT-si Robert Entoni Byuel ilə uyğun gəldikdə həll edildi. == Hadisənin tarixi == Deyilənə görə, Tina Harmon Ohayo ştatı Lodi qəsəbəsində atasının sevgilisi tərəfindən atıldıqdan sonra sonuncu dəfə iyirmi yaşlarında bir şəxslə görülüb.Harmonun cəsədi oğurlandıqdan beş gün sonra Ohayo ştatının Navarre qəsəbəsində bir neft quyusu sahəsinin yanında tapıldı. Onun paltarında cövüz rəngli xalça lifləri və it tükləri tapıldı. 1982-ci ildə Ernest Holbruk və Henri Rey Raker- hər ikisi Harmona təcavüz etməyə və öldürməyə görə məhkum edildi.
Tin
Tin — etrusk mifologiyasında baş tanrı. Baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, önəmli məsələlərin çözümü şura gənəşməsindən keçirdi. == Həmçinin bax == Etrusklar Xarun == İstinadlar == == Xarici keçidlər == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
TİA
Turan İnformasiya Agentliyi, həmçinin qısaca Turan və ya TİA — Azərbaycanda fəaliyyət göstərən informasiya agentliyi. Azərbaycanda Yeni Azərbaycan Partiyası hakimiyyətinə müxalifdir və müstəqil bir agentlikdir. 1990-cı ildə yaradılmışdır. == Tarixi == "Turan İnformasiya Agentliyi" 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri kimi yaradılmışdır. "Turan İnformasiya Agentliyi"nin baş direktoru Mehman Əliyevdir. Agentliyin operatoru Adil Bünyatov 17 mart 1995-ci ildə dövlət çevrilişinə cəhdi işıqlandırarkən öldürülmüşdür. Baş direktor Mehman Əliyev 27 avqust 2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdir. Çox keçməmiş, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin, o cümlədən ABŞ, Almaniya, Fransa, Norveç və Birləşmiş Krallığın rəsmi nümayəndələri Azərbaycan hakimiyyətini Əliyevi dərhal azad etməyə və insan hüquqlarına hörmət etməyə çağırmışdılar. Onun vəkili ittihamların "tamamilə siyasi hakimiyyət tərəfindən uydurulmuş" olduğunu bildirmişdir və Əliyevin saxlanılmasından sonra agentlik öz fəaliyyətini müvəqqəti olaraq dayanmışdır, lakin 11 sentyabrda Əliyev azad edilmişdir. "Turan İnformasiya Agentliyi" oktyabr ayında fəaliyyətinə davam etmişdir.
Artemisia cina
Çin yovşanı (lat. Artemisia cina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Yayılması və ekalogiya == Orta Asiya (Qazaxıstanın cənubu) üçün endemik növdür. Tacikstanda Sırdərya və Arıs və digər çayların kənarlarında da rast gəlinir. Çay kənarlarında, boş düzənlik və şəhərkənarı rayonlarda kütləvi şəkildə bitir. Mədəni bitkidir.
Avrasiya (bina)
Avrasiya binası (rus. Евразия) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 309 metr hündürlüyündə olan bir gördələn. == Tikinti prosesi == Avrasiya binasının layihəsi, 2002-ci ildə başlayıb və Moskva şəhərində ümumi sahəsi 208.3000 m² olan 71 mərtəbəli ofis-otel kompleksinin tikintisi nəzərdə tutulmuşdu. Göydələnin Qapalı Səhmdar Cəmiyyətinin Texivest şirkəti ərsəyə gətirmişdir. Bu kompaniya, MosCityGroup şirkətinin sahibi Pavel Fuks və Avrasiya binasının inşasında İPG-ni idarə edən qazaxıstanlı sahibkar Muxtar Ablyazov tərəfindən yaradılıb. 2008-ci ilin iyul ayında Texivest şirkəti adına Sberbankda 12,5 milyard rubl həcmində kredit xətti açıldı. 500 milyon beş il müddətinə verilir. 2009-cu ilin birinci yarısında Sberbank layihənin maliyyələşdirilməsini dayandırdı. Binada 1000 avtomobil üçün avtodayanacaq, ofislər üçün 85 000 m² sahə, mənzillər üçün isə 43 mərtəbə yer, ayrılmışdır. 1000 avtomobilə üçün isə müvafiq yer ayrılmışdır.
Bulbophyllum tinea
Bulbophyllum ovalifolium (lat. Bulbophyllum ovalifolium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Çindən Malayziyanın mərkəzi hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Bulbophyllum amblyoglossum Schltr. Bulbophyllum ariel Ridl. Bulbophyllum diploncos Schltr. Bulbophyllum hirsutum (Blume) Lindl. Bulbophyllum ovatilabellum Seidenf. Bulbophyllum parvulum Lindl. Bulbophyllum pusillum (Blume) Rchb.f.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.